“Azər-Avtonəqliyyat” ASC-də rəhbərlik dəyişəcək - TOPLANTI
Tarix: 27-04-2024, 00:02 |
Çap et
9 iyun 2024-cü il saat 17.00-da “Azər-Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi iclası keçiriləcək.
Dia-az.info xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 85. ünvanında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi.
2. Təşkilati məsələlər.
3. Direktorlar (müşahidə) şurasının və sədrinin seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.