Putin mayın 8-də Paşinyanla görüşəcək .....                     Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb .....                     Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi .....                     “Effektinvest”in təsisçilərinin pay bölgüsü dəyişib .....                     "Məlhəm"lə bağlı məhkəmə iddiası .....                     Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? .....                     “Gömrükçü” külli miqdarda pulu ələ keçirdi .....                     Paşinyan üçün geri sayım artıq başlayıb .....                     “Alt paltarsız səhər verilişlərinə çıxırlar” .....                     Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?.. .....                     "Balaəli kimdir ki?..." .....                     Hökumətin məktəblərlə bağlı iki qərarı bir-birini “tutmur”: .....                     Fantastik qiymət: 99 manata gilas olar? .....                     “Azərbaycanla bağlı dediyim olur” .....                     İrəvan və Budapeşt .....                     Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı .....                     "Carlsberg Azerbaijan" MMC-yə .....                     Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır .....                     Anara məğlub olan Herisçi od püskürdü: .....                     Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompüterlə təmin olunacaq .....                     Gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm ixtisasları Şuşada tədris olunacaq .....                     Ermənistan Prezidenti ABŞ-yə gedir .....                     Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar .....                     "Radikal müxalifət bu yolla hakimiyyətə qarşı etiraz dalğasını genişləndirilməsinə hədəfləyib" .....                     "Bakı və İrəvanda da görüşmələr mümkündür" .....                     Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü .....                     Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: .....                     Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı .....                     Erməni spikerdən Köçəryana Azərbaycan mesajı .....                     Zəngəzura, Göyçəyə gedən yol .....                     Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir .....                     “Neftmaş-Tikinti”nin əmlakları bölünəcək .....                     Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan .....                     “Kişilər özündən böyük qadını ona görə istəyirlər ki, xəyanət…” .....                     "Sığorta haqlarında da 30-40 faiz artım müşahidə olunur” .....                     Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb .....                     Naxçıvanın sabiq komitə sədri Hicran Rüstəmovun .....                     Azərbaycanla müharibə etmək istəyirlər? .....                     Balaəli Maştağalı kimdir? .....                     Hərbi vəzifəlilərin təlim toplanışı davam edir .....                 

“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
Tarix: 26-04-2024, 14:49 | Çap et
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!”
Bu həftə ABŞ Konqresinə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediləcəyi iddia olunur. Həftənin son iş günü olmasına baxmayaraq, hələlik layihə ilə bağlı rəsmi məlumat yoxdur. Yayılan məlumata görə, sənədin hazırlanması Qarabağ müharibəsi və Azərbaycanda "hökumətin müxalifətə qarşı sərt repressiyaları"ndan "ciddi narahatlıq"la əlaqəlidir.

Qeyd edək ki, sənəd haqqında bundan əvvəl ötən həftə ABŞ-dakı erməni lobbisinin təşkil etdiyi tədbirdə danışılıb. Sənəddə İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərən hərbçilərlə yanaşı, insan haqları üzrə tənqid olunan məhkəmə işlərində qərar verən hakimlərin də adları var. Qanun layihəsində müxalifət liderləri, fəallar, jurnalistlər və hökuməti tənqid edənlərin həbsi barədə də yazılıb.

“Azərbaycanda Sanksiyalara Baxış Aktı” adlandırılan sənəd barədə ilk dəfə ötən həftə konqresmen Dina Titus Konqresdə "erməni soyqırımı”nın anım mərasimindəki çıxışında bəhs edib. Tədbir erməni diaspor təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyilə keçirilib. Dina Titus və onun başçılıq etdiyi ikipartiyalı və ikipalatalı qanunvericilər qrupu sənədin müəllifidir.

Titus çıxışında deyib ki, “2024 Azərbaycanda Sanksiyalara Baxış Aktı”nı bu həftə təqdim etməyi planlaşdırır.

ANCA-nın saytında Dina Titusun lobbiçilik fəaliyyəti barədə təfərrüatlı məlumatlar var. Belə ki, sənəd qəbul edilərsə, Azərbaycanda yüksək vəzifə tutan 41 şəxsə, o cümlədən hərbçilər, hakimlər, müstəntiqlər və digərlərinə sanksiya tətbiq edilə bilər. Onlar qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan" şəxslər kimi səciyyələndirilib.

Sənəddə, həmçinin Azərbaycanda həbsdə saxlanan ermənilərin "hüquqlarının pozulduğu" bildirilir.

Azərbaycan ictimaiyyəti tərəfindən belə bir sənəd birmənalı qarşılanmır və əksəriyyət bunu “absurd” sayır. Çünki sözügedən sənəddə Azərbaycan Ordusunda xidmət edən elə şəxslərin adları var ki, onları insan haqlarını pozmaqda günahlandırmaq, ittiham etmək gülünc göründüyü qədər də əsassızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsində iştirak etmiş, qəhrəmanlıq göstərmiş şəxslərin adlarının bu siyahıda olması Titusun layihəni qərəzli, ermənilərin təsiri altında hazırladığından xəbər verir.

Mövzu ilə bağlı AYNA-ya danışan “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, insan haqları məsələsi, insan haqlarının pozulmasına görə sanksiyalar məsələsi son vaxtlar təəssüf ki, siyasi təzyiq vasitəsi kimi istifadə olunur:

- Qarşılıqlı münasibətlərdə müəyyən problemlər yarananda insan haqları məsələsi gündəmə gətirilir, yada düşür. İllər boyu hesabatlar aparılıb, beynəlxalq təşkilatlar illik, aralıq hesabatlar hazırlayıb, ABŞ Dövlət Departamentinə, digər demokratik ölkələrin hökumətlərinə təqdim edib. Azərbaycanda insan haqları ilə bağlı problem yeni deyil, bu, çoxdanın məsələsidir. Maraqlıdır ki, əgər insan haqları ilə bağlı problem çoxdanın məsələsidirsə, indi niyə gündəmə gətirilir? Layihə ilə bağlı siyahıda elə adlar var ki, bu, ABŞ Konqresinin bu məsələdə səmimiliyinə şübhə yaranır.

- Məsələn, Azərbaycan xalqının böyük hörmət etdiyi, ərazilərimizin işğaldan azad edilməsində qəhrəmanlıq göstərmiş general-leytenant Hikmət Mirzəyevin adı da sanksiya tətbiq etmək istədikləri şəxslər siyahısına daxil edilib...

- Mənim də demək istədiyim budur. Azərbaycanda insan haqları ilə bağlı məsələyə ermənilərin Qarabağdan “etnik təmizləmə” məsələsini qoşmaq doğru deyil. Bu, Azərbaycan ictimai rəyində bu layihəyə qarşı neqativ fikir formalaşdırmaqdır və kökündən yanlış yanaşmadır. Ümid edirəm ki, məqsədli yanlış deyil, amma inanmıram.

Dünyada elə bir dövlət yoxdur ki, ərazisindəki separatçılığa qarşı mübarizə aparmasın. Məsələn, İspaniyada basklar heç silahlı müqavimət də göstərmirdilər, amma onları terrorçu elan etdilər. Azərbaycan öz ərazisində silahlı erməni terrorçularına qarşı mübarizə aparıb. Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?! Ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın hüququ idi ki, bundan da istifadə edilib. İndi bunu insan haqları məsələsi ilə qarışdırmaq olmaz. Azərbaycanda insan hüquqlarının pozulmasını əsas gətirərək torpaqların işğaldan azad olunmasında iştirak etmiş hərbçiləri sanksiyalara məruz qoymaq Azərbaycan xalqına qarşı atılmış addımdır.

- Hansı mənada?

- O mənada ki, bu, Azərbaycan xalqının hüquqlarının qorunmasına yönəlik addım yox, əksinədir. Məsələn, siyahıda adı olan general-leytenant Hikmət Mirzəyev Azərbaycan Ordusunda, bəlkə də, yeganə generaldır ki, Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır. Belə olan halda sanksiya altına almaq istədikləri şəxsin kimliyinə baxmırlar? Bu, xalqa xidmətdir, yoxsa əksinə? Cəmiyyət Tərtər cinayəti ilə bağlı olan adları burada görsəydi, o zaman layihənin səmimiliyinə inanmaq olardı.

- Yaxud da, siyahıda adı olan prokurorluq işçiləri Bakıda həbsdə olan erməni separatçılarının işini araşdıran məmurlardır. Niyə məhz onlar?

- Çünki qanun layihəsinin təşəbbüskarlarından biri olan Dina Titus sənədi ANCA-nın vasitəsilə təqdim edib. Bu da bəllidir, ANCA ermənilərin Amerikadakı əsas lobbi təşkilatıdır. Qarşıdan seçkilər gəlir, konqresmenlərin dəstəyə ehtiyacı var. Görünür, orada bir neçə konqresmenə imza atdırıblar, belə bir layihəni təqdim ediblər. Yəni, bununla belə çıxır ki, layihə Azərbaycanda insan haqları ilə bağlı yox, erməni təəssübkeşliyi əsasında hazırlanıb.

Baxın, İkinci Dünya müharibəsindən bu yana, son 80 ildə ən az mülki itkilər İkinci Qarabağ müharibəsində olub. Ermənistanın verdiyi rəsmi məlumata əsasən, 45 mülki şəxs həlak olub. Azərbaycan tərəfdə ölən mülkilərin sayı bundan iki dəfə çoxdur. Və bu gün Bakıda həbsxanada olan yaramaz Arayik Arutunyan özü bildirmişdi ki, Gəncəni, Bərdəni raketlə vurmaq onun əmri ilə icra edilib. İndi sual olunur: həmin konqresmenlər mülki insanların ölümünü insan haqlarının pozulması sayırlarmı? Ümumiyyətlə, inanmıram ki, belə bir layihənin qəbulu ABŞ-ın xeyirinədir, ABŞ-a lazımdır.

- O zaman kimə lazımdır?

- Bəllidir ki, təşəbbüskar ANCA-dır. Bu gün ABŞ-da yaşayan keçmiş “KKB” generalı, “KKB”-nin fəaliyyəti haqqında kitab yazmış general Oleq Kaluqin bildirir ki, dünyada fəaliyyət göstərən bütün erməni təşkilatları və icmaları rus “KKB”-sinin çətiri altındadır. İndi sual olunur: Azərbaycan Ordusuna, onun hərbçilərinə qarşı cinayət törətmiş Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğun bəzi məsul şəxslərinin adları niyə sanksiya siyahısında yoxdur? Bu, təsadüfdür? Yox, təsadüf deyil! Soruşula bilər ki: “Rusiya o qədər güclüdür ki, ABŞ Konqresində qanun qəbul etdirsin?”. Unutmayaq, Rusiya 2016-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampı qalib etdirdi. Həmin şəxs də yenidən ABŞ Prezidenti olmağa hazırlaşır. Ona görə də, ehtimal edirəm ki, Azərbaycanla bağlı bu qanun layihəsində Rusiya “əli” var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin mayın 8-də Paşinyanla görüşəcək - KREML
Bu gün, 18:08
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Bu gün, 18:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB
Bu gün, 18:02
“Effektinvest”in təsisçilərinin pay bölgüsü dəyişib
Bu gün, 18:01
"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir
Bu gün, 17:56
Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT
Bu gün, 17:54
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi
Bu gün, 17:52
Paşinyan üçün geri sayım artıq başlayıb - Erməni politoloq
Bu gün, 17:48
“Alt paltarsız səhər verilişlərinə çıxırlar” - Əməkdar artistdən ETİRAZ
Bu gün, 17:41
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?.. - News.am
Bu gün, 17:35
"Balaəli kimdir ki?..." - VİDEO
Bu gün, 17:31
Hökumətin məktəblərlə bağlı iki qərarı bir-birini “tutmur”: - Nəticə də ortada
Bu gün, 17:28
Fantastik qiymət: 99 manata gilas olar? -RƏY
Bu gün, 17:21
“Azərbaycanla bağlı dediyim olur” - Rus polkovnik
Bu gün, 17:16
İrəvan və Budapeşt bu barədə razılığa gəldi
Bu gün, 17:14
Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı - ADLAR
Bu gün, 17:09
"Carlsberg Azerbaijan" MMC-yə - CƏRİMƏ PROTOKOLU YAZILIB
Bu gün, 17:07
Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır – Statistika
Bu gün, 17:00
Anara məğlub olan Herisçi od püskürdü: - MƏNİ TƏK QOYDULAR!
Bu gün, 16:58
Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompüterlə təmin olunacaq - NAZİRDƏN MÜJDƏ
Bu gün, 16:50
Gələcəkdə Qarabağ Universitetinin incəsənət və turizm ixtisasları Şuşada tədris olunacaq - Elm və təhsil naziri Emin Əmurallayev
Bu gün, 16:49
Ermənistan Prezidenti ABŞ-yə gedir
Bu gün, 16:46
Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN
Bu gün, 16:44
"Radikal müxalifət bu yolla hakimiyyətə qarşı etiraz dalğasını genişləndirilməsinə hədəfləyib" - deputat
Bu gün, 16:39
"Bakı və İrəvanda da görüşmələr mümkündür" - GƏLİŞMƏ
Bu gün, 16:35
Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu
Bu gün, 16:32
Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: - "Bəsdirin də, biz min dənə məktub yazırıq"
Bu gün, 16:27
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Bu gün, 16:18
Erməni spikerdən Köçəryana Azərbaycan mesajı – “Nə sən, nə də Serj...”
Bu gün, 16:14
Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…
Bu gün, 16:10
Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:03
“Neftmaş-Tikinti”nin əmlakları bölünəcək - ŞİRKƏT MMC-YƏ ÇEVRİLİR
Bu gün, 16:01
Azərbaycanlı uşaqlara amansız işgəncələr verən Aida Serobyan Azərbaycana VERİLƏ BİLƏR?
Bu gün, 15:56
“Kişilər özündən böyük qadını ona görə istəyirlər ki, xəyanət…” – Psixoloqdan olay AÇIQLAMA
Bu gün, 15:44
"Sığorta haqlarında da 30-40 faiz artım müşahidə olunur”
Bu gün, 15:39
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
Bu gün, 15:34
Naxçıvanın sabiq komitə sədri Hicran Rüstəmovun MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 15:24
Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan
Bu gün, 15:23
Balaəli Maştağalı kimdir? - Meyxanaya trend və şounu gətirən cazibəli çirkin
Bu gün, 15:17
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Bu gün, 15:12
Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək - Medvedevdən NET HƏDƏ
Bu gün, 15:02
Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidərək insult keçirib - "Heç bir işdə məhkəmə bu qədər..."
Bu gün, 15:01
İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ
Bu gün, 14:55
İrəvan niyyətini açıqladı: - Bakı razılıq versə, heç bir məhdudiyyət olmadan...
Bu gün, 14:51
“Ortaq türk əlifbası” layihəsi üzrə işlər nə yerdədir?
Bu gün, 14:48
Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar
Bu gün, 14:47
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:41
Yaşıllıqları məhv edən “Xalq-City” MTK CƏRİMƏLƏNDİ
Bu gün, 14:34
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək - TANINAN ŞƏHİDİMİZ VAR...
Bu gün, 14:26
Azərbaycanlı vəkil həbs edildi - keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında
Bu gün, 14:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru