"Kred Aqro" BOKTun mənfəəti - 3 DƏFƏDƏN ÇOX AZALIB
Tarix: 8-05-2024, 17:22 |
Çap et
"Kred Aqro" BOKT MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 87,7 min manat mənfəətlə başa vurub. 2022-ci ildə isə 284,1 min manat xalis mənfəət əldə etmişdi. Görünən odur ki, illik müqayisədə xalis mənfəətdə 196,4 min manat və ya 3,2 dəfə azalma baş verib.
Təşkilatın mənfəət vergisi xərci də 672,5 min manat (26,3 dəfə) azalaraq 26,5 min manata düşüb.
Hesabat dövründə BOKT-un faiz gəlirləri 1 milyon 466 min manat, xərcləri 236,7 min manat, xalis faiz gəlirləri 1 milyon 269 min manat təşkil edib.
2023-cü ildə faiz gəlirləri 1 milyon 109 min manat, xərcləri 78,6 min manat, xalis faiz gəlirləri 1 milyon 31 min manat təşkil edib.