Azərbaycan yenə ÜST-ün siyahısında: .....                     Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi .....                     Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub .....                     Erməni kilsəsi müharibə və qan istəyir... .....                     Bakıda 9 maşının əzildiyi ağır qəzanın ANBAAN GÖRÜNTÜSÜ .....                     Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... .....                     İmişli sakini "YKT" MMC-nin onun 2 aylıq əmək haqqını mənimsədiyini iddia edir .....                     "Bu insanlar ömürboyu Putini tənqid ediblər" .....                     “Stəkanda fırtına” yaratmağa çalışdılar .....                     Narkotik satan azərbaycanlılar tutuldu .....                     Bəzi deputatlar və "politoloq"lar yalan danışır .....                     Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək... .....                     Bakcell ilə innovasiya dövrü başladı! .....                     MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı .....                     "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" .....                     Avrokomissiyanın baş direktoru İrəvanda .....                     Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir .....                     Eyvazov onu DYP-yə rəis təyin etdi .....                     Bakıda tikinti şirkətinin hesabatları təhrif etdiyi aşkarlanıb .....                     Anar Məmmədli bu gün məhkəmə qarşısına çıxarılacaq .....                     Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ .....                     “Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” .....                     Ermənistan: Təlatüm uzun çəkəcək... .....                     ABŞ Azərbaycanla bağlı son qərarını verdi .....                     3 ayda “AFB Bank”dan 37 milyon manatdan çox depozit geri çəkilib .....                     Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU .....                     Bizdə xidmət alanların hüquqları yoxdur... .....                     "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" .....                     Ermənilər belə deyir..: BƏS BİZ? .....                     Məzuniyyətdə olan gömrük məmuru yanacaq kartından istifadə edib .....                     Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı .....                     "AzNar" QSC səhmdarlarına divident ödəyəcək .....                     Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm .....                     Azərbaycanlı milyarder yeni şirkətlər yaradır .....                     "Anam bir sandal da aldı ki, məktəbdə qoymasalar bunu geyinərsən" .....                     Elə bir ərəfədə səfər edəcək ki... .....                     Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar .....                     "3 il müharibədə can qoymuşam, amma..." .....                     20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür .....                     Bakı və İrəvana ardıcıl zənglər: Yaxud Blinken niyə tələsir? .....                 

Azərbaycanda “xarici agent”lər mövcuddur - Deputatdan ŞOK AÇIQLAMA
Tarix: 17-04-2024, 08:32 | Çap et
Azərbaycanda “xarici agent”lər mövcuddur
Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirələri növbəti qalmaqala səbəb olub. Qanun birinci oxunuşda qəbul edilsə də, etirazlardan sonra geri oxunub. Amma gürcü hökuməti layihənin qəbulunda israrlı görünür. Rusiya və Ukraynadan sonra Qırğızıstan da oxşar qanunu qəbul edib. Aprelin 2-də Qırğızıstan Prezidenti Sadır Japarov “Xarici agentlər haqqında” qanun imzalayıb. Qanuna görə, xarici dövlətlərin hökumətlərindən, siyasi liderlərindən, partiyalarından və fondlarından maliyyə yardımı alan və onların maraqlarına xidmət göstərən şəxslər “xarici agent” sayılır. Sözügedən qanunun Rusiyanın "Xarici agentlər haqqında" qanunu əsasında hazırlandığı bildirilir. Qırğızıstan Prezidenti Sadır Japarovun sözlərinə görə, yerli qeyri-hökumət təşkilatları (QHT) və onların xarici tərəfdaşları "xarici dövlətin agenti kimi" təqib olunmaqdan qorxub ondan bu qanunu imzalamamağı xahiş ediblər. O bildirib ki, bu, yalandır və qanunun qəbulu aşkarlığın artırılması üçün lazımdır: "Dövlət başçısı kimi təqiblərin olmayacağına zəmanət verirəm. Biz nüvə ölkəsi deyilik. Biz hələ kosmosa uçmaq fikrində deyilik. Dövlətimizin sizdən və donorlarınızdan gizlədilməli heç bir sirri yoxdur". Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT "xarici nümayəndə" elan edilərək xüsusi reyestrə salınacaq. Belə QHT-dən Qırğızıstan hökumətinə əlavə hesabatlar vermələri tələb olunacaq, onlar plandankənar yoxlamalara məruz qala biləcəklər. Bundan əlavə, "xarici nümayəndələr" öz nəşrlərini Rusiyadakına oxşar işarə ilə müşayiət etməli olacaqlar. Qanunun zərurətini əsaslandıran onun əsas dəstəkçisi deputat Nadira Narmatova bildirib ki, QHT hər il layihələri üçün qrant alırlar, lakin onları nəyə xərclədikləri barədə hesabat vermirlər. Gürcüstan parlamentinə isə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələri təqdim edilib. Birinci layihə Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la oxşardır. Qanuna əsasən, “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub. Bənzər qanun 2012-ci ildə Rusiyada da qəbul olunub. 2014-cü ildə Ukraynada da xarici agentlərin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilib. Son günlər Azərbaycanda da "Xarici agentlər haqqında" qanun layihəsinin qəbulunu tələb edənlər var. Qeyd edək ki, 2014-cü ildən etibarən ölkəmizdə “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrantlar haqqında” qanunlara əlavə və dəyişikliklər qüvvədədir. QHT-nin xarici maliyyə mənbələri hesabına həyata keçirdikləri işlər və göstərdikləri xidmətlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilən müqavilələr əsasında həyata keçirilməlidir. Müqavilələri qeydiyyatdan keçirmədən iş görən və xidmət göstərən QHT inzibati məsuliyyət daşıyır. Lakin Azərbaycanda son həbslər bu qanunun vacibliyinin yenidən gündəmə gəlməsinə səbəb olub. Bir qisim hesab edir ki, Azərbaycanda ən müxtəlif dövlətlərin “5-ci kolon”ları mövcuddur və onların fəaliyyətinin qarşısını almaq üçün ən optimal üsul ayrıca qanun layihəsinin qəbul olunmasıdır.

Müzakirə olunan məsələni "Sherg.az"a dəyərləndirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da düşünür ki, Azərbaycanda belə bir qanunun qəbul olunması mümkündür. Deputatın sözlərinə görə, hətta müəyyən məqamları nəzərə alsaq, belə bir qanunun qəbul edilməsi zəruridir:

"Kimlərinsə hansısa dövlətin maraqlarını ölkəmizdə təmsil etməsinə nə qədər dözməliyik? Kənar dövlətin maliyyə və başqa dəstəyindən istifadə edərək Azərbaycana qarşı fəaliyyət göstərənlər var. Bu məsələ bizi də narahat etməlidir. Bununla bağlı addımlarımızı atmalıyıq. Başa düşürük, əvvəllər hansısa xüsusi xidmət orqanları, xarici kəşfiyyatla əməkdaşlıq etmiş insanların müəyyən dərəcədə bəhanəsi var idi ki, sovet dövrü olub, onlar məcbur qalıblar, hansısa şəkildə əməkdaşlığa cəlb ounublar və s. Onların ifşa olunması məsələsi o vaxt çoxları tərəfindən aktual sayılmadı. Halbuki onların ifşa edilməsində qorxulu heç nə yox idi və həmin şəxslərin bilinməsi cəmiyyət üçün də faydalı olardı. Bu adamların fəaliyyəti bir çox hallarda Vətənə bağlı, ona sadiq insanların ləkələnməsinə, onların müəyyən dərəcədə haqqının çeynənməsinə gətirib çıxarır. Ancaq dövlət təhlükəsizliyi baxımından vacibdir ki, hansısa xarici peyklərin, dövlətimiz əleyhinə işləyən qüvvələrin ifşa olunması bizim də marağımıza uyğun olmalıdır. Hər halda belə bir qanun düşünülə bilər. Mən bunun əleyhinə deyiləm. Hesab edirəm ki, ayrıca qanunun qəbul olunması insanları bu cür fəaliyyətlərdən çəkindirə bilər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan yenə ÜST-ün siyahısında: - Yoluxmanın artma SƏBƏBİ
Bu gün, 11:51
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 11:39
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini təyin olunub - bu gündən işinin icrasına başlayıb
Bu gün, 11:32
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 11:27
Bakıda 9 maşının əzildiyi ağır qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Bu gün, 11:25
Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?
Bu gün, 11:21
İmişli sakini "YKT" MMC-nin onun 2 aylıq əmək haqqını mənimsədiyini iddia edir - " "AGE "MMC-nin adını dəyişərək..."
Bu gün, 11:19
"Bu insanlar ömürboyu Putini tənqid ediblər" - Tural Abbaslı
Bu gün, 11:13
“Stəkanda fırtına” yaratmağa çalışdılar - Rasim Musabəyovdan CAVAB
Bu gün, 11:09
Narkotik satan azərbaycanlılar tutuldu
Bu gün, 11:01
Bəzi deputatlar və "politoloq"lar yalan danışır - REAKSİYA
Bu gün, 10:56
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək... - news.am
Bu gün, 10:50
Bakcell ilə innovasiya dövrü başladı!
Bu gün, 10:48
MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - TƏYİNAT
Bu gün, 10:43
"Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...
Bu gün, 10:42
Avrokomissiyanın baş direktoru İrəvanda - FOTO
Bu gün, 10:31
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir - MƏQALƏ
Bu gün, 10:28
Eyvazov onu DYP-yə rəis təyin etdi - ƏMR
Bu gün, 10:22
Bakıda tikinti şirkətinin hesabatları təhrif etdiyi aşkarlanıb
Bu gün, 10:21
Anar Məmmədli bu gün məhkəmə qarşısına çıxarılacaq
Bu gün, 10:13
Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ - Tovuzda OLAY
Bu gün, 10:12
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 10:00
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 09:59
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 09:58
3 ayda “AFB Bank”dan 37 milyon manatdan çox depozit geri çəkilib - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU - FOTO
Bu gün, 09:49
Bizdə xidmət alanların hüquqları yoxdur... - yalnız, vəzifə və məsuliyyətləri var
Bu gün, 09:40
"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 09:36
Ermənilər belə deyir..: BƏS BİZ? - AKTUAL
Bu gün, 09:28
Məzuniyyətdə olan gömrük məmuru yanacaq kartından istifadə edib - MƏHKƏMƏ
Bu gün, 09:21
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 09:17
"AzNar" QSC səhmdarlarına divident ödəyəcək - DETALLAR
Bu gün, 09:11
Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm - Keçmiş nazirdən İDDİA
Bu gün, 09:08
Azərbaycanlı milyarder yeni şirkətlər yaradır
Bu gün, 09:00
"Anam bir sandal da aldı ki, məktəbdə qoymasalar bunu geyinərsən"
Bu gün, 08:58
Elə bir ərəfədə səfər edəcək ki... - GƏLİŞMƏ
Bu gün, 08:52
Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar
Bu gün, 08:49
"3 il müharibədə can qoymuşam, amma..." - NARAZILIQ VAR...
Bu gün, 08:47
20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR
Bu gün, 08:45
Bakı və İrəvana ardıcıl zənglər: Yaxud Blinken niyə tələsir? - İNCƏLƏMƏ
Bu gün, 08:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır... - Ermənistan KİV
Bu gün, 08:35
Bakıda vəzifəli qadını evdə döyərək girov saxlayan şəxsdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 08:34
ETSN `Baku Steel Company`yə SÖZ DEYƏ BİLMİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 08:22
Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...
Bu gün, 08:10
Məmurlar övladlarını bu məktəbə yollayarmı? - GİLEY
Bu gün, 08:08
Tehran və Eçmiəzdin kilsəsi Paşinyana qarşı - NƏ BAŞ VERİR?
Bu gün, 07:58
“Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 07:56
Təhsildə Keyfiyyət Təminatı Agentliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 07:53
“Azərbaycan Zəngəzur, Dərəyələz və Göyçəni geri alacaq” - “Yenidən müharibə başlayacaq”
Bu gün, 07:52
ABŞ-nin sülh gündəliyinə necə töhvə verəcəyi sual altındadır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru