Qərb Rusiyaya qarşı “kart”ları açıq oynayır .....                     Çatlar dərinləşir: .....                     Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı .....                     Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını .....                     Naxçıvanda dövlət qurumu elan etdiyi tenderə .....                     Putin mayın 8-də Paşinyanla görüşəcək .....                     Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb .....                     Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi .....                     “Effektinvest”in təsisçilərinin pay bölgüsü dəyişib .....                     "Məlhəm"lə bağlı məhkəmə iddiası .....                     Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? .....                     “Gömrükçü” külli miqdarda pulu ələ keçirdi .....                     Paşinyan üçün geri sayım artıq başlayıb .....                     “Alt paltarsız səhər verilişlərinə çıxırlar” .....                     Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?.. .....                     "Balaəli kimdir ki?..." .....                     Hökumətin məktəblərlə bağlı iki qərarı bir-birini “tutmur”: .....                     Fantastik qiymət: 99 manata gilas olar? .....                     “Azərbaycanla bağlı dediyim olur” .....                     İrəvan və Budapeşt .....                     Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı .....                     "Carlsberg Azerbaijan" MMC-yə .....                     Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır .....                     Anara məğlub olan Herisçi od püskürdü: .....                     Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompüterlə təmin olunacaq .....                     Gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm ixtisasları Şuşada tədris olunacaq .....                     Ermənistan Prezidenti ABŞ-yə gedir .....                     Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar .....                     "Radikal müxalifət bu yolla hakimiyyətə qarşı etiraz dalğasını genişləndirilməsinə hədəfləyib" .....                     "Bakı və İrəvanda da görüşmələr mümkündür" .....                     Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü .....                     Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: .....                     Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı .....                     Erməni spikerdən Köçəryana Azərbaycan mesajı .....                     Zəngəzura, Göyçəyə gedən yol .....                     Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir .....                     “Neftmaş-Tikinti”nin əmlakları bölünəcək .....                     Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan .....                     “Kişilər özündən böyük qadını ona görə istəyirlər ki, xəyanət…” .....                     "Sığorta haqlarında da 30-40 faiz artım müşahidə olunur” .....                 

Britaniya hərəkətə keçdi: İlk imzalar o ölkədə atıldı – Dəhliz açılır
Tarix: 26-04-2024, 09:41 | Çap et
Britaniya hərəkətə keçdi: İlk imzalar o ölkədə atıldı
Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyevin Almaniya səfəri nə ilə əlaqəlidir, xüsusən də bu səfərdə Kansler Olaf Şolzun şəxsən maraqlı olduğunu nəzərə aldıqda? Diqqətçəkən bir məqam da odur ki, Cənubi Qafqaz istiqamətində fəallaşan Almaniya Fransa ilə müqayisədə daha obyektiv mövqe sərgiləməyə çalışır.

- Əslində, Fransa yanlış siyasəti ilə təkcə özü yox, bütöv Avropa Birliyi üçün problemə çevrilib. Fransa həm demokratiyanı ayağı altına alır, həm beynəlxalq hüququ görməzdən gəlir, həm kobud formada Azərbaycan-Ermənistan sülh prosesinə müdaxilə edir, həm də sülh müqaviləsi imzalanmadan təcavüzkar Ermənistanı silahlandırır. Bunlar Avropa Birliyi-Azərbaycan, ümumən Avropa Birliyi-Cənubi Qafqaz əlaqələrinə ciddi zərər vurur.

Avropa Birliyinin aparıcı dövlətlərindən biri də Almaniyadır. İqtisadi-maddi baxımdan Almaniya həmişə bu birlikdə birinci olub. Beləliklə, Fransa ilə müqayisədə Almaniya Avropa Birliyində Azərbaycan üçün daha cəlbedicidir. Çünki Berlin məsələlərə daha obyektiv yanaşmağa çalışır. Bu da Azərbaycanı Almaniya ilə əməkdaşlıq etməyə sövq edir. Bundan başqa, Almaniya Ermənistan-Azərbaycan prosesində bitərəf qalmağa çalışır. Azərbaycan və Ermənistan liderləri və nazirlərinin Almaniyada da görüşləri də bununla əlaqəlidir. Əlbəttə, Avropa Birliyi və digər bölgələr üçün başağrısına çevrilən Fransadansa, texnoloji və digər cəhətlərdən inkişaf etmiş Almaniya ilə əməkdaşlığı gücləndirmək Azərbaycan üçün daha cəlbedicidir.

Azərbaycan prezidenti bugünlərdə Rusiyaya da səfər etmişdi. Bu səfərdən uzağagedən nəticələr çıxaran daxili və xarici qüvvələr oldu. Hətta iddialar səsləndirildi ki, guya Moskvada Azərbaycanın nüvəsi Rusiya olan birliklərə üzvlüyü ilə bağlı anlaşmalar əldə ediləcək. Deyilənlər olmadı. Bu baxımdan, Azərbaycan prezidentinin Moskva səfəri lupa ilə izlənilirdi. Amma prezidentin əvvəl Moskva, ardınca da Berlin səfəri bir daha sübut edir ki, Azərbaycan xarici siyasətinin prioriteti olan balans xəttini pozmaq fikrində deyil. Çünki balansı hansısa gücün xeyrinə pozmaq Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına uyğun deyil.

Azərbaycan bütün qlobal güclərlə balanslı şəkildə münasibət qurub, yoluna belə də davam edir. Almaniya səfəri bir daha bunu göstərir. Paralel olaraq, Almaniya səfəri Avropa Birliyi və ya Qərbdə anti-Azərbaycan proseslərinə tormozlayıcı amil ola bilər. Çünki Almaniyanın Avropa Birliyi məkanında nüfuzu kifayət qədər güclüdür.

- Orta Asiya ölkələri liderlərinin Azərbaycana səfərini necə şərh etmək olar? Qazaxıstan və Özbəkistanın ardınca Qırğızıstan prezidenti də ölkəmizə gəldi. Tacikistan lideri isə mayda səfər edəcək.

- İlk növbədə, bu, bir milli-mənəvi inteqrasiyadır. Qırğızıstan, Qazaxıstan və Özbəkistan qardaş ölkələr olaraq, Qarabağın yenidən inşasında öz tarixi izlərini buraxırlar. Bu tikililər əsrlərlə Azərbaycan türkləri tərəfindən xatırlanacaq, bunlar unudulacaq məsələlər deyil. Yəni bu, tarixi iz qoyan bir mənəvi prosesdir. Kimlərsə buna “Azərbaycana yardım” kimi baxırlarsa. yanlışdır. Bu, qardaşın qardaşa həssas bir dönəmdə əl uzatmasıdır. Məhz mənəvi bağlar bu qardaşları bir-birlərinə yaxınlaşdırır. Belə mənəvi bağlar varsa, iqtisadi, hərbi, mədəni, siyasi və digər aspektlərdə birliklər qura bilərsiniz. Bu səfərlər də belə dəyərləndirilməlidir. Bunlar türk birliyinin perspektivlərini müəyyən edir.

- Böyük Britaniya xarici işlər naziri Devid Kemeronun Orta Asiya turu da diqqət çəkir. Səfər çərçivəsində Britaniya ilə Qazaxıstan arasında strateji tərəfdaşlığa dair anlaşma imzalandı. Xüsusən də bu səfər kontekstində Azərbaycanın da yaxından maraqlandığı Orta dəhliz məsələsinin gündəmə gəlməsi də maraqlıdır. Nə baş verir?

- Kemeronun bölgəyə səfəri Orta Asiya uğrunda qlobal güclər arasında ciddi geosiyasi rəqabət və mübarizənin başladığını göstərir. Əvvəldən demişdik ki, Rusiya-Ukrayna müharibəsi Moskvanın maraqlarının olduğu digər bölgələrə də transformasiya ediləcək. Bunu açıq şəkildə Cənubi Qafqazda görürük, proses artıq ciddi şəkildə Orta Asiyaya sirayət edir. Britaniya Orta Asiyaya ciddi şəkildə maraq göstərirsə, demək, bölgədə Rusiyanın nüfuzunu qırmaq, müəyyən geosiyasi layihələri reallaşdırmaq və həmin bölgədən başlayaraq Cənubi Qafqazdan keçəcək nəqliyyat dəhlizlərini açmaq istəyi ortadadır.

Britaniya nazirinin bölgəyə səfərinə Tacikistandan başlaması da təsadüfi deyil. Bilirsiniz ki, taciklər fars mənşəli xalqdır. Yəni səfərin İrana bir köynək daha yaxın olan Tacikistandan başlaması Moskva ilə yanaşı, həm də Tehrana verilən mesajdır. Əlbəttə, bu çərçivədə Çindən başlayaraq Orta Asiya və Cənubi Qafqazdan keçən Orta dəhliz projesinin aktivləşdirilməsi Azərbaycanın marağına uyğundur. Belə güclərin prosesdə yer alması və fəallıq göstərməsi sözügedən xəttin tez bir zamanda açılması və işə başlaması üçün real imkanlar yaradır. Bu, Çindən başlamaqla Orta Asiya, Cənubi Qafqaz – Azərbaycan, Ermənistan, Türkiyə və Qərb dünyasına birbaşa dəhlizin açılması deməkdir. Bu da o anlama gəlir ki, Ermənistan Zəngəzur dəhlizinin önünü kəsmək üçün uzun müddət dirəniş göstərə bilməyəcək. Əgər Britaniya və Avropa Birliyi öz mövqeyini ortaya qoyursa, Avropa Yenidənqurma Bankı maliyyə ayırırsa və Qazaxıstan prezidenti bununla bağlı Ermənistana səfər edirsə, bunlar həmin dəhlizin perspektivini göstərir.

Ermənistanın uzun müddət müqavimət göstərməsi üçün heç bir zəmin yoxdur. Ermənistanın prosesə mane olmaq üçün irəli sürdüyü “Sülh qovşağı” layihəsi yenə də Azərbaycandan keçir. Azərbaycan razı olmadan heç bir layihə reallaşmayacaq. Azərbaycan üçün alternativlər də var. Məsələn, İran və Gürcüstan üzərindən keçən yollar. Yəni Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa, olmaz” deyil. İndi Ermənistan bu durumda və qlobal güclərin hərəkətə keçməsi fonunda hara qədər dirənəcək? Heç bir perspektivi yoxdur. Əksində, Ermənistanla Azərbaycanın başlanğıc nöqtəsinə gələcəklərinə dair müsbət işartılar var. Bu da Zəngəzur dəhlizinin hansı statusda açılacağını müəyyən edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya qarşı “kart”ları açıq oynayır - ŞƏRH
Bu gün, 19:19
Çatlar dərinləşir: - Paşinyanı Putinin andiçməsinə Qərb buraxmır?
Bu gün, 19:10
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 19:02
Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını SÜRƏTLƏNDİRƏCƏK
Bu gün, 19:00
Naxçıvanda dövlət qurumu elan etdiyi tenderə - YEKUN VURDU
Bu gün, 18:56
Putin mayın 8-də Paşinyanla görüşəcək - KREML
Bu gün, 18:08
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Bu gün, 18:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB
Bu gün, 18:02
“Effektinvest”in təsisçilərinin pay bölgüsü dəyişib
Bu gün, 18:01
"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir
Bu gün, 17:56
Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT
Bu gün, 17:54
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
Bu gün, 17:52
Paşinyan üçün geri sayım artıq başlayıb - Erməni politoloq
Bu gün, 17:48
“Alt paltarsız səhər verilişlərinə çıxırlar” - Əməkdar artistdən ETİRAZ
Bu gün, 17:41
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?.. - News.am
Bu gün, 17:35
"Balaəli kimdir ki?..." - VİDEO
Bu gün, 17:31
Hökumətin məktəblərlə bağlı iki qərarı bir-birini “tutmur”: - Nəticə də ortada
Bu gün, 17:28
Fantastik qiymət: 99 manata gilas olar? -RƏY
Bu gün, 17:21
“Azərbaycanla bağlı dediyim olur” - Rus polkovnik
Bu gün, 17:16
İrəvan və Budapeşt bu barədə razılığa gəldi
Bu gün, 17:14
Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı - ADLAR
Bu gün, 17:09
"Carlsberg Azerbaijan" MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB
Bu gün, 17:07
Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır – Statistika
Bu gün, 17:00
Anara məğlub olan Herisçi od püskürdü: - MƏNİ TƏK QOYDULAR!
Bu gün, 16:58
Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompüterlə təmin olunacaq - NAZİRDƏN MÜJDƏ
Bu gün, 16:50
Gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm ixtisasları Şuşada tədris olunacaq - Elm və təhsil naziri Emin Əmurallayev
Bu gün, 16:49
Ermənistan Prezidenti ABŞ-yə gedir
Bu gün, 16:46
Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN
Bu gün, 16:44
"Radikal müxalifət bu yolla hakimiyyətə qarşı etiraz dalğasını genişləndirilməsinə hədəfləyib" - deputat
Bu gün, 16:39
"Bakı və İrəvanda da görüşmələr mümkündür" - GƏLİŞMƏ
Bu gün, 16:35
Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu
Bu gün, 16:32
Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: - "Bəsdirin də, biz min dənə məktub yazırıq"
Bu gün, 16:27
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Bu gün, 16:18
Erməni spikerdən Köçəryana Azərbaycan mesajı – “Nə sən, nə də Serj...”
Bu gün, 16:14
Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…
Bu gün, 16:10
Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:03
“Neftmaş-Tikinti”nin əmlakları bölünəcək - ŞİRKƏT MMC-YƏ ÇEVRİLİR
Bu gün, 16:01
Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR?
Bu gün, 15:56
“Kişilər özündən böyük qadını ona görə istəyirlər ki, xəyanət…” – Psixoloqdan olay AÇIQLAMA
Bu gün, 15:44
"Sığorta haqlarında da 30-40 faiz artım müşahidə olunur”
Bu gün, 15:39
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
Bu gün, 15:34
Naxçıvanın sabiq komitə sədri Hicran Rüstəmovun MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 15:24
Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan
Bu gün, 15:23
Balaəli Maştağalı kimdir? - Meyxanaya trend və şounu gətirən cazibəli çirkin
Bu gün, 15:17
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Bu gün, 15:12
Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək - Medvedevdən NET HƏDƏ
Bu gün, 15:02
Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidərək insult keçirib - "Heç bir işdə məhkəmə bu qədər..."
Bu gün, 15:01
İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ
Bu gün, 14:55
İrəvan niyyətini açıqladı: - Bakı razılıq versə, heç bir məhdudiyyət olmadan...
Bu gün, 14:51
“Ortaq türk əlifbası” layihəsi üzrə işlər nə yerdədir?
Bu gün, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru