“BELƏ SEÇKİ OLMUR, ÇOX SÜNİ GÖRÜNÜR...” .....                     "Rabitəbank"ın rəhbərliyinə yeni təyinatlar olub .....                     İndi NƏ EDƏCƏKLƏR: Bəlkə Avropa Məhkəməsinə ÜZ TUTASINIZ? .....                     “Çınqıl-Servis ” ASC-nin səhmdarları toplanır .....                     "Ağ çiçəyim" mağazası qəsdən yandırılıb? .....                     Tezliklə çərçivə sazişi imzalana bilər .....                     ABŞ-da prezident seçkiləri .....                     Qəssabın 17 minlik ətini alaraq restorana satdı, pulunu vermədi .....                     “Ya Azərbaycanla əlaqələri pozmalı, ya da...” .....                     Rus qoşunları Ermənistandan tam çıxmır, amma... .....                     Bu fransızlarla NƏ EDƏK?.. .....                     “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının .....                     “Ramiz Mehdiyevin kürəkəni özünü qanunlardan üstün bilir” .....                     Azərbaycan Ordusunun hərbçisi vəfat edib .....                     Kalininqrad modeli yaxşı ideyadır .....                     "Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" .....                     "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" .....                     Sabiq sektor müdiri və Milli Məclis arasında .....                     "Bu yaşımda söyülürəm" .....                     Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? .....                     Bu şirkətə yeni rəhbər seçiləcək .....                     Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb .....                     Vətəndaşlara güzəştli dərmanların verilməsi niyə gecikir? .....                     Azərbaycanda alim vəfat edib .....                     "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" .....                     Dünyaya yeni uşaq gətirən ananı xəstəxanada GİROV SAXLAYIRLAR... .....                     Xaçmazın icra başçısı ancaq VƏD VERİR... .....                     `Azəriqaz`ın SAYĞAC-MAYĞAC OYUNU... .....                     “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir .....                     Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Rusların belə gedişi... BÖYÜK UĞURDUR! .....                     "Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur" .....                     Efirə çıxardılanların əksəriyyətinin savadı, dünyagörüşü və hazırlıqları yoxdur .....                     Fitsoya sui-qəsddə Rusiya izi: xüsusi xidmət orqanları “döyüş yolunda” .....                     Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır .....                     Göyçay sakinləri FƏLAKƏTLƏ ÜZ-ÜZƏ... .....                     “Savalan” ASC səhmdarlarının .....                     “Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin səhmdarları toplanır .....                     Dinşünasımız Baqratı Qərbə .....                     5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... .....                 

Ermənistanda “müxalif avanqard” boşluğu - Paşinyan cəmiyyəti necə “oyadacaq?”
Tarix: 29-04-2024, 14:41 | Çap et
Ermənistanda “müxalif avanqard” boşluğu
Ermənistanın siyasi həyatında müxalifət “qıtlığı” özünü daha qabarıq formada göstərməkdədir. Bu da səbəbsiz deyil – müxalifətin ideyası tükənib. Onilliklər boyu Qarabağ məsələsi ilə Ermənistanda siyasi, ictimai proseslərə təsir göstərilib. Ölkədə hakimiyyət də məhz vurğulanan məsələ əsasında müəyyən olunub. Eyni zamanda, cəmiyyətin diqqəti başqa problemlərdən yayındırılaraq daha çox bu istiqamətə yönəldilib.

“Qarabağ məsələsi” deyilən faktor artıq mövcud deyil. Bu isə Ermənistan cəmiyyətində ciddi çaşqınlıq yaradıb. Ölkə ictimaiyyəti 100 ildən artıq bu saxta ideyaya görə hüdudsuz xəyal qurub, ideya formalaşdırıb. o düşüncələrlə yaşayıb.

Ermənistanda son altı ildə baş verən dəyişiklik onlara yeni yanaşmanı - Azərbaycan və Türkiyəyə qarşı düşmənlikdən əl çəkməyi təbliğ edir. Aydındır ki, bu qonşularla vəziyyətin gərgin saxlanılmasından bir qayda olaraq ən çox erməni etnik qrupu əziyyət çəkir. Həmçinin regiondakı böhranlı vəziyyət, münaqişələr Ermənistan dövlətçiliyi üçün təhlükə mənbəyidir. Belə şərait dövlət quruculuğu prosesini də əngəlləyir.

Bir vaxtlar Qarabağ “kart”ından istifadə edənlər Ermənistanda yenə müxalifət qismində meydana çıxıb. Onlar Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə başlanandan aramsız etiraz aksiyası keçirirlər.

Ermənistanın müxtəlif regionlarında Tavuş rayonunun sakinlərini müdafiə etmək adı altında 11 gündür etiraz aksiyaları təşkil olunur. Aksiyada səsləndirilən şüarlar da çox qəribə və öz aləmlərində guya ironikdir. Etirazçılar baş nazir Nikol Paşinyan hökumətinə acıq verirlərmiş kimi belə şüarlar yazıblar: “Hamısını verək, dinc yaşayaq!”, “Sus, qoy, hamısını versin!”, “Bu təkcə Tavuşun deyil, bütövlükdə erməniliyin və Ermənistanın problemidir!” və sair.

Şüarlardan da göründüyü kimi müxalifət yenidən qaldırdığı etiraz dalğasını əsaslandıra bilmir, yaxud bunda çətinlik çəkir. Hətta Nikol Paşinyana qarşı çıxan keçmiş iqtidar təmsiçilərini bu aksiyada onların övladları əvəzləyir. Məsələn, Ermənistanın 15 hərbçisinin yanaraq ölməsinə görə tutduğu vəzifədən qovulan və məsuliyyətə cəlb olunan polkovnik Miqtan Maxsudyanın oğlu Vaaqn Maxsudyan da həmin aksiyada fəal iştirak edib. Etirazçılar arasında keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryanın başçılıq etdiyi partiyaların nümayəndələri də var.

30 il öncə işğal olunan kəndlərin Azərbaycana qaytarılması iki ölkə arasında münasibətlərin normallaşmasına müsbət təkan verir. Maraqlıdır, bu halda müxalifət adlanan kəsim niyə müsbət yöndə irəliləyən prosesə qarşı çıxır? Səbəb özlüyündə aydındır. Əvvəla, Azərbaycanın həmin torpaqları Ermənistandakı keçmiş iqtidarların dövründə işğal olunub, oraya qanunsuz olaraq ermənilər köçürülüb. Ona görə də sabiqlər o zaman törətdikləri cinayətləri ört-basdır etmək üçün sərhədlərin müəyyənləşdirilməsinə guya etiraz edirmişlər kimi davranırlar.

Yeri gəlmişkən, Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Robert Koçaryana və ona bağlı olan 7 nəfərə məxsus əmlakın dövlətinə xeyrinə müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.

Ermənistanda müxalif “elita” əsasən, sabiqlərdən, daha doğrusu, Qarabağ “kart”ı ilə siyasi-ictimai mövqe qazanıb, müxtəlif cinayətlər törədənlərdən ibarətdir. Azərbaycan torpaqları işğaldan azad edildikcə, iki ölkə arasında münasibətlərdə “buzlar əridikcə”, onlar tərksilah olunurlar.

Keçmiş prezidentlər barəsində cinayət işləri başlandığından, Nikol Paşinyan hökumətinə, delimitasiya prosesinə qarşı çıxanların mahiyyəti də ifşa olunur. Ona görə də pula ehtiyacı olanlar və vəzifəsinin öhdəsindən gələ bilmədikləri üçün işdən qovulanlar keçmiş liderlərin maliyyə vəsaiti sayəsində son etiraz aksiyasında geniş surətdə təmsil olunurdular.

Nikol Paşinyan etirazçılara yerli İctimai Televiziyaya müsahibəsində cavab verib. Bildirib ki, rəsmi İrəvanın Ermənistan sərhədlərindən kənarda ərazi iddiası yoxdur.

Beynəlxalq ictimaiyyət iki ölkə arasında aparılan danışıqları, delimitasiya prosesini açıq-aşkar dəstəkləyir. ABŞ-nin dövlət katibi Antoni Blinkenin aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı telefon danışığı da belə düşünməyə əsas verir.

Belə bir şəraitdə müxalifət rolunda “aktivləşənlər” daha çox Ermənistan hakimiyyəti ilə “hesabı” olan məlum xarici qüvvənin də təmsilçisi kimi çıxış edir. Odur ki, bu ölkənin müxalifətini öz cinayətlərini ört-basdır etməyə çalışanlar və xarici qüvvələrin sifarişini yerinə yetirənlər yığını adlandırmaq olar. Özünü müxalifət sayan bu kəsim Ermənistan cəmiyyətinə illər boyu yalan danışıb, xalqı aldadıb. Həmin qruplaşmanın yürüş və mitinqləri də eyni mövzunu - Qarabağla bağlı xəstə ideyaları əhatə edir.

Bu qruplaşma baş tutmayacaq istəklər, ideyalar və xülyalar əsasında fəaliyyət göstərir. Orada təmsil olunanların əli Azərbaycan və Ermənistanın günahsız vətəndaşlarının qanına batıb. Bu kimi məsələlər baxımdan, onların cinayətlərinin miqyası daha da böyüyür.

Ermənistandakı “müxalif avanqard”ın iddiaları kütləvi xarakter ala və real mahiyyət kəsb edə bilmir. Bu bir daha Ermənistanın siyasi həyatında “müxalif boşluğun” olduğunu göstərir. Ermənistan hökuməti Azərbaycan torpaqlarını işğaldan azad etməklə, reallığa dönməsi üçün cəmiyyəti möhkəm silkələdi. O baxımdan, indi baş verənlər bu dövlətin yenidən qurulması üçün təkan sayıla bilər.

REPORT.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“BELƏ SEÇKİ OLMUR, ÇOX SÜNİ GÖRÜNÜR...” – “İllərin təcrübəsi göstərir ki, rəqabətli bir yarış olmayacaq”
Bu gün, 10:12
"Rabitəbank"ın rəhbərliyinə yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 10:09
İndi NƏ EDƏCƏKLƏR: Bəlkə Avropa Məhkəməsinə ÜZ TUTASINIZ? - Belə də olurmuş...
Bu gün, 10:07
“Çınqıl-Servis ” ASC-nin səhmdarları toplanır
Bu gün, 09:59
"Ağ çiçəyim" mağazası qəsdən yandırılıb? - SENSASİON İDDİA yayıldı...
Bu gün, 09:54
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:52
ABŞ-da prezident seçkiləri və Baydenin qələbəsində Obama amili
Bu gün, 09:49
Qəssabın 17 minlik ətini alaraq restorana satdı, pulunu vermədi - MƏHKƏMƏ
Bu gün, 09:43
“Ya Azərbaycanla əlaqələri pozmalı, ya da...” – Rusiya seçimini etdi
Bu gün, 09:35
Rus qoşunları Ermənistandan tam çıxmır, amma... - Mühüm gəlişmə
Bu gün, 09:29
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 09:28
“Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:26
“Ramiz Mehdiyevin kürəkəni özünü qanunlardan üstün bilir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:23
Azərbaycan Ordusunun hərbçisi vəfat edib - SƏBƏB
Bu gün, 09:19
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 09:18
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 09:16
"Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...
Bu gün, 09:12
Sabiq sektor müdiri və Milli Məclis arasında MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Bu gün, 09:09
"Bu yaşımda söyülürəm" - Xalq artisti
Bu gün, 09:08
Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı
Bu gün, 09:02
Bu şirkətə yeni rəhbər seçiləcək
Bu gün, 09:01
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb
Bu gün, 08:59
Vətəndaşlara güzəştli dərmanların verilməsi niyə gecikir? - NARAZILIQ VAR...
Bu gün, 08:57
Azərbaycanda alim vəfat edib
Bu gün, 08:56
"Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY
Bu gün, 08:52
Dünyaya yeni uşaq gətirən ananı xəstəxanada GİROV SAXLAYIRLAR... - VİDEOFAKT
Bu gün, 08:49
Xaçmazın icra başçısı ancaq VƏD VERİR... - BU DA FAKT!!!
Bu gün, 08:44
`Azəriqaz`ın SAYĞAC-MAYĞAC OYUNU... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:34
“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT
Bu gün, 08:26
Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Bu gün, 08:19
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:14
"Allaha ibadət üçün xüsusi yerə ehtiyac yoxdur" - deputat
Bu gün, 08:13
Efirə çıxardılanların əksəriyyətinin savadı, dünyagörüşü və hazırlıqları yoxdur - Qulu Məhərrəmli
Bu gün, 08:11
Fitsoya sui-qəsddə Rusiya izi: xüsusi xidmət orqanları “döyüş yolunda” - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...
Bu gün, 08:07
Göyçay sakinləri FƏLAKƏTLƏ ÜZ-ÜZƏ... - Yerli məmurlarsa...
Bu gün, 08:05
“Savalan” ASC səhmdarlarının - YIĞIINCAĞI KEÇİRİLƏCƏK
Bu gün, 00:05
“Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin səhmdarları toplanır
Bu gün, 00:02
Dinşünasımız Baqratı Qərbə CALADI
Dünən, 19:10
5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur
Dünən, 19:02
“Ermənistan artıq Azərbaycanın sülh təklifləri ilə razılaşıb” - GƏLİŞMƏ
Dünən, 19:00
“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi
Dünən, 18:56
“İrəvanın Bakı ilə qarşıdurmada uğur qazanmaq şansı yoxdur” - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:04
Hindistanla ABŞ arasında gərginlik - Prosesdə diqqətçəkən Azərbaycan detalı
Dünən, 18:02
Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər - Vəfa Şərifova kimdir?
Dünən, 17:44
Anar Məmmədli və Sevinc Vaqifqızına RƏDD CAVABI
Dünən, 17:42
Ramiz Mehdiyevin kürəkəninin vəkili qəfil xəstələndi... - məhkəmə baxışı yenə də əngəlləndi
Dünən, 17:39
Minsk Qrupu... NƏ GÜNƏ QALIB Kİ?
Dünən, 17:36
Nazirliklə keçmiş rəis arasında məhkəmə davam edir - TƏFƏRRÜAT
Dünən, 17:31
Paşinyanın Azərbaycanla sülhdən danışması tezdir - İNCƏLƏMƏ
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru