Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər - MSK sədri
Tarix: 2-05-2024, 16:24 |
Çap et
Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır.
APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.