Xankəndidə qumbara və avtomatlar tapılıb
Tarix: 18-04-2024, 09:39 |
Çap et
Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar.
Bu barədə Dia-az.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.