Dövlət Agentliyinə yeni inzibati tikiləcək
Tarix: 18-04-2024, 11:53 |
Çap et
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi üçün yeni inzibati bina inşa olunacaq.
İqtisadiyyat.az-ın xəbərinə görə, bununla bağlı hazırlıq işlərinə start verilib.
Agentlik artıq layihə-smeta sənədlərinin hazırlanması üçün işlərə başlayıb.
100 nəfərlik işçi heyəti üçün uzunluğu 40-45 metr, eni 15 metr olan 4 mərtəbəli inzibati binanın tikintisi nəzərdə tutulub.