Ev bazarında çaşqınlıq yaranıb: .....                     Bir çox şəxsə bəraət veriləcək .....                     Gəlinliklər də “cib yandırır”: .....                     Azərbaycanda üç lizinq şirkəti ləğv edildi .....                     Ermənistanı quberniyaya çevirmək cəhdləri edilir .....                     Əməkdar artistə vəzifə verildi .....                     Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen Avropa bankının pulunu mənimsəyib? .....                     Səfərbərlik Xidmətinin baş zabiti .....                     Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb .....                     Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib .....                     BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? .....                     Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib .....                     Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: .....                     “Azercell”dən abunəçilərinə ŞOK ZƏRBƏ .....                     "Kred Aqro" BOKTun mənfəəti .....                     "Paşinyanda da COP 29-a qədər sülh müqaviləsinin bağlana biləcəyini bildirmişdi" .....                     Köçəryan və Sarkisyan variantı Ermənistanda böyük fiaskoyla üzləşdi .....                     Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı .....                     Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar .....                     İsa Qəmbər mandat bazarlığına gedib? .....                     Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib .....                     Başçının növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib .....                     “İki dəfə deputat olmuşam, amma...” .....                     Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu .....                     Putin Paşinyandan nəyin cavabını istəyir? .....                     TƏBİB-də yeni təyinat .....                     Dövlət qurumu Türk şirkətləri ilə 6,3 milyonluq müqavilələr .....                     Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri .....                     “Ləmanın üzr videosunu mənə göndərdilər” .....                     "Sədərək"in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin .....                     Telman İsmayılovun adı onun ölümündə hallanır .....                     Müsavatdaxili mübarizənin yeni mərhələsi .....                     İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? .....                     “Araq mafiyası”: Ölümə aparan “ləzzət” .....                     Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib .....                     “Avroviziya-2024”də finala niyə KEÇMƏDİK? .....                     Milli qəhrəmanlarımızın xatirələri yad edilib .....                     Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı .....                     Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb .....                     Arzulayardıq ki, qəzet alanların sayı artsın .....                 

Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb - BUNLARIN BEYİNLƏRİ ÇÜRÜYÜB...
Tarix: 27-04-2024, 10:54 | Çap et
Fazili Mustafaya sui-qəsd etmək istəyən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Rüstəm Rüstəmov deyib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində işləyir:

" Rəşad Əhmədovun narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradıldı və həmin qrupda özü rəhbərlik mən etmişəm. Ötən il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı".

Daha sonra hakim şahidlərin dindirilməsinin başa çatdığını elan edib. Hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.

Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər. O, Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyiblər.

Hakimin suallarını cavab verən Azər Səricanov deyib ki, o, terrorçuluğu planlaşdırmaqda özünü təqsirli bilib.

Təqsirləndirilən deyib ki, başqa dövlət orqanlarına da girib, orada qadınlardan başqa hər kəsi güllələmək istəyib.

Bundan sonra Azər Səricanovun ibtidai istintaq zamanı verdiyi iki ifadəsi elan edilib.

Həmin ifadələrdən birini 2023-cü ilin iyulun 2-də, digərini isə həmin ilin noyabrın 15-də verib.

Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində göstərib ki, Rəşad Əhmədovu təxminən 1 il bundan əvvəl, yəni 2023-cü ildə tanıyıb, ilk vaxtlar söhbətləri yaxşı alınıb: "Sonradan Rəşada kərə yağı sata biləcəyini söyləyib. Rəşad razılaşandan sonra hər 10-15 gündən bir ona 15-20 kiloqram çəkidə kərə yağı vermişəm. Bu münasibətlər çərçivəsində əlaqələri daha da yaxşılaşıb. Təxminən 1 il müddətində bu qaydada çalışmışam. Tarixi tam xatırlamasam da, təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu bildirdi. Mən də Rəşaddan sərhədyanı əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. Rəşad həmin əraziləri yaxşı tanıdığını söylədi. Bundan sonra Rəşada əgər nə vaxtsa lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini söylədi və nə üçün bunu soruşduğunu maraqlandıqda həmin vaxt ona heç nə demədim. Lakin həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul oldum. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırdım. Bundan sonra görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirdi. Burada əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. Danışıqları zamanı Rəşad özünün Valeh adlı uşaqlıq dostunun olduğunu və onun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına dair söz verdi".

Azər Səricanov daha sonra ifadəsində göstərib ki, 2023-cü ilin fevral ayında Rəşadla yenidən görüşü zamanı, ona İrana gedərək Valehlə Fazil Mustafanın öldürülməsi işini danışdığını, Valehin bu məsələni müsbət qarşıladığını və hətta işin alınacağı təqdirdə 30.000 ABŞ dolları verəcəyini söyləyib: “Bu işi pula görə etmədiyimi, lakin nə qədər verilsə də razılaşacağımı bildirdim. Bununla yanaşı, təxminən 12-13 mart 2023-cü il tarixdə başqa bir tanışımın Zaqatala rayonunda yerləşən evində saxlanılan “Walther” tipli tapançanı, patronları və 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu götürmək üçün Rəşadla birlikdə həmin rayona getdim. Oraya gedəndə öz mobil telefonumu Xocəsəndə olan evində saxladım. Rəşadın isə mobil telefonu üzərində olub. Biz Zaqatalaya Rəşadın “Opel” markalı maşını ilə getmişik. Özüm gedib evdən silahı və patronları götürdüm və Rəşadın maşınının yük yerinə qoydum. Bundan sonra Bakı şəhərinə qayıtdım. Lakin Rəşada maşının yük yerinə qoyduğu əşyaların silah və patron olduğunu söyləmədim. Həmin zaman təxminən 2023-cü ilin mart ayının 19-da öz evimdə saxladığım qızılı rəngli silahı və onun darağında olan 7 ədəd patronu, həmçinin Zaqataladan götürdüyüm 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu saxlamaq üçün Rəşada verdim. Həmin silahı və patronları əgər Fazil Mustafanı Səbuhi vura bilməsə, Rəşadın Fazil Mustafanı gördüyü yerdə silahla vurmasını, həmçinin əgər Rəşad Səbuhi və Elşadı İrana keçirən zaman hər hansı bir maneə ilə rastlaşarsa silahdan istifadə etməsini Rəşada tapşırdım. Rəşad da razılaşaraq həmin silahı və patronları götürərək özündə saxladı".

Azər Səricanov daha sonra qeyd edib ki, 28 mart 2023-cü il tarixdə Səbuhi Fazil Mustafanı silahla güllələyəndən sonra Rəşada zəng edib və növbəti gün üçün görüş təyin edib: "Martın 29-da, saat 20-21 radələrində Rəşadın evində görüşən zaman Rəşad Fazil Mustafanın vurulması müqabilində 30.000 ABŞ dollarını verdim. Mən də həmin pulu sayaraq elə həmin zaman 2.000 ABŞ dollarını Rəşada təqdim etdim. Daha sonra isə Rəşadın mənə verdiyi dollar valyutasında olan pulları Bakı şəhəri ərazisində müxtəlif yerlərdə hissə-hissə olmaqla qeyri-rəsmi qaydada Azərbaycan manatına çevirərək təxminən 15.000 manat miqdarında pulu martın 30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən çayxanaların birində Səbuhiyə verdim. Qalan pulun bir miqdarını isə öz xərclərim üçün istifadə etmişəm".

Daha sonra Azər Səricanovun 15 noyabr 2023-cü ildə istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə və Azərbaycan Respublikası Milli Məclisinə silahlarla girməli və qarşısına çıxan hər kəsi güllələməli imişlər: "Bunun əsas səbəbi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin haqsız səbəblərdən dindarları həbs etməsi olub. Milli Məclislə bağlı isə orada fəaliyyət göstərən deputatların ölkədə baş verən haqsızlıqlara susması, dindarlara göstərilən işgəncələrə, haqsızlıqlara dair heç bir şey söyləməmələri, bununla yanaşı deputat Fazil Mustafanın dindarlarla bağlı təhqiredici ifadələr işlədən zamanı heç kimin reaksiya göstərməməsi mənə dərindən təsir göstərib. Bu səbəbdən həm də Milli Məclisə üzərimdə avtomat və tapança ilə girərək qarşısına çıxan hər kəsi güllələməyi planlaşdırmışam. Lakin tutulduğum üçün bu planların heç birini həyata keçirə bilməmişəm".

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ev bazarında çaşqınlıq yaranıb: - Avqust ayına qədər...
Bu gün, 19:02
Bir çox şəxsə bəraət veriləcək -ŞAD XƏBƏR
Bu gün, 19:00
Gəlinliklər də “cib yandırır”: - 5 min manata qədər...
Bu gün, 18:56
Azərbaycanda üç lizinq şirkəti ləğv edildi - SİYAHI
Bu gün, 18:51
Ermənistanı quberniyaya çevirmək cəhdləri edilir - Ovanisyan
Bu gün, 18:12
Əməkdar artistə vəzifə verildi - FOTO
Bu gün, 18:05
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen Avropa bankının pulunu mənimsəyib? - MƏHKƏMƏ
Bu gün, 18:02
Səfərbərlik Xidmətinin baş zabiti məhkəmə qarşısında
Bu gün, 17:59
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 17:58
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib - FOTO
Bu gün, 17:56
BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? – “Oliqarx məmurlar bazarı inhisara alıblar və...”
Bu gün, 17:48
Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib - VİDEO
Bu gün, 17:43
Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: - Bu binalarda jurnalistlərə mənzil verilə bilər
Bu gün, 17:29
“Azercell”dən abunəçilərinə ŞOK ZƏRBƏ - BAHALAŞMA qərarı verildi...
Bu gün, 17:25
"Kred Aqro" BOKTun mənfəəti - 3 DƏFƏDƏN ÇOX AZALIB
Bu gün, 17:22
"Paşinyanda da COP 29-a qədər sülh müqaviləsinin bağlana biləcəyini bildirmişdi" - ŞƏRH
Bu gün, 17:19
Köçəryan və Sarkisyan variantı Ermənistanda böyük fiaskoyla üzləşdi - ŞƏRH
Bu gün, 17:10
Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi
Bu gün, 17:08
Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 17:07
İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB
Bu gün, 17:01
Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib
Bu gün, 16:58
Başçının növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib - FOTO
Bu gün, 16:56
“İki dəfə deputat olmuşam, amma...” - Qulamhüseyn Əlibəyli
Bu gün, 16:44
Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu - Ermənistan KİV
Bu gün, 16:37
Putin Paşinyandan nəyin cavabını istəyir? - Moskvada çətin görüş
Bu gün, 16:35
TƏBİB-də yeni təyinat - ƏMR
Bu gün, 16:32
Dövlət qurumu Türk şirkətləri ilə 6,3 milyonluq müqavilələr - İMZALADI
Bu gün, 16:28
Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR...
Bu gün, 16:25
“Ləmanın üzr videosunu mənə göndərdilər” – Aygün Bəylərin bacısından tiktokerə SƏRT CAVAB
Bu gün, 16:20
"Sədərək"in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin CƏZASI AZALDILDI
Bu gün, 16:17
Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
Bu gün, 16:13
Müsavatdaxili mübarizənin yeni mərhələsi - Məclis sədri kim olacaq?
Bu gün, 16:11
İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRH
Bu gün, 16:08
“Araq mafiyası”: Ölümə aparan “ləzzət” - NƏ ETMƏLİ?
Bu gün, 16:02
Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA
Bu gün, 15:59
“Avroviziya-2024”də finala niyə KEÇMƏDİK? - Xalq artisti səbəbləri AÇIQLADI
Bu gün, 15:57
Milli qəhrəmanlarımızın xatirələri yad edilib
Bu gün, 15:56
Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş
Bu gün, 15:55
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO
Bu gün, 15:39
Arzulayardıq ki, qəzet alanların sayı artsın - Rəşad Məcid
Bu gün, 15:36
Adı əfvə təqdim edilən tanınmışlar... - Açıqlama
Bu gün, 15:27
Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."
Bu gün, 15:23
Slovakiya Azərbaycanın strateji tərəfdaşı olmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Təmsilçilərimiz niyə finala keçə bilmədi? - Həsənzadə və Sücəddinovun izahı
Bu gün, 15:17
Rusiyadan Bayramov-Mirzoyan görüşünə REAKSİYA
Bu gün, 15:11
“Kontakt Home”un bu filialı bağlandı
Bu gün, 15:08
Kosmik Cihazqayırma Təcrübi Zavodu - CƏRİMƏ OLUNA BİLƏR
Bu gün, 15:07
“Sifətinə tüpürmək lazımdır, ən əxlaqsız, mənəviyyatsız adamdır” – Qalmaqal böyüyür
Bu gün, 14:56
Eldar Qasımovu "Avroviziya"dakı uğursuzluğa görə biabır etdilər
Bu gün, 14:55
Ermənistanda sülhə mane olmaq istəyənlər onlardır... - “üçbucaq”dakıların məqsədi nədir?
Bu gün, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru