AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? .....                     "Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq" .....                     Çörəyin qiyməti ucuzlaşır? .....                     Ermənilərin sərhəd TƏLAŞI... .....                     Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? .....                     Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir .....                     Azərbaycanda qaz bahalaşır? .....                     Azərbaycanda “dollar sevdası” bitdi? .....                     “Almet” ASC-də mənfəətin istifadəsi müzakirə ediləcək .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir .....                     Qərbin "havası ilə oynayan" Ermənistan: .....                     Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... .....                     "Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... .....                     Qazaxda sərhədlər belə müəyyənləşdi: .....                     Onlardan bizə gələn səs başlarına dəysin .....                     Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı .....                     "Qarabağ klanı" son nəfəsini verir .....                     "Tamamilə Rusiyaya yaraşan hadisədir" .....                     Paşinyan hakimiyyəti başa düşür ki... .....                     Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır .....                     “Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var” .....                     Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu .....                     "Molokan" bağının ətrafı niyə "HASARLANIB"? .....                     Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir .....                     Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir .....                     Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi... .....                     "Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir? .....                     Faiq Ağayev kimdir? .....                     Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı .....                     Mətanət İsgəndərliyə ağır itki .....                     Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR .....                     "Daha bir iclas da olmalıdır... .....                     Qusarda bələdiyyə sədri HƏBS OLUNDU .....                     Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? .....                     İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: .....                     Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olub .....                     Mədəniyyət Nazirliyində .....                     Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! .....                     Azərbaycan Məkrəzi Bankında yeni təyinat olub .....                 

Sülh danışıqları sərhəddə baş tuta bilər - GƏLİŞMƏ
Tarix: 2-05-2024, 10:44 | Çap et
Sülh danışıqları sərhəddə baş tuta bilər
Postmüharibə dövründə Azərbaycan sülhün ən qısa zamanda baş tutması üçün bütün imkanları ilə çalışdı və çalışmaqdadır: Bakı sülh danışıqları üzrə bütün platformalarda görüşlərdə konkret mövqe ilə çıxış etdi, baza prinsipləri təklifini irəli sürdü. Ermənistan isə sülh müqaviləsindən yayınmaq üçün bütün imkanları ilə çalışdı və bu prosesdə xarici təsir dairələrinin boyunduruğundan çıxa bilmədi.

Azərbaycan tərəfi ən effektiv variantı da təklif etdi: Vasitəçisiz, birbaşa danışıqlar məhz rəsmi Bakının təşəbbüsüdür. Bəyan edildi ki, konkret nəticə yalnız birbaşa təmaslarda mümkündür. Bugünədək delimitasiya və demarkasiya ilə bağlı əldə edilmiş razılaşmalar da məhz birbaşa təmasların nəticəsidir. Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın dövlət katibi Entoni Blinken də ikitərəfli danışıqların ABŞ tərəfindən dəstəkləndiyini bildirib. Düzdür, Blinken bunu Rusiyanın iştirakçılığının olmaması kontekstində qeyd edib. Ancaq hər halda, Azərbaycanın rəsmi mövqeyi odur ki, istər ABŞ, istər Aİ, istər Rusiyanın iştirakı olmadan keçirilən müzakirələr prioritetdir. “Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablanıb”. Bunu aprelin 30-da xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında deyib. Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib. Xarici işlər naziri delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi, qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından bunun ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğunu bildirib. İkitərəfli müzakirələr yaxın vaxtlarda Qazaxıstanda planlaşdırılır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov çərşənbə axşamı "RİA Novosti"yə bildirib ki, Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər. Musavat.com-un məlumatına görə, Smadiyarov deyib ki, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, - Smadiyarov bildirib. Çərşənbə axşamı Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev "RİA Novosti"yə bildirmişdi ki, Ermənistan iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.

Qeyd edək ki, iki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb.

Bu arada, ikitərəfli danışıqlara Vaşinqtondan da reaksiya gəlib. ABŞ dövlət katibi Entoni Blinken İrəvanla Bakı arasındakı böhranın həllində şəxsən iştirak edir, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinqdə deyib. “Bu, dövlət katibinin problemlərin həllində şəxsən dərindən iştirak etdiyi dünyanın bir hissəsidir. O, fəaliyyəti dövründə hər iki ölkə ilə daim əlaqə saxlayıb” deyən Patel iki ölkə arasında sülhün mümkün olduğuna inanmaqda davam etdiklərini bildirib.

Birbaşa təmaslar, sülh danışıqları növbəti mərhələdə Azərbaycan-Ermənistan sərhədində, yaxud Bakıda, Gəncədə, daha sonra İrəvanda aparıla bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əslində bu praktika artıq mövcuddur: “Sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar Ermənistanla şərti sərhəd zonasında keçirilib və artıq nəticə də var. Kiçik də olsa, bəzi ərazilərdə nəinki delmitasiya, hətta demarkasiya işləri də həyata keçirlib və sərhəd dirəkləri basdırılıb. Biz əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, sülh danışıqları üçün ən yaxşı platforma elə danışıqlar aparan tərəflərin əraziləridir. Bunu növbəlilik əsasında Azərbaycan və Ermənistan ərazisində etmək də olar. Əvvəlcə şərti sərhəddə yaxın olan inzibati ərazi vahidlərində, daha sonra digər şəhərlərdə, o cümlədən paytaxtlarda aparıla bilər”.

S.Məmmədovun fikrincə, danışıqların qarşılıqlı olaraq Azərbaycan və Ermənistan ərazilərində aparılması həm də ona görə əhəmiyyətlidir ki, bu, tərəflər arasında münasibətlərin daha da yaxşılaşmasına, qarşılıqlı etimad mühitin yaranmasına müsbət təsir edəcək: “Qazaxıstan görüşündən sonra məsələn, xarici işlər nazirləri səviyyəsində görüşlərdən birinin şərti sərhədə yaxın olan ərazilərdə təşkili çox yaxşı olardı. Bununla belə, hadisələrin indiki gedişi optimizmə bir qədər əsaslar yaratsa da, proseslərin müsbət dinamika ilə inkişafına tam ümidlər də yoxdur. 4 kəndin qaytarılması ilə bağlı razılaşmadan sonra Ermənistanın daxilində baş verənlər də bunu göstərir. Daxili etirazların xarici ölkələrdən idarə olunması, dini institutların etiraz dalğasına rəhbərlik etmək cəhdləri də bunu göstərir ki, bu ölkənin vətəndaş cəmiyyəti, o cümlədən qeyri-hökumət təşkilatları, siyasi partiyaların bir çoxu, kilsə daha çox kənardan idarə olunur. Hər halda, danışıqların ikitərəfli müstəviyə keçirilməsi və danışıqlar platforması olaraq tərəflərin ərazilərindən istifadə praktikası tam təşəkkül tapsa, müsbət nəticələrin olacağına ümidlər var”. Ekspert bildirdi ki, digər bir məsələ həm Azərbaycanda, həm Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə daha yüksək səviyyəli təmsilçiliyin reallaşmasıdır: “Fikrimcə, COP29 tədbiri bu məsələdə yaxşı başlanğıc ola bilər. Nəzərə alaq ki, COP29 tədbiri ilə bağlı Ermənistan pozitiv mövqe nümayiş etdirib və veto hüququndan imtina edib. Bu, səhv etmirəmsə, bütün münaqişə dövründə ilk belə hal idi ki, beynəlxalq münasibətlərdə Ermənistan və Azərbaycan bir-birini qarşılıqlı dəstəklədi. Daha sonra ya elə sülh danışıqlarına paralel olaraq xalqları barışdırmaq istiqamətində müəyyən addımlar atıla bilər. Bu halda hər iki ölkənin vətəndaş cəmiyyətlərinin üzərinə mühüm vəzifələr düşəcək. Əlbəttə, qeyd etdiklərim Azərbaycan dövlətinin, hakimiyyətinin və cəmiyyətin istədikləridir. Təəssüf ki, Ermənistanın nə hakimiyyəti, nə də cəmiyyəti hələ həqiqi sülhə və barışığa hazır deyil, əksinə, dəfələrlə qeyd etdiyimiz kimi, bizə qarşı qlobal informasiya cəbhəsində və beynəlxalq məhkəmələrdə müharibəni davam etdirir. Beləliklə, Azərbaycan dövləti və cəmiyyəti sülhə aparan, xalqlar arasında münasibətləri yaxşılaşdıran və bu zaman hər iki dövlətin suveren hüquqlarına xələl gətirməyən istənilən addıma hazırdır. Ermənistan barədə bunu deyə bilmirik. Çünki Ermənistan müstəqil dövlət deyil, hakimiyyət təkbaşına qərarlar qəbul edə bilmir, ölkə daxilində və xaricidən olan təsirlər və təzyiqlər kifayət qədər böyükdür”.

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, xarici güclər Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlarda, nəticənin əldə olunmasında maraqlı deyil: “Çünki istər Rusiya, istərsə Qərb vasitəçilik missiyasından regionda təsir imkanlarını saxlamaq üçün istifadə etmək niyyəti güdür. Ona görə də başqalarının bu prosesə qoşilmasına imkan vermirlər. İndi Astana təşəbbüslə çıxış edib, amma ya nəticənin əldə olunmasına imkan verməyəcəklər, ya da şərik çıxacaqlar. Azərbaycan bunu görür və prosesin vasitəçisiz aparılmasına səy göstərir. Üzdə hər kəs başqasının müdaxiləsini pisləyir. Rusiya regiona kənar qüvvələrin müdaxiləsini pisləyir, amma bununla özünün hegemonluğunu təsbit etməyə çalışır. ABŞ vasitəçisiz danışıqların əleyhinə olmadığını nümayiş etdirir, amma əslində bununla Rusiyanı kənarlaşdırıb, onun yerini tutmaq istəyini büruzə verir. Ermənistan da vasitəçisiz danışıqlarda maraqlı deyil, çünki üzərinə götürəcəyi öhdəliyi yerinə yetirəcəyinə əmin deyil, əldə olunacaq razılaşmaya kiminsə qarant durmasını istəyir, ən əsası isə odur ki, onların qərarı kənarda qəbul olunur, istədikləri qərarı qəbul etmək iqtidarında deyillər”.

A.Nağı bildirdi ki, Azərbaycan ermənilərin nail olmadıqlarına sahibdir, hərbi və iqtisadi gücü, siyasi iradəsi yetərincədir: “Sülh müqviləsinin vasitəçisiz, şərti sərhəddə, yaxud artıq Qazax tərəfdə delimitasiya olunmuş ərazidə imzalanması iki halda mümkündür. Birincisi, Ermənistan rəhbərliyi tam şəkildə Azərbaycanın himayəsinə sığınır, biz də onları mümkün daxili və xarici təhlükələrdən qorumağı təmin edirik. İkincisi, Azərbaycan hərbi gücünə söykənərək, hərəkətə keçir, bu hərəkətlənmədən sülh doğulur. Hər iki variant eyni şansa malikdir. Amma bir şey də var ki, qədim deyimlərə görə, "sülhün əldə olunması üçün müharibə olmalıdır"".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
Bu gün, 08:25
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:18
Çörəyin qiyməti ucuzlaşır? - İLGİNC AÇIQLAMA
Bu gün, 08:11
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 08:09
Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 06:58
Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir - NƏ BAŞ VERİR
Bu gün, 06:52
Azərbaycanda qaz bahalaşır? - Zəruri deyil... amma...
Bu gün, 00:44
Azərbaycanda “dollar sevdası” bitdi? - AKTUAL
Bu gün, 00:15
“Almet” ASC-də mənfəətin istifadəsi müzakirə ediləcək - YIĞINCAQ
Bu gün, 00:05
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir
Dünən, 19:04
Qərbin "havası ilə oynayan" Ermənistan: - Rusiya Nikolu cəzalandırır
Dünən, 19:02
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 19:00
"Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... - İŞ MƏHKƏMƏDƏDİR
Dünən, 18:56
Qazaxda sərhədlər belə müəyyənləşdi: - Digər ərazilər üçün şərtlər necə olacaq?
Dünən, 18:02
Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
Dünən, 18:01
Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı - FOTO
Dünən, 17:59
"Qarabağ klanı" son nəfəsini verir - GƏLİŞMƏ
Dünən, 17:53
"Tamamilə Rusiyaya yaraşan hadisədir" - REAKSİYA
Dünən, 17:46
Paşinyan hakimiyyəti başa düşür ki... - İNCƏLƏMƏ
Dünən, 17:43
Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır - FAKT BUDUR!
Dünən, 17:36
“Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var” – Armen Aşotyan
Dünən, 17:34
Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu DƏYİŞDİRİB
Dünən, 17:29
"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI
Dünən, 17:28
Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir - GƏLİŞMƏ
Dünən, 17:16
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir - İsrafil Kərimovun yazısı
Dünən, 17:12
Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi... - VİDEO
Dünən, 17:02
"Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir? - NARAZILIQ VAR...
Dünən, 16:59
Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti
Dünən, 16:56
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 16:53
Mətanət İsgəndərliyə ağır itki
Dünən, 16:45
Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR - TƏFƏRRÜAT
Dünən, 16:40
"Daha bir iclas da olmalıdır... - çox güman ki, mayın 22-də keçiriləcək"
Dünən, 16:37
Qusarda bələdiyyə sədri HƏBS OLUNDU - ARAŞDIRMA DAVAM EDİR
Dünən, 16:34
Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? - Mübariz Əhmədoğlunun şərhi
Dünən, 16:24
İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: - Dayandırıldı
Dünən, 16:21
Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olub
Dünən, 16:19
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
Dünən, 16:14
Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
Dünən, 16:12
Azərbaycan Məkrəzi Bankında yeni təyinat olub - FOTO
Dünən, 16:05
“Paşinyan noyabrda Bakıya gələcək, bunu özü də istəyir” – YAP-çı deputat TƏSDİQLƏDİ
Dünən, 16:01
"Auto Azərbaycan" şirkəti – MƏHKƏMƏYƏ VERİLİB
Dünən, 15:59
Polis polkovnikindən ŞOK İDDİA: - “Ağ çiçəyim” qəsdən yandırılıb!
Dünən, 15:58
Elektrik enerjisini xaricə 9,4 qəpiyə satırıq – Qiymət 2 dəfə aşağı düşüb
Dünən, 15:53
Ermənilər Azərbaycanla imzalanan protokolu ləğv etmək istəyir - KİV
Dünən, 15:51
"Küçələrdə "vyetnamka" ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm..."
Dünən, 15:44
Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır
Dünən, 15:36
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
Dünən, 15:35
“Vəzifəmdən öz arzumla ayrılmışam” - Aynur Sabitova
Dünən, 15:29
Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: - “Belə münasibət qəbuledilməzdir”
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru