İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi .....                     Dövlət Turizm Agentliyi elan etdiyi tenderə .....                     Zəngəzur dəhlizinin açılması PERSPEKTİVİ: .....                     Ondan kömək istəyən ahıl kişini belə qarət etdi .....                     Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, .....                     Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib .....                     "Paşinyanın Rusiya səfərindən istədiyi nəticəni almadığı... .....                     "Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, .....                     Ramin Hacılı İnam Kərimova müraciət etdi .....                     "Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacağıq" .....                     Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib .....                     Naxçıvanı BELƏ TİKİBLƏR... .....                     "5 manata gedilən yol indi 8-9 manatadır" .....                     “Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” .....                     “Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...” .....                     Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur .....                     Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır .....                     Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: .....                     Azərbaycan və Ermənistanın parlament rəhbərləri .....                     Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, .....                     "Təməl Beton" şirkəti “Aznetdevelopment” MMC-ni məhkəməyə verib .....                     Azərbaycanda məktəb direktoru cərimələndi .....                     Minsk Qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir? .....                     Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb .....                     Dövlət qurumu 4 milyonluq dərman aldı .....                     Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı .....                     Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? .....                     Nəfəsin elə videosu yayıldı ki... .....                     ETSN dəyişikliyi TƏSDİQLƏDİ .....                     Rəşad Dağlı əfv olunacaq? .....                     Yeni Qars müqaviləsinə ehtiyac var? .....                     ASALA Paşinyanı devirmək üçün .....                     İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub, .....                     ATƏT sülh prosesinə qatıla bilər? .....                     Nazirlər Almatıda sülhə yaxınlaşa bilmədilər .....                     Uçan binanın altında kim qalacaq? .....                     Azərbaycanda milyonluq şirkətlərin sahibləri bir araya gəlir .....                     İrandan Mehri həmləsi: Ermənistanda anlaşdılar .....                     "Yalan, yanlış məlumatlar yayırlar" .....                     Şimal-qərb küləyi əsəcək .....                 

Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Tarix: 27-04-2024, 10:54 | Çap et
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Rüstəm Rüstəmov deyib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində işləyir:

" Rəşad Əhmədovun narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradıldı və həmin qrupda özü rəhbərlik mən etmişəm. Ötən il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı".

Daha sonra hakim şahidlərin dindirilməsinin başa çatdığını elan edib. Hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.

Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər. O, Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyiblər.

Hakimin suallarını cavab verən Azər Səricanov deyib ki, o, terrorçuluğu planlaşdırmaqda özünü təqsirli bilib.

Təqsirləndirilən deyib ki, başqa dövlət orqanlarına da girib, orada qadınlardan başqa hər kəsi güllələmək istəyib.

Bundan sonra Azər Səricanovun ibtidai istintaq zamanı verdiyi iki ifadəsi elan edilib.

Həmin ifadələrdən birini 2023-cü ilin iyulun 2-də, digərini isə həmin ilin noyabrın 15-də verib.

Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində göstərib ki, Rəşad Əhmədovu təxminən 1 il bundan əvvəl, yəni 2023-cü ildə tanıyıb, ilk vaxtlar söhbətləri yaxşı alınıb: "Sonradan Rəşada kərə yağı sata biləcəyini söyləyib. Rəşad razılaşandan sonra hər 10-15 gündən bir ona 15-20 kiloqram çəkidə kərə yağı vermişəm. Bu münasibətlər çərçivəsində əlaqələri daha da yaxşılaşıb. Təxminən 1 il müddətində bu qaydada çalışmışam. Tarixi tam xatırlamasam da, təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu bildirdi. Mən də Rəşaddan sərhədyanı əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. Rəşad həmin əraziləri yaxşı tanıdığını söylədi. Bundan sonra Rəşada əgər nə vaxtsa lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini söylədi və nə üçün bunu soruşduğunu maraqlandıqda həmin vaxt ona heç nə demədim. Lakin həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul oldum. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırdım. Bundan sonra görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirdi. Burada əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. Danışıqları zamanı Rəşad özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına dair söz verdi".

Azər Səricanov daha sonra ifadəsində göstərib ki, 2023-cü ilin fevral ayında Rəşadla yenidən görüşü zamanı, ona İrana gedərək Valehlə Fazil Mustafanın öldürülməsi işini danışdığını, Valehin bu məsələni müsbət qarşıladığını və hətta işin alınacağı təqdirdə 30.000 ABŞ dolları verəcəyini söyləyib: “Bu işi pula görə etmədiyimi, lakin nə qədər verilsə də razılaşacağımı bildirdim. Bununla yanaşı, təxminən 12-13 mart 2023-cü il tarixdə başqa bir tanışımın Zaqatala rayonunda yerləşən evində saxlanılan “Walther” tipli tapançanı, patronları və 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu götürmək üçün Rəşadla birlikdə həmin rayona getdim. Oraya gedəndə öz mobil telefonumu Xocəsəndə olan evində saxladım. Rəşadın isə mobil telefonu üzərində olub. Biz Zaqatalaya Rəşadın “Opel” markalı maşını ilə getmişik. Özüm gedib evdən silahı və patronları götürdüm və Rəşadın maşınının yük yerinə qoydum. Bundan sonra Bakı şəhərinə qayıtdım. Lakin Rəşada maşının yük yerinə qoyduğu əşyaların silah və patron olduğunu söyləmədim. Həmin zaman təxminən 2023-cü ilin mart ayının 19-da öz evimdə saxladığım qızılı rəngli silahı və onun darağında olan 7 ədəd patronu, həmçinin Zaqataladan götürdüyüm 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu saxlamaq üçün Rəşada verdim. Həmin silahı və patronları əgər Fazil Mustafanı Səbuhi vura bilməsə, Rəşadın Fazil Mustafanı gördüyü yerdə silahla vurmasını, həmçinin əgər Rəşad Səbuhi və Elşadı İrana keçirən zaman hər hansı bir maneə ilə rastlaşarsa silahdan istifadə etməsini Rəşada tapşırdım. Rəşad da razılaşaraq həmin silahı və patronları götürərək özündə saxladı".

Azər Səricanov daha sonra qeyd edib ki, 28 mart 2023-cü il tarixdə Səbuhi Fazil Mustafanı silahla güllələyəndən sonra Rəşada zəng edib və növbəti gün üçün görüş təyin edib: "Martın 29-da, saat 20-21 radələrində Rəşadın evində görüşən zaman Rəşad Fazil Mustafanın vurulması müqabilində 30.000 ABŞ dollarını verdim. Mən də həmin pulu sayaraq elə həmin zaman 2.000 ABŞ dollarını Rəşada təqdim etdim. Daha sonra isə Rəşadın mənə verdiyi dollar valyutasında olan pulları Bakı şəhəri ərazisində müxtəlif yerlərdə hissə-hissə olmaqla qeyri-rəsmi qaydada Azərbaycan manatına çevirərək təxminən 15.000 manat miqdarında pulu martın 30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən çayxanaların birində Səbuhiyə verdim. Qalan pulun bir miqdarını isə öz xərclərim üçün istifadə etmişəm".

Daha sonra Azər Səricanovun 15 noyabr 2023-cü ildə istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə və Azərbaycan Respublikası Milli Məclisinə silahlarla girməli və qarşısına çıxan hər kəsi güllələməli imişlər: "Bunun əsas səbəbi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin haqsız səbəblərdən dindarları həbs etməsi olub. Milli Məclislə bağlı isə orada fəaliyyət göstərən deputatların ölkədə baş verən haqsızlıqlara susması, dindarlara göstərilən işgəncələrə, haqsızlıqlara dair heç bir şey söyləməmələri, bununla yanaşı deputat Fazil Mustafanın dindarlarla bağlı təhqiredici ifadələr işlədən zamanı heç kimin reaksiya göstərməməsi mənə dərindən təsir göstərib. Bu səbəbdən həm də Milli Məclisə üzərimdə avtomat və tapança ilə girərək qarşısına çıxan hər kəsi güllələməyi planlaşdırmışam. Lakin tutulduğum üçün bu planların heç birini həyata keçirə bilməmişəm".

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi
Bu gün, 17:50
Dövlət Turizm Agentliyi elan etdiyi tenderə - YEKUN VURDU
Bu gün, 17:47
Zəngəzur dəhlizinin açılması PERSPEKTİVİ: - “Ermənistan maneələr yaratmaqda davam edir”
Bu gün, 17:44
Ondan kömək istəyən ahıl kişini belə qarət etdi - TƏFƏRRÜAT
Bu gün, 17:42
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, əməliyyat olunacaq
Bu gün, 17:36
Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib
Bu gün, 17:34
"Paşinyanın Rusiya səfərindən istədiyi nəticəni almadığı... və Rusiyanın "dəyişiklik" israrı açıq görünür"
Bu gün, 17:31
"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq"
Bu gün, 17:28
Ramin Hacılı İnam Kərimova müraciət etdi - Vəkilindən AÇIQLAMA
Bu gün, 17:26
"Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacağıq" - Aleksandr Bortnikov
Bu gün, 17:19
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib - DETALLAR
Bu gün, 17:16
Naxçıvanı BELƏ TİKİBLƏR... - DÖVLƏT BÜDCƏSİNİN RƏSMİ TALANI...
Bu gün, 17:15
"5 manata gedilən yol indi 8-9 manatadır" - Deyilən oldu
Bu gün, 16:53
“Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” - QAYIDIŞA HARAM QATANLAR...
Bu gün, 16:50
“Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:47
Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur -SOSİOLOQ "OD PÜSKÜRDÜ"
Bu gün, 16:41
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 16:38
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: - Arvadının anlaqsız olması...
Bu gün, 16:31
Azərbaycan və Ermənistanın parlament rəhbərləri Cenevrədə görüşəcək
Bu gün, 16:29
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, adı dəyişdirilir
Bu gün, 16:26
"Təməl Beton" şirkəti “Aznetdevelopment” MMC-ni məhkəməyə verib
Bu gün, 16:15
Azərbaycanda məktəb direktoru cərimələndi - SƏBƏB
Bu gün, 16:14
Minsk Qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:14
Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb - Paşinyan BELƏ DEYİR...
Bu gün, 16:10
Dövlət qurumu 4 milyonluq dərman aldı - SİYAHI
Bu gün, 16:09
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
Bu gün, 16:06
Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:03
Nəfəsin elə videosu yayıldı ki... - HEÇ YERDƏ GETMƏYƏN O GİZLİ GÖRÜNTÜ
Bu gün, 16:00
ETSN dəyişikliyi TƏSDİQLƏDİ - AÇIQLAMA
Bu gün, 15:59
Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
Bu gün, 15:53
Yeni Qars müqaviləsinə ehtiyac var? - Partiya sədrindən deputata cavab
Bu gün, 15:51
ASALA Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 15:50
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub, iş yoldaşı saxlanılıb
Bu gün, 15:47
ATƏT sülh prosesinə qatıla bilər? - Qapılar bağlıdır
Bu gün, 15:00
Nazirlər Almatıda sülhə yaxınlaşa bilmədilər - FAKT BUDUR!
Bu gün, 14:02
Uçan binanın altında kim qalacaq? - MÜƏMMA
Bu gün, 14:00
Azərbaycanda milyonluq şirkətlərin sahibləri bir araya gəlir
Bu gün, 13:56
İrandan Mehri həmləsi: Ermənistanda anlaşdılar - DETALLAR
Bu gün, 13:03
"Yalan, yanlış məlumatlar yayırlar"
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:40
DSMF aylığı 52 min manata ofis İCARƏLƏYİR
Bu gün, 12:34
“Sabirabad Yem Zavodu” ASC səhmdar­larının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 12:32
“Birbaşa deyirəm ki, kim onu deyirsə, qələt edir...” - İsa Qəmbərdən SƏRT TƏPGİ
Bu gün, 12:29
“Nədir, mən də Nazim Gədəbəyskiyəm?” - Keçmiş deputatın MƏHKƏMƏSİ
Bu gün, 12:27
ETSN yetərsiz qaldıqca... - DURUM CİNAYƏT XARAKTERİ ALACAQ...
Bu gün, 12:24
Tanınmış müğənni həmkarlarından narazıdır: - "Məni dilə-dişə saldılar..."
Bu gün, 12:12
Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi təyin edilib
Bu gün, 12:07
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - YENİ TƏYİNAT
Bu gün, 12:05
"Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..." - Şərurlu İsfəndiyardan ETİRAF
Bu gün, 12:01
Məlumatlı OL, aldanmayasan! - DİN-dən XƏBƏRDARLIQ
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru