Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                     Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu .....                     Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: .....                     Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş .....                     Razi Əliyeva işində .....                     “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır! .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Kəramət Böyükçöl də seçkiyə .....                     Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi .....                     “Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” .....                     Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır .....                     Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək .....                     Yasamalda daha bir ÖZBAŞINALIQ .....                     “Elmed Medical” və həkimi hakim qarşısında .....                     Baqrat küçələrdə tək qaldı .....                     Erməni jurnalistlər “həyəcan təbili” çalır .....                     "Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı" .....                     Azərbaycanlı reperin bir milyon borcu var .....                     Xanım fanatı azərbaycanlı müğənniyə .....                     ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... .....                     Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi .....                     Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb .....                     Yazırdılar ki, Maykl Ceksona oxşayır... .....                     Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub .....                     Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: .....                     İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir .....                     “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi” .....                     "Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! .....                     Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... .....                     Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı .....                     ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi .....                     Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi .....                     Emin Əmrullayevə ETİRAZ .....                     "İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." .....                     `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? .....                     Eşqi Bağırov nə işlə məşğuldur? .....                     Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında .....                 

“Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi – Dava başqa davadır
Tarix: 2-05-2024, 19:00 | Çap et
“Gürcü arzusu”nun “rus qanunu”, yoxsa müxalifətinin bəhanəsi
Bir neçə gündür ki, qonşu Gürcüstanda vəziyyət gərginləşib. Belə ki, aprelin 29-da gürcü deputatlar “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda qəbul ediblər. Qanun QHT və və medianın illik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, bunu qeydiyyatdan keçməni tələb edir. Lakin onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.

Qanunun qəbulunun səhəri paytaxt Tiflisdə etirazçılar mitinq keçiriblər. Polis parlament binası yaxınlığında toplaşanları dağıtmağa başlayıb və bibər qazından istifadə edib. Aksiyaçılarla polis arasında toqquşmalarda yaralananlar olub. Aksiyalarda yaralanmış 15 nəfər müxtəlif xəstəxanalara yerləşdiriliblər. Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar arasında polis əməkdaşları da var. Onlardan bəzilərinin artıq xəstəxanadan buraxıldığı vurğulanıb.

Qonşu ölkədə baş verənləri AYNA-ya müsahibəsində şərh edən REAL Partiyasının icra katibi, əslən Gürcüstandan olan siyasətçi Natiq Cəfərli bildirib ki, Gürcüstandakı etirazlar, xaotik vəziyyət ən çox Rusiyaya sərf edir. Onun sözlərinə görə, Moskva Tiflisdə gərginliyin davamlı olmasında maraqlıdır:

- Hesab edirəm ki, indiki etiraz aksiyaları bir növ bilməyərəkdən də olsa, Rusiyanın maraqlarına xidmət edir. Bəzən bizim liberallar hər dəfə Tiflis küçələrində etirazlar görəndə sevinirlər, hesab edirlər ki, bu yaxşı bir şeydir. Alt qatında nələrin yatdığını, niyə bu etirazların baş verdiyini anlamırlar. Nəzərə almaq lazımdır ki, Gürcüstanda seçkilərə beş ay qalıb. Oktyabrdə Gürcüstan Parlamentinə seçkilər keçiriləcək. Qəbul olunacaq qanunu xalq olaraq, siyasi müxalifət olaraq bəyənmirlərsə, oktyabrda “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını hakimiyyətdən uzaqlaşdırsınlar, yeni parlament də həmin qanunu ləğv etsinlər. İndi ölkədə qarışıqlıq, xaos yaratmağa nə ehtiyac var ki?!

- Aksiyalarla, etirazlarla indidən bunun qarşısını almaq istəyi təbii deyilmi? Yəni ki, niyə xalq istəmədiyi qanunun qəbulunun qarşısını almaq üçün oktyabrdakı seçkiləri gözləsin ki...

- Müxalif qüvvələr, QHT-lər şüarlar səsləndirir ki, xalq “Gürcü arzusu”nun hakimiyyətinə qarşıdır. Lap yaxşı, demək ki, xalqın müxalifləri dətəklədiyini düşünürlər. O zaman oktyabrda seçkilər vasitəsilə indiki hakimiyyəti uzaqlaşdırsınlar. Yəni ki, özlərinə inanırlarsa, bu yolu tutmalıdırlar. Qəbul olunan qanun Quran ayəsi deyil ki... Yeni parlamentin bunu ləğv etməsi mümkündür.

Ümumiyyətlə, az-çox seçki sistemi, seçki institutu çalışan ölkələrdə küçə inqilabı cinayətdir. Bu, ölkənin sabitliyinin pozulmasıdır. Ölkədə sabitlik pozularkən də xarici qüvvələr bundan öz maraqları naminə istifadə edirlər. Yəni bu, istifadəyə münbit şərait yaradır. Mən “Gürcü arzusu”nun nümayəndələrinin bir çoxu ilə bu barədə şəxsən danışmışam, nə baş verdiyi ilə maraqlanmışam. Əmin edirəm ki, indi küçələrdə aksiya keçirənlərin 99 faizi qəbuluna etiraz etdikləri qanunu oxumayıb. Onların etiraz etdikləri məsələ başqadır.

- Demək istəyirsiniz ki, etirazlar haqsızdır?

- Mən demirəm ki, etiraz etməkdə haqsızdırlar. Gürcü xalqı etirazçı xalqdır, 20 ildir ki, gürcü xalqı siyasi cəhətdən aktivdir. Ona görə də, etirazlar təbiidir. Mənim demək istədiyim odur ki, indi etiraz aksiyalarına çıxanların biri sosial məsələdən narazıdır, biri işsizlikdən narazıdır, biri rusların ölkəyə gəlməsindən narazıdır, biri torpaqların işğalda qalmasından narazıdır, biri qiymətlərin artmasından narazıdır və s. “Xarici agent” haqqında qanunun qəbulunu bəhanə edirlər, etirazlarını başqa məsələlərə bildirirlər. Bu, yaxşı bir şeydir, demokratiyanın formalarından biridir. Amma aksiyadan istifadə edib ölkədə qarışıqlıq yaratmaq, ölkəni xaosa yuvarlamaq doğru yanaşma deyil. Qarşıdan seçki gəlir, getsinlər iştirak etsinlər, narazı olduqları hakimiyyəti dəyişsinlər.

Etirazçılar bildirirlər ki, sözügedən qanun “Rusiya qanunu”dur. Amma “Gürcü arzusu”ndan olan deputatlar deyirlər ki, bu, “Rusiya qanunu” deyil, qanun 1937-ci ildə ABŞ-da qəbul edilmiş qanunun gürcü dilinə tərcüməsidir. Adolf Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra ABŞ-da neo-nasist qruplar yarandı, onları Almaniya maliyyələşdirməyə başladı. O zaman ABŞ-da qanun qəbul edildi ki, xaricdən maliyyə alan QHT-lər, media, siyasətçilər mütləq agent kimi qeyd olunmalıdır. Yəni ki, ilk dəfə “Xarici agentlər” haqqında qanun ABŞ-da qəbul olunub. Gürcüstan hakimiyyətinin nümayəndələri iddia edirlər ki, bu qanunu qəbul etməklə istəyirlər ki, Rusiyadan gələn pullar işarələnsin. Çünki bu gün Rusiyada 8-9 siyasi partiya var ki, açıq-aşkar Rusiyaya meyilli çıxışlar edirlər. Ruspərəst QHT-lər var ki, onların təsirlərini azaltmaq lazımdır. Məlumdur ki, Gürcüstanda ilk dəfə seçkilər “barajsız” olacaq, bir faiz belə səs qazanan parlamentdə yer qazanacaq. Təsəvvür edin ki, Rusiyanın maliyyələşdirdiyi partiyalar maliyyə hesabına hərəsi iki-üç, yaxud beş mandat qazanacaqsa, Gürcüstan Parlamenti nə günə düşəcək?!

- Müxalifət bu qanunun Gürcüstanın Avropaya inteqrasiyasının qarşısını alacağını iddia edirlər...

- İnsaf naminə deyək, Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiya siyasətindən nə vaxt imtina edib? Əksinə, Avropa İttifaqına üzvlüyə namizədlik bu hakimiyyətin dövründə qazanılıb. Üzvlüklə bağlı tədbirlər anşlaqla keçirildi. Gürcüstan bayrağının yanında mütləq Avropa İttifaqının bayrağı dalğalanır. Yəni ki, “Gürcü arzusu” Avropaya inteqrasiyadan imtina etməyib.

Hesab edirəm ki, gürcü müxalifəti seçkilərlə hakimiyyətə gələ bilməyəcəyini anlayır, görür. Seçkilərə beş ay qalmış küçə inqilabına cəhd göstərir, etirazlarla hakimiyyəti dəyişmək istiqamətində addımlar atır. Bunun başqa izahı yoxdur. Demokratiya odur ki, xalq seçkilərdə gedib səs verir, çoxluq qazanan hakimiyyətə gəlir və onlar da öz qanunlarını, ideyalarını həyata keçirirlər. “Gürcü arzusu” pisdirsə, getsinlər seçkilərdə əleyhinə səs versinlər, bu siyasi qüvvələri hakimiyyətdən uzaqlaşdırsınlar. Demokratiya elə bu deməkdir. Küçələrdə etiraz etmək, polislə toqquşmaq demokratiya deyil.

- Dediniz ki, Gürcüstanın indiki hakimiyyəti Avropaya inteqrasiyadan imtina etməyib. Amma Qərb dairələri də bu qanuna qarşıdır və Gürcüstan hakimiyyətinin etirazçılara qarşı davranışını pisləyir...

- Qərbin də yanaşması qəribədir. Qərb görmür ki, ölkədə qeyri-sabitlik yaranır? Onda belə çıxır ki, Qərbin bəzi dairələri də anlayır ki, indiki müxalifət “Gürcü arzusu”nu uda bilməyəcək, etirazlar yolu ilə vəziyyətin dəyişdirilməsinə çalışır. Bu, yersiz yanaşmadır, demokratiya prinsiplərinə ziddir. Etirazlar hər zaman olmalıdır. Mən gürcü xalqının aktiv olmasını alqışlayıram. Amma hansı oyunların aləti olduqlarını da görməlidirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
Bu gün, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
Bu gün, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Bu gün, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
Bu gün, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
Bu gün, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
Bu gün, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
Bu gün, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Bu gün, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
Bu gün, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
Bu gün, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
Bu gün, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
Bu gün, 12:26
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır
Bu gün, 12:23
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək - Özü açıqlayıb
Bu gün, 12:17
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
Bu gün, 12:11
“Elmed Medical” və həkimi hakim qarşısında
Bu gün, 12:05
Baqrat küçələrdə tək qaldı – Onun adını çəkən kimi, hamı dağılışdı
Bu gün, 11:58
Erməni jurnalistlər “həyəcan təbili” çalır
Bu gün, 11:57
"Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı" - ŞƏRH
Bu gün, 11:46
Azərbaycanlı reperin bir milyon borcu var
Bu gün, 11:36
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı
Bu gün, 11:34
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 11:32
Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi - İşin mahiyyəti...
Bu gün, 11:24
Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb
Bu gün, 11:21
Yazırdılar ki, Maykl Ceksona oxşayır... - Nazənin
Bu gün, 11:18
Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub - VİDEO
Bu gün, 11:11
Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: - "Mənim fikrimcə..."
Bu gün, 11:06
İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir
Bu gün, 11:03
“Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”
Bu gün, 10:52
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
Bu gün, 10:47
Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
Bu gün, 10:40
Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı – Kritik gəlişmə
Bu gün, 10:36
ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi - KİV
Bu gün, 10:35
Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi - ƏMR
Bu gün, 10:31
Emin Əmrullayevə ETİRAZ - “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”
Bu gün, 10:25
"İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." - Ekspert danışır...
Bu gün, 10:18
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
Bu gün, 10:04
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında - FOTO
Bu gün, 10:03
Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR - AMMA
Bu gün, 10:00
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
Bu gün, 09:56
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb - DETALLAR
Bu gün, 09:54
"Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." - Akif İslamzadə
Bu gün, 09:53
Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi - Ermənistan KİV
Bu gün, 09:48
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? - İNCƏLƏMƏ
Bu gün, 09:47
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
Bu gün, 09:41
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın - Diqqət!
Bu gün, 09:37
Sərhədlərlə bağlı son razılaşma: 1979-cu ilin xəritələri masada... - GƏLİŞMƏ
Bu gün, 09:35
Vaxtı keçmiş “İCELAND” dondurmaları... SATIŞDA! - Buralara BAXAN YOXDUR?
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru