"Abşeron Şərab" ASC səhmdarlarını .....                     "Bakı Dəmir Beton-8" ASC-nin səhmdarları .....                     Nazirin açıqlamasına reaksiya: .....                     Kimin arzusu çin olacaq? .....                     "3 ölkə bir araya gəlib Qafqaz sülh müqaviləsi imzalamalıdır" .....                     "Al Market" MMC 8 min manata kimi .....                     Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır .....                     AZAL-ın səhmdarı olduğu sığorta şirkəti enişdə: .....                     Dövlət fondu ofis icarəyə götürdü .....                     Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək... .....                     Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb .....                     "Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq .....                     Məhkəmə Anar Məmmədli barədə qərar verib .....                     “Binə” çörək zavodunun məhsulunda TƏHLÜKƏ .....                     Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" .....                     "O, nə kəndin ərazisini tanıyır, nə də..." .....                     "Ehtiyat zabit hazırlığı kursu"na "Psixoloq" vəzifələri üçün növbəti qəbul başlayır .....                     BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu .....                     Gürcüstan Mərkəzi Seçki Komissiyasına yeni sədr seçilib .....                     "Niyə Manaf Ağayev bunu rəsmi etmir, belə ərkəsöyünlük edir?" .....                     44 nəfərlik siyahı necə tərtib edilib? .....                     Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi .....                     "Rəhmətlik Məmməd Əmin Rəsulzadə bilsəydi ki, onun partiyasının başında İsa Qəmbər siyasi alver edəcək..." .....                     XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib .....                     Otellərdə qalanların 44%-i Azərbaycan vətəndaşları olub .....                     "Azərbaycan minaların təmizlənməsi prosesində yetərli dəstək görmür" .....                     Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası .....                     Ey gözəl Macarıstan... .....                     `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... .....                     Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi .....                     Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir .....                     Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar .....                     Fanatları Vüsaləyə görə QIRĞINA ÇIXDI: .....                     "Güllə sol qulağımdan girib yanağımdan çıxdı" .....                     Keçmiş terrorçular söz sahibi olacaqsa... .....                     Sərhədlə bağlı son gəlişmə: .....                     Kremli qəzəbləndirəcək .....                     Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir .....                     AXI NİYƏ: “Rabitəbank” ancaq müsbət göstəriciləri paylaşır .....                     Madamın QAYITMAQLIĞI... .....                 

Azərbaycan özünü qorudu - Sülhməramlıların gedişinə SÖZARDI
Tarix: 17-04-2024, 17:50 | Çap et
Azərbaycan özünü qorudu
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlı qüvvələrin Azərbaycan ərazisini tərk etməsi xəbərini təsdiqləyib.

Qeyd edək ki, aprelin 16-da ilk hərbi maşın karvanı və zirehli texnika Azərbaycandan çıxıb. Sülhməramlıların sentyabr ayının sonuna qədər mərhələli şəkildə Rusiyaya dönəcəyi xəbər verilir.

Azərbaycanı ilk olaraq, Kəlbəcər rayonunun ərazisində yerləşən Xudavəng kilsə-monastrının ətrafındakı sülhməramlı hərbçilər tərk edib. Kontingentin Dağıstan yolu ilə Rusiyaya qayıdacağı bildirilir. Bu prosesin nə vaxt yekunlaşacağı barədə dəqiq məlumat verilmir. Amma Rusiya hərbçilərinin böyük əksəriyyətinin hələ 2023-cü ilin oktyabr ayında dəmir yolu ilə Azərbaycanı tərk etdiyni nəzərə alsaq, yerdə çox az sayda şəxsi heyət və zirehli texnika qalmışdı.

Əsas və müşahidəçi postların sayı 32-dən 16-a qədər azaldılmışdı. Ona görə də sülhməramlıların qısa müddətdən Azərbaycandan gedəcəyi şübhə doğurmurdu. Rusiya hərbçilərini isə Azərbaycan Daxili İşlər Nazirilyinin xüsusi təyinatlı qüvvələri əvəz edəcək.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda sülhməramlı kontingentin fəaliyyət müddəti 5 il nəzərdə tutulub. Həmin sənədin 4-cü bəndinə görə, sülhməramlı qüvvələrin müddətinin bitməsinə 6 ay qalmış bu razılaşmaya xitam verilməsi üçün tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni 2025-ci ilin may ayında sülhməramlıların Azərbaycanda qalıb-qalmayacağı məsələsinə baxılması gözlənilirdi.

Lakin sülhməramlılar öz missiyasını vaxtından əvvəl başa vurdu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sülhməramlı kontingentin ölkədən çıxmasının iki ölkənin rəhbərliyi arasındakı razılaşmaya uyğun olaraq həyata keçirildiyini deyib.

Əslində, sülhməramlıların Azərbaycanı tərk etməsi hələ ötən ilin oktyabr ayında gündəmə gəlmişdi. Çünki 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun sülhməramlıların müvəqqəti nəzarət zonasında antiterror əməliyyatı keçirməsi nəticəsində separatçı rejimin ləğvindən və oktyabr ayında erməni sakinlərin könüllü şəkildə Qarabağdan Ermənistana köçməsindən sonra sülhməramlıların fəaliyyəti üçün heç bir əsas qalmadı.

Sülhməramlı kontingentin təxminən yarısının oktyabr ayında Azərbaycanı tərk etməsi də bununla bağlı idi. Bu baxımdan, kontingentin qalan hissəsinin Qarabağda qalması sadəcə olaraq, missiyanın müddətinin 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxta uyğunlaşdırılması məqsədi daşıyırdı.

Digər tərəfdən, Azərbaycan dövləti erməni sakinlərin Qarabağa qayıtması üçün müraciət edib və onların geriyə köçü başlayacağı təqdirdə, təhlükəsizliyin təmin olunması üçün sülhməramlı qüvvələrin fəaliyyətinə ehtiyac ola bilərdi. Lakin ermənilər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək Qarabağa qayıtmaqdan imtina etdilər.

Hətta onların 15 min nəfərdən çoxu artıq Ermənistanı tərk edərək xarici ölkələrdə yaşamağa üstünlük verib. Ona görə də Rusiyanın Azərbaycan ərazisində hərbi kontingent saxlaması üçün heç bir səbəb qalmayıb. Təbii ki, sülhməramlı qüvvələrin regionda qalması Rusiyanın Cənubi Qafqazda geosiyasi dayaqlarını möhkəmlədən amillərdən biri kimi Kremlin marağındadır.

Hətta antiterror əməliyyatından əvvəl Rusiya sülhməramlıların qalma müddətinin 10-20 il müddətinə uzadılması üçün Ermənistanla gizli razılaşma da əldə etmişdi. 2022-ci il oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə təşkil olunan sülh danışıqlarında rəsmi Moskvanın bu təklifi qəbul etdirmək cəhdi baş tutmadı. Azərbaycan sülhməramlıların 5 ildən artıq ərazidə qalması planından imtina etdi.

Rusiyaya silahlı qüvvələrini bölgədə saxlamaq üçün Qarabağda erməni separatizminin yenidən bərpası və ya münaqişə lazımdır. Əks təqdirdə, sülhməramlıların Qarabağda mövcudluğu üçün zəmin qalmır. Son aylar Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, ardınca isə nazir Sergey Lavrov erməni əhalisinin Qarabağa qayıtmalı olduğu və sülhməramlıların onların təhlükəsizliyini təmin etməyə hazır olduğuna dair bəyanatları məhz bölgədə status-kvonu dəyişməyə hesablanmışdı.

Ancaq ermənilərin Qarabağa qayıtmaq istəməməsi bu planı pozdu. Hətta Ermənistan hələ də Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməməkdə ittiham edir. Eyni zamanda, sülhməramlıların ölkəni tərk etməsi Azərbaycanın 5 ildən əlavə müddətə qalması ilə bağlı təklifə rəsmi Bakının razılaşmadığını göstərir.

Rusiya və Qərb arasında geosiyasi qarşıdurmanın artdığı bir vaxtda sülhməramlı qüvvələrin Azərbaycanı tərk etməsi Moskvanın maraqlarına cavab vermir. Çünki sülhməramlı kontingentin mövcudluğu bölgədə Rusiyanın hərbi iştirakını və təsir imkanlarını artırırdı. İndi isə Qərb bu amildən yararlanaraq geosiysai balansı öz xeyrinə dəyişməyə çalışacaq.

Sülhməramlıların çıxması Rusiya hərbi bazasının Ermənistandan çıxarması ilə bağlı çağırışların artmasına səbəb olacaq. Bu, eyni zamanda, Rusiyanın Cənubi Qafqazdan çəkilməsi barədə rəylərin və proqnozların da üstünlük təşkil erməsinə gətirib çıxaracaq. Çünki sülhməramlıların Azərbaycandan çıxarılması Rusiya üçün əsas prioritetin hazırda Cənubi Qafqaz deyil, Ukrayna olduğunu nümayiş etdirir.

Bu baxımdan, yaxın aylarda Cənubi Qafqazda Qərbin fəallaşmasının şahidi olmaq mümkündür. Ermənistanda artıq sözügedən qarşıdurma yeni və daha gərgin mərhələyə keçir.

Son günlər Gürcüstanda Rusiya və Çinə yaxın hakimiyyətə qarşı Qərbyönümlü müxalifətin baş qaldıran etiraz aksiyaları maraqlar toqquşmasının əhatə dairəsinin genişləndiyini göstərir. Belə bir şəraitdə Rusiya sülhməramlılarının bölgədən çıxması Azərbaycana özünü mövcud geosiyasi toqquşmalardan siyasi cəhətdən sığortalamaq imkanı yaradır.

Müşfiq Abdulla
“Cebhe.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Abşeron Şərab" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:05
"Bakı Dəmir Beton-8" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:02
Nazirin açıqlamasına reaksiya: - “Hər 100 nəfərdən 10-u xəstədirsə...”
Dünən, 19:10
Kimin arzusu çin olacaq? - Hakimiyyət “kəmərləri sıxır”, müxalifət revanş hazırlığında
Dünən, 19:02
"3 ölkə bir araya gəlib Qafqaz sülh müqaviləsi imzalamalıdır" - BAŞQA YOLU YOXDUR...
Dünən, 19:00
"Al Market" MMC 8 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 18:56
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır - Mirzoyan
Dünən, 18:07
AZAL-ın səhmdarı olduğu sığorta şirkəti enişdə: - yığımları azalıb, zərərliliyi artıb
Dünən, 18:05
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Dünən, 18:02
Azərbaycanda çəkilən filmlərdə pullar yeyiləcək... - kinomuz belə də qalacaq
Dünən, 18:00
Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO
Dünən, 17:58
"Emin və Eynulla” nazirlik binasının fasadını 3 dəfə yuyacaq - DETALLAR
Dünən, 17:56
Məhkəmə Anar Məmmədli barədə qərar verib
Dünən, 17:54
“Binə” çörək zavodunun məhsulunda TƏHLÜKƏ - VİDEOFAKT
Dünən, 17:51
Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?
Dünən, 17:43
"O, nə kəndin ərazisini tanıyır, nə də..." - CAVAB
Dünən, 17:40
"Ehtiyat zabit hazırlığı kursu"na "Psixoloq" vəzifələri üçün növbəti qəbul başlayır
Dünən, 17:38
BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu
Dünən, 17:33
Gürcüstan Mərkəzi Seçki Komissiyasına yeni sədr seçilib
Dünən, 17:24
"Niyə Manaf Ağayev bunu rəsmi etmir, belə ərkəsöyünlük edir?" - ETİRAZ
Dünən, 17:21
44 nəfərlik siyahı necə tərtib edilib? - Seyidov Azərbaycana qarşı qurulan plandan danışdı
Dünən, 17:15
Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi - “Aysor”
Dünən, 17:13
"Rəhmətlik Məmməd Əmin Rəsulzadə bilsəydi ki, onun partiyasının başında İsa Qəmbər siyasi alver edəcək..." - Partiya sədri
Dünən, 17:11
XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - VİDEO
Dünən, 17:10
Otellərdə qalanların 44%-i Azərbaycan vətəndaşları olub – Rəsmi
Dünən, 17:06
"Azərbaycan minaların təmizlənməsi prosesində yetərli dəstək görmür" - 300 dollara başa gələn "həyat"...
Dünən, 17:01
Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası - DETALLAR
Dünən, 16:59
Ey gözəl Macarıstan... - NƏ YAXŞI Kİ VARSAN!
Dünən, 16:50
`Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA
Dünən, 16:47
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - İLGİNC DETALLAR
Dünən, 16:42
Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
Dünən, 16:39
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - VİDEO
Dünən, 16:38
Fanatları Vüsaləyə görə QIRĞINA ÇIXDI: - “Əcəb edir, 90 yaşı var?”
Dünən, 16:36
"Güllə sol qulağımdan girib yanağımdan çıxdı" - ADNA terrorunun şahidi
Dünən, 16:34
Keçmiş terrorçular söz sahibi olacaqsa... - Ermənistan Ordusu dağıla bilər
Dünən, 16:32
Sərhədlə bağlı son gəlişmə: - Bakı bu şərtləri geri çəkməyəcək
Dünən, 16:30
Kremli qəzəbləndirəcək SƏFƏR
Dünən, 16:25
Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir - GÖRÜNƏNİ BUDUR...
Dünən, 16:20
AXI NİYƏ: “Rabitəbank” ancaq müsbət göstəriciləri paylaşır - Bank kiçilib, 74 mln. manat depozit itirib
Dünən, 16:19
Madamın QAYITMAQLIĞI... - daha nə olmalı idi ki...
Dünən, 16:16
"Tülkünün dönüb dolaşacağı yer..." - Rəsmi Bakı Parisin "burnunu ovdu"
Dünən, 16:12
“Özlərinə ev aldılar” - Cavidan Novruz “Komedixana”nın sirlərini açdı
Dünən, 16:11
Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək
Dünən, 16:08
Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək - TƏFƏRRÜAT
Dünən, 16:06
"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert
Dünən, 16:03
6 ümumi təhsil müəssisəsi tikiləcək - AÇIQLAMA
Dünən, 16:01
Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik - XİN
Dünən, 15:59
Paşinyan üçün kritik 3 gün - Ekspert danışır...
Dünən, 15:07
Makron Si Cinpin vasitəsilə Putinə təsir etməyə çalışır - "Bloomberg"
Dünən, 15:04
Vardanyandan revanşistlərə: - “Bir anlıq təsəvvür edin ki, bunu etdik...”
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru