Qərblə Şimal arasında… .....                     Universitetdə saqqal qadağası: .....                     Bu sual da işçiləri daha çox maraqlandırır... .....                     Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır... .....                     "Kirantslılar Nikol Paşinyan adında adam tanımırlar" .....                     Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... .....                     “Baku Steel Company” şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycan logistika şirkəti əmək qanunvericiliyini pozmağa görə .....                     Naxçıvanda “Allahın evi” baxımsız qalıb... .....                     Türkiyənin Ermənistana ixracı kəskin azalıb .....                     Buralarda təhsildən DANIŞMAĞA DƏYMƏZ... .....                     "ABŞ hesab edir ki, onların Rusiya ilə ədavəti var deyə bütün dünya Rusiyadan imtina etməlidir" .....                     Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Abituriyentlərə qarşı ağlasığmaz DƏLƏDUZLUQ: .....                     Qərbdən Paşinyana tələb: .....                     "Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" .....                     Azərbaycanda Sirab suları 20%-ə yaxın bahalaşdı .....                     “Diamond Motors” MMC .....                     Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? .....                     Dəhliz müharibələrində İranın məğlubiyyəti: “İnkişaf Yolu”, “Zəngəzur”... .....                     Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad .....                     ABŞ-nin sanksiya tətbiq etdiyi azərbaycanlılar kimdir? .....                     Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib .....                     FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? .....                     AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılacaq .....                     “Bu gedişlə Hacı Məmmədov, Akif Çovdarov tipli əməliyyatlar olacaq” .....                     "Bakı Sığorta" öhdəliklərinə əməl etmir? .....                     İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq .....                     İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... .....                     Nüvə təhlükəsizliyi aktuallaşır .....                     Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə .....                     AŞ PA ilə münasibətlər tam kəsilirmi... .....                     Nazir idarə rəisini işdən çıxardı .....                     Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi topladı .....                     Xarab məhsul satırlar... hələ müştərini də incidirlər... .....                     “Paşinyan yıxılsa... .....                     “Bank of Baku”ya 2 yeni departament direktoru təyin edilib .....                     Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib .....                     Sülh danışıqları sərhəddə baş tuta bilər .....                 

ABŞ-dan Azərbaycana məntiqsiz hərbi təlim iradı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 19-04-2024, 12:02 | Çap et
ABŞ-dan Azərbaycana məntiqsiz hərbi təlim iradı
“ABŞ Dövlət Departamenti hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan hərbi təlimlərə dair beynəlxalq sazişi pozur”.

Bu barədə Konqresə təqdim olunan dünya ölkələri tərəfindən silahlara nəzarətin pozulmasına dair illik hesabatda bildirilir (Turan). Departament Azərbaycan və Ermənistanı 2023-cü ildə böyük hərbi təlimlər və ya tədbirlər barədə məlumat verməməkdə ittiham edib: “Ölkələr bunu inam haqqında Vyana sənədinə (VD11 kimi tanınır) uyğun olaraq etməlidirlər”.

Hesabata görə, 17 noyabr 2022-ci ildə Azərbaycan bildirib ki, 2023-cü təqvim ili üçün VD11 bəndinə əsasən hər hansı hərbi əməliyyat təşkil etməyi planlaşdırmır: “Lakin Azərbaycan Müdafiə Nazirliyinin saytında 2023-cü ilin oktyabrında ”Mustafa Kamal Atatürk 2023" adlı təlim haqqında məlumat verilib. Hətta Azərbaycan hesab edirsə ki, bu təlimlər barədə xəbərdarlıq edilməməlidir, Bakı bu təlim barədə məlumat verməli idi".

Daha sonra bildirilir ki, Azərbaycan və Ermənistan arasında davam edən münaqişə səbəbindən VD11 ilə bağlı birbaşa diplomatik qarşılıqlı əlaqə məhdudlaşdırılıb. “2023-cü ilin dekabrında ABŞ-ın Bakıdakı səfirliyinin hərbi attaşesi Azərbaycan Müdafiə Nazirliyini VD11 üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırıb. Bundan sonra Bakı 2023-cü il hərbi təlimləri keçirildikdən sonra ATƏT-ə üzv dövlətləri xəbərdar edib. Ermənistana gəlincə, İrəvan da keçən il VD11 üzrə öhdəliklərini yerinə yetirməyib. Əsasən Ermənistan öz silahlı qüvvələri haqqında illik məlumatları, eləcə də digər zəruri məlumatları təqdim etməyib. Ermənistan 2023-cü ildə keçirilmiş heç bir böyük hərbi təlim və ya fəaliyyət barədə məlumat verməyib. 2020, 2021 və 2022-ci illərdə Ermənistan Azərbaycanla davam edən münaqişəyə istinad edərək VD11 üzrə məlumatları, 15 dekabr 2023-cü ildə isə illik məlumatları təqdim etməyib. Bu yaxınlardakı diplomatik əlaqələr belə güman etməyə əsas verir ki, Ermənistan 2024-cü ildə VD11-in tam reallaşmasını bərpa etmək niyyətində deyil, ancaq tərəfdaşlarla ikitərəfli iş üçün açıq ola bilər”, - sənəddə vurğulanır.

ABŞ-ın hərbi təlimlərlə bağlı konkret olaraq Azərbaycana iradları nədən qaynaqlanır, nə dərəcədə əsaslıdır? Vaşinqton nədən narahatdır? Bakı doğrudanmı hərbi təlimlərlə bağlı beynəlxalq sazişi pozub?

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı iddialarının heç biri istinad olunan VD11 üzrə öhdəliklərin pozulduğunu deməyə əsas vermir: “Qeyd edim ki, Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri üzrə 2011-ci il Vyana Sənədi (VD-2011) Avropada etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri və tərksilah üzrə 1986-cı il Stokholm Konfransının Sənədinə və Vyana Sənədinin əvvəlki 1990, 1999-cu il nümunələrinə əsaslanır. ATƏT-ə üzv dövlətlər tərəfindən 2011-ci il noyabrın 30-da Vyanada qəbul edilib və dekabrın 1-də qüvvəyə minib. Sənəd ATƏT-ə üzv dövlətlərin hərbi fəaliyyətlərinin şəffaflığını və proqnozlaşdırıla bilinməsini təmin edən, onlar arasında etimadın möhkəmlənməsinə səbəb olan və etimad və təhlükəsizlik tədbirləri sahəsində silahlı münaqişələrin baş vermə ehtimalını azaldan bir sıra siyasi və hərbi meyarları ifadə edir. Sənəd iştirakçı dövlətlər tərəfindən siyasi öhdəliklər əsasında həyata keçirilən bir sıra müddəaları özündə əks etdirir, həmçinin onların bu müddəalara əməl olunmasına nəzarət etmək hüquqlarını müəyyən edir. Bura aşağıdakı öhdəliklər daxildir: - illik hərbi məlumat mübadiləsi; - təhlükələri azaltmaq üçün tədbirlər; - hərbi xətt üzrə təmasların həyata keçirilməsi; - müəyyən hərbi fəaliyyət növləri haqqında ilkin məlumatlandırma və onların həyata keçirilməsinə nəzarət; - məlumatlandırılmalı hərbi fəaliyyətlər üçün illik planların mübadiləsi və onun həyata keçirilməsi üçün məhdudlaşdırıcı müddəalar; - razılaşdırılmış etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə riayət edilməsi və onların yoxlanılması; - razılaşdırılmış etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsini qiymətləndirmək üçün illik iclasın keçirilməsi. İştirakçı dövlətlərin qoşunlarının (qüvvələrinin) təlim fəaliyyətlərində iştirakı, onun parametrləri aşağıdakı göstəricilərdən ən azı birinə bərabər olduqda və ya ondan artıq olduqda, müəyyən hərbi fəaliyyət növləri haqqında əvvəlcədən xəbərdar edilməlidir: - Şəxsi heyət - 9000 nəfər - Döyüş tankı - 250 - Zirehli döyüş maşını - 500, - özüyeriyən və yedəyə alınan artilleriya qurğusu - 250 - minaatan və 100 mm çaplı reaktiv yaylım atəş sistemləri - 250. Məlum olduğu kimi, Azərbaycan ABŞ Dövlət Departamentinin hesabatında yer alan zaman kəsiyində qeyd olunan göstəriciləri aşan hərbi təlimlər keçirməyib və buna görə də kimsəni xəbərdar etməməlidir. Bir qayda olaraq, hərbi təlimlərlə bağlı xəbərdarlıq və məlumatlandırma təlimlərin keçirildiyi ərazilərlə həmsərhəd olan dövlətlərlə bağlı olur ki, bu da ölkəmiz tərəfindən hər zaman diqqətə alınır. Qeyd edim ki, bütün bu proses Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinə əsasən həyata keçirilir. Birləşmiş Ştatlar 2023-cü il dekabrın 7-dən etibarən sözügedən müqavilə üzrə öhdəliklərinin icrasını dayandırıb. Bu o deməkdir ki, ABŞ ötən ilin sonlarından etibarən Departamentin hesabatında başqalarına qarşı irəli sürdüyü iddiaları əsaslandıran öhdəliklərdən imtina edib. Bu, məntqisizliyin və siyasi həyasızlığın ən son həddidir. Görünür, Ağ Evdə təkcə hərəkət koordinasiyaları deyil, başlarını da itiriblər”.

