ABŞ Ukraynanı yeni yardım paketinə ümid etməməyə çağırıb
Tarix: 26-04-2024, 17:10 |
Çap et
"Kiyev başa düşməlidir ki, ABŞ-ın 61 milyard dollarlıq yardım paketi sonuncu ola bilər".
AzVision.az "Business Insider"ə istinadən xəbər verir ki, bu fikri "Amerika Stimson Mərkəzi"nin baş elmi işçisi Kelli Qriko deyib.
Amerikalı ekspert Cennifer Kavanagh isə qeyd edib ki, Kiyev “daha pul olmayacaq” faktına arxalanmalıdır. Eyni zamanda qarşıdan gələn ABŞ seçkiləri və Konqresdəki siyasi parçalanmalar əlavə yardımın keçməsini çətinləşdirə bilər.
Qeyd olunur ki, aBŞ Konqresindəki respublikaçılar Ukraynanın bundan sonra Amerikadan yardım almayacağına əmindirlər.