BANM-də Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin təlimləri yekunlaşıb
Tarix: 29-04-2024, 14:56 |
Çap et
Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyev Fondu və “Technip Energies” şirkətinin
birgə təşkil etdiyi “Texnoloji biliklərin ötürülməsi” proqramı (“Baku Master Technology
Transfer Program” MTTP-2024) çərçivəsində keçirilən növbəti təlimlər başa çatıb.
Təlimlərdə BANM tələbələri ilə yanaşı, ADNSU və UFAZ tələbələri də iştirak ediblər.7
həftəni əhatə edən təlimlər "Technip Energies" şirkətinin mütəxəssisləri tərəfindən
keçirilib. Təlimlər modullar formasında təşkil olunub, hər modulun sonunda iştirakçılar
üçün "workshop" və modul test imtahanları həyata keçirilib. Bundan əlavə, tələbələrin
birgə iş bacarıqlarını artırmaq məqsədilə komandalar şəklində müxtəlif tapşırıqlar icra
edilib.
dia-az.info