Siyasi təhlilçi, keçmiş deputat Sona Əliyevanın fikrincə, Amerika Birləşmiş Ştatları bu hesabatı ilə özünü balanslı tərəf kimi göstərməyə çalışır: “Əslində bu hesabatda Azərbaycan daha açıq hədəf kimi götürülür. Burada Vaşinqtonu narahat edən əsas səbəb hər iki ölkənin Rusiyanın təsir dairəsində olmasıdır. Birləşmiş Ştatlar və Pentaqon Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Ona görə də, bu cür hesabatlarda ölkələri hədəf alır. Ermənistandan fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi hər zaman keçirdiyi hərbi təlimlərlə bağlı ictimaiyyəti məlumatlandırır. Üstəlik, iki-üç ölkənin birgə keçirdiyi təlimlərlə bağlı da mütəmadi rəsmi məlumatları aidiyyəti qurumlarımız dərc edirlər. Söhbət “Mustafa Kamal Atatürk 2023” təlimlərindən gedirsə, deməli, Amerika NATO ölkəsi olan Türkiyənin Azərbaycanla hərbi sahədə bu qədər yaxınlığından narahatdır. Bu isə çox qəribədir. Çünki Türkiyə bir NATO ölkəsidir. Azərbaycan Ordusunun NATO standartlarına sürətli keçidi Vaşinqtonu niyə bu qədər narahat edir? Cavabı sadədir, Ermənistan bu keçid prosesini çox ləng keçir. Belə olan halda Cənubi Qafqazdakı orduların güc və peşəkarlıq balansı pozulur. Bu isə Ermənistanı və onun havadarlarını narahat edir. Ermənistanın Türkiyə kimi müttəfiqi yoxdur, keçid prosesinin ləngliyi bununla əlaqədardır. Ona görə də ABŞ və Avropa ölkələri Ermənistan ordusunun inkişafı üçün hərəkətə keçirlər. Artıq bu istiqamətdə müəyyən işlər də görülür. Fikrimcə, ABŞ Departamentinin hazırladığı hesabatdakı narahatlıq da məhz bununla əlaqədardır. Bakı 30 il ərzində keçirdiyi hərbi təlimlərin heç birində üzərinə götürdüyü heç bir beynəlxalq prinsipləri pozmayıb”.

Hərbi ekspert Səxavət Məmməd Azərbaycanı ittiham etməyin heç bir halda doğru olmadığını söylədi: “Azərbaycanda da bəziləri elə düşünür ki, hərbi təlimlərə qəfil qərar verilir və icra edilir. Məsələ ondadır ki, hərbi təlimlər planı əvvəlcədən hazırlanılır, Azərbaycan prezidentinə təqdim edilir və təsdiqlənir. Yəni, 2024-cü ildə keçirilən hərbi təlimlərin planı 2023-cü ilin sonunda təsdiq edilir. Azərbaycan bu məsələlərdə bütün konvensiyalara riayət edir. Azərbaycan həm silahlanmasını, həm də hərbi təlimlərini təkcə konvensiyalara uyğun yox, həm də hərbi doktirinasına uyğun həyata keçirir. Hesab edirəm ki, rəsmi Bakı hesabat verməməkdə haqlıdır. Çünki dünyada heç bir ölkə artıq silahlanma və hərbi təlimlərlə bağlı məsələləri konvensiyalara uyğun aparmır. ABŞ özü belə bu məsələdə konvensiyaları pozur. Əgər ABŞ özü bu məsələdə dəqiq deyilsə, Azərbaycan və Ermənistan niyə hesabat verməlidir? Azərbaycan hərbi təlimləri əvvəlcədən elan edir, təlimlərin xarakterini rəsmi olaraq açıqlayır. Bu cür ittihamlar o zaman gerçəkci olardı ki, gizli şəkildə fəaliyyət həyata keçirilərdi. ABŞ-ın bu tip illik hesabatları standart olaraq siyasi təzyiq kimi istifadə edilir. Məsələ ondadır ki, yaşadığımız zamanda bütün konvensiyalar, beynəlxalq hüquqa heç bir ölkə əməl etmir. Bu tip konvensiyaları pozanlar məhz böyük dövlətlərdir. İşlək olmayan bir konvensiyaya görə Azərbaycanı ittiham etmək, hesab edirəm ki, doğru yanaşma deyil”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərblə Şimal arasında… VAR-GƏL...
Bu gün, 14:00
Universitetdə saqqal qadağası: - XXI əsrdə mağara ab-havasında olanlar var
Bu gün, 13:56
Bu sual da işçiləri daha çox maraqlandırır... - Ekspert danışır...
Bu gün, 13:38
Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır... - ÇÜNKİ...
Bu gün, 13:14
"Kirantslılar Nikol Paşinyan adında adam tanımırlar" - Erməni kəndli
Bu gün, 13:07
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... - TƏFƏRRÜAT
Bu gün, 13:05
“Baku Steel Company” şirkətinə yeni direktor təyin edilib - O buna qədər...
Bu gün, 13:02
Azərbaycan logistika şirkəti əmək qanunvericiliyini pozmağa görə - CƏRİMƏLƏNƏ BİLƏR
Bu gün, 12:59
Naxçıvanda “Allahın evi” baxımsız qalıb... – SAKİNLƏRDƏN FUAD NƏCƏFLİYƏ MÜRACİƏT
Bu gün, 12:58
Türkiyənin Ermənistana ixracı kəskin azalıb – Rəsmi
Bu gün, 12:53
Buralarda təhsildən DANIŞMAĞA DƏYMƏZ... - RƏSMƏN BİABIRÇILIQ...
Bu gün, 12:49
"ABŞ hesab edir ki, onların Rusiya ilə ədavəti var deyə bütün dünya Rusiyadan imtina etməlidir" - deputat
Bu gün, 12:47
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Bu gün, 12:43
Arabir güclənən şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:40
Abituriyentlərə qarşı ağlasığmaz DƏLƏDUZLUQ: - Bu yolla aldadıb, pullarını aldılar
Bu gün, 12:38
Qərbdən Paşinyana tələb: - “Ləğv elə”
Bu gün, 12:26
"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - FAKT BUDUR!
Bu gün, 12:19
Azərbaycanda Sirab suları 20%-ə yaxın bahalaşdı - AÇIQLAMA
Bu gün, 12:18
“Diamond Motors” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 12:17
Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - AÇIQLAMA
Bu gün, 12:13
Dəhliz müharibələrində İranın məğlubiyyəti: “İnkişaf Yolu”, “Zəngəzur”... - “Entexab”
Bu gün, 12:02
Xameneidən kitab satıcısına Azərbaycan dili ilə bağlı irad - VİDEO
Bu gün, 11:59
ABŞ-nin sanksiya tətbiq etdiyi azərbaycanlılar kimdir? - AKTUAL
Bu gün, 11:55
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib - VİDEO
Bu gün, 11:54
FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı
Bu gün, 11:48
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılacaq
Bu gün, 11:44
“Bu gedişlə Hacı Məmmədov, Akif Çovdarov tipli əməliyyatlar olacaq” - Aslan İsmayılov
Bu gün, 11:40
"Bakı Sığorta" öhdəliklərinə əməl etmir? - MƏHKƏMƏ
Bu gün, 11:32
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq - İDDİA
Bu gün, 11:30
İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 11:26
Nüvə təhlükəsizliyi aktuallaşır - NƏ ETMƏLİ?
Bu gün, 11:23
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTO
Bu gün, 11:18
AŞ PA ilə münasibətlər tam kəsilirmi... - Şvabenin təxribatı, tərbiyəsizliyi, yoxsa...
Bu gün, 11:14
Nazir idarə rəisini işdən çıxardı - ƏMR
Bu gün, 11:10
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi topladı - FOTO
Bu gün, 11:06
Xarab məhsul satırlar... hələ müştərini də incidirlər... - GİLEY
Bu gün, 11:04
“Paşinyan yıxılsa... Cənubi Qafqazda müharibə başlayar...”
Bu gün, 10:55
“Bank of Baku”ya 2 yeni departament direktoru təyin edilib - ADLAR
Bu gün, 10:47
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib - VİDEO
Bu gün, 10:46
Sülh danışıqları sərhəddə baş tuta bilər - GƏLİŞMƏ
Bu gün, 10:44
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb - Onun yeni iş yeri...
Bu gün, 10:42
Ünvanlı dövlət sosial yardımın məbləği artıb - RƏSMİ
Bu gün, 10:41
“Bolluq LTD” MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB
Bu gün, 10:40
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 10:26
Mirzoyanın “kommunikasiyaların açılmasına hazırıq” bəyanatı -İrəvan reallıqları anladımı, yoxsa...
Bu gün, 10:18
Ermənilərin Vardanyanla bağlı şok planı: - Bakıya qarşı nə hazırlayırlar?
Bu gün, 10:16
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
Bu gün, 10:12
Ermənistanın Rusiyanı oyundan kənar qoymaq CƏHDİ - Qərb-Kreml mübarizəsi yeni mərhələdə
Bu gün, 10:08
Deputatın qardaşı oğlu HƏDƏFƏ ÇEVRİLİR... - ÇÜNKİ...
Bu gün, 10:06
“BOKT İcraçı Kredit Agentliyi” ötən il kiçilib, kredit portfeli azalıb
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru