Daha bir erməni saxtakarlığı - Kaliforniyada "Artsakh" lavaşı...
Tarix: 2-05-2024, 17:16 |
Çap et
Qarabağ savaşında biabırçı şəkildə məğlub olan ermənilər hələ də müəyyən vasitələrlə özlərinə təsəlli verməyə çalışırlar. Son vaxtlar onların yenidən Azərbaycan mətbəxinin təamlarını öz adlarına çıxması da bununla bağlıdır.
Bakupost.az xəbər verir ki, Kaliforniyada İran dükanlarında ermənilərin azərbaycanlıların mətbəxindən oğurladıqları və öz lavaşları kimi təqdim etdiyi lavaşlar satılır. Hələ bu azmış kimi lavaşın üzərində “Artsakh” yazılıb və keçmiş qondarma qurumun bayrağı vurulub.
Ermənilərin bu saxtakarlığı Kaliforniyada yaşayan və ora qonaq gələn həmyerlilərimiz tərəfindən etirazla qarşılanıb.