İsrafil KƏRİMOV
Tarix: 1-09-2023, 08:21 | Çap et
Ölkəmizin müstəqilliyinin bərpası yolunda atılan əsas addım
1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin - müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi. Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ilk addımlardan biri idi. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, daha sonra Naxçıvan Muxtar Respublikasına gedərək, orda həm Azərbaycan Ali Sovetinin, həm də Muxtar Respublikanın Ali Sovetinin deputatı seçildi. Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi. Muxtar respublikada aparılan islahatların məntiqi davamı olaraq, Ümummilli Liderin iradəsi ilə Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, SSRİ-nin mənəvi mirasını özündə daşıyan “sovet” və “sosialist” sözlərindən imtina, özü ilə birlikdə müasirliyi, yeniliyi, özünüdərki gətirdi. Bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarının SSRİ rəhbərliyi olması, eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları qeyd edildi. Məhz 1991-ci ildə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi. Məhz bu çıxışdan sonra Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – avqustun 30-da müstəqilliyin elan edilməsi ilə bağlı qəbul olunmuş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi. İlk dəfə 1918-ci ildə müstəqillik əldə etmiş, daha sonra isə 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə bu müstəqilliyimiz bərpa edildi. Tarix bizə onu göstərdi ki, məhz 1991-ci ildə qəbul edilmiş müvafiq Akt ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu elan edir, bununla da ölkəmiz müstəqilliyini bərpa etmiş oldu. Təəssüf ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarı Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə sadiq olmadılar. Dövlətçiliyin maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Siyasi səriştəsizlik, hakimiyyət uğrunda aparılan intriqalar əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• TƏBİB yeni təcili yardım maşınları alır - 17 milyon manatlıq TENDER
Bu gün, 00:05 |
|
|
|
• Cəbrayılda 7,7 milyon manata - 48 EV TİKİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• BLİNKEN BUNLARI BİLİRMİ? - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Ermənistan əhalisi hara qeyb olur? - ARAŞDIRMA
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda tələbələr universitetdən niyə qovulurlar? - AKTUAL
Dünən, 18:56 |
|
|
|
• Naxçıvanda yeddi rayonun baş həkimləri niyə işdən azad olunublar? - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• MİDA-nın xalis mənfəəti azalıb - HESABAT
Dünən, 18:04 |
|
|
|
• Bakı küçələrində TƏHLÜKƏ – AYNA vətəndaşların həyatını riskə atır
Dünən, 18:01 |
|
|
|
• Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb? - NƏ BAŞ VERİR?
Dünən, 17:56 |
|
|
|
• İtalyan dilindən magistratura pilləsinə niyə qəbul olmayıb?
Dünən, 17:50 |
|
|
|
• Bəlkə bu da "etnik təmizləmə"dir? - replika
Dünən, 17:47 |
|
|
|
• Atasının büstünü qızıl suyuna saldırmışdı... - İndi də Salyanda...
Dünən, 17:40 |
|
|
|
• Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb - SİYAHI
Dünən, 17:36 |
|
|
|
• Birdən-birə 64 məktəb direktorunun işdən çıxarılması... - REAKSİYA
Dünən, 17:14 |
|
|
|
• Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?
Dünən, 17:12 |
|
|
|
• Ticarət mərkəzində insident törədən azərbaycanlılara HÖKM OXUNDU
Dünən, 17:09 |
|
|
|
• Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı - DOSYE
Dünən, 17:07 |
|
|
|
• Azərbaycanda məsləhət və audit şirkəti - LƏĞV OLUNUR
Dünən, 17:06 |
|
|
|
• Rabitəbankın Müşahidə Şurasında - YENİ TƏYİNAT OLUB
Dünən, 17:05 |
|
|
|
• Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək - Ermənistan KİV
Dünən, 17:02 |
|
|
|
• Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır - Gürcüstanın Baş naziri
Dünən, 16:50 |
|
|
|
• Erməni məktəbləri fransız dilini dərindən öyrənəcək
Dünən, 16:49 |
|
|
|
• Polisdən ƏMƏLİYYAT: - 24 kilo heroin ələ keçirildi
Dünən, 16:48 |
|
|
|
• "Toyda tək olsaydım indi fatihə oxuyurdunuz"
Dünən, 16:43 |
|
|
|
• “İmam təyin olunmağım barədə vəhy gəldi, məscidə onu deməyə getmişdim” - “Məşədi Dadaş” məscidinin imamına sui-qəsddə təqsirləndirilən şəxs
Dünən, 16:42 |
|
|
|
• Restoranda döyülən Türkan: - “Köməyimə o gəldi”
Dünən, 16:39 |
|
|
|
• `Bakı Kart`dakı problemlərin DAHA BİR NƏDƏNİ... - "...düşmən kəsilmisiz xalqa?"
Dünən, 16:38 |
|
|
|
• Vüqar Səfərli narazıdır: - Ali Məhkəməyə üz tutdu
Dünən, 16:33 |
|
|
|
• Pezeşkianın 50 günü: İran prezidenti bu müddətdə nəyə nail olub? - “Al Jazeera”
Dünən, 16:31 |
|
|
|
• Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - SƏRƏNCAM
Dünən, 16:28 |
|
|
|
• "Kontakt Home"dan daha bir şikayət - "Yiyəsizlik hökm sürür..."
Dünən, 16:27 |
|
|
|
• İrəvanda Baqrat şousu: - Keşiş Paşinyanı devirə biləcəkmi?
Dünən, 16:25 |
|
|
|
• Salyan rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Prezident Sevindik Hətəmovu Salyan rayonunun icra başçısı vəzifəsindən azad edib - SƏRƏNCAM
Dünən, 16:21 |
|
|
|
• Hacıqabulun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 16:20 |
|
|
|
• Vaşinqtondan Azərbaycan və Ermənistana təklif: - Sülh sazişi...
Dünən, 16:17 |
|
|
|
• “Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir” - Fazil Mustafadan sərt REAKSİYA
Dünən, 16:12 |
|
|
|
• Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb - "Politico"
Dünən, 16:09 |
|
|
|
• Ekspertdən Tahir Kərimlinin təklifinə reaksiya: - Hazırda təşkili müşküldür
Dünən, 16:07 |
|
|
|
• MN-də struktur dəyişikliyi - Anar Eyvazov idarə rəisi oldu
Dünən, 16:04 |
|
|
|
• Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj... - “Məcburi vasitəçilik ola bilməz”
Dünən, 16:02 |
|
|
|
• Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib - HP TƏFTİŞ ETMİŞDİ...
Dünən, 15:58 |
|
|
|
• Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt 9-cu dəfə hərraca çıxarılır - FOTOLAR
Dünən, 15:56 |
|
|
|
• Dövlət Sərhəd Xidməti bu şirkətdən qalxan, qılınc, xəncər alır - SİYAHI
Dünən, 15:52 |
|
|
|
• Binəqədinin icra başçısı da COB29-a BELƏ DƏSTƏK OLUR... - AY MAŞALLAH...
Dünən, 15:51 |
|
|
|
• Gürcüstan Ermənistanla Azərbaycana qarşı birləşir? - ŞƏRH
Dünən, 15:49 |
|
|
|
• Roza Zərgərlinin könlündən belə kişi keçir – Özü DANIŞDI
Dünən, 15:47 |
|
|
|
• ABŞ-nin mayasını batıran Ermənistan... – İrəvan Rusiyaya qayıtmaq yolunda
Dünən, 15:44 |
|
|
|
• İrəvan Bakıdakı teatrda öz rolunu oynayacaq - Zakaryan BELƏ DEYİR...
Dünən, 15:42 |
|
|
|
• “Çöllükdə silahı başımıza dirəyib dedilər, ya güllələyəcəklər, ya da...” - Çeçenistanda saxlanılan azərbaycanlılar danışdı
Dünən, 15:40 |
|
|
|
|