Ramiz Mehdiyevə məxsus olduğu bildirilən ASC məhkəməyə verildi
Tarix: 26-04-2024, 10:34 |
Çap et
"Şərq-Qərb" ASC məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Qlobal East-VVest" MMC edib.
Mahiyyəti daşınar əmlak üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: ASC-nin AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevə məxsus olduğu bildirilir. Mətbuatda gedən bu məlumat təkzib olunmayıb.