"Yelo Bank"dan maddi ziyanın ödənilməsi .....                     "Yapı İnşaat" MTK Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib .....                     Qəbul imtahanına qeydiyyat başa çatır .....                     Ağdam mexaniki suvarma sistemləri idarəsinin əməkdaşı fəryad edir .....                     Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... .....                     "Azəri Star Mikromaliyyə” BOKT zərərdən çıxa bilməyib .....                     Yaxın Şərq-Avropa Dəhlizi yubanır .....                     Özəl klinikalarda və apteklərdə buna görə yoxlamalar həyata keçiriləcək .....                     Bu şadlıq evi 2 milyona satıldı: sökülür .....                     Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı .....                     Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? .....                     Noyemberyan mövqeyində bayrağımız dalğalanır .....                     Rüşvət alan sabiq baş həkim bəraət istəyir .....                     Rəislərin daha bir İŞDƏNQOVMA BƏHANƏSİ... .....                     Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı .....                     Dövlət Xidməti "Qaradağ Nəqliyyat" ASC-ni məhkəməyə verib .....                     "Hətta olan iş yerləri belə bağlandı..." .....                     “Türkiyə və ya Rusiya! Təhlükəli seçim qarşısındayıq” .....                     Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi... .....                     "Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..." .....                     Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisinin yenidən məhkəməsi başladı .....                     Masallıda icra məmuru narazılıq yaradır .....                     Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar .....                     Kimlər deputat olmayacaq .....                     Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? .....                     Azərbaycanın iki şərab şirkətinin səhmdarları toplanır .....                     “Aqrarkredit” QSC BOKT "Libra" MMC -ni məhkəməyə verib .....                     `Cinema Plus` da müştərilərlə məzələnir... .....                     "Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam" .....                     Xaçmazlılar buna görə GİLEY EDİR... .....                     "Keyfiyyətsiz internet xidmətindən çox narazıyıq" .....                     Xalqımızın xilaskarı: Heydər Əliyev... .....                     Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar .....                     "Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." .....                     Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün .....                     Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır .....                     Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” .....                     Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                 

Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması - Hamı Azərbaycanın nə verəcəyini gözləyirdi, amma...
Tarix: 24-04-2024, 06:41 | Çap et
Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması
Gözləntilərin əksinə, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşü “sakit” keçdi. Bu, hazırda regionda baş verən hadisələrin fonunda bir qədər qəribə görünə bilər: Rusiya sülhməramlıları Qarabağı tərk edir, Ermənistanla Azərbaycan Rusiyanın iştirakı olmadan sərhədlərin delimitasiyasına başlayır, sülh danışıqlarında ciddi irəliləyişlər gözlənilir. Amma Putin-Əliyev danışıqlarının jurnalistlərin iştirakı ilə keçirilən hissəsində bunlar barədə heç nə deyilmir.



Bakıda, İrəvanda və Qərbdə “Rusiya Azərbaycanda hərbi varlığına niyə son qoydu” sualına cavab axtarılarkən İlham Əliyev və Putinin gündəmində birinci sırada başqa mövzular vardı.



Əsas gözlənti Rusiya hərbçilərinin Qarabağı tərk etməsinin qarşılığında Putinin Azərbaycandan nə qoparacağı idi. Görüşdən əvvəl Kremldən verilən açıqlamada bildirilmişdi ki, Əliyevin səfəri V. Putinin dəvəti ilə gerçəkləşib. “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, o cümlədən aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - məlumatda qeyd olunub.



İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə giriş nitqində bildirib ki, Rusiya Qafqazda regional təhlükəsizlik və daha geniş coğrafiya baxımından fundamental ölkədir: "İki ildən çoxdur, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını nəzərdə tutan əsas siyasi sənəd olan Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik. Danışıqların gündəliyində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi, habelə regional təhlükəsizlik məsələləri var. Biz şadıq ki, onlar həll olunur. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından əsas ölkədir. Və bizim ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz etimad, əməkdaşlıq, qarşılıqlı anlaşma tədbirlərinin möhkəmləndirilməsini və bütün məsələlərin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar daxilində həllini hədəfləmişik".



Vladimir Putin ilə Baykal-Amur Magistralının (BAM) veteran inşaatçıları ilə birgə görüşdə isə İlham Əliyev "Şimal-Cənub" dəhlizi çərçivəsində növbəti layihəni açıqlayıb. Prezident Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolunun olduğunu xatırladıb:



"Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. Biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək. Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq".



Rusiya Prezidenti isə ikitərəfli münasibətlərin inkişafından danışıb və qarşılıqlı ticarət dövriyyəsinin artdığını və 4 milyard dolları keçdiyini xatırladıb:



“Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 6 milyard təşkil edir. Şübhəsiz, regionda təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən vəziyyət haqqında da danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssas məsələlərdir. Biz Sizinlə onların hər biri haqqında danışacağıq”.



Beləliklə, prezidentlərin əsas gündəmi iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, yeni nəqliyyat dəhlizlərinin işlənməsi və genişləndirilməsi olub. Hazırda Qərbin ağır sanksiyaları altında olan Rusiya üçün əsas prioritetlər bunlardır. Prezident İlham Əliyevin Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mövqeyi də Rusiyanı təmin edir.



Azərbaycan xarici siyasətdə ikitərəfli münasibətlərə üstünlük verir və bu xətt Rusiya ilə əlaqələrdə qorunub saxlanılır. Bu kontekstdə sülhməramlıların Qarabağdan çıxarılması “Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasını şərtləndirə bilər” gözləntisi özünü doğrultmadı. Bu gün Prezident ADA-da bildirib ki, Azərbaycanın belə bir planları yoxdur: "Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik..."



Rusiya üçün Cənub sərhədlərinin təhlükəsizliyi çox vacibdir və o cümlədən Qafqazda maraqlarından imtina etməyib. Moskva Ermənistanda və Gürcüstanda hərbi-siyasi varlığını saxlamaq üçün bütün imkanlarından istifadə edir və Qərblə rəqabət aparır. Azərbaycana gəlincə, Moskva görüşündən çıxan nəticə odur ki, Kremlin Bakı ilə bağlı belə qayğıları yoxdur. Çünki Azərbaycanın NATO və Avropa İttifaqına inteqrasiya planları mövcud deyil. Hətta Türkiyə ilə münasibətlərdə belə, ilk növbədə öz maraqlarını qorumağı bacarır. Məsələn İsrail-HƏMAS müharibəsində Azərbaycanın mövqeyi qardaş ölkədən xeyli fərqləndi.



Rusiya üçün Azərbaycan proqnozlaşdırılan ölkədir, indiki həssas dönəmdə onların prioritetləri bir-birinə ziddi deyil, əksinə qarşılıqlı maraqları var. Görünən odur ki, liderlərin şəxsi münasibəti, onlar arasında qarşılıqlı etimad bütün məsələlərin müzakirəsində, problemlərin həllində öz sözünü deyir. Sülhməramlıların Qarabağdan çıxması, Ermənistanla sərhədlərin Rusiyanın iştirakı olmadan delimitasiya prosesinə başlanılmasına da Bakı-Moskva anlaşmasının tərkib hissəsi kimi baxmaq lazımdır.

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yelo Bank"dan maddi ziyanın ödənilməsi TƏLƏB EDİLİR
Bu gün, 10:38
"Yapı İnşaat" MTK Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Bu gün, 10:36
Qəbul imtahanına qeydiyyat başa çatır - Diqqət
Bu gün, 10:34
Ağdam mexaniki suvarma sistemləri idarəsinin əməkdaşı fəryad edir - VİDEOMÜRACİƏT
Bu gün, 10:32
Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...
Bu gün, 10:30
"Azəri Star Mikromaliyyə” BOKT zərərdən çıxa bilməyib - HESABAT
Bu gün, 10:28
Yaxın Şərq-Avropa Dəhlizi yubanır - İNCƏLƏMƏ
Bu gün, 10:25
Özəl klinikalarda və apteklərdə buna görə yoxlamalar həyata keçiriləcək - AÇIQLAMA
Bu gün, 10:23
Bu şadlıq evi 2 milyona satıldı: sökülür - FOTO
Bu gün, 10:22
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - “Hraparak”
Bu gün, 10:16
Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…
Bu gün, 10:12
Noyemberyan mövqeyində bayrağımız dalğalanır - Bu ərazilər nəzarətimizə keçdi
Bu gün, 10:09
Rüşvət alan sabiq baş həkim bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:02
Rəislərin daha bir İŞDƏNQOVMA BƏHANƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 09:57
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı - DETALLAR
Bu gün, 09:44
Dövlət Xidməti "Qaradağ Nəqliyyat" ASC-ni məhkəməyə verib
Bu gün, 09:42
"Hətta olan iş yerləri belə bağlandı..." - Naxçıvanda "XAN"a şükür oxuyurlar...
Bu gün, 09:32
“Türkiyə və ya Rusiya! Təhlükəli seçim qarşısındayıq” - Ruben Melkonyan
Bu gün, 09:21
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi... - SİYAHI
Bu gün, 09:18
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..." - Ermənistan KİV
Bu gün, 09:17
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisinin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 09:15
Masallıda icra məmuru narazılıq yaradır - GİLEY
Bu gün, 09:09
Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar
Bu gün, 09:08
Kimlər deputat olmayacaq - ƏN YENİ SİYAHI
Bu gün, 09:05
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 09:00
Azərbaycanın iki şərab şirkətinin səhmdarları toplanır
Bu gün, 08:58
“Aqrarkredit” QSC BOKT "Libra" MMC -ni məhkəməyə verib
Bu gün, 08:57
`Cinema Plus` da müştərilərlə məzələnir... - BU DA FAKT!!!
Bu gün, 08:54
"Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam"
Bu gün, 08:46
Xaçmazlılar buna görə GİLEY EDİR... - "...hər dəfə böyük çətinliklərlə üzləşirik"
Bu gün, 08:43
"Keyfiyyətsiz internet xidmətindən çox narazıyıq" - ETİRAZ
Bu gün, 08:35
Xalqımızın xilaskarı: Heydər Əliyev... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:19
Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
Bu gün, 08:18
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 06:45
Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün 118 min manat xərcləyəcək
Bu gün, 06:39
Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır - deputat
Bu gün, 00:05
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 00:02
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Dünən, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Dünən, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Dünən, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Dünən, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Dünən, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Dünən, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Dünən, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Dünən, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Dünən, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Dünən, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Dünən, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Dünən, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru