“Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                 

Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
Tarix: 6-05-2024, 14:20 | Çap et
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə...
Kürdəmir rayonunda 1990-cı il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu və həmkəndlisi Faiqi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib, onun arvadı Faziləni öldürməklə hədələyib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əsəd 26 sentyabr 2022-ci ildə, saat 8 radələrində yaşadığı Kürdəmir rayonunun kəndində həmkəndlisi Faiqin yaşadığı evin qarşısına gəlib. O, Faiqə arvadı Faziləyə bir neçə il əvvəl 200 manat pul verdiyini iddia edib.

Əsəd Fazilənin əvvəllər bir neçə dəfə onunla cinsi əlaqəyə girmək təklifindən imtina etdiyinə görə ondan qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxarıb, həmin bıçağı qəsdən Faziləyə göstərib. Ona “bu bıçağı sənin üçün almışam, bu bıçaqla sənin başını kəsəcəm” sözlərini deməklə, onu öldürməklə hədələyib.

Bundan başqa, 27 sentyabr 2022-ci ildə saat 19 radələrində Faiq Əsədə yaşadığı evin qarşısındakı torpaq yolda mütəmadi olaraq onun arvadı Faziləyə cinsi əlaqədə olmağı təklif etməsi, Faziləni öldürməklə hədələməsi barədə haqlı iradını bildirib.

Bu zaman Əsəd Faiqə “əcəb etmişəm, yenə edəcəm” deyə bildirib, Faiqi əsaslı səbəb olmadan münaqişəyə cəlb edib. Bundan sonra Əsəd Faiqi öldürmək qərarına gəlib.

Bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü Əsəd üzərində gəzdirdiyi bıçağı şalvarının sağ cibindən çıxarıb və Faiqin döş qəfəsinə, qarın nahiyəsinə xəsarətlər yetirib. Köməyə gəlmiş ətrafdakı şəxslər tərəfindən Faiq vaxtında xəstəxanaya çatdırıldığından ölümdən xilas olub.

“Onlara qarşı acıqlı olmuşam”

İstintaq orqanı tərəfindən Əsədin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə ifadə verən Əsəd bildirib ki, Faiq və onun arvadı Fazilə həmkəndliləridir, Fazilə onun uzaq qohumudur: “Onları 10 ildən çoxdur ki, tanıyıram. Faiq və Fazilə ilə əvvəllər aramızda hər hansı bir ədavət və düşmənçilik olmayıb. Faiq Bakı şəhərində işlədiyinə görə evə, yəni kəndə bir neçə aydan bir gəlib-gedib. Hadisədən bir müddət əvvəl oğlum Vüsal Faiqin həyətində qumu dağıtdığına görə Fazilə ona nalayiq ifadələr işlədib. Bundan sonra onlara qarşı acıqlı olmuşam”.

“Cinsi əlaqədə olmaq barədə söhbətimiz olmayıb”

Əsəd qeyd edib ki, sentyabrın 27-də, saat 19 radələrində oğlu Vüsalla çörək almağa gedərkən Faiqgilin evlərinin yaxınlığından keçmək istəyiblər: “Bu zaman Faiq arxadan mənə yapışaraq sürüyə-sürüyə evlərinin yaxınlığına gətirdi. Orada Faiqin yaxın qohumları da olub. Həm Faiq, həm də Faiqin yaxınları tərəfindən döyüldüm. Onların əlindən qurtulmaq üçün yerdə uzanıqlı vəziyyətdə olarkən cibimdə gəzdirdiyi bıçağı çıxararaq Faiqin qarnından və döşündən bıçaqla vurdum. Faiqi vurduqdan sonra hadisə yerindən qaçaraq uzaqlaşdım. Faiqi öldürmək məqsədim olmayıb. Fazilə ilə cinsi əlaqədə olmaq üçün ona pul verməmişəm. Aramızda, ümumiyyətlə, bu barədə söz-söhbət olmayıb. Faziləni heç vaxt öldürməklə hədələməmişəm. Psixi problemləri olduğu üçün istintaq zamanı Fazilə barəmdə böhtan xarakterli ifadələr verib. Törətdiyim əməldən peşmanam”.

