"Cənubi Qafqazda sülhə razı olan Qərb və müttəfiqləri .....                     Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər .....                     Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu .....                     Generalitetə qarşı repressiya və “təmizləmə” .....                     Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var .....                     Bu şirkət nazirlikdən 1,1 milyonluq .....                     "Bakelektroqaynaq" ASC-nin səhmdarları .....                     Nazir direktoru təqaüdə göndərdi .....                     "Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım" .....                     Ukraynalı iş adamının ötən il Bakıda yaratdığı .....                     "Zeynəb Xanlarovanın Amerikada nə işi var?!" .....                     Dövlət qurumları üçün “Qənaət Paketi” Azərbaycanda da qəbul edilə bilərmi? .....                     İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi .....                     Dövlət Turizm Agentliyi elan etdiyi tenderə .....                     Zəngəzur dəhlizinin açılması PERSPEKTİVİ: .....                     Ondan kömək istəyən ahıl kişini belə qarət etdi .....                     Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, .....                     Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib .....                     "Paşinyanın Rusiya səfərindən istədiyi nəticəni almadığı... .....                     "Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, .....                     Ramin Hacılı İnam Kərimova müraciət etdi .....                     "Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacağıq" .....                     Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib .....                     Naxçıvanı BELƏ TİKİBLƏR... .....                     "5 manata gedilən yol indi 8-9 manatadır" .....                     “Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” .....                     “Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...” .....                     Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur .....                     Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır .....                     Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: .....                     Azərbaycan və Ermənistanın parlament rəhbərləri .....                     Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, .....                     "Təməl Beton" şirkəti “Aznetdevelopment” MMC-ni məhkəməyə verib .....                     Azərbaycanda məktəb direktoru cərimələndi .....                     Minsk Qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir? .....                     Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb .....                     Dövlət qurumu 4 milyonluq dərman aldı .....                     Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı .....                     Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? .....                     Nəfəsin elə videosu yayıldı ki... .....                 

Xızı susuzluqdan cadar-cadar olub... - Zaur müəllimin NƏZƏRİNƏ...
Tarix: 26-04-2024, 08:14 | Çap et
Xızı susuzluqdan cadar-cadar olub...
Xızının Sitalçay kəndinin sakini Novruz Alıyevin 82 yaşı var. Bağçılıq-bostançılıq hələ cavanlıqdan – müəllim kimi işlədiyi vaxtlardan sevimli məşğuliyyəti olub. Təqaüdə çıxandan sonra bağçılığa daha çox bağlanıb. Həyətyanı sahəsində 200 meyvə ağacının, iri bostanın olduğunu deyir. Onun sözlərinə görə, əvvəllər bu ağaclar bol-bol su içirmiş. Ancaq son vaxtlar su qıtlığı o dərəcəyə çatıb ki, illərlə qulluq etdiyi yaşıllığı qoruyub saxlaya bilmir:

“200 ağacın indi bar verən mövsümüdür, ancaq susuzluqdan quruyur. Hər il vəziyyət daha da çətinləşir. Su problemi belə davam etsə, mənim bağımda, bostanımda meyvə-tərəvəz qalmayacaq”.

Ağaclar qurusa, sovqat apara bilməyəcək

Novruz Alıyev Qubadlı köçkünüdür, 30 ildir bu kəndə yerləşib, yurd salıb, ev-eşik düzəldib, bağ əkib. Hər yay həyətindəki ağaclardan topladığı çeşidli meyvələri yığıb rayona – köçkün qəsəbələrində məskunlaşan qohumlarının balalarına sovqat aparır. Bu məşğuliyyət 82 yaşlı Novruz dayıya illər idi ki, mənəvi rahatlıq gətirirmiş. Ancaq indi ağacların quruması onu narahat edir. Deyir, əslində kənddə su var, ancaq ana xətlər çürüyüb sıradan çıxdığı üçün su gəlib evlərə çatmır:

“Dəfələrlə şikayət etmişəm, deyirlər, kanal suyunun kəndə girişi mümkün deyil, guya ortalarda pay torpaqları var, gərək su həmin torpaqlardan keçib gəlsin”.

Hər evə 700-800 manat borc yazılıb”

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumların kəndin bir tərəfində baş bəlasına çevrilmiş bu su qıtlığını aradan qaldırmaqda maraqlı deyillər. Səbəbindən də danışırlar:

“Xızının kəndlərində su layihələri üzrə işlər görülüb. Başqa kəndlərə getsəniz, su problemi ilə üzləşməzsiniz. Bu problem bircə bizim kənddə qalıb. Heç bir evdə su sayğacı yoxdur. Hər evin üstünə 700-800 manat su borcu yazılıb. Adamlar deyir, nə vaxt su oldu, işlətdik, bu qədər borc yığıldı? Su istəyəndə deyirlər, gedin, əvvəlcə borcu ödəyin. Ümumiyyətlə, bu rəqəmləri kim fikirləşir, nəyə əsasən yazır, bilmirik. Bunun adı dərəbəylikdir”.

Vaxtaşırı sakinlər özləri ana su xəttində bacardıqları səviyyədə təmir işləri də aparır:

“Xətlər çürüyüb, deşik-deşikdir, su çölə axır, halbuki, o su gəlib evlərimizə çatsa, problem həll edilmiş olar. Bunun üçünsə cəmi 3 kilometrlik ana xətti yeniləmək lazımdır. Kəndin yuxarısına su gəlir, orada su problemi yoxdur, ancaq aşağı tərəfə gələn ana xətt qəzalıdır. Özümüz iki dəfə pul yığıb təmir etmişik, ancaq bu işləri görmək necə deyərlər, bizim boyumuza görə deyil. Bura kasıbların kəndidir, adamlarda pul yoxdur ki, hər il toplayıb, xətdəki deşikləri bağlatdırsın”.

İçməli sudan yaranan çirkab gölməçələr

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır. Nəticədə gölməçələr yaranır, ətrafdakı zibillər həmin gölməçələrdə birləşir. Yay aylarında gölməçələrin yaxınlğından keçmək olmur:

“Ən pisi odur ki, bu gölməçələr evimizin 5-10 metrliyindədir. Üfunətdən beyin çatlayır. Neçə dəfə təmizləmişik, xeyri yoxdur. Biz içməli suya həsrətik, o isə gəlib gözümüzün önündə çirkaba çevrilir, gölməçəyə qarışır”.

Kəndin problemi bununla bitmir. Ödəniş aparatlarının olmaması üzündən sakinlər hər gün Xızıya getməli olurlar. Kənd yolları bərbad, işıq dirəkləri qəzalıdır. Onlar sadaladıqları problemlərin həlli üçün dəfələrlə Xızı Rayon İcra Hakimiyyətinə kütləvi müraciət ediblər.

Xızı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlərin müraciətlərinə Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baxılıb və sakinlərə cavab verilib. Kəndin su probleminin həlli üçün “Azərsu” ASC-yə məktub göndərilib. Deyilir ki, Xızıda yol infrastrukturunun yenidən qurulması mərhələli qaydada həyata keçirilir.

Xızı Suvarma Sistemləri İdarəsindən sakinlərin Taxtakörpü-Ceyranbatan su kanalından Sitalçaya suyun verilməsiylə bağlı müraciətinə cavab olaraq bildirilib ki, kəndin əkin sahələri həmin kanaldan qurğu vasitəsiylə vurulan su ilə təmin olunur. Kənddaxili suvarma şəbəkəsi olmadığına görə, kənddəki həyətyanı sahələr üçün həmin suvarma suyundan istifadə etmək mümkün deyil. Kənddaxili suvarma kanallarının çəkilməsi və kənddaxili yolların işıqlandırılması yerli bələdiyyənin səlahiyyətinə aiddir. Yerli bələdiyyə isə bu işləri görmək üçün bələdiyyə fondunda pul olmadığını bildirir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cənubi Qafqazda sülhə razı olan Qərb və müttəfiqləri artıq Paşinyan hakimiyyətini dəstəkləyirlər"
Bu gün, 19:23
Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər - VACİB OLANI BUDUR!
Bu gün, 19:15
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 19:10
Generalitetə qarşı repressiya və “təmizləmə” - Putin klanları zərərsizləşdirir
Bu gün, 19:02
Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var - AKTUAL
Bu gün, 19:00
Bu şirkət nazirlikdən 1,1 milyonluq - SİFARİŞ ALDI
Bu gün, 18:56
"Bakelektroqaynaq" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 18:56
Nazir direktoru təqaüdə göndərdi - ƏMR
Bu gün, 18:03
"Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım" - Xalq artisti
Bu gün, 18:00
Ukraynalı iş adamının ötən il Bakıda yaratdığı 150 min dollarlıq şirkət BAĞLANDI
Bu gün, 17:57
"Zeynəb Xanlarovanın Amerikada nə işi var?!" - ETİRAZ
Bu gün, 17:56
Dövlət qurumları üçün “Qənaət Paketi” Azərbaycanda da qəbul edilə bilərmi? - TÜRKİYƏDƏKİ QƏNAƏT, BİZDƏKİ XƏCALƏT...
Bu gün, 17:54
İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi
Bu gün, 17:50
Dövlət Turizm Agentliyi elan etdiyi tenderə - YEKUN VURDU
Bu gün, 17:47
Zəngəzur dəhlizinin açılması PERSPEKTİVİ: - “Ermənistan maneələr yaratmaqda davam edir”
Bu gün, 17:44
Ondan kömək istəyən ahıl kişini belə qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 17:42
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, əməliyyat olunacaq
Bu gün, 17:36
Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib
Bu gün, 17:34
"Paşinyanın Rusiya səfərindən istədiyi nəticəni almadığı... və Rusiyanın "dəyişiklik" israrı açıq görünür"
Bu gün, 17:31
"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq"
Bu gün, 17:28
Ramin Hacılı İnam Kərimova müraciət etdi - Vəkilindən AÇIQLAMA
Bu gün, 17:26
"Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacağıq" - Aleksandr Bortnikov
Bu gün, 17:19
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
Bu gün, 17:16
Naxçıvanı BELƏ TİKİBLƏR... - DÖVLƏT BÜDCƏSİNİN RƏSMİ TALANI...
Bu gün, 17:15
"5 manata gedilən yol indi 8-9 manatadır" - Deyilən oldu
Bu gün, 16:53
“Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” - QAYIDIŞA HARAM QATANLAR...
Bu gün, 16:50
“Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:47
Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur -SOSİOLOQ "OD PÜSKÜRDÜ"
Bu gün, 16:41
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 16:38
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: - Arvadının anlaqsız olması...
Bu gün, 16:31
Azərbaycan və Ermənistanın parlament rəhbərləri Cenevrədə görüşəcək
Bu gün, 16:29
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, adı dəyişdirilir
Bu gün, 16:26
"Təməl Beton" şirkəti “Aznetdevelopment” MMC-ni məhkəməyə verib
Bu gün, 16:15
Azərbaycanda məktəb direktoru cərimələndi - SƏBƏB
Bu gün, 16:14
Minsk Qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:14
Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb - Paşinyan BELƏ DEYİR...
Bu gün, 16:10
Dövlət qurumu 4 milyonluq dərman aldı - SİYAHI
Bu gün, 16:09
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
Bu gün, 16:06
Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:03
Nəfəsin elə videosu yayıldı ki... - HEÇ YERDƏ GETMƏYƏN O GİZLİ GÖRÜNTÜ
Bu gün, 16:00
ETSN dəyişikliyi TƏSDİQLƏDİ - AÇIQLAMA
Bu gün, 15:59
Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
Bu gün, 15:53
Yeni Qars müqaviləsinə ehtiyac var? - Partiya sədrindən deputata cavab
Bu gün, 15:51
ASALA Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 15:50
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub, iş yoldaşı saxlanılıb
Bu gün, 15:47
ATƏT sülh prosesinə qatıla bilər? - Qapılar bağlıdır
Bu gün, 15:00
Nazirlər Almatıda sülhə yaxınlaşa bilmədilər - FAKT BUDUR!
Bu gün, 14:02
Uçan binanın altında kim qalacaq? - MÜƏMMA
Bu gün, 14:00
Azərbaycanda milyonluq şirkətlərin sahibləri bir araya gəlir
Bu gün, 13:56
İrandan Mehri həmləsi: Ermənistanda anlaşdılar - DETALLAR
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru