Delimitasiya davam edir: Bəs demarkasiya prosesinə başlanılıb? - GƏLİŞMƏ
Tarix: 29-04-2024, 19:00 |
Çap et
Tezliklə Azərbaycanla Ermənistan arasında sərhəd ərazilərin delimitasiya prosesi daha da sürətlənəcək.
Bildirək ki, gün ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan məlumatlara görə, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində delimitasiya ilə bərabər demarkasiya prosesinə başlanıb.
Maraqlıdır, iki ölkə arasında şərti sərhədin delimitasiyası başa çatmamış demarkasiya prosesinin başlanılması nə dərəcədə mümkündür?
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, ölkələr arasında sərhəd ərazilərin dəqiqiləşdirilməsi proses mərhələli şəkildə həyata keçirilir:
“Azərbaycan Respublikasının Qazax rayonunun Ermənistanla həmsərhəd ərazilərində ilkin delimitasiya prosesi başlanılıb. Məhz delimitasiya olunan sərhəd ərazilərin demarkasiya olunmağa da ehtiyacı var. Bu prosesi gecikdirmək mənasızdır.
Ona görə də Azərbaycanla Ermənistan arasında şərti sərhəddə hər hansı ərazi delimitasiya olunduqdan sonra demarkasiya da olunmalıdır. burada heç bir ziddiyyətli məqam görmürəm.
Bildirim ki, üç-dörd ay bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev yerli mətbuata müsahibəsində iki ölkə arasında şərti sərhədin məhz mərhələli şəkildə delimitasiya və demarkasiya olunmasını təklif edib.