Məhkəmədə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilib.

“Mənim üçün pis olacağını dedi”

Həmin ifadədən məlum olur ki, həmkəndlisi Faziləni çoxdan tanıyır, onun əri Faiq Bakı şəhərində işlədiyi üçün çox vaxtı evdə olmayıb: “Subay olarkən həmin müddətdə Fazilə mənim mobil telefonumdan istifadə edərək valideyinləri ilə danışıb. Fazilə ilə ünsiyyətdə olarkən onunla yaxın münasibətdə olmaq istədiyimi bildirmişəm. Baş vermiş hadisədən təxminən 6-7 il əvvəl Faziləyə cinsi əlaqədə olmaq istədiyimi demişəm. Fazilə də məndən 200 manat pul istədi. 200 manatı Faziləyə verdim. Lakin o, vaxtı uzadaraq hər dəfə məni müxtəlif bəhanələrlə yola verdi. Mən də hər dəfə kənddə Faziləni gördükdə onunla cinsi əlaqədə olmaq istədiyimi dedim. Fazilənin əri Faiq və qohumları bu söhbəti bildikdən sonra Faiq hər dəfə məni kənddə görəndə arvadından əl çəkməyimi, əks halda mənim üçün pis olacağını dedi. Hətta buna görə Faiqlə bir neçə dəfə mübahisəsimiz də düşdü”.

“Cinsi əlaqədə olmayacağını dedi”

Əsəd əlavə edib: “Fazilə mənimlə cinsi əlaqədə olmayacağını dedi. Ona verdiyim 200 manata heyfim gəldiyi üçün ondan əl çəkmədim. Buna görə Faziləni nə vaxt küçədə görsəm, ona yaxınlaşaraq cinsi əlaqədə olmaq istədiyimi demişəm. Sonuncu dəfə sentyabrın 26-da və 27-də Faziləni kənddə gördüyüm vaxt ona cinsi əlaqədə olmağı təklif etdim. Fazilə isə mənimlə razılaşmadı. Fazilə və əri bu barədə polisə də şikayət etdilər. Dəfələrlə aramızda mübahisə olduğu üçün Faiq və qohumlarının mənə nəsə edəcəklərindən qorxaraq son günlər üzərimdə bıçaq gəzdirmişəm”.

“Öldürməklə hədələməmişəm”

Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 27-də, saat 19 radələrində oğlu Vüsalla birlikdə yaşadığı evdən çıxıb və marketə yollanıb: “Faiqgilin evlərinin yaxınlığından keçəndə arxadan mənə yapışaraq sürüyə-sürüyə evlərinin yaxınlığına gətirdi. Orada Faiqin anası Xumar, qayınatası Valeh, qayınanası Əfruz və baldızı Gülgəz məni döydülər, əl-qolumu iplə bağladılar. Həmin vaxt yerdə uzanıqlı vəziyyətdə olarkən özümü onların əlindən qurtarmaq üçün üzərimdə olan bıçağı çıxararaq aşağıdan yuxarı Faiqə iki zərbə vurdum. Bıçaq Faiqin qarnına dəydi. Sonra onların əlindən çıxaraq qaçdım, bıçağı da oraya atdım. Kənarda dayanaraq polis əməkdaşlarının hadisə yerinə gəlməyini gözlədim. Bıçaqla Faiqə zərbələr vurarkən sağ əlimdən xəsarət almışam. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlara təslim oldum. Faiqə bıçaq zərbələri vurmaqda məqsədim özümü onun əlindən qurtarmaq olub. Fazilə ilə aramızda olan söz-söhbətlərə görə Faiq və qohumları məndən intiqam almaq istəyiblər. Onların nəsə etməklərindən qorxduğum üçün özümü qorumaq məqsədilə üzərimdə bıçaq gəzdirməyə başlamışam. Hadisə baş verən zamanı səs-küyə kənd camaatı yığışıb. Fazilənin ifadəsində göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Sentyabrın 26-da və 27-də, səhər saatlarında Fazilənin yaşadığı həyətin qarşısına gedərək onu çağırıb, əvvəllər onunla cinsi əlaqədə olmaq təkliflərindən hansı səbəbdən imtina etməsi barədə soruşsam da, onu öldürməklə hədələməmişəm”.

“Əxlaqsız hərəkətlərini davam etdirib”

İş üzrə zərərçəkmiş Fazilənin sözlərinə görə, Əsədi uzun müddətdir həmkəndlisi kimi tanıyır, aralarında hər hansı bir düşmənçilik və ya ədavətləri olmayıb: “Faiqlə evləndikdən sonra Əsəd haqqımda söz söhbət yaydı ki, guya bir neçə il əvvəl ondan 200 manat pul istəmişəm, bunun əvəzində isə onunla cinsi əlaqədə olmağa söz vermişəm. Əsədin haqqımda dedikləri yalandır, aramızda bu barədə söhbət olmayıb. Buna baxmayaraq Əsəd hər dəfə məni görəndə onunla cinsi əlaqədə olmağı təklif edib. Onun təklifini rədd etdikdə, Əsəd məni nalayiq sözlərlə söyüb-təhqir edib. Hətta bir dəfə kənddəki bulaqdan su doldurarkən Əsəd şəklimi telefona da çəkdi. Bu barədə Əsədin arvadına məlumat verdim. Əsədin bu əxlaqsız hərəkətlərinə son qoyulması üçün özüm və ərim tərəfindən dəfələrlə ona deyilib. Lakin Əsəd bu əxlaqsız hərəkətlərini davam etdirib”.

“Hadisəni ərimə danışdım”

Fazilə qeyd edib ki, 26 sentyabr 2022-ci ildə, səhər saatlarında evdə olarkən Əsəd yaşadığı evin həyətinin giriş qapısına yaxınlaşıb və onu uca səslə nalayiq sözlərlə təhqir edərək çölə çağırdığını eşidib: “Mən evdən çıxdım. Həmin vaxt qayınanam da yanımda olub. Əsəd cibindən bıçağı çıxararaq “bu bıçaqla sənin başını kəsəcəm, sən mənimlə cinsi əlaqədə olmadın” deyərək məni nalayiq sözlərlə təhqir etdi. Sonra isə getdi. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Axşam ərim Faiq Bakıdan kəndə qayıtdı. Bu hadisəni ona danışdım”.

“Cinsi əlaqədə olmaq üçün pul almamışam”

Fazilənin sözlərinə görə, növbəti gün, səhər saat 4 radələrində əri yenidən Bakı şəhərinə gedib: “Həmin gün səhər saat 10 radələrində həyətimizdə iş görərkən Əsədin hasardan mənə baxdığını gördüm. Əsədin məni öldürəcəyindən qorxdum və qaçmağa başladım. Əsəd isə “qaçma, bura gəl, öldürəcəm səni” deyərək nalayiq sözlərlə məni təhqir etdi. Qayınanam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi və polislərin gəldiyini dedi. Əsəd isə bunu eşitdikdə oradan qaçaraq getdi. Bu hadisə barədə ərimə zəng edərək məlumat verdim. Həmin gün axşam saatlarında ərim Bakıdan qayıtdı. Saat 19 radələrində ərim Əsədi çöldə gördü və çölə çıxdı. Bir müddət sonra evdə olarkən çöldə səs-küy eşitdim və qayınanam ilə çölə çıxdıq. Biz çölə çıxdıqda Faiqi yerdə uzanmış və bıçaqlanmış vəziyyətdə gördük. Faiq qışqıraraq Əsədin onu bıçaqla vurduğunu dedi. Həmin vaxt Əsədin əlində bıçaq gördüm. Hadisə yerinə qonşularımız gəldi. Əsəd hadisə yerindən qaçaraq getdi. Bu zaman Faiqi maşına mindirib rayon xəstəxanasına apardılar. Əsədin cinsi əlaqədə olmaq üçün mənə 200 manat pul verməsi barədə dedikləri böhtandır. Əsəd uzun müddətdir ki, barəmdə nalayiq məlumatlar yayıb. Son günlərdə isə məni bıçaqla öldürməklə hədələyib. Əsəd ərimi təhqir edib, bıçaqla onu öldürmək istəyib. Lakin camaat oraya yığışdığı üçün qaçaraq gedib. Hadisə vaxtı səs-küyə insanlar yığışsa da, orada kimlərin olmasını xatırlamıram”.

“Arvadımı təhqir edib”

İş üzrə zərərçəkmiş Faiqin sözlərinə görə, Əsədi bir həmkəndlisi kimi çoxdan tanıyır, özü Bakı şəhərində işlədiyi üçün çox vaxt evdə olmur: “Əsəd hər dəfə arvadıma sataşaraq camaat arasında şayiə yayıb ki, guya bir müddət əvvəl arvadım Fazilə ondan cinsi əlaqədə olmaq üçün 200 manat pul istəyib. Əsəd də həmin pulu Faziləyə verib. Hətta Əsəd bir dəfə arvadım Fazilə kənddə olan bulaqdan su doldurarkən mobil telefonla şəklini çəkib. Bu barədə Əsədin arvadı da bilib. Əsəd hər dəfə arvadımı küçədə görəndə ona yaxınlaşıb, əlaqədə olmağı təklif edib. Lakin hər dəfə də rədd cavabı aldıqda nalayiq sözlərlə arvadımı təhqir edib. Bununla bağlı dəfələrlə Əsədlə söhbətim olub. Ona belə hərəkətlərə son qoymağı demişəm. Lakin Əsəd sözlərimə məhəl qoymayıb, arvadıma nalayiq təkliflər və təhqir etməyi davam edib”.

“Məni xəstəxanaya apardılar”

Faiq qeyd edib ki, sentyabrın 26-da Bakıda olarkən Əsəd onun arvadı Faziləni bıçaqla öldürməklə hədələyib, arvadı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib: “Bu barədə arvadım telefonla mənə məlumat verdi. Həmin günün axşamı Bakıdan kəndə qayıtdım. Sentyabrın 27-də səhər saat 4 radələrində Bakı şəhərinə işə getdim. Həmin günü səhər saat 10 radələrində arvadım zəng edərək Əsədin yenə də evimizə gələrək, onu bıçaqla öldürməklə hədələdiyini dedi. Həmin gün axşam saatlarında kəndə qayıtdım. Saat 19 radələrində Əsədi evimizin yaxınlığında gördüm. Ona hansı səbəbdən arvadımın şəkillərini çəkdiyini, onu öldürməklə hədələdiyini, nalayiq söyüşlərə təhqir etdiyini soruşdum. Əsəd isə cavabında əcəb elədiyini və yenə də bu hərəkətlərini davam edəcəyini dedi. Bu sözlərdən sonra Əsəd hiddətlənərək, cibindən bıçağı çıxardı və üstümə gəlmək istədi. Dərhal onun bıçaq olan qolundan tutdum və əlbəyaxa olduq. Bu zaman Əsəd yerə yıxıldı. Özüm də onun üstünə yıxıldım. Əsəd bıçaqla qarnımdan vurdu. İkinci zərbəni vurmaq istədikdə özümü arxaya atdım. Bu zaman bıçaq sinəmdən dəydi və xəsarət aldım. Əsədin bıçaqla mənə hücum etdiyini gördüm və qışqırmağa başladım. Əsəd ayağa qalxaraq yenə məni bıçaqla vurmaq istədi. Səs-küyə ətrafa camaatın yığışdığını gördüm və oradan qaçaraq uzaqlaşdım. Səs-küyə toplaşan qayınatam, qonşumuz, anam və baldızım məni qayınatamın avtomobilinə mindirərək xəstəxanaya apardılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsəd 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil şikayətində əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət qismən təmin edilib.

Əsədin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Yekun qərarda Əsəd Cinayət Məcəlləsinin 29,120.1 və 134-cü maddələri ilə təqsirli bilinib. Ona 10 il 6 ay cəza təyin olunub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Bu gün, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Dünən, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Dünən, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Dünən, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Dünən, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Dünən, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Dünən, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Dünən, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
17-05-2024, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
17-05-2024, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
17-05-2024, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
17-05-2024, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
17-05-2024, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
17-05-2024, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru