Nazirlər Almatıda sülhə yaxınlaşa bilmədilər .....                     Uçan binanın altında kim qalacaq? .....                     Azərbaycanda milyonluq şirkətlərin sahibləri bir araya gəlir .....                     İrandan Mehri həmləsi: Ermənistanda anlaşdılar .....                     "Yalan, yanlış məlumatlar yayırlar" .....                     Şimal-qərb küləyi əsəcək .....                     DSMF aylığı 52 min manata .....                     “Sabirabad Yem Zavodu” ASC səhmdar­larının .....                     “Birbaşa deyirəm ki, kim onu deyirsə, qələt edir...” .....                     “Nədir, mən də Nazim Gədəbəyskiyəm?” .....                     ETSN yetərsiz qaldıqca... .....                     Tanınmış müğənni həmkarlarından narazıdır: .....                     Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi təyin edilib .....                     Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi .....                     "Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..." .....                     Məlumatlı OL, aldanmayasan! .....                     “Bank VTB” vətəndaşın evini əlindən alır .....                     “AVROPAYA GEDƏN” PAŞİNYAN PUTİNDƏN NƏ İSTƏYİB? .....                     Heç bir konsert zalında bu mümkün deyil .....                     "Azəriqaz" İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb .....                     “Trendyol” Azərbaycanda qiymətləri artırıb? .....                     “Allahdan qorxun... .....                     Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ .....                     Hindistan-Iran marşrutu Azərbaycandan keçəcək .....                     Çörəyin içərisindən taxta parçası ÇIXDI .....                     Kremlin bitməyən istəkləri .....                     AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ... .....                     "Neçə ki, müəllim şagirdə `müştəri` gözü ilə baxır..." .....                     Paşinyan və Putin anlaşdı: “Bu, Əliyevin tələbi idi” .....                     8 aylıq körpə təcili müalicə olunmalıdır: .....                     Azərbaycanda quşçuluq şirkəti səhmdarlarına .....                     AMEA-nın əməkdaşı xəstəlikdən vəfat edib .....                     İrəvandakı məzhəkə başa çatır: .....                     Göydəniz Qəhrəmanov yenidən .....                     “Bilirəm geyimimdən çox yazacaqsız... .....                     Geyiminə görə linç olunan Bahardan AÇIQLAMA .....                     Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb .....                     “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır...” .....                     Paşinyan geri çəkiləcək? .....                     Babayandan Naxçıvanla bağlı gözlənilməz çağırış .....                 

“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” - GƏLİŞMƏ
Tarix: 29-04-2024, 00:05 | Çap et
“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir”
Rusiya hərbi kontingentinin Qarabağı müəyyən edilmiş vaxtdan tez tərk etməsi müxtəlif şərhlərə yol açıb. 2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlı hərbi kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq beş il müddətində yerləşdirilmişdi. Yəni Rusiya sülhməramlı hərbi kontingentinin Qarabağda xidmət müddəti 2025-ci ilin noyabr ayında bitəcəkdi. Amma həmin vaxta 6 ay qalmış - aprelin 16-dan Rusiya sülhməramlıları Qarabağı birdəfəlik tərk etməyə başladı.

Mövzunun müzakirəsi davam edir, gözlənilməz gedişin səbəbləri araşdırılır. Ən diqqətçəkən şərhlərdən biri 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurasında daimi nümayəndəsi olmuş Arif Məmmədovdan gəlib. O, “Turan”a açıqlamasında deyib ki, bu qəfil gediş Bakı ilə Moskva arasında yox, Moskva ilə Tehran arasındakı razılaşmanın nəticəsidir. Məmmədovun iddiasına görə, İran Rusiyaya xəbərdarlıq edib ki, İsrail Azərbaycanın Qarabağ bölgəsində özünün radioelektron mübarizə avadanlıqlarını və dronları idarə edən texnikasını yerləşdirib. İsrail İrana zərbə endirsə, İran da bölgəyə cavab zərbəsi vuracaq və bu zaman Rusiya hərbi kontingentinin orada olmasını istəmir.

Keçmiş səfirin fikirləri nə dərəcədə məntiqlidir? Bu iddianı inandırıcı saymaq olarmı?

Hərbi ekspert Azad İsazadə mövzunu Pressklub.az-a şərh edərkən bir xatırlatma edib: “Sülhməramlıların Qarabağı tərk etdiyi gün erməni ekspert David Şahnazaryan eyni fikirləri söyləmişdi”.

Ancaq müsahibimiz İranın Qarabağda sülhməramlıların olduğu yerə zərbələr endirəcəyi ilə bağlı fikirləri inandırıcı saymır. Onun fikrincə, İran Azərbaycanı vurmaq fikrinə düşsə, daha strateji əhəmiyyətli və qərbin maraq obyekti olan layihələri hədəf alar: “İsrailin Qarabağda hərbi obyekt yerləşdirməsi həqiqət olsa belə, Ağdama, Füzuliyə və ya Cəbrayıla yerləşdirər. Sülhməramlılar isə bu zonalarda deyildi və onlar zərbə altına düşməyəcəkdilər. Əksinə, belə bir zərbə olsa, onların Azərbaycanda rolu güclənər və belə bir təhlükə olduğuna görə sülhməramlılar ərazidən çıxmaq əvəzinə saylarını artırardı”.

Ekspert deyir ki, bu məqamda Türkiyə və Pakistan amilini yaddan çıxarmamaq lazımdır. İrandan Azərbaycana qarşı hər hansı hərbi təzyiq olsa, Türkiyə buna reaksiya verəcək. Pakistan və Türkiyə ən azı diplomatik və siyasi yolla İrana təzyiq göstərəcəklər.

“Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etməsinin İsrail-İran gərginliyi ilə əlaqəsi olduğuna inanmıram”.

Bu sözləri isə saytımıza danışan politoloq Şahin Cəfərli deyib.

Politoloq qeyd edir ki, İran yalnız o halda Azərbaycan ərazisinə zərbələr endirə bilər ki, İsrail və İran arasında böyük müharibə başlasın və Azərbaycan öz ərazisini İsrailə İrana zərbələr endirmək üçün təqdim etsin. Yalnız bu halda İran Azərbaycan ərazisindəki İsrailin istifadə edəcəyi hərbi obyektlərə zərbələr endirə bilər: “İran və İsrail arasında müharibə başlayarsa, Azərbaycan öz ərazisini İrana qarşı istifadə etməsi üçün İsrailə təqdim etməz. Bu baxımdan da göstərilən ehtimallar doğru səslənmir. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanı tərk etmə səbəblərini Rusiya-Azərbaycan əlaqələri kontekstində araşdırmaq lazımdır”.

Ş.Cəfərli deyir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər formalaşıb. Baş verən hadisələri və qəbul olunan qərarları bu çərçivədə qiymətləndirmək lazımdır. Qarabağ məsələsi həll olunduqdan sonra sülhməramlıların orada qalmasının heç bir əsası yox idi . Yəni, yerli erməni əhali oranı tərk etdikdən sonra “Rusiya sülhməramları Qarabağda niyə qalıb və nə ilə məşğuldur?” kimi suallar aktuallaşmışdı. Bu baxımdan, onlar gec-tez Azərbaycanı tərk etməli idilər. Yalnız bu halda Rusiya sülhməramlıları Qarabağda qala bilərdi ki, onlara başqa bir status - “Rusiya hərbi bazası” statusu verilsin. Bu isə o qədər də real görünən bir məsələ deyildi. Azərbaycanın hərbi doktrinasında qeyd olunur ki, ölkə ərazisində xarici dövlətlərin hərbi bazaları yerləşdirilə bilməz.

“Hərbi doktrinada dəyişiklik etmək mümkün idi. Amma rəhbərlik buna ehtiyac görmədi. Artıq bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir. Hər iki ölkə arasındakı danışıqlarda mətbuata açıqlanmayan, gizli razılaşmaların olması mümkündür. Təbii ki, bu gizli razılaşmalar bərədə məlumatımız yoxdur. Biz, sadəcə, 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə istinad edə bilərik. Bu, iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını ehtiva edən bir sənəddir”.

Politoloqun müşahidəsinə görə, son aylarda hər iki tərəf həmin sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir: “Azərbaycanın son vaxtlar qərblə yaranmış soyuqluğunun və gərginliyinin də səbəbini bunda axtarmaq olar. Çünki Azərbaycan regional geosiyasətdə Rusiyanın maraqlarını daha fəal nəzərə almağa başlayıb. Rusiya tərəfini bu siyasət qane edir. Belə olan halda da onlar Azərbaycan ərazisində hansısa məhdud hərbi kontingentin saxlanılmasını xüsusi həyati və vacib bir məsələyə çevirmədilər. Proseslərin necə inkişaf edəcəyini isə sonrakı mərhələlərdə müşahidə edəcəyik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlər Almatıda sülhə yaxınlaşa bilmədilər - FAKT BUDUR!
Bu gün, 14:02
Uçan binanın altında kim qalacaq? - MÜƏMMA
Bu gün, 14:00
Azərbaycanda milyonluq şirkətlərin sahibləri bir araya gəlir
Bu gün, 13:56
İrandan Mehri həmləsi: Ermənistanda anlaşdılar - DETALLAR
Bu gün, 13:03
"Yalan, yanlış məlumatlar yayırlar"
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:40
DSMF aylığı 52 min manata ofis İCARƏLƏYİR
Bu gün, 12:34
“Sabirabad Yem Zavodu” ASC səhmdar­larının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 12:32
“Birbaşa deyirəm ki, kim onu deyirsə, qələt edir...” - İsa Qəmbərdən SƏRT TƏPGİ
Bu gün, 12:29
“Nədir, mən də Nazim Gədəbəyskiyəm?” - Keçmiş deputatın MƏHKƏMƏSİ
Bu gün, 12:27
ETSN yetərsiz qaldıqca... - DURUM CİNAYƏT XARAKTERİ ALACAQ...
Bu gün, 12:24
Tanınmış müğənni həmkarlarından narazıdır: - "Məni dilə-dişə saldılar..."
Bu gün, 12:12
Nikolay Patruşev Rusiya Prezidentinin köməkçisi təyin edilib
Bu gün, 12:07
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - YENİ TƏYİNAT
Bu gün, 12:05
"Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam..." - Şərurlu İsfəndiyardan ETİRAF
Bu gün, 12:01
Məlumatlı OL, aldanmayasan! - DİN-dən XƏBƏRDARLIQ
Bu gün, 11:58
“Bank VTB” vətəndaşın evini əlindən alır - İŞ MƏHKƏMƏDƏ
Bu gün, 11:56
“AVROPAYA GEDƏN” PAŞİNYAN PUTİNDƏN NƏ İSTƏYİB? – “Bunu Ermənistanda böyük qələbə kimi təqdim edirlər”
Bu gün, 11:54
Heç bir konsert zalında bu mümkün deyil - Fərhad Bədəlbəyli
Bu gün, 11:49
"Azəriqaz" İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb - Məhkəmə işi
Bu gün, 11:42
“Trendyol” Azərbaycanda qiymətləri artırıb? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:40
“Allahdan qorxun... - Belə şeylər yazmayın”
Bu gün, 11:37
Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ - TƏFƏRRÜAT
Bu gün, 11:32
Hindistan-Iran marşrutu Azərbaycandan keçəcək - İNCƏLƏMƏ
Bu gün, 11:28
Çörəyin içərisindən taxta parçası ÇIXDI – “Binə” zavodu CƏZALANDIRILDI
Bu gün, 11:25
Kremlin bitməyən istəkləri - ŞƏRH
Bu gün, 11:23
AXI NİYƏ: 1-ci qrup əlilin TƏMİNATI KƏSİLDİ... - "Heç olmasa qulluğa görə verilən müavinət kəsilməsəydi..."
Bu gün, 11:14
"Neçə ki, müəllim şagirdə `müştəri` gözü ilə baxır..." - EKSPERT
Bu gün, 11:11
Paşinyan və Putin anlaşdı: “Bu, Əliyevin tələbi idi” - “Hraparak”
Bu gün, 11:09
8 aylıq körpə təcili müalicə olunmalıdır: - Ailənin dəstəyə ehtiyacı var
Bu gün, 11:07
Azərbaycanda quşçuluq şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 11:03
AMEA-nın əməkdaşı xəstəlikdən vəfat edib
Bu gün, 10:59
İrəvandakı məzhəkə başa çatır: - təlxəklər Paşinyana uduzur
Bu gün, 10:55
Göydəniz Qəhrəmanov yenidən ATAA-nın sədri seçilib
Bu gün, 10:53
“Bilirəm geyimimdən çox yazacaqsız... amma vecimə də deyil”
Bu gün, 10:51
Geyiminə görə linç olunan Bahardan AÇIQLAMA - “Sizə ayıb olsun!”
Bu gün, 10:42
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - FOTO
Bu gün, 10:38
“Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır...” - ETİRAZ VAR...
Bu gün, 10:34
Paşinyan geri çəkiləcək? - ŞƏRH
Bu gün, 10:26
Babayandan Naxçıvanla bağlı gözlənilməz çağırış - KALİNİNQRAD VARİANTI
Bu gün, 10:23
Anası ilə dostları arasında sevgi münasibəti olduğunu düşündü və... - Bakıda ŞOK OLAY
Bu gün, 10:22
Azərbaycanda investisiya şirkətinin rəhbərliyində DƏYİŞİKLİK
Bu gün, 10:17
Zəmanəyə ayaq uydurub QİYMƏTLƏRİ QALDIRDI... - SANKİ ÇOX UCUZ İDİ...
Bu gün, 10:15
“İyun ayında parlamentin buraxılması reallaşa bilər, bunun üçün iki yol var...” - Çingiz Qənizadə
Bu gün, 10:09
BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb - FOTO
Bu gün, 10:05
Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR... - YENİ HOQQABAZLIQ...
Bu gün, 10:05
Sülh sazişi əvəzinə 2-ci “Qars müqaviləsi”? - ŞOK İDDİALAR
Bu gün, 09:56
Cənubi Qafqazda aranı kim qızışdırır? - ÇEVRƏMİZ QAYNAYIR...
Bu gün, 09:45
Həbsdəki jurnalist Prezidentdən ƏFV DİLƏDİ - "Yalnız ölülər səhv etmir!"
Bu gün, 09:41
Keçmiş vəzifəli şəxsin medallarını oğurlayan "Masallılı Niyaməddin" yenidən məhkəmə qarşısında
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru