Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                     Azərbaycanlılarla özbəklər arasında DAVA: .....                     Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb .....                 

Sülhə bir az da yaxınlaşdıq, amma... - İrəvandakı siyasi dəllallar iş başında
Tarix: 26-04-2024, 06:41 | Çap et
Sülhə bir az da yaxınlaşdıq, amma...
Aprel ayında Azərbaycan üçün iki mühüm hadisə yaşandı. Birincisi, aprelin 17-də Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin ərazidən çıxmasıdır. Kreml və Bakıdan verilən rəsmi açıqlamalarda qeyd edilir ki, sülhməramlıların vaxtından əvvəl bölgədən çıxarılması Rusiya və Azərbaycan liderlərinin müzakirələri nəticəsində verilən qərar əsasında həyata keçirilir.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Birgə Bəyanata əsasən bölgəyə Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirilmişdi. Sənədin bəndlərindən birində göstərilirdi ki, sülhməramlı hərbi kontingent 5 il müddətində, 2025-ci ilədək Qarabağda olacaq. Əgər tərəflərdən biri etiraz etməsə, rus hərbçilərinin qalma müddəti növbəti beş il müddətinə artırıla bilərdi.

Aprelin 19-da isə Ermənistanın işğalında olan Qazaxın kəndlərindən 4-ünün Azərbaycana təhvil verilməsi ilə bağlı İrəvan və Bakı arasındakı razılıqdır. Delimitasiya işləri ilə məşğul olan müfaviq komissiyaların səkkizinci iclasından sonra qərar verildi ki, anklav olmayan 4 kənd Azərbaycana təhvil verilir. Hazırda isə Azərbaycan-Ermənistan sərhədlərinin Qazax istiqamətində delimitasiya və demarkasiyası prosesi gedir. Artıq sərhədi müəyyənləşdirən ilk sərhəd dirəkləri də quraşdırılıb.

Gedən proseslərlə bağlı AYNA-ya danışan politoloq Zərdüşt Əlizadə deyib ki, faktiki olaraq Cənubi Qafqazda da çox ciddi proseslər gedir, tarix yaşanır:

- Rusiya sülhməramlılarının Qarabağdan ümumilikdə çıxmasında qeyri-adi nəsə yoxdur. Sülhməramlılar onsuz da müvəqqəti yerləşmişdi. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda sülhməramlıların Qarabağda qalmaq müddəti açıq şəkildə göstərilmişdi. Müəyyən qədər təəccüblənmək olar ki, vaxtından əvvəl ərazidən çıxırlar. Çünki Bəyanatda göstərilən müddətə hələ il yarım qalmışdı. İndi belə qərar verdilər, lap yaxşı. Buna sevinmək lazımdır. Bəziləri sevinmək yerinə konspirologiya ilə məşğuldur.

-Qeyri-adi ona görə gəlir ki, Rusiyanın sülhməramlıları çıxaracağına inam az idi...

-Niyə ki, məsələn, mən inanırdım. Bəziləri deyirdilər ki, ruslar Qarabağdan çıxmayacaqlar. Mən isə proqnoz vermişdim ki, zamanı gələndə çıxacaqlar. Çünki sülhməramlılar Qarabağda üçtərəfli sənədə əsasən yerləşmişdilər. Həmin sənəddə göstərilənlərə uyğun da Qarabağdan çıxmalı idilər. Rusların 2025-ci ilin 10 noyabrına qədər Qarabağda qalmaq hüquqları vardı. Sənəddə həmçinin qeyd olunmuşdu ki, vaxtın bitməsinə altı ay qalmış Azərbaycan tərəfi onlara qalmaları, yoxsa getmələri ilə bağlı mövqeyimizi bildirməliyik. Biz də həmin müddəti gözləyirdik ki, mövqeyimizi bildirək. Elə oldu ki, o vaxtı gözləməyə ehtiyac qalmadı, ərazimizi tez tərk etdilər və məncə, yaxşı da etdilər.

- Sizcə, rusların vaxtından əvvəl Qarabağdan getməsi qərarına nə təsir etdi?

- Çox şey təsir edə bilər. Məndə bu barədə dəqiq məlumatlar yoxdur. Amma ehtimallarımı söyləyə bilərəm. Məncə, Rusiya anladı ki, sülhməramlıların Qarabağda qalmasının heç bir mənası yoxdur. Çox güman ki, pərdəarxası danışıqlar gedib, razılıq əldə edilib. Azərbaycan tərəfindən mesajlar ara-sıra verilirdi. 2020-ci ilin 10 noyabrından sonra çox məsələlər dəyişdi. Qarabağdakı ermənilər bölgəni könüllü tərk etdilər, qayıtmaq niyyətində olmadıqlarını da göstərdilər. İndi bütün ərazilər Azərbaycan Ordusunun nəzarətindədir. Rusiya bunları təbii ki, görür, anlayır. Ruslar Qarabağdan gedən ermənilərin qayıtmaq ehtimalının olmadığını dəqiqləşdirdi, sonra bölgədən çıxmaq qərarı verdi. Vəssalam. Burada başqa nələrsə axtarmaq doğru deyil.

- Bəziləri iddia edirlər ki, Rusiya sülhməramlılarını çıxarmaq üçün Azərbaycan qarşısında hansısa öhdəlik qoyub...

- Yenə deyirəm, diplomatik kanallar vasitəsilə aparılan danışıqlardan məlumatsızıq. Bəlkə də Azərbaycanla müzakirələr aparılıb, Moskvanın müəyyən şərtləri olub. Amma məncə, Azərbaycan “yox” cavabı verib. Bakı ağıllı siyasət aparır, Moskva ilə bu məsələdə qarşıdurmaya getmədi. Sülhməramlıları antiterror əməliyyatından sonra qovmadı, Rusiyaya da dedi ki, “buyurun, vaxtları tamam olanadək qalsınlar”. Rusiya da fikirləşdi, götür-qoy etdi ki, 2025-ci ilədək Qarabağda sülhməramlıları saxlamağın heç bir mənası yoxdur. Bu, artıq xərcdir. Hazırda Ukraynada müharibə aparan bir dövlətdir, şəxsi heyətə də, texnikaya da ehtiyacı var. Sonda da Rusiyadakı hərbi-siyasi rəhbərlik çıxmaq qərarı verdi. Düşünmürəm ki, Azərbaycan hansısa öhdəlik götürüb. Onsuz da iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir, Azərbaycan Rusiyanın maraqları əleyhinə addımlar atmır. Eyni zamanda, ölkələr arasında müttəfiqlik haqqında sənəd imzalanıb və kifayət qədər də işlək bir sənəddir.

- Yeri gəlmişkən, Qazaxın işğalda olan 4 anklav olmayan kəndinin Azərbaycana qaytarılması barədə İrəvanla Bakı arasında razılıq əldə olundu, demakrasiya prosesi başladı. Bunun sülhməramlıların getməsi ilə eyni vaxta düşməsi təsadüfdürmü və ümumiyyətlə, bunu sülhə doğru addım saymaq olarmı?

- Birincisi, düşünürəm ki, siyasətdə təsadüflər çox nadir hallarda olur. Rəsmi Bakı siyasətini aparır, plana uyğun da addımlar atılır. Hətta bəyanatlar da plana uyğun verilir. Ola da bilər ki, sülhməramlıların getməsi ilə kəndlərin qaytarılmasının eyni zaman kəsiyinə düşməsi tam təsadüfdür.

Kəndlərin qaytarılmasına gəlincə, düşünürəm ki, sülhə gedən yolda etimadın yaradılmasında bu razılaşma müsbətdir. Ermənistan rəhbərliyi də, cəmiyyəti də anlayır ki, Azərbaycanla, Türkiyə ilə razılaşmaqdan, sülhdən başqa yolları yoxdur. Ermənistanın Baş naziri erməni cəmiyyətini sülhə alışdırır, beyni zərərli ideyalarla doldurulmuş ermənilərin beyinlərini təmizləyir. Ermənistan rəhbərliyi anlayırdı ki, o kəndləri Azərbaycana qaytarmalıdırlar. Çünki o kəndlər Azərbaycanın əraziləridir. Müsbət məqamdır ki, bu problem danışıqlar yolu ilə razılaşdırıldı.

Sülhü hər iki cəmiyyət alqışlamalıdır, prosesə mane olan təxribatçılara isə bunu pozmağa dövlətlər imkan verməməlidirlər. Sülhməramlıların getməyinə də, kəndlərin qaytarılması ilə sülh prosesinin başlamasına da sevinmək lazımdır. Bu gün ermənilər içərisində siyasi dəllallar 4 kəndin qaytarılması ilə bağlı qızışdırıcı mövqe sərgiləyirlər, sərhədlərin dəqiqləşdirilməsinə əngəl yaratmağa çalışırlar. Ona görə də, bu razılaşmanın pozulmaması üçün həm Ermənistan rəhbərliyi, həm də Azərbaycan rəhbərliyi çalışmalıdır. Onu demək mümkündür ki, iki qonşu dövlət və xalq sülhə yaxınlaşıblar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Bu gün, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Bu gün, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Bu gün, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Bu gün, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Bu gün, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Bu gün, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Bu gün, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Bu gün, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Bu gün, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Bu gün, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Bu gün, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Bu gün, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
Dünən, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
Dünən, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
Dünən, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
Dünən, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
Dünən, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
Dünən, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
Dünən, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
Dünən, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
Dünən, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
Dünən, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
Dünən, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
Dünən, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
Dünən, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
Dünən, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
Dünən, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
Dünən, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
Dünən, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
Dünən, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
Dünən, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
Dünən, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
Dünən, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
Dünən, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
Dünən, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Dünən, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
Dünən, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
Dünən, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
Dünən, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
Dünən, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
Dünən, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
Dünən, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
Dünən, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
Dünən, 10:27
Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - VİDEO
Dünən, 10:19
Azərbaycanda mülki polis özünü asdı
Dünən, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru