Xanım fanatı azərbaycanlı müğənniyə .....                     ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... .....                     Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi .....                     Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb .....                     Yazırdılar ki, Maykl Ceksona oxşayır... .....                     Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub .....                     Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: .....                     İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir .....                     “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi” .....                     "Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! .....                     Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... .....                     Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı .....                     ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi .....                     Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi .....                     Emin Əmrullayevə ETİRAZ .....                     "İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." .....                     `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? .....                     Eşqi Bağırov nə işlə məşğuldur? .....                     Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında .....                     Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR .....                     Cavid Qurbanovun oğlu deputat olacaq? .....                     Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb .....                     "Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." .....                     Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi .....                     Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? .....                     İnsanlarımızı belə YOLUXDURURLAR... .....                     AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın .....                     Sərhədlərlə bağlı son razılaşma: 1979-cu ilin xəritələri masada... .....                     Vaxtı keçmiş “İCELAND” dondurmaları... SATIŞDA! .....                     Aramsız yağışlar kənd təsərrüfatına necə təsir göstərib? .....                     Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək .....                     Köhnə tədris ili bitməyib... YENİSİNİN BAZARLIĞI APARILIR... .....                     “Bank VTB Azərbaycan”nın rəhbərliyinə yeni təyinat olub .....                     Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? .....                     "Trendyol"un çatdırılma qiymətlərini artırmasının .....                     Neft hasilatının azalması xarici ticarətə təsir etməkdə davam edir .....                     Nəhayət 500 min evə “əmlak amnistiyası” veriləcək? .....                     Onlar siyasətdən birdəfəlik çəkiliblər... .....                     Məhkəmə Osman Nərimanoğlu ilə bağlı qərar verdi .....                     "Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir .....                 

“Elə bilirlər o kafelər mənimdir” - İqbal Ağazadə
Tarix: 2-05-2024, 16:02 | Çap et
“Elə bilirlər o kafelər mənimdir”
Lent.az–ın “Rəsmilərlə qeyri-rəsmi söhbət” rubrikasında qonağımız Ümid partiyasının sədri, 3 çağırış Milli Məclisin deputatı olmuş İqbal Ağazadədir.


- İqbal bəy, xeyli çəki atmış görünürsünüz. Formada neçə qalırsınız?

Sosial yardım alan ailənin gəlirləri artarsa, vəziyyət necə olmalıdır? – CAVAB
Şahdağa qar yağıb - FAKTİKİ HAVA - VİDEO
Lazer, kola, snikers XƏRÇƏNG YARADIR? - Həkimdən şok açıqlama
- İdman edirəm. Hər gün mütləq 10000 addım atıram, fiziki aktivlik mütləqdir. Hər gün Ağ şəhər bulvarında yeriyirəm. “Zəfər” parkında bir kofe içirəm. Hətta məni orda çox görənlər elə bilirlər o kafelər mənimdir. İşlərim də olur. Bir də yaxından tanıyanlar bilir, gül becərirəm. Çox böyük gül bağım var. Satmaq üçün deyil, zövq alıram, onlara özüm qulluq edirəm. Harada fərqli gül görürəm, onu gətizdirirəm. Venesuela, Hollandiya, Çindən gül toxumları gətirtmişəm, xaricdə olan dostlara sifariş verirəm. Güllər açılanda fərqli aurada oluram, elə edirəm il boyu açırlar.

- Ən sevdiyiniz çiçək hansıdır?

- Gözəl olan hər şeyi sevirəm. Hər çiçəyin öz gözəlliyi var. Zəlimxan Yaqub deyir “Duymaq istəsən, daş da gözəldir”. Sadəcə duymaq lazımdır. Hamısı canlıdır. Çiçəklərin verdiyi xüsusi enerji var, onları qoparanda inciyirəm. Onların solub ləçəklərinin torpağa tökülməsi də gözəldir.

- Çox romantikdir...

- Deməzdim, gerçəkçiyəm.

- Deyirlər, çox güclü yaddaşınız var. Uşaqlığınızdan ən unudulmaz xatirəniz nədir? Dəcəl idiniz ya sakit?

