Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı .....                     Dövlət Xidməti "Qaradağ Nəqliyyat" ASC-ni məhkəməyə verib .....                     "Hətta olan iş yerləri belə bağlandı..." .....                     “Türkiyə və ya Rusiya! Təhlükəli seçim qarşısındayıq” .....                     Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi... .....                     "Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..." .....                     Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisinin yenidən məhkəməsi başladı .....                     Masallıda icra məmuru narazılıq yaradır .....                     Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar .....                     Kimlər deputat olmayacaq .....                     Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? .....                     Azərbaycanın iki şərab şirkətinin səhmdarları toplanır .....                     “Aqrarkredit” QSC BOKT "Libra" MMC -ni məhkəməyə verib .....                     `Cinema Plus` da müştərilərlə məzələnir... .....                     "Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam" .....                     Xaçmazlılar buna görə GİLEY EDİR... .....                     "Keyfiyyətsiz internet xidmətindən çox narazıyıq" .....                     Xalqımızın xilaskarı: Heydər Əliyev... .....                     Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar .....                     "Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." .....                     Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün .....                     Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır .....                     Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” .....                     Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                 

Sülh üçün Astana formatı niyə sərfəlidir? - İNCƏLƏMƏ
Tarix: 24-04-2024, 19:10 | Çap et
Sülh üçün Astana formatı niyə sərfəlidir?
Yaxın zamanda Astanada Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilə bilər.

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə məlumat verib. Dövlət rəhbəri qeyd edib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. “Əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək,” – deyə Prezident vurğulayıb.

Bununla, Prezident İlham Əliyev bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanmasında və münasibətlərin normallaşmasında maraqlı olduğunu bəyan edib. Dövlət başçısı, həmçinin nəzərə çatdırıb ki, rəsmi Bakı istənilən məkanda Ermənistanla görüşə hazırdır. Rəsmi İrəvan razılıq verərsə, şübhəsiz ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri -Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüş Astanada baş tutacaq. Eyni zamanda, hesab etmək olar ki, əgər iki ölkənin XİN rəhbərinin görüşü uğurlu keçərsə, Astanada Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında da görüş keçirilə bilər. Təbii ki, Astanada ikitərəfli görüşlərin keçirilməsi indiki halda İrəvandan asılıdır. Azərbaycan hər zaman nəticəyönlü danışıqlara hazırdır. Yəni həm Azərbaycan, həm də Ermənistanın birgə razılaşması əsnasında Astanada sülh prosesi üzrə mütəmadi ikitərəfli görüş və danışıqların keçirilməsi mümkündür. Hətta Azərbaycan-Ermənistan sülh prosesinin nizamlanması üzrə Astana formatının mümkünlüyündən də danışılır.

Xatırladaq ki, artıq belə bir format mövcuddur, amma başqa bir istiqamətə yönəlib.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Suriyada münaqişənin nizamlanması ilə əlaqədar Rusiya, Türkiyə və İran tərəfindən Astana formatının əsası qoyuldu. Bu format çərçivəsində Suriyada münaqişənin sona çatması, sülh və sabitliyin təmin olunması ilə bağlı bir çox məsələlər müzakirə olunur. Hər il bu formatın müntəzəm görüşləri keçirilir. Astana formatı Suriya münaqişəsinin nizamlanmasında mühüm rol oynayır və tərəflər arasında dialoqun davam etməsi üçün münasib şərait yaradır.

Eyni hal Azərbaycan-Ermənistan sülh prosesində də yaşana bilər. Xüsusilə qeyd etmək lazımdır ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi brifinqdə Astananın Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib:

“Astana İrəvanla Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”.

Nəzərə alaq ki, Qazaxıstanın Azərbaycanla güclü, əhatəli və dərin diplomatik-siyasi, iqtisadi-ticari və hərbi münasibətləri var. Azərbaycan-Qazaxıstan münasibətlərində iqtisadi-ticari əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə enerji, təhsil, elm və mədəniyyət sahələrində də əməkdaşlıq edir. Həmçinin Azərbaycan və Qazaxıstan birgə əməkdaşlıq çərçivəsində regional təhlükəsizliyin möhkəmlənməsinə də töhfə verir.

Bununla yanaşı, Azərbaycan və Qazaxıstan Müstəqil Dövlətlər Birliyi (MDB), İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzv ölkələridir. Hər iki ölkə arasında ikitərəfli münasibətlər ilbəil daha da şaxələnir və möhkəmlənir. Qazaxıstan Ermənistanla da bir çox sahələrdə münasibətlər qurub. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bu baxımdan, Qazaxıstanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə təklif etdiyi Astana platforması istənilən zaman baş tuta bilər. Qazaxıstan həqiqətən Azərbaycan ilə Ermənistan arasında daimi sülh və barışığın bərqərar olunmasında maraqlıdır. Çünki Astana çox yaxşı anlayır ki, Cənubi Qafqaz sabit və təhlükəsiz bir regiona çevriləcəyi təqdirdə “Orta Dəhliz”, o cümlədən Zəngəzur dəhlizi tam şəkildə fəaliyyət göstərəcək.

Bu da Qazaxıstana iki dəhliz vasitəsilə Cənubi Qafqaz üzərindən Türkiyəyə və Avropaya strateji məhsullarını daşımaqla yanaşı, Şərqi Aralıq dənizinə və Şimali Afrikaya da çıxış imkanları yaradacaq.

cebheinfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı - DETALLAR
Bu gün, 09:44
Dövlət Xidməti "Qaradağ Nəqliyyat" ASC-ni məhkəməyə verib
Bu gün, 09:42
"Hətta olan iş yerləri belə bağlandı..." - Naxçıvanda "XAN"a şükür oxuyurlar...
Bu gün, 09:32
“Türkiyə və ya Rusiya! Təhlükəli seçim qarşısındayıq” - Ruben Melkonyan
Bu gün, 09:21
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi... - SİYAHI
Bu gün, 09:18
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..." - Ermənistan KİV
Bu gün, 09:17
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisinin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 09:15
Masallıda icra məmuru narazılıq yaradır - GİLEY
Bu gün, 09:09
Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar
Bu gün, 09:08
Kimlər deputat olmayacaq - ƏN YENİ SİYAHI
Bu gün, 09:05
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 09:00
Azərbaycanın iki şərab şirkətinin səhmdarları toplanır
Bu gün, 08:58
“Aqrarkredit” QSC BOKT "Libra" MMC -ni məhkəməyə verib
Bu gün, 08:57
`Cinema Plus` da müştərilərlə məzələnir... - BU DA FAKT!!!
Bu gün, 08:54
"Söz verirəm, bir dənə "Geländewagen" alım, mən də kəmər taxacağam"
Bu gün, 08:46
Xaçmazlılar buna görə GİLEY EDİR... - "...hər dəfə böyük çətinliklərlə üzləşirik"
Bu gün, 08:43
"Keyfiyyətsiz internet xidmətindən çox narazıyıq" - ETİRAZ
Bu gün, 08:35
Xalqımızın xilaskarı: Heydər Əliyev... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:19
Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar
Bu gün, 08:18
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 06:45
Neft Fondu əməkdaşlarının 3 günlük istirahəti üçün 118 min manat xərcləyəcək
Bu gün, 06:39
Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır - deputat
Bu gün, 00:05
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 00:02
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Dünən, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Dünən, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Dünən, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Dünən, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Dünən, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Dünən, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Dünən, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Dünən, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Dünən, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Dünən, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Dünən, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Dünən, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
4-05-2024, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
4-05-2024, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
4-05-2024, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
4-05-2024, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
4-05-2024, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
4-05-2024, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
4-05-2024, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
4-05-2024, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
4-05-2024, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
4-05-2024, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
4-05-2024, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
4-05-2024, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
4-05-2024, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru