Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB
Məmurlar ev bazarından çıxıb: İLGİNC SƏBƏB28-04-2024, 07:40 |
Ölkədə evsiz insanların sayı kifayət qədərdir. Bu da önemli bir faktdır ki, bir qrup imkanlı şəxslər davamlı olaraq çox sayda daşınmaz əmlak alırlar. Qeyd edək ki, son vaxtlar bir sıra vəzifə səlahiyyətindən sui-istifadə edən şəxslər öz cinayət əməllərinə görə vəzifədən uzaqlaşdırılaraq, əmlakları da müsadirə olunub. Belə olduğu təqdirdə isə daşınmaz əmlak bazarında da bir durğunluq yaranır. Belə vəziyyət mənzil bazarı üçün "təhlükəli" hesab edilirmi? Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Cebhe.info"-ya bildirdi ki, əvvəlki illərdə daşınmaz əmlaka yatırım edən şəxslərin bir çoxu vəzifəli şəxslər idi ki, onlar hansısa formada əldə etdikləri gəlirləri mənzillərə, qeyri-yaşayış obyektlərinə yatırırdılar: "Lakin daha sonra biz şahidi olduq ki, artıq bəzi işlərdə nöqsana yol vermiş vəzifəli şəxslərin həbsi nəticəsində onların bütün əmlakları mediada yayımlandı və əmlakları müsadirə olundu. Təbii ki, bu tip halllar baş verdikcə mənimsəmə yolu ilə əldə etdikləri gəlirləri artıq daşınmaz əmlaklara yatırmırlar. Burada söhbət yalnız həmin şəxslərdən getmir, bir qrup iş adamları da var ki, onlar da bu kimi siyahıları gördükdən sonra daşınmaz əmlaka yatırım etməyin gələcəkdə onlar üçün risk yarada biləcəyini və yaxud onların qanundankənar hər hansı bir hərəkətləri nəticəsində həbs olunan zaman əmlaklarının müsadirə olunacağından qorxaraq artıq yatırımı daha çox başqa sahələrə yönəldirlər. Bu tip hallar da daşınmaz əmlak bazarında müxtəlif formada alıcı azlığına gətirib çıxara bilir. İstənilən halda cinayət törətmiş şəxs öz cəzasını almalıdır. Ancaq əmlak bazarının hansısa formada qorunub saxlanılması üçün bu cür istintaq məsələləri geniş işıqlandırılmasa daha yaxşı olar. Çünki bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən əmlak bazarında alıcı kütləsini azaldır və imkanlı insanlarda qorxu hissi yaradır. Bu səbəbdən artıq onlar daşınmaz əmlaklara yatırım etməkdən ehtiyat edirlər. Onsuzda ev alan şəxslər imkanlı şəxslərdir. Ancaq elə insan var ki, özü üçün ev alır, elə vətəndaşlar var ki, əldə etdikləri vəsaitləri bu sahəyə yatırır. Daha çox 10-30 ev alır və onların əmlaklarının ümumi dəyəri milyonlarla ölçülür. Gələcəkdə onların da bu cür həbs olunacağı və əmlaklarının müsadirə olunacağı qorxusundan onlar artıq daşınmaz əmlak almaqdan imtina edirlər. Təbii ki, hər kəs layiqli cəzasını almalıdır. Dövlətdən mənimsədiyi pullar dövlətə geri qayıtmalıdır. Onların taladığı pullarla əldə etdiyi əmlaklar geri qayıtmalıdır. Ancaq bu dövlətlə həmin şəxslər arasında olsa daha yaxşı olar ki, əmlak bazarına öz mənfi təsirni göstərməsin". Geri qayıt |