- Uşaqlıqda çox dəcəl idim. Düzdür, yaxşı oxuyurdum, orta məktəbdə bir kimya fənnindən dördüm olub, 10 il əlaçı olmuşam. Universiteti də əla qiymətlərlə bitirmişəm. Amma yaxşı oxumaq dəcəlliyimə mane olmayıb. Hər həftə gündəliyimin sonuna təlim-tərbiyədən qeyri-kafi yazılırdı. Kimya müəllimim çox qəddar olub, düzdü sonradan onu çox istədim, amma müəllim qəddar olmamalıdır. İndiki dövrlə o dövrün uşaqları arasında çox fərq var. İndiki uşaqlar qanunlara və valideynlərinə güvənirdilər. Bizim vaxtımızda valideyn deyirdi “səhvi varsa, şapalağı qoy qulağının dibinə”. Evdə müəllimdən şikayət edəndə valideyn birinci uşağını döyürdü. Müəllimə deyirdilər, “əti sənin, sümüyü mənim”.

Yadıma gəlir, birinci sinifdə oxuyanda əlifbanı bitirdikdən sonra müəllimin tövsiyəsi ilə dostum İlham Ağayevlə mən kitabxanadan 2 kitab aldıq. Mən nağıllar kitabı almışdım, o “Koroğlu dastanı”nı. Bu dastanı oxuyandan sonra özümüzü qəhrəman kimi hiss edirdik, oxuduğumuz obrazlara dönürdük. İlham Koroğlu oldu, mən Dəli Həsən. Sinif uşaqları qərar verdik ki, gedək Çənlibelə. Aydın və Çingiz adlı iki yoldaşımız dedi ki, biz Çənlibeli tanıyırıq. Yəqin yaşadıqları kəndlərdə gördükləri mənzərələri kitabdakı təsvirə bənzətmişdilər. Bu arada qeyd edim ki, mən Füzulidə doğulsam da orta məktəbi Bakıda təmayül sinfində oxumuşam. İki uşağı öncədən kəşfiyyat üçün Çənlibeli tapmağa göndərdik. Həmin uşaqlar itdilər, 3 gün tapılmadılar. İşə təhsil idarəsi, milis qarışandan sonra onları Biləcəridə yük qatarından tapıb gətirdilər. Amma heç kim anlamadı ki, onlar hara gedirmiş. Bir-birimizi satmadıq. Koroğlunun dəliləri idik axı.

- Həmin uşaqlarla görüşürsünüz?

- Həm sinif yoldaşlarımla, həm tələbə yoldaşlarımla sıx-sıx görüşürəm. Dostluqlarımız davam edir. Bizim sinif güclü idi, 27 uşaq idik, 24 nəfər ali məktəbi bitirdi. Bu həftə tələbə yoldaşımızla universiteti bitirməyimizin 30 illiyini qeyd edəcəyik.

- Çətin bir gənclik dövrü keçirmisiniz və I Qarabağ müharibəsinin iştirakçısı olmusunuz. Necə xatırlayırsınız o günləri?

- 1990-cı ilin Qara Yanvar hadisələrindən əvvəl başlamışdıq cəbhəyə getməyə. Onda döyüş nöqtələri çox deyildi, özünümüdafiə xətləri var idi. Silahlar yox idi. Sadəcə dəstəyimizi bildirməyə gedirdik. Amma sonralar universitetdən ən böyük dəstə olaraq yola düşdük.
Əvvəlcə yeni yaranmış Müdafiə Nazirliyinə getdik. Bizə məsləhət gördülər ki, Pirəkəşkülə təlimlərə gedək. Orada təsadüfən rəhmətlik qəhrəman Elçin Əliyevi gördük. Mən o cüssədə boy-buxunda ilk dəfə azərbaycanlı görürdüm. Saqqal da saxlayırdı, bu ona xüsusi zəhm verirdi. Bizə dedi gedin Tərtərə, mən də gələcəm. Hamımız öz pulumuza köhnə avtovağzaldan “RAF”lara doluşub getdik Tərtərə.

- Valideynlər övladlarının əliyalın döyüşə getməsinə mane olmadı?

- Valideynlər bilmədi, hamımız gizlədirdik. Hətta biləndən sonra arxamızca gəlməsinlər deyə dedik Kəlbəcərdəyik. Kəlbəcərə yollar bağlı idi artıq. Dəfələrlə ölümlə üzləşdik, dəfələrlə düşündüm ki, arzular, xəyallar ideallar bura qədərmiş. Amma, hər şey Allahın əlində imiş.
Müharibə fərqli psixologiyadır, sən öldürməsən səni öldürəcəklər. Müharibədə qəddar olmasan olmaz.

- Sonra o qəddarlıqdan çıxmaq asan olur?

- Çətindir. Oradan yaralı psixologiya ilə qayıdanlar da çox oldu. Psixoloji sarsıntılar yaşanır. Müharibə iştirakçıları bəzən cinayətə meyilli olurdular, cinayətkar qruplara qoşulurdular. Amma biz fərqli idik. Hamımız tələbə idik və bu travmanı atlatmaq daha asan oldu.

- Şərqşünaslıq fakültəsində hansı bölüm üzrə təhsil aldınız?

- Fars dili üzrə.

- İlk sevginizi xatırlayırsınız?

- Məncə ilk sevdiyim qadın evimdədir. 30 ildir ailəliyik. Sevgi necə yaşanıb, bunu deməyəcəm, məncə bu hamıya maraqlı olmaz. Orta məktəbdə gündəliklər yazardı uşaqlar. İndi də görüşəndə hərdən bir baxıram, o gündəliklərə. 17-ci sual “Sevirsinizmi?” idi. Qəribədir, məndən başqa hamının ilk sevgisi olub. Məndən başqa hamı sevirmiş. Əslində heç kim sevmirdi, hamı özünü daha böyük göstərmək istəyirdi. Mənim məktəbdə sevgim olmayıb.

- Universitetdə olub?

- Həyatımın müxtəlif dönəmlərində hissini və emosiyasını sıxıb içində saxlayan adam olmamışam.

- İlk sevgi elanını xatırlayırsınız?

- Yox. Bilirsinizmi sevgi başqa hissdir vurulmaq başqa hiss. Bəlkə çox vurulmuşam, çox vurulduğum xanımlara da çox sözlər demişəm. Amma o vurulmaq sevgiyə, sevgi doğmalığa keçməyib. Vurulmaq sevgiyə keçməyəndə tezliklə unudulur.

- Vurulub dediyiniz sözlər gerçək idi yalan?

- O vurulmağın təsiri altında yaşadığım duyğular idi, yalan deyildi. Sevgiyə çevrilmədi deyə, bu gün kiməsə yalan kimi çata bilər. O hisslər səmimi sözlər dedirdirdi.

- O vurğunluqlara görə peşmanlıq yaşayırsınız?

- Əsla. O da mənim həyatımın bir parçasıdır. Amma xatirələri sevmirəm

- Amma hələ də xatirə dəftərlərinə baxırsınız…

- Xatirənin şirini yoxdur, yaxşının həsrətini çəkirsən, pislər yenidən canını acıdır. Ona görə keçmişə yox, irəliyə baxan adamam, amma xatirələrin hamısı mənimdir, əzizdir.

- Deyirlər sizə çoxlu sevgi məktubları gəlib…

- Gəlib və indi də gəlir.

- Bəs evdə bunu necə qarşılayırlar?

- Evdə bunu bilirlər, amma o məktubları görmürlər.

- Özünüz necə qarşılayırsınız bu duyğuları?

- Çox normal. İnsani hisslərdir və insanlar hisslərini ifadə etməkdə sərbəstdirlər. Burda nə var ki? Amma sən ona necə cavab verəcəksən, bu başqa bir şeydir.

- Hakimiyyətdə olan siyasətçilər arasında dostlarınız var?

- Müxalifət nümayəndələri arasında da var, hakimiyyətdə olanlardan da.

- 3 çağırış deputat olmusunuz. Deputatlıq üçün darıxırsınız?

- Yox. Çünki deputatlıqdan öncə də, sonra da dəyişməz olaraq qadım. İnsanlara münasibətim necə idisə, elə də davam elədi. Mən elə indi də deputat kimi bir şeyəm. Nə vəzifəm, nə mandatım, nə mandatsızlığım xarakterimi dəyişib. Həmişə insanların yanında olmuşam. Pandemiya dönəmində Ümid Partiyası 20000 ailəyə yardım edib. Həmişə ehtiyacı olanların yanındayıq.

- Partiyanız dövlətdən dəstək alır?

- Yox.

- Bəs maliyyəni haradan əldən edirsiniz?

- İmkanlı partiya üzvlərimiz, dostlarımız var.

- Deyirlər Türkiyədə böyük biznesiniz və siyasətçi dostlarınız var.

- Bu Azərbaycana ziyan vurmayan işdirsə, niyə insanları narahat eləməlidir.

- Varmı, yoxmu?

- Demirəm var, demirəm yoxdur. Mən siyasətə biznesdən gəlmişdim.

- Siyasəti çirkin oyun hesab edirsiniz?

- Əsla. Bir şey ki, insanlıq adına xidmətdir, niyə çirkin olsun. Onu çirkin edən siyasətçilərdir, fərqli yerlərdən baxanlar, öz maraqlarını güdənlərdir.

- Güvən verən obrazınız və danışığınız var. Heç yalan danışmısınız?

- O qədər olub ki. Yalan danışmışam, amma yalançı olmamşam. Mən yalan danışmağa məcbur olmuşam. Tutaq ki, bir insanın problemi var və son ümid yeri kimi sənin qapına gəlib. Sən o an o adama kömək edə bilmirsən, amma vəd verirsən ki, 3 gün sonra düzələcək. O anda ona o ümidi verməsən, bəlkə intihar edəcək, çökəcək. Sən onu o ankı böhranından çıxarırsan. Mənim dediklərim onu həyata bağlayacaq, dəstək verəcək. Bu yalançılıq deyil. Mən yalançılıqla eyniləşə bilən yalan danışmaram. Heç vaxt. Siyasətdə yalan danışacaqsan amma yalançı olmayacaqsan. Siyasətçi vədlər verir, amma bu vədlərin yerinə yetirilməsi ictimai, siyasi, sosial şəraitlə bağlı olur.

- Böyük peşmanlığınız var?

- Yox heç bir peşmanlığım yoxdur. İtkilərim var, o da Allahın təqdiridir, Allahdan gələn işdir.

- Allahdan gəlməyib situasiyadan yaranan itkiləriniz də var? Məsələn, siyasət yolunda kimisə, hansısa dostu itirmisiniz?

- Olub. İtirdiyimə görə peşman deyiləm, bir az da sevinirəm. Bəlkə daha ağır zərbə vurardı. Daha çox güvənərdim. Daha çox çiynimi söykəyərdim, bir də görərdim, arxa boş qalıb.

- Tez güvənirsiniz?
- İnsanlara çox güvənirəm, insanları çox sevirəm. Bu həyatda 1-2 nəfəri itirmişəm, onlara nə kinim var, nə duyğum. Sadəcə mənim üçün daha yoxdurlar, o qədər.

- Bağışlayan xarakteriniz var?

- Bağışlayan adamam. Elə şərait yaradıram ki, qarşımdakı üzr istəyib özünü alçalmış hiss eləməsin. Sadəcə barışdığımızı, bağışlandığını anlasın. Bəzi insanlar var ki, mənim üçün yoxdursa yoxdur. Üzr istədi, qaytarım vitrinə qoyum, o olmur. Vitrindən düşdüsə bitdi. 55 illik həyatımda 1-2 nəfər vitrindən düşən olub. Qalan hamı yerindədir. Kiminlə hansı məsafəyə qədər münasibət ola bilər. Bunu düzgün müəyyənləşdirmişəm

- Övladlarınız nə işlə məşğuldurlar?

- Oğlum universiteti bitirib. Almaniyada magistraturadadır, həm də işləyir, 25 yaşı var. Qızım universitetdə oxuyur. Kifayət qədər ağıllı savadlı insanlardır.

- İmkan olsa ömrünüzün hansı günlərinə qayıtmaq istəyərdiniz?

- Yaşanmamış günlərimə və atalı günlərimə qayıtmaq istəyərdim. Atamdan güc alırdım. Atamı anamdan həmişə çox sevmişəm. Ana zəif məxluqdur, ana sığallanmalıdır, xüsusən yaşlananda.

- Seçdiyiniz yemək var?

- Yox qurman deyiləm, qarşıma soğan-çörək də qoyulsa, yeyib duracam.

- Özünüz ev işləri, yemək bişirmək bacarırsınız? Məsələn, bazarlığa kim gedir sizin evdə?

- Bazarlığa özüm gedirəm. Dadlı yemək də bişirirəm, istənilən mənəm deyən aşpazla yarışa çıxa bilərəm. Əlimdən hər iş gəlir. Evdə elektrik, santexnika işlərini görürəm, divar kağızı işləri olanda özüm edirəm.

- Harda istirahət edirsiniz?

- Mən hələ ömrümdə istirahətə çıxmamışam. Güllərimə qulluq eləmək, dostlarla nərd oynamaq, çay içmək elə istirahətdir də.

- Xaricə köçmək kimi bir fikir ağlınızdan keçib?

- Əsla. Torpağıma çox bağlı adamam. Qulağım Azərbaycan dilində danışıqları, bizim mahnıları eşitməlidir, bu abu havadan uzaqlaşa bilmərəm. Ən gözəl ölkədə belə, 5 gündən çox qala bilmərəm. Mən Azərbaycan üçün canını verə biləcək adamam.

- Çoxları müasir dövrdə sosial şəbəkələrin insanları, cəmiyyəti pozduğunu düşünür.

- Biz özümüzdən öncəki nəsilləri bəyənməmişik, bizdən sonrakılar da bizi bəyənməyəcək. Cəmiyyət daim dəyişir, inkişaf edir. Bunu durdurmaq olmaz. Sadəcə ailə problemlərinin efirlərdə çox önə çıxarılması, məişət problemlərinin qabardılması cəmiyyətə fərqli mesajlar ötürür. Kiminsə Rusiyadan balasını tapıb gətirmək o qədər reklam olunur ki, axırda bu adi hal kimi qəbul olunacaq. Xaricdə ikinci arvad almaq, nikahsız övlad sahibi olmaq heç kimə qeyri-adi gəlməyəcək.

- Son 10 ildə dünyada eynicinslilərin münasibətlərini cəmiyyətə rəsmən sırımağa çalışırlar. Hətta qərb siyasətçiləri bunu təbliğ edirlər. Ailə institutunun yıxılması nəyə xidmət edir sizcə?

- Mənəvi dəyərləri zəif olan cəmiyyəti daha asan idarə eləmək olur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı
Bu gün, 11:34
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 11:32
Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi - İşin mahiyyəti...
Bu gün, 11:24
Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb
Bu gün, 11:21
Yazırdılar ki, Maykl Ceksona oxşayır... - Nazənin
Bu gün, 11:18
Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub - VİDEO
Bu gün, 11:11
Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: - "Mənim fikrimcə..."
Bu gün, 11:06
İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir
Bu gün, 11:03
“Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”
Bu gün, 10:52
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
Bu gün, 10:47
Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
Bu gün, 10:40
Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı – Kritik gəlişmə
Bu gün, 10:36
ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi - KİV
Bu gün, 10:35
Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi - ƏMR
Bu gün, 10:31
Emin Əmrullayevə ETİRAZ - “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”
Bu gün, 10:25
"İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." - Ekspert danışır...
Bu gün, 10:18
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
Bu gün, 10:04
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında - FOTO
Bu gün, 10:03
Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR - AMMA
Bu gün, 10:00
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
Bu gün, 09:56
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb - DETALLAR
Bu gün, 09:54
"Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." - Akif İslamzadə
Bu gün, 09:53
Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi - Ermənistan KİV
Bu gün, 09:48
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? - İNCƏLƏMƏ
Bu gün, 09:47
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
Bu gün, 09:41
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın - Diqqət!
Bu gün, 09:37
Sərhədlərlə bağlı son razılaşma: 1979-cu ilin xəritələri masada... - GƏLİŞMƏ
Bu gün, 09:35
Vaxtı keçmiş “İCELAND” dondurmaları... SATIŞDA! - Buralara BAXAN YOXDUR?
Bu gün, 09:33
Aramsız yağışlar kənd təsərrüfatına necə təsir göstərib? - ARAŞDIRMA
Bu gün, 09:28
Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək - Diqqət!
Bu gün, 09:26
Köhnə tədris ili bitməyib... YENİSİNİN BAZARLIĞI APARILIR... - İLGİNC İDDİA
Bu gün, 09:25
“Bank VTB Azərbaycan”nın rəhbərliyinə yeni təyinat olub - DOSYE
Bu gün, 09:17
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 09:05
"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi
Bu gün, 09:01
Neft hasilatının azalması xarici ticarətə təsir etməkdə davam edir - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Nəhayət 500 min evə “əmlak amnistiyası” veriləcək? - Ekspert danışır...
Bu gün, 08:56
Onlar siyasətdən birdəfəlik çəkiliblər... - SİYAHI
Bu gün, 08:54
Məhkəmə Osman Nərimanoğlu ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 08:53
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 08:51
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?
Bu gün, 08:46
Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
Bu gün, 08:44
GƏDƏBƏYDƏ HAKİM DƏRƏBƏYLİYİ - Nazirə müraciət olundu
Bu gün, 08:41
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
Bu gün, 08:36
Xaçmaz sakinləri ÇARƏSİZ DURUMDA... - "...səsimizi eşidən yoxdur"
Bu gün, 08:35
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
Bu gün, 08:25
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:18
Çörəyin qiyməti ucuzlaşır? - İLGİNC AÇIQLAMA
Bu gün, 08:11
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 08:09
Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru