Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... .....                     "Zeytun Pharmaceuticals” MMC .....                     "Mənim ona nəsə deməyim ayıb olar" .....                     Ağstafada təhsil adına BAZAR... .....                     Xızıda özbaşınalıq edən məmur KİMDİR? .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     “Şərurlu İsfəndiyar”: “Həbs edilməmişəm” .....                     Gəncədə bu idarənin məmurları İTTİHAM OLUNUR .....                     Azərbaycanın bərpa etdiyi ədalət .....                     İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR .....                     "Çox təxribatçı addımlar atıldı" .....                     4 manat 50 qəpik çox böyük rəqəmdir .....                     Helikopter qəzasında ölənlərin adları açıqlandı .....                     Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır .....                     Gəncədə oğurluq edən şəxslər saxlanılıb .....                     Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA .....                     İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub .....                     Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib .....                     İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib .....                     Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı .....                     "Makron ikili oynayır" .....                     “Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                 

Paşinyan 9 noyabr Bəyanatından imtina edir: Əvəzində nə alacaq? - İNCƏLƏMƏ
Tarix: 9-05-2024, 08:59 | Çap et
Paşinyan 9 noyabr Bəyanatından imtina edir: Əvəzində nə alacaq?
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Zəngəzur dəhlizinin təhlükəsizliyini təmini barədə raqzılaşmanı təkzib edib.

Paşinyan açıq şəkildə 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini danıb.

“Bu bəyanatın 9-cu bəndinin Azərbaycanla Naxçıvan arasındakı əlaqəyə aid olduğu təəssüratı yaratmağa cəhd edilir. Bu səhvdir. Bu bənd blokun açılması nəticəsində regional iqtisadi əlaqələrin açılmasına aiddir, ölkələr arasında əlaqənin təmin edilməsinin zəruriliyi də vurğulanır.

Bu gün Azərbaycan heç bir yolumuzu bağlamır. Əksinə, Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün keçid məntəqələri yaratmağa hazır olduğumuzu bildirdik.

Fürsətdən istifadə etmək istəməyən Azərbaycandır”, - Paşinyan deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan Ermənistan bu yolları verməyəcəyi təqdirdə, İrandan keçən yol çəkəcəyiyini deyir:

“Biz deyirik ki, bu, İranla eynidir və biz yol verməyə hazırıq. Niyə? Çünki 9 noyabr tarixli Bəyanatın 9-cu bəndində Ermənistanın suverenliyinin və yurisdiksiyasının hər hansı şəkildə məhdudlaşdırıldığına dair heç bir işarə və ya qeyd yoxdur. Belə bir şey yoxdur.

Bundan başqa, yenə də spekulyasiyalar aparılır və belə bir fikir formalaşdırmağa cəhd edilir ki, 9-cu bəndə əsasən Ermənistan ərazisində təhlükəsizliyi üçüncü tərəf təmin etməlidir. Üçtərəfli Bəyanatda belə bir şey yoxdur. Əksinə, Ermənistanın təhlükəsizliyə zəmanət verdiyi yazılır.

Həmçinin, 9 noyabr Bəyanatının 9-cu bəndində Ermənistan ərazisinin hər hansı hissəsinin Ermənistan hökumətinin nəzarətindən kənarda olması və hər hansı üçüncü tərəfin, xüsusilə də Rusiyanın bu əraziyə nəzarət etməli olduğu barədə heç bir ifadə yoxdur.

Yazılır ki, nəqliyyat kommunikasiyalarına nəzarət Rusiya Federasiyası tərəfindən həyata keçirilir. Bu bəndin təfsirinin Rusiya Federasiyası Prezidentinin 10 və ya 11 noyabr 2020-ci il tarixli fərmanında öz əksini tapması çox vacibdir. Bu sərəncamda Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına Ermənistanda nəqliyyat kommunikasiyalarının təminatına nəzarəti həyata keçirmək tapşırığı verilir. Yəni nəqliyyat əlaqələrini təmin edən qurum Ermənistandır”, - deyə Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, üçtərəfli Bəyanatın 9-cu bəndi heç bir halda Rusiyanın "sahədə" ştirakı mənasına gəlmir. Çünki bu nəzarəti həyata keçirməyin yollarından biri, məsələn, Ermənistandan rabitənin təmin edildiyi barədə dövri məlumatlardır, yəni müqavilə yerinə yetirilir.

Göründüyü kimi, Ermənistan hakimiyyəti növbəti dəfə Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsinə dair razılaşmadan imtina etməyə çalışır. Yəni Paşinyan bütün hallarda Ermənistandan keçəcək nəqliyyat-kommunikasiya marşrutlarının Rusiyanın nəzarətinə keçməsinə imkan verməyəcəyinə işarə edir.

10 noyabr Bəyanatının 9-cu bəndinə diqqət yetirdikdə Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birbaşa Azərbaycan və Rusiya qarşısında öhdəliklər götürdüyünü görmək olar.

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”,-sənəddə belə qeyd edilir.

Lakin 3 il 6 ay vaxt ötməsinə baxmayaraq, Ermənistan indiyə qədər sözügedən bənddə əksini tapmış öhdəliklərin heç birini yerinə yetirməyib. Halbuki, Nikol Paşinyan Bəyanatı imzalamazdan qabaq onu diqqətlə oxuyub və mətni ilə razılaşıb. Ona görə də Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək barədə razılaşmadan imtina etsə də, öz imzasını təkzib edə bilməz. Rusiya ilə Ermənistan arasında kommunikasiyaların təhlükəsizliyinə nəzarətlə bağlı yaranmış fikir ayrılığı heç bir halda Paşinyan hakimiyyətinə 9-cu bənd üzrə öhdəliklərdən yayınmaq, yaxud kommunikasiyaları blokda saxlamaq üçün əsas vermir. Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında yüklərin, nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətinə şərait yaratmalı, kommunikasiya əlaqələrini kəsməməlidir.

Lakin Bəyanatın mətnini təhrif edərək “əraziyə nəzarət” ifadəsini işlətməklə Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün maniulyasiya edir. Çünki Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edən yol Rusiya qoşunlarının nəzarətinə keçdikdə dəhliz statusu ala bilər. Ona görə də Paşinyan təhlükəsizliyin Rusiya qoşunları tərəfindən deyil, Ermənistanın özünün təmin etməli olduğunu deyir. Bununla da Ermənistanın Baş naziri 9-cu bənd üzrə öhdəliyi 10 noyabr Bəyanatındakı şərtlər üzrə yerinə yetirməyəcəyinə və Zəngəzurdan keçən regional marşrutların yalnız Rusiyanın iştirakı olmadan açıla biləcəyinə dair mesaj verir.

Qeyd edək ki, Nikol Paşinyan 9-cu bəndin yerinə yetirilməsindən imtina etdiyini bir neçə dəfə dilə gətirib. Nikol Paşinyan hələ 2023-cü il oktyabrın 10-da Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə təhlükəsizlik funksiyasının Rusiyaya həvalə edilməsinə qarşı olduğunu, hətta üçtərəfli Bəyanatın 9-cu bəndində bununla bağlı yer alan razılaşmanı tanımadığını demişdi. Noyabr ayında isə Ermənistan mətbuatı Paşinyanın öz partiya yoldaşları ilə söhbət zamanı 10 noyabr Bəyanatının 9-cu bəndini ləğv edəcəyi barədə məlumat yaymışdı.

Ona görə də Azərbaycan Ermənistana alternativ variant kimi Zəngəzurda Rusiyanı Kalininqrad vilayəti ilə birləşdirən “Suvalki” dəhlizi modelini tətbiq etməyi təklif edib. Ancaq Ermənistan bu təklifə də razılaşmır. Halbuki, “Suvalki” modeli istifadə olunarsa, həm marşrutların təhlükəsizliyinə Ermənistan özü nəzarət etməklə yanaşı, Azərbaycan istisna olmaqla, üçüncü ölkələrə məxsus yüklərin daşınmasından gömrük rüsumları əldə edə bilər. Ermənistanın bu variantdan da imtina etməsi kommuminkasiyaların blokdan çıxarılmasında maraqlı olmadığını göstərir.

Müşfiq Abdulla
“Cebhe.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR
Bu gün, 09:05
"Zeytun Pharmaceuticals” MMC - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 08:59
"Mənim ona nəsə deməyim ayıb olar"
Bu gün, 08:58
Ağstafada təhsil adına BAZAR... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:52
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
Bu gün, 08:49
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bu gün, 08:44
“Şərurlu İsfəndiyar”: “Həbs edilməmişəm” - QAZİLƏRİ OYUNA SALIBLAR
Bu gün, 08:41
Gəncədə bu idarənin məmurları İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 08:39
Azərbaycanın bərpa etdiyi ədalət - İNCƏLƏMƏ
Bu gün, 08:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
Bu gün, 08:35
"Çox təxribatçı addımlar atıldı" - deputat
Bu gün, 08:17
4 manat 50 qəpik çox böyük rəqəmdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:14
Helikopter qəzasında ölənlərin adları açıqlandı - FOTO
Bu gün, 08:09
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır - Diqqət!
Bu gün, 08:04
Gəncədə oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 08:03
Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
Bu gün, 07:57
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub - AÇIQLAMA
Bu gün, 07:51
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
Bu gün, 06:52
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib
Bu gün, 06:50
Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı - GƏLİŞMƏ
Bu gün, 00:22
"Makron ikili oynayır" - FAKT BUDUR...
Bu gün, 00:17
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Dünən, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
18-05-2024, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
18-05-2024, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
18-05-2024, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
18-05-2024, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
18-05-2024, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru