Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                     Azərbaycanlılarla özbəklər arasında DAVA: .....                     Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb .....                 

“İnək sağmışam, əkin əkmişəm, toyuq-cücəyə baxmışam” - deputat
Tarix: 25-04-2024, 17:44 | Çap et
“İnək sağmışam, əkin əkmişəm, toyuq-cücəyə baxmışam”
Lent.az-ın “Rəsmilərlə qeyri-rəsmi” rubrikasında növbəti qonağımız, deputat Jalə Əhmədovadır.

- Jalə xanım, haqqınızda araşdırma aparanda daşıdığınız vəzifələri oxuyanda nəfəs kəsilir. Deputat, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, bir çox parlament komitələrinin üzvü. Bütün bu işləri aparmağa zaman tapa bilirsiniz?

“Cavanlığımda bir dəfə oğurluq etmişəm” – Etibar Əliyevlə QEYRİ-RƏSMİ SÖHBƏT
Uşağa ad və soyadın verilməsi qaydası necədir? - CAVAB
Baş prokuror Çində səfərdədir
- Tam səmimi deyirəm, insan istəyəndə zaman tapa bilir. Ona da zaman tapıram, üstəlik ailəmə də. Mən işləmək istədiyimi bildirəndə rəhmətlik atam “ailəni arxa plana atmayacaqsansa işlə” dedi. İnsan üçün ilk növbədə onun ailəsi dayanmalıdır. Atama söz verdim. Övladlarım dördüncü sinfə gedənə qədər onlarla məşğul olmuşam. Nə dayə tutdum, nə də kiməsə onların tərbiyəsini həvalə etdim. Ondan sonra karyerama başladım, çox çalışdım və hər şeyə zaman ayıra bildim. İndi işlərimlə yanaşı, hər həftə sonu mütləq şəkildə Xaçmaza qayınatama və qayınanama baş çəkməyə gedirəm. Nə qədər israr eləsəm də, gəlib Bakıda yaşamaq istəmirlər.

- Evdə köməkçiniz var?

- Bəli var. O olmasa, işlərimi çatdıra bilmərəm. Köməkçi deməyim, gənc bir xanımdı, bacım kimidir. O olmadan çox yorulurdum.

- Ev işləri ilə aranız necədir?

- Yaxşıdır. Əlimdən hər iş gəlir. Köməkçim şənbə, bazar günləri istirahət edir, gələn qonaqlarımı özüm yola salıram. Ailə qurandan sonra 6 il Xaçmazda, Padar kəndində yaşamışam. Qayınanama qoşulub hər işi görürdüm, inək də sağmışam, taya da boşaltmışam, əkin də əkmişəm, toyuq-cücəyə də baxmışam. Yadıma gəlir, qayınanam öyrədirdi ki, inəyi sağmazdan əvvəl gərək ona tumar çəkəsən, könlün alasan. Demirəm ən ağır kənd işlərini görürdüm, sadəcə bunları sevərək eləyirdim. Öyrənməyə çalışırdım, indi də eləyəm, istəmirəm desinlər ki, sən bu işi bacarmırsan. Bütün gün mamanın dalınca gəzirdim (qayınanasını nəzərdə tutur), ağır işlər deyildi, həvəslə qoşulurdum ona.

- Siz Ali Məhkəmənin hakimi Fərhad Əliyevin qızısınız. Necə oldu rayon yerinə, kəndə ərə getdiniz və kənddə yaşadınız? İndi kənd qızlarına elçi düşəndə mütləq şəhərdən ev tələbi qoyurlar. Yəqin böyük bir sevgi olub...

- Mərhum həyat yoldaşımın ailəsi atamla dost idi. Daha doğrusu qaynımla atam dostluq edirdi. Biz onlara gedirdik, onlar bizə gəlirdi. O zaman ağlımdan evlilik filan keçmirdi. Dəcəl, şuluq bir qız idim. 16 yaşım vardı. Göylərdə gəzirdim. Yoldaşım məndən 10 yaş böyük idi. O məni görüb bəyənib. Əvvəl bacısı ilə söz göndərmişdi, baldızımla çox yaxın dik. Bacısı bu barədə mənə deyəndə əsəbiləşdim, dedim olmaz, atama deyəcəm. Amma demədim. Sonra elə ailə məclislərində görürdüm diqqəti üzərimdədir. Bir dəfə onların bağında gilas ağacına dırmaşmışdım. Əlində iki konfetlə gəldi ağacın dibinə. Birini bacısına verdi, birini də altdan yuxarı atdı mənə, “Götür keçi, elə et ki, yıxılmayasan, sən hələ mənə lazımsan” dedi. Bu söz xoşuma gəldi, buzlarım əridi.

- Eşq elanı elə belə oldu?

- Yox sevgi məktubu yazmışdı. Mən də sərt cavab verməyincə marağım olduğunu anlamışdı. Ondan sonra Bakıda hara gedirdimsə, qabağıma çıxırdı, guya təsadüfən qarşılaşmışıq. Razılığımı alandan sonra ailələr arasında söz açıldı. Bir ilin içində evləndik. Toyum olanda 17 yaşım var idi. Mən nişanlananda bir çox qohumlar atamdan incidilər.

- Niyə?

- Dedilər bilsək ki, qızı belə tez evləndirmək fikrin var, biz qabağa düşərdik.

- Ata-ananız şəhərdə əl içində böyüdülmüş qızlarının kənddə yaşamasına nə deyirdi?

- Heç nə. Anam ümumiyyətlə, ailə işlərimə qarışmaz, çox nadirən gələrdi. Atam tez-tez gəlirdi baş çəkməyə, onda anam deyirdi uşaqları çox narahat eləmə.

- Bildiyimə görə, iki oğlunuz var. Neçə yaşlarındadırlar, nə iş görürlər?

- 26 yaşları var, əkizdirlər. Onlardan çox razıyam, Allaha şükür. İqtisadiyyat üzrə ali təhsil alıblar, biri hərbi sahədə işləyir, digəri bankda işləyirdi. Amma bir gün dedi ki, aşpaz olmaq istəyir. Əlavə kurslar keçdi, sertifikatlar aldı və özünə kiçik bir restoran açdı.

- Evdə yemək bişirir?

- Yox. Evdə bu vəzifəni boynuna almaq istəmir.

- Özünüzə özünüz kimi gəlin arzu edirsiniz?

- Bəli. Əslində kimi sevsələr, onunla da evlənəcəklər. Mənim işim bir yerə qədərdir, ailə qurdular, orda mənim müdaxiləm bitəcək. Mən nişanlı olanda qayınanam zarafatla həyat yoldaşıma deyib ki, gəlin gəlsəydi gəlib mənə kömək edərdi iş-güc görməyə. Yoldaşım deyib ki, ana o sizin gəlininiz olsa da mənim xanımımdır, nə problem varsa, mənə deyiləcək. Ailə işimə kimsə qarışa bilməz. Toy günü də mənə bildirdi ki, bu dünyada anamdan əziz heç nə yoxdur, aranızda nə söhbət olsa, hər zaman anamı haqlı sayacam, ona görə davran. Elə edin ki, mən gəlib sizi qaşqabaqlı görməyim. Qayınanam da mən də bu “qanunla” hərəkət etdik və 27 ildə bir dəfə də olsun aramızda sərin külək əsmədi. Qayınanam çox müdrik qadındır. 3 gəlini var, hamısı şəhər qızı, amma elə bir tarazlıq münasibət yaratdı ki, inciklik olmadı. Hökm etmirdi, sevgi ilə başa salırdı. Bütün münasibətlərimizin sayqı-sevgi içində olmasını arzu edərəm. Hər şey bundan başlayır. Həyat yoldaşım hərbiçi idi deyə onunla rayon-rayon gəzmişəm. Amma əsas yaşayış yerimiz Xaçmazda olub. Qayınatamla qayınanamdan gül qədər inciməmişəm. Bilmirəm, mən uşaq idim. Bəlkə onlar məndən inciyib, inciyiblərsə Allah keçsin günahımdan. Amma övlad sevgisi ilə yanaşmışam.

- Jalə xanım, dəfələrlə sizi müxtəlif tədbirlərdə müşahidə eləmişəm, ətrafdakılarla çox mehriban münasibət qurursunuz. Bu işinizdə sizə mane olmayıb? Hüquqşünas, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit-hüquqşünas kimi ciddi vəzifələrdə çalışmısınız.

- İşdə çox ciddiyəm, gülərüzlü olmağıma baxmayın. Mənimlə işləyən insanlara ilk gündən öz tələbimi qoyuram, nə istədiyimi bildirirəm. Amma bütün bu işlər, vəzifələr mənim xarakterimə, əxlaqi keyfiyyətlərimə təsir etməməlidir. Buna inanmışam. Bu dünyada bütün qapıları açan tək şey sevgidir, ən çətin şey insan qazanmaqdır. Elə eləməliyik ki, vəzifədən düşəndə bizə can-can deyənlər işdən gedəndən sonra üzlərini çevirməsinlər. Vəzifə əbədi deyil. Bunu atamdan öyrənmişəm. Hikkəli insan deyiləm. Kimdənsə tənqidi, neqativ fikir eşidəndə belə, diqqət edirəm görüm, bunun arxasında nə dayanır, bəlkə elə o haqlıdır, problem məndədir. İnsanlarla konfliktə girmirəm. Bu mənim uğurumdur.

- Həyatda ən ağır itkiniz nə olub bəs?

- 2021-ci ildə 3 ay arayla iki arxa-dayağımı itirdim. Atamı və həyat yoldaşımı. Həyat yoldaşım hərbiçiydi, çox sağlam insan idi, anidən ürəktutmasından öldü. 3 dəfə koronavirusa yoluxmuşdu, dedilər bu virus damarlarında tromb yaradıb.

- Sizə ilk dəfə zəng edəndə telefonu açmadınız, sonra özünüz geri yığdınız və söz arası “namazda idim deyə aça bilmədim” dediniz. Həcc ziyarətinə də getmisiniz. Çoxdan ibadətlə məşğul olursunuz?

- 18 ildir.

- Kimdənsə çəkinirsiniz?

- Həyatda insan kimi formalaşmamda ən böyük rolu anam oynayıb. Bu yaşa çatmışam, mən indi də ondan çəkinirəm. Qadının oturuşu, duruşu, danışığı, əxlaqı, mental dəyərlərə hörmətlə yanaşması vacibdir. Filoloqdur, universitetdə dərs deyir. Bunları anam ömrümüz boyu biz 4 bacıya təlqin edib. Çox ciddi dayanırdı üstümüzdə. Elə indi də bir çox tələbləri yerində qalır. Atam daha mülayim davranırdı.

- Plastik əməliyyat etdirmisiniz? Özünüzü necə formada saxlayırsınız?

- Üzümə botoks vurdurmuşam. Alnımda qırış var idi. Bütün qadınların etdiyi kiçik baxımlardan mən də istifadə edirəm. Bir də burnumda plastik əməliyyat olunub. 22 il olar. Uşaq olanda çox dəcəl idim. Bibim oğlumla evimizin balkonunda dartışdıq, itələdi, üçüncü mərtəbədən yıxıldım, burnum sındı. Atam elə hey deyirdi ki, gül kimi qızımın burnunu qırdılar. Evlənəndən sonra atamın israrı ilə əməliyyata girdim. Formada qalmaq üçün idman edirəm, 2 saat piyada gəzirəm və çoxlu su içirəm. Həm yəqin genetik olaraq nəsə keçib, anam da, atam da simaca çox gözəl idi.

- Gözəl zövqünüz var. Brend geyimlərə üstünlük verirsiniz ya necə?

- Yox. Hesab edirəm ki, insan geyimini daşımağı bacarmalıdır, insan geyimi qiymətə mindirir, geyim insanı yox. Geyim seçməyi anam öyrədib, həmişə deyərdi ki, eyni tonlardan istifadə elə, çalış üzərində iki rəng olsun, üçüncü rəng artıqdır.

- Hansı ətirdən istifadə edirsiniz?
- Çox ətir dəyişməyi sevmirəm. Çünki ətir yaddaşdır, insanı xatırlatmalıdır. “Yves Saint Laurent” ətrindən illərdir istifadə edirəm, yeni çıxan ətirlərdən isə “Good Girl” xoşuma gəlir.

- Dünya Alpaqut Federasiyasının prezidentisiniz. Bu federasiyanın yaranmasında rolunuz olub. Özünüz döyüş bilirsiniz? Və bu ideya haradan yarandı?

- Atam Vinq-çur döyüş sənəti ilə məşğul olurdu, bu Aikidonun bir başqa növüdür, rəqibin gücündən istifadə edərək ona qalib gəlmək, özünümüdafiə sənətidir. Bu idmanla mən də, yoldaşım da məşğul olmağa başladıq. İdman klubuna gedib gəlirdik. Bir gün düşündüm ki, nə üçün yaponun, çinin milli idmanı brend olur, bizim türklərin öz döyüş növlərimiz brendə çevrilmir. Səy göstərməyə başladım və beləcə balaca bir idman klubunu federasiyaya çevirdik. Alpaqut “alp” və “qut” sözlərindən yaranıb, müqəddəs döyüşçü deməkdir. Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Güləş, oxatma, at çapma, qılıncoynatma kimi müxtəlif döyüş növlərini özündə ehtiva edir. Amma idmançılarımız beynəlxalq yarışlara qatılanda bir növ üzrə təmsil olunur. Hədəfimizdə alpaqutu olimpiya idman oyunları siyahısına daxil etmək var. İdmançılarımız beynəlxalq yarışlara çıxırlar və milli düşünçəli, türkçülük, turançılıq ideyası ilə yaşayan igidlərdir. Baş məşqçimiz Vasif müəllim qədər vətənpərvər adam tapmaq çox çətindir. Özüm alpaqutla məşğul olmuram, bir dəfə ox atdım, iki ay qolum ağrıdı, damarlarım partlayıb gömgöy olmuşdu. Əsl ağır döyüş yaylarıdır, onu çəkib atmaq böyük fiziki güc tələb edir. Bir neçə ay məşqdən sonra asta-asta alışdım ona.

- Federasiyanız Azərbaycan Gənclər və İdman Nazirliyindən maliyyə alır?

- Yox təəssüf ki. Beynəlxalq Federasiya statusumuz olsa da, bizə dövlətdən maliyyə ayrılmır.

- Deputat Jalə xanımdan ən çox nəyi xahiş edirlər?

- Bölgələrdə insanları ən çox narahat edən məsələ işsizlikdir. Bir şeyi də dilə gətirmək istəyirəm. Yerlərdə istənilən vakansiya üçün ingilis dili tələbi . Çox zaman həmin vakansiya üçün xarici dil tələbi yersizdir, bu gənclərimizin qarşısında süni əngəl yaradır.

- Deputat, xanım, ana olaraq, sizi cəmiyyətdə ən çox narahat edən şey nədir?

- Mənəvi dəyərlərimiz çox dəyişib. Bir çox meyarlar pozulub. Həyata, insanlara yanaşmamız dəyişməlidir. Bu gün uşaqların düzgün tərbiyəsi ilə məşğul olan çox azdır. İşdən yorğun gəlib ya uşağı yola verirlər, ya da əlinə bir telefon uzadırlar ki, səssiz dayansın. Öz qohumlarımda da var. Bir məclisə düşürsən, hamı başını salıb telefonla məşğuldur. Ünsiyyət qabiliyyətimiz itir. Bir-birimizlə danışmağı unutmuşuq. Hamı virtual dostluqlara üz tutur. Çünki virtual aləmdə özlərini olmadıqları kimi göstərirlər. Hələ bir şey eşitmişəm, mat qalmışam. Yeni texnoloji qurğular var. Xüsusi proqram yüklənir. Eynəyi gözlərinə taxıb, özlərinə virtual dünya qururlar. 1500 manat qiyməti var o qurğuların. Virtual dünyada evlənir ev-eşik sahibi, övlad sahibi olur, dünyaya səyahətə çıxırlar. Bunu imkanı olanlar da edir, olmayanlar da. Real həyatdan bu şəkildə qopmağın sonu depressiyadır, reallığa alışa bilməyib antidepressantlarla yaşayırlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Bu gün, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Bu gün, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Bu gün, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Bu gün, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Bu gün, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Bu gün, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Bu gün, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Bu gün, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Bu gün, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Bu gün, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Bu gün, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Bu gün, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
Dünən, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
Dünən, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
Dünən, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
Dünən, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
Dünən, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
Dünən, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
Dünən, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
Dünən, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
Dünən, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
Dünən, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
Dünən, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
Dünən, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
Dünən, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
Dünən, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
Dünən, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
Dünən, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
Dünən, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
Dünən, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
Dünən, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
Dünən, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
Dünən, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
Dünən, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
Dünən, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Dünən, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
Dünən, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
Dünən, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
Dünən, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
Dünən, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
Dünən, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
Dünən, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
Dünən, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
Dünən, 10:27
Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - VİDEO
Dünən, 10:19
Azərbaycanda mülki polis özünü asdı
Dünən, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru