Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                     Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu .....                     Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: .....                     Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş .....                     Razi Əliyeva işində .....                     “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır! .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Kəramət Böyükçöl də seçkiyə .....                     Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi .....                     “Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” .....                     Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır .....                     Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək .....                     Yasamalda daha bir ÖZBAŞINALIQ .....                     “Elmed Medical” və həkimi hakim qarşısında .....                     Baqrat küçələrdə tək qaldı .....                     Erməni jurnalistlər “həyəcan təbili” çalır .....                     "Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı" .....                     Azərbaycanlı reperin bir milyon borcu var .....                     Xanım fanatı azərbaycanlı müğənniyə .....                     ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... .....                     Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi .....                     Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb .....                     Yazırdılar ki, Maykl Ceksona oxşayır... .....                     Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub .....                     Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: .....                     İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir .....                     “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi” .....                     "Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! .....                     Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... .....                     Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı .....                     ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi .....                     Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi .....                     Emin Əmrullayevə ETİRAZ .....                     "İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." .....                 

Molla rejimi şantaj və şərləmə alətini geri çəkməyib - RƏY
Tarix: 2-05-2024, 15:08 | Çap et
Molla rejimi şantaj və şərləmə alətini geri çəkməyib
İranın Müasir Tarixi Tədqiqat Mərkəzində Azərbaycan əleyhinə növbəti tədbir keçirilib. Tədbirin əsas məruzəçisi Tehran Universitetinin professoru Əhməd Kazımi Azərbaycana qarşı böhtanlar səsləndirib. O, Türk Dövlətləri Təşkilatının yaradılmasını “sionizm və anqlosaks planı” adlandırıb, "müsəlman-sionimz fenomeni"nin yaradılmasına çalışıldığını iddia edib. Əhməd Kazımi deyib ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsi, İkinci Qarabağ müharibəsinin baş verməsi də "planın tərkib hissəsi"dir: "Bundan sonra Ermənistanın cənub bölgəsinin bu ölkədən qoparılması planlaşdırılır". Çıxışında Qarabağın işğaldan azad olunmasından narahatlıq keçirdiyi hiss olunan tədqiqatçı Azərbaycanın "sionizmin bazasına" çevrildiyini iddia edib. O, İran rəsmilərinin Cənubi Qafqazda vəhhabiliyin yayılması barədə iddialarını təkrarlayıb: “Bütün bunlarda müştərək məqsəd panazəriləri turanlaşdırmaq və azərbaycanlıların əsl iranlı kimliyini məhv etmək, erməni soyqırımı barədə həqiqətləri ört-basdır etmək, fars dili, mədəniyyətini zəiflətmək, aradan qaldırmaqdır”.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Sherg.az"a deyib ki, əvvəllər Qarabağ probleminin davam etdiyi dövrdə İran, Fransa kimi dövlətlər Azərbaycan və Türkiyə əleyhinə bu uydurma amildən tez-tez istifadə edirdilər. Ekspertin sözlərinə görə, Azərbaycanın inkişafının qarşısını almaq, maneələr yaratmaq üçün Qarabağ probleminin həllinə ciddi maneələr yaradırdılar:

"İndi isə artıq bu problemin həll olunduğunu, hətta Ermənistan-Azərbaycan arasında normal münasibətlərdə irəliləyişin olduğunu görüb birbaşa özləri açıq mübarizəyə keçiblər. İran, ümumiyyətlə, Azərbaycanı müstəqil görmək istəmir. Sasani imperiyasını və qədim dinlərini bərpa etmək istəyirlər. İraq, Suriya, Yəmən, Fələstindəki fəaliyyətləri də islam üçün, müsəlmanlar üçün yox, öz imperiya siyasətləri üçündür. Onların ifadə etdiyi "islam", əslində, "Sasani" sözünün gizlədilmiş formasıdır. Çünki islam dininə uyğun siyasət aparmırlar. Əksinə, islamın məhvinə çalışır, müsəlmanların qanının daha çox tökülməsinə şərait yaradırlar".
Analitikin fikrincə, bu yaxınlarda İraqda tarixdə ilk dəfə Türkiyə ilə sərhəddə baza yaradılması da Türkiyəyə qarşı İran-ABŞ gizli ittifaqının nəticəsidir: "Türk dünyasının birləşməməsi, islamın təhrif olunaraq aradan aparılması, müsəlmanların mümkün qədər məzhəb ixtilafları ilə zəiflədilməsi siyasətində ABŞ və İranı tam müttəfiq saymaq olar. ABŞ-nin İrana ciddi təzyiq göstərməməsi, hətta İsrailin hücumlarına qarşı çıxması buna görədir ki, İran özü islam və Türk dünyasına qarşı ABŞ-nin istəklərini tam icra edir. İran fars birliyi yaratmaq üçün Tacikistana müraciət etmişdi. Təbrizdə erməni konsulluğunun fəaliyyəti kimi məsələlərlə İran mümkün qədər Azərbaycana mane olmaq istəyir. Onların məqsədi İslam inqilabının ixracı adı altında müsəlmanları qonşu ölkələrdə təsir altına salmaqla siyasi hakimiyyətlərə qarşı qaldırmaqdır. "Kərimə", yaxud başqa adlar altında Sasani imperiyasının siyasi sərhədlərini, sonra da coğrafi sərhədlərini yenidən cızmaqdır".
T.İrfan vurğulayıb ki, İranın imperiya siyasəti bölgə dövlətlərinin hamısı üçün təhdiddir:

"Sionizm damğası İranın şantaj və şərləmə alətidir. Əslində, dünyada ən böyük sionist İsraildən də çox İranın özüdür. İraq-İran savaşında İsrailin silahları ilə 1 milyon müsəlmanın qanını məhz İran töküb. İsrailin sionist hərbi ekspertləri, ataşşelərinin İranda fəaliyyətini o dördə Ayətullah Hüseynəli Müntəziri tənzimləyirdi. İrana hərbi təchizat, silah-sursat məhz 8 il ərzində İsraildən gəlirdi, İranın 80 faiz silah təminatını İsrail həyata keçirirdi, İraq və digər müsəlman ölkələr əleyhinə. Hətta İraqın o dövrdə Fransadan alıb zənginləşdirdiyini uranı, nüvə stansiyalarını İranın təhriki ilə İsrail bombalayıb ləğv etmişdi. Sonra süni düşmən obrazı yaratmaq üçün, İrana 8 il verdiyi silah dəstəyinin əvəzi olaraq İsrailin də silahlanmasına, hətta nüvə silahına sahib olmasına İran şərait yaratdı öz mənəvi və maddi borcu olaraq. Üzdə təhdidlər ilə guya hər an İsrailə hücum edə bilər görüntüsü yaratmaqla İsrailin silahlanmasına zəmin yaratdı və İsrail silahlandı, Fələstin torpaqlarını tutdu. Sonuncu hücum isə görüntü və süni yaradılmış, əvvəlcədən danışılmış idi. Çünki İran uzun illərdir İsraili hədələyir, ancaq real olaraq heç bir hərbi müdaxilə etmirdi. Dünyada artıq İranın hədələri qeyri-ciddi görünür və İsrail-İran gizli müttəfiqliyi ifşa olurdu. Ona görə ABŞ vasitəsilə İsraillə danışaraq bir neçə dronla "toyda fişəng" mənzərəsi yaratdılar. Həm də İsrailə qarşı ərəb və digər müsəlman ölkələrinin Türkiyə də başda olmaqla Fələstin mövzusunda təzyiqləri artırdı. Qərbin, əsasən də ABŞ-nin İsrailə dəstəyi Qərbin özünü nüfuzdan salırdı. Məhz bu balansı tənzimləmək, İsraili də əzilən tərəf kimi göstərə bilmək üçün İranın onlara görüntü naminə hücumu lazım idi. Həm də ABŞ İranın nüfuzunu müsəlman ölkələri qarşısında qaldırmalı idi. Çünki bu gün ABŞ-nin müsəlman dövlətlərə qarşı edə bilmədiyini İran icra edir. İran ABŞ-nin müsəlmanlara qarşı "vuran qolu"dur".
Təhlilçi diqqətə çatdırıb ki, Azərbaycana qarşı da İranla Qərbin mövqeyi bu baxımdan həmişə üst-üstə düşür: "İranın bu açıqlaması, əslində, "qara məni basınca mən qaranı basım" prizmasındandır. Özlərinin sionistliyini gizlətmək üçün başqalarına şamil edirlər. Sadəcə, Azərbaycanın türk və müsəlman dövlətləri ilə əlaqələri güclənərsə, bu müdaxilələr iflasa uğrayacaq. Çünki İrana hələ də bəzi müsəlman ölkələri səmimi yanaşır. Halbuki bu dövlətin ideoloji əsasları və idarəçilik siyasəti Azərbaycan da daxil olmaqla bütün türk və müsəlman dövlətlərini düşmən görmək, torpaqlarını öz torpağı hesab etməkdir. Məhz buna uyğun da müsəlman, türk dövlətləri həmişə ehtiyatlı olmalı, güclənməli, birləşməlidirlər. İsrail və sionizm məsələsi İranın müsəlman ölkələrini şantaj etmək vasitəsidir. Xarici düşmən obrazı yaradaraq özünü xalqa qəhrəman kimi göstərmək və düşmənin təhdidini əsas gətirərək xalqı həmişə basqı altında saxlamaq bu dövlətin əsas prinsiplərindəndir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
Bu gün, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
Bu gün, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
Bu gün, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
Bu gün, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
Bu gün, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Bu gün, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
Bu gün, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
Bu gün, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
Bu gün, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
Bu gün, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Bu gün, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
Bu gün, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
Bu gün, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
Bu gün, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
Bu gün, 12:26
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır
Bu gün, 12:23
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək - Özü açıqlayıb
Bu gün, 12:17
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
Bu gün, 12:11
“Elmed Medical” və həkimi hakim qarşısında
Bu gün, 12:05
Baqrat küçələrdə tək qaldı – Onun adını çəkən kimi, hamı dağılışdı
Bu gün, 11:58
Erməni jurnalistlər “həyəcan təbili” çalır
Bu gün, 11:57
"Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı" - ŞƏRH
Bu gün, 11:46
Azərbaycanlı reperin bir milyon borcu var
Bu gün, 11:36
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı
Bu gün, 11:34
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 11:32
Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi - İşin mahiyyəti...
Bu gün, 11:24
Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb
Bu gün, 11:21
Yazırdılar ki, Maykl Ceksona oxşayır... - Nazənin
Bu gün, 11:18
Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub - VİDEO
Bu gün, 11:11
Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: - "Mənim fikrimcə..."
Bu gün, 11:06
İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir
Bu gün, 11:03
“Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”
Bu gün, 10:52
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
Bu gün, 10:47
Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
Bu gün, 10:40
Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı – Kritik gəlişmə
Bu gün, 10:36
ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi - KİV
Bu gün, 10:35
Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi - ƏMR
Bu gün, 10:31
Emin Əmrullayevə ETİRAZ - “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”
Bu gün, 10:25
"İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." - Ekspert danışır...
Bu gün, 10:18
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
Bu gün, 10:04
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında - FOTO
Bu gün, 10:03
Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR - AMMA
Bu gün, 10:00
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
Bu gün, 09:56
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb - DETALLAR
Bu gün, 09:54
"Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." - Akif İslamzadə
Bu gün, 09:53
Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi - Ermənistan KİV
Bu gün, 09:48
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? - İNCƏLƏMƏ
Bu gün, 09:47
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru