Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                     Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu .....                     Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: .....                     Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş .....                     Razi Əliyeva işində .....                     “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır! .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Kəramət Böyükçöl də seçkiyə .....                     Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi .....                     “Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” .....                     Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır .....                     Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək .....                     Yasamalda daha bir ÖZBAŞINALIQ .....                     “Elmed Medical” və həkimi hakim qarşısında .....                     Baqrat küçələrdə tək qaldı .....                     Erməni jurnalistlər “həyəcan təbili” çalır .....                     "Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı" .....                     Azərbaycanlı reperin bir milyon borcu var .....                     Xanım fanatı azərbaycanlı müğənniyə .....                     ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... .....                     Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi .....                     Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb .....                     Yazırdılar ki, Maykl Ceksona oxşayır... .....                     Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub .....                     Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: .....                     İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir .....                     “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi” .....                     "Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! .....                     Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... .....                     Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı .....                     ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi .....                     Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi .....                     Emin Əmrullayevə ETİRAZ .....                     "İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." .....                 

Ay insan, ay məmur! - Olmaz ki bir dəfə də işi mükəmməl icra edəsiniz?
Tarix: 2-05-2024, 15:14 | Çap et
Ay insan, ay məmur!
“Qaş düzəltdiyi yerdə vurub gözü çıxarıb”, məsəli şəhərimizə çox yaraşır. Şəhər infrastrukturuna - yol, keçid, avtomobil və piyada zolaqları, səki, ictimai nəqliyyata cavabdeh qurumlar illərdir ki, eksperiment keçirməklə məşğuldur. “Belə etsək, necə olar?”, “bunu belə yox, elə edək”, “bunun əvəzinə, onu qoyaq”, deyə-deyə şəhəri də bərbad günə salıblar, insanları da infarkt həddinə çatdırıblar. Cənab Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığını xatırlatmaq burada yerinə düşür: “Məmur xalqın xidmətçisidir. Hər biriniz xalqa xidmət etməlisiniz!”. Amma bəzi məmurlar, xüsusən də yola-izə cavabdeh olanların başı hara gəldi və necə gəldi zolaqlamağa o qədər qarışıb ki, Prezidentin xəbərdarlığını da unudublar, üstəlik, zolaqları da baş-ayaq çəkirlər. Məsələn, “İstiqlaliyyət” küçəsi ilə “Azərbaycan” prospektinin kəsişdiyi ərazidə - “Monolit” binasının önündəki avtobus dayanacağı ilə velosiped zolağı “canbirqəlb”dir. Bir-biriylə elə birləşib, elə çulğaşıb ki, sürücü avtobusu harada saxlayacağını bilmir, sərnişinlər də avtobusa minmək üçün yolun ortasına qaçır və qaçdıqları üçün də (çünki basabasdır, avtobusun dayanmağı ilə sürüb getməyi saniyələr çəkir deyə hər kəs minməyə tələsir – M.R.) velozolağın baryerlərinə ilişib ağzı üstə yerə çırpılırlar.
Velozolaq yaxşıdır, müasirlikdir, mikromobillikdir, avropasayağıdır, əladır, olmalıdır. Bəs əhali, piyada, sərnişin? Günün hansısa saatında o zolaqla 2-3 velosiped hərəkət edəcək, ya etməyəcək deyə, sərnişinlər zülm “ayaqlamalıdırmı”?
Məlumdur, velozolağı çəkənlər kimlərinsə, bəlkə də hansısa ölkələrin, dövlətlərin, şəhərlərin qarşısında qürrələnməyə çalışırlar ki, baxın, bizdə də velozolaqlar var. Müştəbehlik var axı bəzilərinin canında. Amma müasir infrastruktura malik bir şəhərdən Bakıya qonaq gələn birisi bu vəziyyəti görüb insanların halına acıyacaq, məmurların qafa düşüncəsinə isə güləcək. Bir məsələni də deyim. Bu cür problemlərdən yazanda, narazılıqlar bildiriləndə bəziləri “bəli, problem var, düzələcək”, “iş aparılır”, “təkliflərə baxılır” və sair bu kimi yüz cür ifadə səsləndirir. Ay insan, ay məmur, olmaz ki bir dəfə də işi mükəmməl icra edəsiniz? Yoxsa mükəmməllik sizlik deyil?! Zolağı çəkəndə bunun hansı problem yaradacağını görməlisiniz, bilməlisiniz, təxmin etməlisiniz, çünki hər şey zatən göz önündədir. Problemləri kompleks həll etmək lazımdır. Bunu bacarmırlarsa, birinin sözü, təklifi digərinin yanında keçərli deyilsə, hə, bu başqa məsələ. O zaman… deməyə söz var, amma hələ demirik. Gözləyək, bəlkə düzəldi.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında problemin yaranma səbəblərini izah etdi:

"Velosiped zolaqları yenilikdir və onların təşkili ilə bağlı son 4 ayda işlər görülür. Bəli, təkmilləşməyə ehtiyac var. Zaman-zaman bizim səsləndirdiyimiz bəzi məqamlar artıq tətbiq olunur. Velosiped zolaqları ilə bağlı dünyada hansı təcrübə tətbiq edilirsə, bizdə - Bakıda da o cür tətbiq edilməsinə çalışılır. Amma iş hələ tamamlanmayıb, ola bilər hansısa ərazidə dyişikliklər edilsin. Biz konflikt nöqtələrinin minimallaşdırılmasını həmişə tövsiyə edirik. Velozolaqlar ictimai nəqliyyatın hərəkətinə problem yaratmasınm deyə, axınları biri-birindən ayırmaq lazımdır. Yəni velozolaq avtobus dayanacağının arxa tərəfindən təşkil olunmalıdır. Sözügedən ərazidə nəqliyyatın hərəkətinə problem yaradan həm də ordakı parkinqdir. Avtomobillər parkinq üçün əraziyə daxil olmaq məcburiyyətindədir, bu zaman da, təbii ki, sıxlıq yaranır. O ərazidəki dayanacaq irəliyə sürüşdürülə bilər. Yetər ki, sərnişinlər avtobuslara rahat minib-düşə bilsin. Problem yaradan başqa amil səkillərdəki köşklərdir. (Getdikcə də ölçüləri böyüyür – M.R.) Hesab edirəm ki, köşklərin həcminə yenidən baxılmalıdır. Əgər şəhərdə mikromobilliyin mümkün qədər geniş tətbiqini istəyiriksə, piyadaların rahat hərəkəti üçün hər cür şərait yaradılmalıdır. Köşklər səkiləri, piyada zolaqlarını tutursa, bu, insanları piyada hərəkət etməkdən çəkindirir. Dayanacaqların təşkilinə, “cib”lərin harada, necə yaradıldığına yenidən baxılmalıdır. Bu işlər bir-biri ilə əlaqəli şəkildə, kommunikasiya olunmuş halda həyata keçirilməlidir. Piyada səkiləri, keçidlər, panduslar, baryerlər, işıqforlar – bunlar hamısı şəhər infrastrukturunu təşkil edir. Əlaqədar qurumlar biri-biri ilə əlaqəli, paralel işləməlidir ki, problemlər həllini tapsın".
R.Ağamirzəyev qeyd etdi ki, vaxtilə “Azərbaycan” prospektində avtobusların əks istiqamətə hərəkəti təmin edilmişdi. İndi də bu, yenidən tətbiq edilə bilər:
" Yalnız avtobusların əks istiqamətdə hərəkətinə icazə verilə bilər. Bu, avtobusların daha sürətli, daha tez ünvana çatmasına gətirib çıxarar. Avtobuslar “İstiqlaliyyət” küçəsinə çıxmaq üçün niyə təkrar dövrə vurmalıdır?
(Eyni vəziyyət “Xalqlar Dostluğu” metrostansiyası önündə dayanan “50” və “64” saylı marşrut xətlərinin hərəkət zolağına da aiddir. Bu avtobuslar “Babək” prospektinə çıxmaq üçün körpünün “başına” fırlanırlar. Halbuki avtobus dayanacağından körpünün alt hissəsindən burulub əsas yola çıxaraq hərəkətə davam edə bilərlər. Tıxaca düşməzlər, yol uzanmaz, sərnişinlər də mənzil başına daha tez çatar. Avtobusların yolunu uzatmaq tıxacları heç də azaltmır)".

Ekspert qeyd etdi ki, mövcud şəhər yollarımızda, küçələrimizdə bu günə qədər zolaqların genişləndirilməsi yalnız avtomobilləşməyə meyli artırıb. Paytaxt yollarında hərəkət edən avtomobillərin sayının artması isə saatlarla davam edən uzun tıxaclara səbəb olur:

"Belə olan halda şəhərdə buna alternativlər fikirləşmək lazımdır ki, problem mərhələli şəkildə həllini tapsın. Çünki birdən-birə hər hansı problem həllini tapmır. Şəhəri avtomobil yükündən, tıxaclardan xilas etmək üçün atılan ilk addım saatlıq parkinq zonaların ayrılması, orta səfərlərin minimum qiymətinin qaldırılması, avtobus və velosiped zolaqlarının, mikromobillik üçün şəraitin yaradılması, ən nəhayət, səki infrastrukturunun dayanmadan qurulması, inkişaf etdirilməsidir. Elə etmək lazımdır ki, insanların qısa məsafəli səfərləri üçün çeşidlər formalaşsın. Yəni yaxın məsafələrə getmək üçün vətəndaş mikromobil vasitədən, velosipeddən, ictimai nəqliyyatdan və ya taksidən istifadə etməyi özü seçsin. Ən son seçim fərdi nəqliyyat vasitəsi olmalıdır. Bu mənada paytaxt ərazisində velosiped zolaqlarının təşkili mühüm addımdır. Lakin velosiped yollarının salınması zamanı da standartlarımızda da yenilənmələr olmalı, təkmilləşdirilmə işləri görülməlidir. Velosiped zolaqlarına nəqliyyat vasitələrinin daxil olmaması üçün baryerlər qurulmalıdır. Dayanacaqlara yaxınlaşdıqda isə bu zolaqlar arxa tərəfdən çəkilməlidir ki, bir hərəkət iştirakçısı digərinə mane olmasın. Bundan başqa, velosiped zolağı çəkilən ünvanlarda velosiped işıqforunun quraşdırılmasına, velosipedlərin parkinqinin təşkilinə də ehtiyac var. Bu zolaqlar şəbəkəsi tam formalaşandan, təşviq ediləndən sonra velosipedçilərin, yaxud skuterdə hərəkət edənlərin onlara aid olmayan yerlərdə, misal üçün, piyada səkisində, avtomobil yolunda hərəkətinə görə də cərimələr tətbiq olunmalıdır. Elə etmək lazımdır ki, bütün hərəkət iştirakçıları tam təhlükəsiz və rahat şəkildə hərəkət edə bilsinlər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
Bu gün, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
Bu gün, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
Bu gün, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
Bu gün, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
Bu gün, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Bu gün, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
Bu gün, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
Bu gün, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
Bu gün, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
Bu gün, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Bu gün, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
Bu gün, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
Bu gün, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
Bu gün, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
Bu gün, 12:26
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır
Bu gün, 12:23
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək - Özü açıqlayıb
Bu gün, 12:17
Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
Bu gün, 12:11
“Elmed Medical” və həkimi hakim qarşısında
Bu gün, 12:05
Baqrat küçələrdə tək qaldı – Onun adını çəkən kimi, hamı dağılışdı
Bu gün, 11:58
Erməni jurnalistlər “həyəcan təbili” çalır
Bu gün, 11:57
"Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı" - ŞƏRH
Bu gün, 11:46
Azərbaycanlı reperin bir milyon borcu var
Bu gün, 11:36
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı
Bu gün, 11:34
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 11:32
Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi - İşin mahiyyəti...
Bu gün, 11:24
Lerikdə əməliyyat zamanı narkokuryerlər saxlanılıb
Bu gün, 11:21
Yazırdılar ki, Maykl Ceksona oxşayır... - Nazənin
Bu gün, 11:18
Binəqədidə çəkildiyi deyilən görüntülər müzakirələrə səbəb olub - VİDEO
Bu gün, 11:11
Pənah Hüseyn 25 partiyanın dövlət qurumları ilə görüşündən yazdı: - "Mənim fikrimcə..."
Bu gün, 11:06
İrəvan Moskva ilə Rusiya sülhməramlılarının 17 dislokasiya məntəqəsindən çıxarılmasını müzakirə edir
Bu gün, 11:03
“Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”
Bu gün, 10:52
"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar
Bu gün, 10:47
Bu dövlət idarəsi üçün deyəsən, QANUN ROL OYNAMIR... - BU DA FAKT!!!
Bu gün, 10:40
Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı – Kritik gəlişmə
Bu gün, 10:36
ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi - KİV
Bu gün, 10:35
Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi - ƏMR
Bu gün, 10:31
Emin Əmrullayevə ETİRAZ - “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”
Bu gün, 10:25
"İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." - Ekspert danışır...
Bu gün, 10:18
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
Bu gün, 10:04
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında - FOTO
Bu gün, 10:03
Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR - AMMA
Bu gün, 10:00
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
Bu gün, 09:56
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb - DETALLAR
Bu gün, 09:54
"Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." - Akif İslamzadə
Bu gün, 09:53
Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi - Ermənistan KİV
Bu gün, 09:48
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? - İNCƏLƏMƏ
Bu gün, 09:47
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru