Müdafiə Nazirliyi 638 min manatlıq ayaqqabı kremi .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu görün, kimi .....                     Zəngəzur dəhlizinin açılması... .....                     AQTA ancaq dəri ilə fəxr edə bilər .....                     Alverçilər qiyməti diqtə edəcək: Bahalaşma olacaq .....                     "Musavat partiyası parlament seçkilərində iştirak edəcək" .....                     “Bərdə Broyler” səhmdarlara dividend ödəyəcək .....                     Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırdı .....                     “Sözlə alınmayanda keçirdim yumruq davasına” .....                     "Sovet aktrisasıyam, biz dözürük" .....                     Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir .....                     SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov gəlinini HƏDƏLƏYİR .....                     Nazim Bəydəmirli barədə həbs-qətimkan tədbiri dəyişdirilmədi .....                     Baş diplomatların ikigünlük Almatı görüşü: .....                     ABŞ səfiri İlham Əliyevin haqlı iradlarına yalnız BU CAVABI verə bildi... .....                     Benjamin həkim qazini məhkəməyə verib: “Həbsimi istəyir” .....                     Müdafiə Nazirliyi HHQ-nin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir .....                     Qarabağ Dirçəliş Fondu 2 tədbir üçün 132 min xərcləyəcək .....                     “Aksiya yoxdur, 6-7 xuliqan küçələri bağlayıb” .....                     Masallı sakinini lətifədəki ÇUKÇA YERİNƏ QOYDULAR .....                     "Bu gün 20 yaşında adını jurnalist qoyan bir şəxs..." .....                     "Akumlyatorun "zaryadka" yığması üçün etdim..." .....                     Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir .....                     BU NƏDİ BELƏ: Sakinlər yaşaya-yaşaya binanı sökürlər... .....                     Qalmaqallı "MT Construction" tikinti şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb .....                     İrandan Azərbaycana 61 kiloqram narkotik keçirən Astara sakinləri həbs olunub .....                     "Gözcü Güvənlik” MMC .....                     Fırıldaqçı keşiş baş nazir olmaq istəyir .....                     Rusiya qoşunları Azərbaycanla sərhəddəki .....                     Günün fotosu: .....                     İlqar Məmmədovdan AXCP üzvünə .....                     Əsrlərlə dövləti olmayan erməniləri birləşdirən kilsə .....                     Bu məktəb qəzalı vəziyyətdədir .....                     Azərbaycan bundan sonra Avroviziyada iştirak etməsin .....                     “Mənim müxalifətçilərlə qəhvə içməyə həvəsim yoxdur” .....                     Xankəndidə Ermənistan konsulluğu AÇILA BİLƏR? .....                     Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi .....                     Adı “Tərtər işi”ndə hallanan general əmlaklarını satışa çıxarıb .....                     İdarə rəisi 1500 manat cərimələnə bilər .....                     Ararat Mirzoyan sələflərini fərari adlandırıb .....                 

Təlxəklərin qurbanı olan Ermənistan... - yuxudan ayıla biləcək?
Tarix: 27-04-2024, 12:00 | Çap et
Təlxəklərin qurbanı olan Ermənistan...
Elçin Alıoğlu - TREND


Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını və 32 ildən bəri Ermənstanda işğalda qalmış 8 kəndimizin 4-nün azad edilərək Azərbaycana təhvil verilməsinin dayandırılmasını tələb edən şəxslərin keçirdikləri etiraz aksiyaları gün keçdikcə tragikomediyaya çevrilməyə başlayır.

Qrotesk o həddə çatıb ki, Ermənistanın müxtəlif yerlərində yolları bağlayan şəxslər arasında kənar dövlətlərin mikroskopik nüfuza malik agenturası, baş verənləri yeknəsəq günlərə rəng qata biləcək əyləncə sayanlar və hətta fırıldaqçıların sayı sürətlə artır.

Məsələn, Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yolu bağlayanlar arasında özünü "liderlərlərdən biri" elan edən həxs erməni jurnalistlərə "general-leytenant Martin Karapetyan" kimi müsahibə verib.

Dahat sonra isə "general-polkovnik Arakelyan" kameralar qarşısında peyda olub.

Ermənistan ordusunun qalıqlarında belə "general"lar yoxdur və fırıldaqçılar yaranmış vəziyyətdən istifadə edərək pul qazanmağa çalışıblar.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan da rəhbərlik etdikləri "Ermənistan" ilə "Şərəfim var" parlament fraksiyalarındakı deputatlar vasitəsilə aksiyalara qatılıblar.

R.Köçəryanın oğlu Levon Köçəryan isə yol bağlayanların yanında duraraq foto çəkdirib, sonra isə həmin fotolar "təsadüfən" sosial şəbəkələrdə "Ermənistanın gələcək baş naziri" yazısı ilə paylaşılıb.

Vəziyyətdən Ermənistandakı siyasi parazitlərlə yanaşı, müxtəlif ölkələrdəki ermənilər də mümkün qədər aktiv istifadə etməyə çalışırlar.

Rusiya Ermənilər İttifaqının (REİ) rəhbəri Ara Abramyanın Moskvada təşkil etdiyi, qondarma "erməni soyqırımı"nın "anım günü"nə həsr olunmuş konfransda çıxış zamanı da qrotesk vardı.

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan səhnəyə çıxaraq uydurma "soyqırım"dan bir qədər danışandan sonra Nikol Paşinyandan bəhs etməyə başlayıb.

"Paşinyanın xuntanını hakimiyyətdən kənarlaşdırmaq və istefaya yollamaq yetərli deyil. Paşinyanla adamları həbs olunmalı, əməllərinə görə qanun qarşısında cavab verməlidirlər", - A.Karapetyan deyib.

REİ-nin vitse-prezidenti Lüsik Qukasyan səbrinıə hakim olmayaraq sabiq nazirin sözünü kəsib: "Anlamıram, Ermənistanın keçmiş müdafiə naziri burada nə edir?! Üstəlik, sayğı və diqqət tələb edir. O, indi Ermənistanda olmalıdır!"

A.Karapetyan küsərək tədbiri tərk edib.

Elə həmin gün A.Karapetyan Moskvadakı mənzilindən Ermənistan vətəndaşlarına videomüraciət edib.

"Ümumerməni Cəbhəsi"ni yaratdığını elan edən A.Karapetyan Ermənistan vətəndaşlarını kütləvi etiraz aksiyalarına, nümayiş və yürüşlərə çağırıb.

Onun çağırışında bir məqam diqqətçəkəndir: "Hakimiyyət dəyişikliyini dəstəkləyirik, lakin əvvəllə hakimiyyətdə olanları və ya kənardan təsir altında fəaliyyət göstərənləri hakimiyyətdə görmək istəmirik".

Beləliklə, Ermənistanda hakimiyyət uğrunda mübarizəyə başladığını bəyan edən general A.Karapetyan ölkənin sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla heç bir halda tərəfdaş olmayacağını, hansısa koalisiya qurmayacağını bildirib. Təbii, A.Karapetyan İrəvanda hakimiyyət dəyişiklikliyini reallaşdıra biləcək nüfuza və imkana malik şəxs deyil. O, sadəcə Rusiyadakı müəyyən qüvvələrin İrəvandakı vəziyyətə təsir üçün yeni alət qismində istifadə etdiy şəxs olduğundan Köçəryan və ya Sarkisyanla hansısa əməkdaşlığın mümkünlüyündən danışmaq, yumşaq desək, çox tezdir.

Hazırda Ermənistanda Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı işlərin sürətlə getməsindən etiraz aksiyaları üçün səbəb qismində istifadə edən qüvvələrin məramı bəllidir: onlar Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün əlverişli situasiyanın formalaşdığını düşünürlər.

Daxildəki «sabiq»lər və ölkə xaricindəki erməni diasporu, xüsusilə də Rusiyadakı erməni icma təşkilatlarının rəhbərləri tərəfindən maliyyələşdirilərək idarə olunan kütlə etiraz aksiyalarının ciddi nəticə verəcəyini düşünürlər. Sadəlövhlükdür, çünki Ermənistanda Paşinyanın mövqelərini istefaya vadaretmə səviyyəsinədək zəiflədəcək qüvvə, həmçinin zəruri şərait yoxdur.

Ermənistanda Robert Köçəryanla Serj Sarkisyanın hakimiyətə qayıdış xəyalları da illüziyadır - ermənilərin çoxu onlara sözün əsl mənasında, nifrət edirlər.

Amma bu, onların əsrlərdən bəri formalaşan və hələ də qüvvədə olan ideoloji paradiqmalarına, yaşamlarının mənəvi əsaslarına qətiyyən təsir etmir.

Ermənistan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin şüurlarındakı “Vətən”, “Torpaq”, “Yurd” məhfumları reallıqlara cavab verməyərək miflərə, əsatirlərə, uydurma tarixi illüziyalara əsaslanır.

Qonşu ölkənin müstəqillik qazanan ilk gündən bəri keçdiyi zaman kəsiyində inkişafını əngəlləyən, irəliləyişinə mane olan əsas amil də ermənilərin uydurduqları narrativlərin, xəyallarındakı mifik “Böyük Ermənistan” idefiksinin qurbanı olmaları, ərazi iddiaları və irqçiliyi normal prinsiplər saymalarıdır.

Halbuki ermənilərin intellektual potensialı az deyil və erməni cəmiyyəti normal inkişaf yolunu seçsəydi, Azərbaycanla Türkiyəyə qarşı marazmatik iddialardan əl çəkib tərəfdaşlıq, qonşuluq və əməkdaşlıq yolunu tutsaydı, Cənubi Qafqazda sülhlə stabillik çoxdan bərqərar olmuşdu.

Ermənilərsə öz qüvvələrini, potensiallarını və imkanlarını boş xəyallaar sərf edərək böyük dövlətlərin çirkin geosiyasi oyunlarında alət oldular, vədlərə aldanaraq yerinə yetirilməyən və əsla reallaşdırılmayacaq “öhdəlik”lərin qurbanı oldular.

Erməni cəmiyyətinin ən böyük səhvi isə qondarma “erməni soyqırımı” yalanını qüvvədə saxlaması, Türkiyə və Azərbaycanla yanaşı, bütün dünyaya məhz həmin yalanın müstəvisindən baxmasıdır.

Ermənistanın indi üzləşdiyi tarixi, mənəvi, siyasi və geosiyasi dalana aparan yanlış yol da məhz saxta narrativlər, mənasız illüziyalardır.

Rəsmi İrəvan saxtakarlıq və yanlışlar, uydurmalar və xəyallar üzərində qurulmuş prinsipləri tarixə, iddialarını - siyasətə, psixi travmalarını isə yaddaşa çevirdiyi üçün fasiləsiz şəkildə hami, dayaq, havadar arayır. Belə arayışlar mütləq şəkildə erməniləri «hami»lik iddiasında olanların oyuncağına və marionetinə çevirir.

Ermənilər asılılıqdan qurtulmaq, müstəqil dövlət olmaq, inkişafa başlamaq və forpost statusu ilə vidalaşmaq istəyirlərsə, saxta narrativlərdən əl çəkməlidir.

Ağrılı prosesdir, sürətlə bitən deyil.

Ancaq başqa yol və ya vasitə yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyi 638 min manatlıq ayaqqabı kremi ALIR
Bu gün, 00:05
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu görün, kimi TƏRƏFDAŞ SEÇDİ...
Bu gün, 00:02
Zəngəzur dəhlizinin açılması... - fikir ayrılıqları var!
Dünən, 19:02
AQTA ancaq dəri ilə fəxr edə bilər - Eyyub Hüseynov BELƏ DEYİR...
Dünən, 19:00
Alverçilər qiyməti diqtə edəcək: Bahalaşma olacaq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 18:56
"Musavat partiyası parlament seçkilərində iştirak edəcək" - AÇIQLANDI
Dünən, 18:05
“Bərdə Broyler” səhmdarlara dividend ödəyəcək
Dünən, 18:02
Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırdı
Dünən, 17:59
“Sözlə alınmayanda keçirdim yumruq davasına” - deputat
Dünən, 17:57
"Sovet aktrisasıyam, biz dözürük"
Dünən, 17:53
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir - TƏFƏRRÜAT
Dünən, 17:48
SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov gəlinini HƏDƏLƏYİR – Şok ittihamlar
Dünən, 17:39
Nazim Bəydəmirli barədə həbs-qətimkan tədbiri dəyişdirilmədi
Dünən, 17:34
Baş diplomatların ikigünlük Almatı görüşü: - "Açıqlanmadı, amma..."
Dünən, 17:32
ABŞ səfiri İlham Əliyevin haqlı iradlarına yalnız BU CAVABI verə bildi... - İLGİNC
Dünən, 17:30
Benjamin həkim qazini məhkəməyə verib: “Həbsimi istəyir” - VİDEO
Dünən, 17:27
Müdafiə Nazirliyi HHQ-nin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Dünən, 17:24
Qarabağ Dirçəliş Fondu 2 tədbir üçün 132 min xərcləyəcək - DETALLAR
Dünən, 17:18
“Aksiya yoxdur, 6-7 xuliqan küçələri bağlayıb” - Erməni bloger İrəvanda əslində nə baş verdiyini AÇIQLADI
Dünən, 17:12
Masallı sakinini lətifədəki ÇUKÇA YERİNƏ QOYDULAR - “20 Yanvar”dakı binanı göstərib, “şərikəm” dedi...
Dünən, 17:07
"Bu gün 20 yaşında adını jurnalist qoyan bir şəxs..."
Dünən, 17:00
"Akumlyatorun "zaryadka" yığması üçün etdim..." - Avtoşluq edən şəxs
Dünən, 16:57
Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir - proqnozlaşdırılan savaşın RƏSMİ BİTİŞ NÖQTƏSİ
Dünən, 16:50
BU NƏDİ BELƏ: Sakinlər yaşaya-yaşaya binanı sökürlər... - AXI NİYƏ?
Dünən, 16:44
Qalmaqallı "MT Construction" tikinti şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb - TƏFƏRRÜAT
Dünən, 16:38
İrandan Azərbaycana 61 kiloqram narkotik keçirən Astara sakinləri həbs olunub - VİDEO
Dünən, 16:36
"Gözcü Güvənlik” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 16:34
Fırıldaqçı keşiş baş nazir olmaq istəyir - “Məsuliyyəti öz üzərimə götürməyə hazıram”
Dünən, 16:33
Rusiya qoşunları Azərbaycanla sərhəddəki Ermənistanda yerləşən dislokasiya məntəqələrini tərk edir
Dünən, 16:29
Günün fotosu: - ANA...
Dünən, 16:26
İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB
Dünən, 16:23
Əsrlərlə dövləti olmayan erməniləri birləşdirən kilsə - İndiki plan nədir?
Dünən, 16:21
Bu məktəb qəzalı vəziyyətdədir - "Əşyaların çoxunu satıblar..."
Dünən, 16:07
Azərbaycan bundan sonra Avroviziyada iştirak etməsin - ÇAĞIRIŞ
Dünən, 16:05
“Mənim müxalifətçilərlə qəhvə içməyə həvəsim yoxdur” - Erməni deputat
Dünən, 15:55
Xankəndidə Ermənistan konsulluğu AÇILA BİLƏR? - AÇIQLAMA
Dünən, 15:52
Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi - DETALLAR
Dünən, 15:50
Adı “Tərtər işi”ndə hallanan general əmlaklarını satışa çıxarıb - İLGİNC İDDİALAR...
Dünən, 15:46
İdarə rəisi 1500 manat cərimələnə bilər - TƏFƏRRÜAT
Dünən, 15:41
Ararat Mirzoyan sələflərini fərari adlandırıb
Dünən, 15:40
Kremlin İrəvan planı: Oteldə gizli görüşdən sonra vəziyyət dəyişdi - İLGİNC
Dünən, 15:35
Bəzi məhsullar üzrə bahalaşma olacaq - NƏ ETMƏLİ?
Dünən, 15:31
İrəvan meydanında maskalar cırılır: 1935-ci il qanununa dönüş - NƏ BAŞ VERİR?
Dünən, 15:20
Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb
Dünən, 15:18
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – ŞOK TƏFƏRRÜAT
Dünən, 15:16
Tavuşda demarkasiya niyə dayandırılıb? - İLGİNC
Dünən, 15:14
Azərbaycan Mərkəzi Bankında təyinat olub - BUNA QƏDƏRSƏ...
Dünən, 15:12
Azərbaycanda bu psixologiya mərkəzi müflis oldu
Dünən, 15:08
Ən çox bahalaşan və ucuzlaşan məhsulların adı açıqlandı - SİYAHI
Dünən, 15:04
Belousov bu işin öhdəsindən gələ bilərmi? - ALINACAQMI?
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru