Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığını pozur? .....                     “Heç süni adalar yaratmağın vaxtıdır?!” .....                     Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib .....                     Bu şirkət Zəngilanda tikinti işlərindən 31 milyon .....                     Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir .....                     Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər .....                     Almatı danışıqlarında nazirlər anlaşacaq .....                     Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq .....                     Baş həkimlə köməkçisinin həbsi tələb olundu .....                     Keçmiş gömrük əməkdaşına hökm oxunub .....                     "Cənubi Qafqazda sülh müqaviləsinin bağlanması..." .....                     "A.M.A.Y"ın külli miqdarda borcu var .....                     Əli Şamxaninin qardaşı oğlu həbs edildi .....                     Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi .....                     "Xaliq Faiqoğlu"nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb .....                     “Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” .....                     "Bank Respublika" ilə "Qrant" MMC-nin .....                     "Zarat Taxıl" MMC .....                     Ermənistanda 14 yaşlı uşaq minaya düşdü .....                     Azərbaycanda 15 illik şirkət müflis oldu .....                     “Xətai Ticarət-108” ASC-nin səhmdarları toplanır .....                     Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK... .....                     Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: .....                     Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs .....                     Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu .....                     Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? .....                     Vilayət Eyvazov Yardımlıda .....                     “PashaPay”də .....                     "Kəlbəcərdə həmişə belə qəzalar olub" .....                     Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib .....                     Azad olunmuş bu kənddə evlərin tikintisinə başlanılır .....                     Dövlət agentliyi bu şirkətlə yarım milyonluq .....                     İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarında... .....                     Əmrullayevin TENDER HOQQABAZLIĞI... .....                     Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi .....                     Vilayət Eyvazovdan YENİ TƏYİNAT .....                     Xəstəxanalarda 21 ildir satışı qadağan olan dərmanla həkimlər üçün "tələ" quranlar... .....                     "Ermənistan cəzalandırılmalıdır" .....                     “İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır .....                     Karantin cərimələri ləğv ediləcək? .....                 

Sabiq rektora hansı cəza veriləcək? - Prorektorun qətl işində vəkillər çıxış etdi
Tarix: 19-04-2024, 13:16 | Çap et
Sabiq rektora hansı cəza veriləcək?
"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Dəyanət Quliyevin vəkili Ramiz Qarayev müdafiə çıxışı edib.

O bildirib ki, müvəkkili dayısı Müşfiq Atakişiyev tərəfindən Tariyel Əhmədovun öldürməsi barədə sifariş almadığını deyib. Vəkil qeyd edib ki, Dəyanət Quliyev hüquq-mühafizə orqanlarına təslim olub. Vəkil müvəkkilinə ədalətli qərar qəbul edilməsini xahiş edib.

Digər təqsirləndirilən Samir Quliyevin vəkili Səfər Hüseynov bildirib ki, müdafiə etdiyi şəxs cinayəti etiraf edib. Vəkil buna görə də ona ittiham olunduğu Cinayət Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsini istəyib.

Təqsirləndirilən Müşfiq Atakişiyevin vəkili Kamran Əliyev qeyd edib ki, müvəkkili elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Vəkil deyib ki, sabiq rektor Tariyel Əhmədovun qətlini sifariş verməyib, bu hadisədən xəbəri olmayıb. Vəkil bildirib ki, Müşfiq Atakişiyevə əsassız, qərəzli olaraq ittiham verilib. Vəkil söyləyib ki, sabiq rektora törətmiş olduğu cinayətə görə cəza verilməlidir. O, Müşfiq Atakişiyevin ittiham olunduğu cinayət işi üzrə müddətin keçdiyi üçün işə xitam verilməsinin, Müşfiq Atakişiyevin məhkəmə zalından azad edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əhmədov deyib ki, təqsirləndirilən şəxslərin hər üçü cinayəti etiraf edib. O, cəza təyin olunması məsələsini məhkəmənin mülahizəsinə verdiyi deyib.

Daha sonra təqsirləndirilən Müşfiq Atakişiyev son sözə hazırlaşmaq üçün vaxt istəyib. Hakim ona çıxış etmək üçün vaxt verildiyini deyib.

Digər təqsirləndirilən Dəyanət Quliyev son sözlə çıxış edib. O, özünü qismən təqsirli bilib. Samir Quliyev də özünü cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini söyləyib. Növbəti proses aprelin 26-da davam edəcək

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sifariş əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, onun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.

İttihamda qeyd edilib ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb.

Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyananətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.

Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi.Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.

Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.
Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub.

Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığını pozur? - görünəni odur ki...
Bu gün, 06:17
“Heç süni adalar yaratmağın vaxtıdır?!” - ETİRAZ
Bu gün, 06:14
Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət edib
Bu gün, 06:10
Bu şirkət Zəngilanda tikinti işlərindən 31 milyon - QAZANACAQ
Bu gün, 00:05
Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir - ŞƏRT NETDİR!
Bu gün, 00:02
Nazirlərin vasitəçisiz sülh danışıqlarından gözləntilər - Diqqətlər Almatıya!
Dünən, 19:02
Almatı danışıqlarında nazirlər anlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
Elm və Təhsil Nazirliyindən bu şirkətlərə 3,1 milyonluq - SİFARİŞ
Dünən, 18:56
Baş həkimlə köməkçisinin həbsi tələb olundu – məhkəmə işi
Dünən, 18:06
Keçmiş gömrük əməkdaşına hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:04
"Cənubi Qafqazda sülh müqaviləsinin bağlanması..." - AKTUAL
Dünən, 18:03
"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında
Dünən, 18:00
Əli Şamxaninin qardaşı oğlu həbs edildi
Dünən, 17:59
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
Dünən, 17:57
"Xaliq Faiqoğlu"nun avtobuslarında qanunsuz reklam yayımı aşkarlanıb - FOTO
Dünən, 17:53
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi
Dünən, 17:50
"Bank Respublika" ilə "Qrant" MMC-nin torpaq davası başlayıb
Dünən, 17:45
"Zarat Taxıl" MMC - LƏĞV EDİLİR
Dünən, 17:41
Ermənistanda 14 yaşlı uşaq minaya düşdü
Dünən, 17:38
Azərbaycanda 15 illik şirkət müflis oldu - DETALLAR
Dünən, 17:37
“Xətai Ticarət-108” ASC-nin səhmdarları toplanır
Dünən, 17:35
Bəhrəm Bağırzadənin özü PLANA DÜŞƏCƏK... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:31
Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: - “Qaşınır...”
Dünən, 17:24
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs məhkəmədə həbs olunub
Dünən, 17:18
Gürcüstanın faktiki rəhbəri səssizliyini pozdu - İVANAŞVİLİ QƏRBİ İTTİHAM EDİR
Dünən, 17:16
Repetitorlara zərbə: X-XI siniflərdə təhsil pullu olacaq? - "Burada “qara iqtisadiyyat” yaranır"
Dünən, 17:02
Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək
Dünən, 16:56
“PashaPay”də yeni TƏYİNAT
Dünən, 16:54
"Kəlbəcərdə həmişə belə qəzalar olub" - Dilqəm Əsgərov
Dünən, 16:53
Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT
Dünən, 16:50
Azad olunmuş bu kənddə evlərin tikintisinə başlanılır - 30,8 milyon manatlıq layihə
Dünən, 16:49
Dövlət agentliyi bu şirkətlə yarım milyonluq - MÜQAVİLƏ BAĞLADI
Dünən, 16:48
İşçilərə ödənilən ezamiyyə xərclərinin normalarında... - Ekspert danışır...
Dünən, 16:43
Əmrullayevin TENDER HOQQABAZLIĞI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:40
Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi - DETALLAR
Dünən, 16:39
Vilayət Eyvazovdan YENİ TƏYİNAT - ƏMR
Dünən, 16:37
Xəstəxanalarda 21 ildir satışı qadağan olan dərmanla həkimlər üçün "tələ" quranlar... - şantajla pul alırlar
Dünən, 16:29
"Ermənistan cəzalandırılmalıdır" - ÇAĞIRIŞ
Dünən, 16:27
“İnterfax-Azərbaycan” fəaliyyətini dayandırır - ÜÇ AYDIR MAAŞLAR VERİLMİR/ ÖZƏL
Dünən, 16:24
Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
Dünən, 16:22
Evdar qadınların estetik əməliyyat etdirməsinə qarşı çıxan Xatuna Mətanətdən REAKSİYA
Dünən, 16:18
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
Dünən, 16:16
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
Dünən, 16:15
Dollara "yay hücumu": "Gələn il..." - Ekspert danışır...
Dünən, 16:11
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
Dünən, 16:08
Paşinyan erməniləri “verməməkdə” ittiham etdi
Dünən, 15:50
Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır - NƏ BAŞ VERİR?
Dünən, 15:47
“Freedom Finance Azerbaijan” ASC-dən MMC-yə çevrildi
Dünən, 15:45
Xaçikyanın açıqlaması reallıqdan çox revanşistləri təhrik etmə niyyətinə bənzəyir - ŞƏRH
Dünən, 15:42
Azərbaycanda bu şirkətin əsas səhmdarı payını geri götürür
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru