Nazirin açıqlamasına reaksiya: .....                     Kimin arzusu çin olacaq? .....                     "3 ölkə bir araya gəlib Qafqaz sülh müqaviləsi imzalamalıdır" .....                     "Al Market" MMC 8 min manata kimi .....                     Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır .....                     AZAL-ın səhmdarı olduğu sığorta şirkəti enişdə: .....                     Dövlət fondu ofis icarəyə götürdü .....                     Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək... .....                     Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb .....                     "Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq .....                     Məhkəmə Anar Məmmədli barədə qərar verib .....                     “Binə” çörək zavodunun məhsulunda TƏHLÜKƏ .....                     Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" .....                     "O, nə kəndin ərazisini tanıyır, nə də..." .....                     "Ehtiyat zabit hazırlığı kursu"na "Psixoloq" vəzifələri üçün növbəti qəbul başlayır .....                     BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu .....                     Gürcüstan Mərkəzi Seçki Komissiyasına yeni sədr seçilib .....                     "Niyə Manaf Ağayev bunu rəsmi etmir, belə ərkəsöyünlük edir?" .....                     44 nəfərlik siyahı necə tərtib edilib? .....                     Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi .....                     "Rəhmətlik Məmməd Əmin Rəsulzadə bilsəydi ki, onun partiyasının başında İsa Qəmbər siyasi alver edəcək..." .....                     XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib .....                     Otellərdə qalanların 44%-i Azərbaycan vətəndaşları olub .....                     "Azərbaycan minaların təmizlənməsi prosesində yetərli dəstək görmür" .....                     Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası .....                     Ey gözəl Macarıstan... .....                     `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... .....                     Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi .....                     Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir .....                     Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar .....                     Fanatları Vüsaləyə görə QIRĞINA ÇIXDI: .....                     "Güllə sol qulağımdan girib yanağımdan çıxdı" .....                     Keçmiş terrorçular söz sahibi olacaqsa... .....                     Sərhədlə bağlı son gəlişmə: .....                     Kremli qəzəbləndirəcək .....                     Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir .....                     AXI NİYƏ: “Rabitəbank” ancaq müsbət göstəriciləri paylaşır .....                     Madamın QAYITMAQLIĞI... .....                     "Tülkünün dönüb dolaşacağı yer..." .....                     “Özlərinə ev aldılar” .....                 

“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Tarix: 17-04-2024, 19:02 | Çap et
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...”
Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bölgədən çıxması prosesinin başladığı barədə məlumatlar var. Belə ki, dünən sosial mediada sülhməramlılara məxsus hərbi texnikaların Tərtərdə hərəkətini əks etdirən görüntülər də yayılıb. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilməyib. Bildirilir ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edib.

Qeyd edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Erməni mediasının məlumatına görə, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması mərhələli şəkildə həyata keçirilir. “News.am” saytı diplomatik mənbələrə istinadən məlumat yayıb ki, qoşunların çıxarılması eşelonla, Dağıstan vasitəsilə həyata keçirilir.

Yeri gəlmişkən, iki gün əvvəl Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması səbəbləri azalıb. Onun sözlərinə görə, Azərbaycan Rusiya qoşunlarının Qarabağdan çıxması məsələsini hələ qaldırmır: “İstəmirlər ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etsin. Bu gün Qarabağda sülhməramlıların qalması Rusiya və Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində isə erməni əhalisi qalmadığı üçün sual yaranır: bizim sülhməramlıların orada nə işi var?”.

Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”. Bu sözləri isə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən deyib.

“Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, - deyə H.Hacıyev bildirib.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, onsuz da Rusiya hərbçilərinin Qarabağda işi qalmamışdı:

- Rusiyanın ərazilərimizə sülhməramlı adı altında yerləşdirilən hərbi kontingenti nəhayət ki, ərazilərimizi tərk edir. İki minə yaxın rus hərbçilərinin çox az hissəsi bir neçə gün əvvəl Kəlbəcərdən, Xudavəng məbədi ərazisindən çıxarılmışdı. Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağ məsələsi bitdi. Hazırda ərazilərimiz tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir və problem həll olunub. Qarabağda yaşayan ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Bundan sonra rus hərbçilərinin orada qalmasına nə ehtiyac var idi?! Antiterror əməliyyatından sonra Rusiya hərbi kontingenti elan etməli idi ki, artıq orada fəaliyyətlərinə ehtiyac qalmayıb, çıxıb gedirlər. Amma Rusiya sülhməramlı kontingentinin belə bir bəyanatı olmamışdı.

- Rusiya antiterror əməliyyatlarından sonra hərbçilərini niyə geri çağırmırdı?

- Antiterror əməliyyatından sonra Rusiya düşünürdü ki, Qarabağdan köç edən erməniləri zor gücünə də olsa, geriyə gətirə biləcək. Bunu daha əvvəl etmişdilər, 44 günlük müharibədə Qarabağdan Ermənistana getmiş erməniləri Rusiya Xankəndiyə qaytarmışdı. Könüllü gəlmək istəməyənləri də zorla Xankəndiyə, Ağdərəyə gətirmişdilər. Hətta ermənilərin sonradan Ermənistana getməsinə də ləğv olunan Laçın dəhlizində əngəllər yaradırdılar. Rusiya düşünürdü ki, 2023-cü ildə keçirilən antiterror əməliyatlarından sonra da bölgəni tərk edən erməniləri Xankəndiyə qaytaracaq. Lakin bu dəfə belə olmadı, erməniləri əraziyə qaytara bilmədilər. Sonra isə Üçtərəfli Birgə Bəyanatın müddəasına əsasən 2025-ci ilədək Rusiya hərbi kontingenti Qarabağda qalmaq niyyətində idi. Hətta iki həftəyə yaxındır ki, ruslar guya orada minatəmizləmə əməliyyatında Azərbaycana kömək etməyə çalışırdılar. Sual olunur, 2020-ci ildə Qarabağa gələn ruslar 2021-ci ildə Ermənistanda istehsal olunan on minlərlə minanın bölgəyə gətirilməsinə niyə göz yumurdular? Əksinə, separatçılara şərait yaradırdılar ki, o minalar Azərbaycan ərazisinə basdırılsın, ərazilər təhlükə mənbəyə çevrilsin. İndi minatəmizləyən, humanitar yardım edən olublar? Guya mina təmizləmək əməliyyatlarında iştirak etməklə fəaliyyətlərinin olduğunu, onlara ehtiyac olduğunu göstərmək istəyirdilər. Məqsəd bəlli idi, Rusiya hərbçiləri buradan çıxmaq niyyətində deyildilər. Maksimum çalışdılar ki, bölgəni tərk etməsinlər. Bu, Kremlin planı idi. Rusiya istəyir ki, Azərbaycan ərazisində hərbi kontingenti olsun, bununla hansısa təsir rıçaqları qalsın. Hətta Rusiya hərbçilərini 2025-ci ildən sonra da Qarabağda saxlamaq niyyətində idilər. Görünür Azərbaycanın tələbi və uğurlu diplomatik danışıqlar nəticə verib. Bu, rəsmi Bakının diplomatik uğurudur.

- Belə məlumatlar da var ki, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçiləri ərazidən çıxarılacaq. Bu barədə nə deyə bilərsiniz?

- Yaxın aylarda Monitorinq Mərkəzi fəaliyyətini dayandıracaq. Bir neçə gün əvvəl həmin Mərkəzdəki Rusiya hərbçiləri oradan çıxmağa başlayıblar. Bu halda qardaş Türkiyə hərbçilərinin Ağdamda qalmasına ehtiyac yoxdur. Bu Mərkəz bölgədə olan vəziyyəti monitorinq etmək üçün yaradılmışdı. Bu gün onlar nəyi monitorinq edirlər? Ona görə də Rusiya və Türkiyə hərbçilərinin Mərkəzdə qalmasına ehtiyac yoxdur. Həm də bu, əlavə xərcdir. Yəni demək olar ki, Monitorinq Mərkəzinin də Qarabağda missiyası bitib. Əslində ötən ilin sentyabrındakı antiterror əməliyyatından sonra Mərkəz fəaliyyətini dayandırmalı idi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirin açıqlamasına reaksiya: - “Hər 100 nəfərdən 10-u xəstədirsə...”
Bu gün, 19:10
Kimin arzusu çin olacaq? - Hakimiyyət “kəmərləri sıxır”, müxalifət revanş hazırlığında
Bu gün, 19:02
"3 ölkə bir araya gəlib Qafqaz sülh müqaviləsi imzalamalıdır" - BAŞQA YOLU YOXDUR...
Bu gün, 19:00
"Al Market" MMC 8 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR
Bu gün, 18:56
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır - Mirzoyan
Bu gün, 18:07
AZAL-ın səhmdarı olduğu sığorta şirkəti enişdə: - yığımları azalıb, zərərliliyi artıb
Bu gün, 18:05
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 18:02
Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək... - kinomuz belə də qalacaq
Bu gün, 18:00
Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO
Bu gün, 17:58
"Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq - DETALLAR
Bu gün, 17:56
Məhkəmə Anar Məmmədli barədə qərar verib
Bu gün, 17:54
“Binə” çörək zavodunun məhsulunda TƏHLÜKƏ - VİDEOFAKT
Bu gün, 17:51
Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?
Bu gün, 17:43
"O, nə kəndin ərazisini tanıyır, nə də..." - CAVAB
Bu gün, 17:40
"Ehtiyat zabit hazırlığı kursu"na "Psixoloq" vəzifələri üçün növbəti qəbul başlayır
Bu gün, 17:38
BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu
Bu gün, 17:33
Gürcüstan Mərkəzi Seçki Komissiyasına yeni sədr seçilib
Bu gün, 17:24
"Niyə Manaf Ağayev bunu rəsmi etmir, belə ərkəsöyünlük edir?" - ETİRAZ
Bu gün, 17:21
44 nəfərlik siyahı necə tərtib edilib? - Seyidov Azərbaycana qarşı qurulan plandan danışdı
Bu gün, 17:15
Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi - “Aysor”
Bu gün, 17:13
"Rəhmətlik Məmməd Əmin Rəsulzadə bilsəydi ki, onun partiyasının başında İsa Qəmbər siyasi alver edəcək..." - Partiya sədri
Bu gün, 17:11
XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - VİDEO
Bu gün, 17:10
Otellərdə qalanların 44%-i Azərbaycan vətəndaşları olub – Rəsmi
Bu gün, 17:06
"Azərbaycan minaların təmizlənməsi prosesində yetərli dəstək görmür" - 300 dollara başa gələn "həyat"...
Bu gün, 17:01
Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası - DETALLAR
Bu gün, 16:59
Ey gözəl Macarıstan... - NƏ YAXŞI Kİ VARSAN!
Bu gün, 16:50
`Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA
Bu gün, 16:47
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - İLGİNC DETALLAR
Bu gün, 16:42
Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
Bu gün, 16:39
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - VİDEO
Bu gün, 16:38
Fanatları Vüsaləyə görə QIRĞINA ÇIXDI: - “Əcəb edir, 90 yaşı var?”
Bu gün, 16:36
"Güllə sol qulağımdan girib yanağımdan çıxdı" - ADNA terrorunun şahidi
Bu gün, 16:34
Keçmiş terrorçular söz sahibi olacaqsa... - Ermənistan Ordusu dağıla bilər
Bu gün, 16:32
Sərhədlə bağlı son gəlişmə: - Bakı bu şərtləri geri çəkməyəcək
Bu gün, 16:30
Kremli qəzəbləndirəcək SƏFƏR
Bu gün, 16:25
Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:20
AXI NİYƏ: “Rabitəbank” ancaq müsbət göstəriciləri paylaşır - Bank kiçilib, 74 mln. manat depozit itirib
Bu gün, 16:19
Madamın QAYITMAQLIĞI... - daha nə olmalı idi ki...
Bu gün, 16:16
"Tülkünün dönüb dolaşacağı yer..." - Rəsmi Bakı Parisin "burnunu ovdu"
Bu gün, 16:12
“Özlərinə ev aldılar” - Cavidan Novruz “Komedixana”nın sirlərini açdı
Bu gün, 16:11
Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək
Bu gün, 16:08
Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:06
"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert
Bu gün, 16:03
6 ümumi təhsil müəssisəsi tikiləcək - AÇIQLAMA
Bu gün, 16:01
Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik - XİN
Bu gün, 15:59
Paşinyan üçün kritik 3 gün - Ekspert danışır...
Bu gün, 15:07
Makron Si Cinpin vasitəsilə Putinə təsir etməyə çalışır - "Bloomberg"
Bu gün, 15:04
Vardanyandan revanşistlərə: - “Bir anlıq təsəvvür edin ki, bunu etdik...”
Bu gün, 15:03
Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə... - NƏ BAŞ VERİR?
Bu gün, 14:59
Tanınmış hüquqşünas OBA marketi məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 14:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru