Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir .....                     Qərbin "havası ilə oynayan" Ermənistan: .....                     Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... .....                     "Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... .....                     Qazaxda sərhədlər belə müəyyənləşdi: .....                     Onlardan bizə gələn səs başlarına dəysin .....                     Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı .....                     "Qarabağ klanı" son nəfəsini verir .....                     "Tamamilə Rusiyaya yaraşan hadisədir" .....                     Paşinyan hakimiyyəti başa düşür ki... .....                     Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır .....                     “Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var” .....                     Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu .....                     "Molokan" bağının ətrafı niyə "HASARLANIB"? .....                     Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir .....                     Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir .....                     Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi... .....                     "Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir? .....                     Faiq Ağayev kimdir? .....                     Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı .....                     Mətanət İsgəndərliyə ağır itki .....                     Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR .....                     "Daha bir iclas da olmalıdır... .....                     Qusarda bələdiyyə sədri HƏBS OLUNDU .....                     Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? .....                     İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: .....                     Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olub .....                     Mədəniyyət Nazirliyində .....                     Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! .....                     Azərbaycan Məkrəzi Bankında yeni təyinat olub .....                     “Paşinyan noyabrda Bakıya gələcək, bunu özü də istəyir” .....                     "Auto Azərbaycan" şirkəti .....                     Polis polkovnikindən ŞOK İDDİA: .....                     Elektrik enerjisini xaricə 9,4 qəpiyə satırıq .....                     Ermənilər Azərbaycanla imzalanan protokolu ləğv etmək istəyir .....                     "Küçələrdə "vyetnamka" ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm..." .....                     Musa Süleymanov məhkəməyə niyə verilib? .....                     “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” .....                     “Vəzifəmdən öz arzumla ayrılmışam” .....                     Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: .....                 

Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR... - İLGİNC İDDİALAR...
Tarix: 29-04-2024, 14:08 | Çap et
Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR...
Sabunçu rayonu ərazisində tikinti işləri (daha doğrusu qanunsuz tikintilər) davam etdirilir.

"DogruXeber.az"a daxil olan məlumata görə rayonun Kürdəxanı qəsəbəsi ərazisində hektarlarla kənd təsərrüfatı təyinatlı ərazilər həyətyanı sahə kimi hissə-hissə bölünüb, vətəndaşlara satılıb. Artıq, bir neçə ildir ev tikib yaşayanlar da var, hazırda tikilməkdə olan yaşayış evləri də.

Qeyd edək ki, həmin ərazilərdə artıq, məskunlaşmış 10-larla sakinlər gileylənirlər ki, "nəmişlik, rütubət divarları və tavanı qaraldıb, asma və digər xəstəliklərə səbəb ola biləcək nəmli qoxu da bir tərəfdən insanın ciyərlərini və hətta gözlərini belə göynədir". Demək ki, inzibati əraziyə cavabdeh qurum (yəni, rayon rəhbərliyi) bu insanları nəzərə almadan, "tüpürüb barmağına, girişib pul saymağa".

Yeri gəlmişkən, Sabunçu rayon rəhbərliyinin vətəndaşlara qarşı laqeydliyinin daha bir bariz nümunəsi "Mədən-2" küçəsindəki 130-dan çox yaşı olan yaşayış binasının təhlükəli vəziyyətdə olmasıdır. Hazırda, həmin binada yaşayan 20-dən çox ailənin yuxuları ərşə çəkilib. Ardıcıl, gələn zəlzələ xəbərlərinə rəğmən, Adil Vəliyev də Sahil qəsəbəsi. Əlyar Gülməmmədov - 4 ünvanındakı 117 ailəni taleyin ümidinə buraxan həmkarı Süleyman Mikayılov kimi bu binanın sakinlərini "planları xaricində saxlayıb".

Amma, rayonun demək olar hər tərəfində aparılan tikintilərə baxanda, belə görünür ki, hörmətli Adil müəllimin "başı daha mühüm işlərə qarışıb". (Red: Əşşi imkan ver dəə, görmürsən ki, pul sayıram?!) Baxmayaraq ki, o, işlərin də yayımladığımız məlumatların şərh bölməsində və iki sorğuya bir konvertdə göndərdikləri hər iki cavabda onlara aidiyyatı olmadığını bildirmişdilər.

Bəli, doğru anladınız, iki aya yaxın müddətdə, ayrı-ayrı vaxtlarda göndərilən iki ayrı sorğuya bir neçə dəfə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirindən səsləndikdən, şərh bölməsində yazdıqlarına münasibət bildirdikdən və nəhayət zəng edib sorğular göndərdiyimizi təkrar nəzərə çatdırdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bir konvertin içində iki nüsxə eyni cavab göndərildi.

Sabunçu rayon rəhbərliyinin "konvertə belə qənaət etməsi"ndən bəlli olur ki, i"srafçılığa yol verməyi xoşlamırlar". Yəqin bu səbəbdəndir ki, yerli əhalinin məlumatına görə hətta, köhnə neft quyuları, köhnə göl yerləri məişət tullantıları ilə doldurulub (daha doğrusu dolu göstərilib) vətəndaşlara satılır, üstəlik orada aparılan tikintilər də görməzdən gəlinir. Nə zibil boşa gedir, nə də yararsız ərazilər. Eynilə, Sabunçu rayon Sabunçu qəsəbəsində Elşən Mehdiyev küçəsində olduğu kimi.

Onsuzda, qısa müddətdən sonra yaxşı doldurulmadığı üçün çökəcək olan tikintilərin də, orada toplanmış məişət tullantılarının, antisanitariyanın yaratdığı fəsadların da ağrısını pulunu verib o, ərazilərdən yer alan vətəndaşların özləri çəkəcək. Necə deyərlər, o, insanlar min bir əziyyətlə qazandıqları külli miqdarda pulu xərcləyərək, cibləri və sağlamlıqları üçün yaxın gələcəkdə reallaşacaq böyük problemlər aldıqlarının hələ ki, fərqində deyillər.

Bundan əlavə, xatırlayırsınızsa, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa edilmiş və artıq uzun müddətdir fəaliyyətdə olan avtoyuma məntəqəsinin üstündə əlavə iki mərtəbənin inşa edildiyi barəsində məlumat vermişdik.

Sabunçu rayon İcra Hakimiyyəti həmin məlumatın şərh bölməsində yazdığı açıqlamada bildirib ki, "24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanla təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən tikinti işlərinin dayandırılması məqsədilə müvafiq tədbirlər görülməsi üçün aşkar olunmuş pozuntu barədə 30.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılmış, buna dair bütün məlumatlar isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir".

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?
Şəhərsalma və Arxitektura Komitəsi isə göndərdiyimiz sorğuya cavabında, sözügedən ərazidə qanunsuz tikinti aparıldığını təsdiq edir və barəsində tədbir görülməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə göndərildiyini deyir.

"SOCAR" nəft şirkəti də həmçinin, bildirir ki, "Müraciətlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "Balaxanı Operating Kompani LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, MMC-nin sözügedən müraciətləri aidiyyəti üzrə baxılması, nəticəsi barədə redaksiyaya və SOCAR-ın Baş ofisinə məlumat verilməsi üçün, "Balaxanı Operating Kompani LTD Şirkətinə göndərilir."

Əmlak Məsələləri Dövlət Xidməti də "cavab"ında bildirir ki, tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərib.

"SOCAR" neft şirkətindən başqa, adı çəkilən hər üç qurumun cavabı adamda, sanki tikintini aparan sahibkara "işi başa çatdırması üçün vaxt qazandırmaq" təsəvvürünü yaradır. Və budur, sözügedən obyekt tikintisi yekunlaşmaq üzrədir. Aidiyyatı qurumlar isə, bu qanunsuzluq faktı barəsində tədbir görmək yerinə, bir-birinə ötürə-ötürə hərəsi öz yaxasını məsuliyyətdən kənara çəkir.

Deyilənə görə, sözügedən tikintini aparan sahibkar özü də,"Mən işimi yuxarı ilə görürəm", deyə arxayınçılığını ifadə edib.

O, zaman sual yaranır, bəs qanunsuzluq hallarına aidiyyatı qurumlar müdaxilə etməyəcəksə, bütün qanunsuz hallarını öz mənfəətlərinə çevirəcəklərsə, bu dövlət qurumları nə üçün var?

Niyə dövlət büdcəsindən maaş alıb, büdcəni israf edirlər?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir
Bu gün, 19:04
Qərbin "havası ilə oynayan" Ermənistan: - Rusiya Nikolu cəzalandırır
Bu gün, 19:02
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 19:00
"Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... - İŞ MƏHKƏMƏDƏDİR
Bu gün, 18:56
Qazaxda sərhədlər belə müəyyənləşdi: - Digər ərazilər üçün şərtlər necə olacaq?
Bu gün, 18:02
Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
Bu gün, 18:01
Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı - FOTO
Bu gün, 17:59
"Qarabağ klanı" son nəfəsini verir - GƏLİŞMƏ
Bu gün, 17:53
"Tamamilə Rusiyaya yaraşan hadisədir" - REAKSİYA
Bu gün, 17:46
Paşinyan hakimiyyəti başa düşür ki... - İNCƏLƏMƏ
Bu gün, 17:43
Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır - FAKT BUDUR!
Bu gün, 17:36
“Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var” – Armen Aşotyan
Bu gün, 17:34
Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu DƏYİŞDİRİB
Bu gün, 17:29
"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI
Bu gün, 17:28
Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir - GƏLİŞMƏ
Bu gün, 17:16
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir - İsrafil Kərimovun yazısı
Bu gün, 17:12
Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi... - VİDEO
Bu gün, 17:02
"Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir? - NARAZILIQ VAR...
Bu gün, 16:59
Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti
Bu gün, 16:56
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 16:53
Mətanət İsgəndərliyə ağır itki
Bu gün, 16:45
Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Daha bir iclas da olmalıdır... - çox güman ki, mayın 22-də keçiriləcək"
Bu gün, 16:37
Qusarda bələdiyyə sədri HƏBS OLUNDU - ARAŞDIRMA DAVAM EDİR
Bu gün, 16:34
Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? - Mübariz Əhmədoğlunun şərhi
Bu gün, 16:24
İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: - Dayandırıldı
Bu gün, 16:21
Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olub
Bu gün, 16:19
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
Bu gün, 16:14
Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
Bu gün, 16:12
Azərbaycan Məkrəzi Bankında yeni təyinat olub - FOTO
Bu gün, 16:05
“Paşinyan noyabrda Bakıya gələcək, bunu özü də istəyir” – YAP-çı deputat TƏSDİQLƏDİ
Bu gün, 16:01
"Auto Azərbaycan" şirkəti – MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 15:59
Polis polkovnikindən ŞOK İDDİA: - “Ağ çiçəyim” qəsdən yandırılıb!
Bu gün, 15:58
Elektrik enerjisini xaricə 9,4 qəpiyə satırıq – Qiymət 2 dəfə aşağı düşüb
Bu gün, 15:53
Ermənilər Azərbaycanla imzalanan protokolu ləğv etmək istəyir - KİV
Bu gün, 15:51
"Küçələrdə "vyetnamka" ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm..."
Bu gün, 15:44
Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır
Bu gün, 15:36
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
Bu gün, 15:35
“Vəzifəmdən öz arzumla ayrılmışam” - Aynur Sabitova
Bu gün, 15:29
Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: - “Belə münasibət qəbuledilməzdir”
Bu gün, 15:28
Yeni işçilərdən və bahalı alış-verişlərdən imtina - Türkiyədə sərt qənaət elan edildi
Bu gün, 15:25
Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
Bu gün, 15:22
Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır - NƏ ETMƏLİ?
Bu gün, 15:15
Birlikdə yaşamaq "ənənəsi": Cinayyətlərin baş verməsi qaçınılmazdır -ŞƏRH
Bu gün, 15:12
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
Bu gün, 15:10
Sevgilisini öldürüb, basdıran tələbə... - VİDEO
Bu gün, 15:04
“Unicapital”ın biznesində 51 milyonluq daralma - Birjada ən böyük itki
Bu gün, 15:00
“Sənətdə qadağalar mənə görə deyil” - aktrsia Vəfa Zülfüqar
Bu gün, 14:57
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
Bu gün, 14:54
Fars-molla rejimi DÜZƏLƏN ZAD DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru