Dövlət fondunun 1,2 milyonluq tenderini bu şirkət .....                     DİM hazır yemək xidməti aldı .....                     Ev bazarında çaşqınlıq yaranıb: .....                     Bir çox şəxsə bəraət veriləcək .....                     Gəlinliklər də “cib yandırır”: .....                     Azərbaycanda üç lizinq şirkəti ləğv edildi .....                     Ermənistanı quberniyaya çevirmək cəhdləri edilir .....                     Əməkdar artistə vəzifə verildi .....                     Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen Avropa bankının pulunu mənimsəyib? .....                     Səfərbərlik Xidmətinin baş zabiti .....                     Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb .....                     Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib .....                     BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? .....                     Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib .....                     Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: .....                     “Azercell”dən abunəçilərinə ŞOK ZƏRBƏ .....                     "Kred Aqro" BOKTun mənfəəti .....                     "Paşinyanda da COP 29-a qədər sülh müqaviləsinin bağlana biləcəyini bildirmişdi" .....                     Köçəryan və Sarkisyan variantı Ermənistanda böyük fiaskoyla üzləşdi .....                     Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı .....                     Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar .....                     İsa Qəmbər mandat bazarlığına gedib? .....                     Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib .....                     Başçının növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib .....                     “İki dəfə deputat olmuşam, amma...” .....                     Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu .....                     Putin Paşinyandan nəyin cavabını istəyir? .....                     TƏBİB-də yeni təyinat .....                     Dövlət qurumu Türk şirkətləri ilə 6,3 milyonluq müqavilələr .....                     Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri .....                     “Ləmanın üzr videosunu mənə göndərdilər” .....                     "Sədərək"in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin .....                     Telman İsmayılovun adı onun ölümündə hallanır .....                     Müsavatdaxili mübarizənin yeni mərhələsi .....                     İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? .....                     “Araq mafiyası”: Ölümə aparan “ləzzət” .....                     Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib .....                     “Avroviziya-2024”də finala niyə KEÇMƏDİK? .....                     Milli qəhrəmanlarımızın xatirələri yad edilib .....                     Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı .....                 

Səfirimiz Tehrana qayıdacaqmı? - 15 aydır açıq qalan sual və...
Tarix: 27-04-2024, 11:46 | Çap et
Səfirimiz Tehrana qayıdacaqmı?
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktından 15 ay ötür. Ötən il yanvarın 26-də baş verən və bir günahsız insanın - səfirlik əməkdaşının ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən bu xain hücumun qonşu ölkələr arasında diplomatik əlaqələrdə yaratdığı böhran hələ də tam aradan qalxmayıb.

Tehran rəsmiləri son vaxtlar bu yöndə ard-arda nikbin bəyanatlar versələr də, status-kvo hələ ki, dəyişməz qalır. Çünki rəsmi Bakının səfirin qayıdışı ilə bağlı prinsipial şərtləri dəyişməzdir - qatilin layiqli cəzaya çatdırılması və diplomatik nümayəndəliyimizin təhlükəsizliyinə etibarlı zəmanət verilməsi.

Birinci şərt qismən təmin edilib. Terrorçu Yasin Hüseynzadə haqda İran məhkəməsi edam cəzası çıxarıb. Lakin hökm hələ ki, yerinə yetirilməyib.

Bu arada məlumat yayılıb ki, səfirimizin qayıdışına kimi Təbrizdə Ermənistanın Baş konsulluğu açıla bilər. “Sputnik Armenia” xəbər verib ki, hökumətin aprelin 25-də keçirilən iclasında artıq xərclər smetası təsdiqlənib və yaxın vaxtlarda konsulluq açılacaq. Qərara əsasən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6 hissəsi qədər olacaq. Bəs Azərbaycan səfirliyi?

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün hazırlıq işləri aparılır. Onun sözlərinə görə, Azərbaycanın Tehranda diplomatik fəaliyyətini bərpa etmək üçün ilk müsbət addımlar atılıb, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. O qeyd edib ki, bu yaxınlarda Azərbaycanın diplomatik nümayəndə heyəti hazırlıq işləri aparmaq üçün Tehrana səfər edib: “İran və Azərbaycan yekdil fikirdədirlər ki, siyasi əməkdaşlıq digər sahələrdə əməkdaşlıqla paralel inkişaf etməlidir”, - deyə XİN sözçüsü əlavə edib.

Onu da xatırladaq ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb. “Səfirin missiyası ötən il yayın sonunda başa çatıb, lakin ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək", - məlumatda vurğulanıb.

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu gün Azərbaycan-İran münasibətlərində qismən normallaşma müşahidə edildiyini deyib. Millət vəkili prezident İlham Əliyevin də İranla münasibətlərin normallaşması üçün addım atdığına diqqət çəkib: “Düşünürəm ki, hazırkı mərhələdə münasibətlərimizin qorunmasına çalışmalıyıq. Eyni zamanda münasibətləri gərginləşdirə biləcək addımlardan mümkün qədər uzaq olmalıyıq. Bu gün səfirliyimizin fəaliyyətinin bərpa edilməsi ilə bağlı ciddi müzakirə aparılır. Azərbaycanın tələbləri aydındır. Səfirliyə hücum edən Yasin Hüseynzadə edam cəzasına məhkum edildi. Hesab edirəm ki, hökm yerinə yetiriləcək, dəyişdirilə bilməz. Azərbaycanın tələblərinin yerinə yetirilməsi mütləq şərtdir”.

İranın Təbriz şəhərində Ermənistan Baş konsulluğunun açılmasını şərh edən Ceyhun Məmmədov bildirib ki, İran bu kimi məsələlərdə Azərbaycanın mövqeyini nəzərə almalıdır: “Hesab edirik ki, İran həssaslıq nümayiş etdirəcək və Azərbaycanın mövqeyini nəzərə alacaq. O cümlədən səfirliyin yenidən açılması ilə münasibətlər yeni mərhələyə qədəm qoyacaq”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə İranın səmimi ola biləcəyinə inanmır: “İran müəyyən təzyiqlər altında Yasin Hüseynzadəni ölüm cəzasına məhkum etdi. İranın Azərbaycana münasibətinin necə olduğunu hər kəs görür və bilir. Əvvəllər də dediyim kimi, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün, Vyana konvensiyasının tələblərini, diplomatik qaydaları pozan terrorçu Yasin Hüseynzadəyə ağır cəza verilməsi ehtimalı var idi. Onun şəxsiyyət vəsiqəsini, yaşayış yerini dəyişməklə İranın başqa bir ərazisində yaşamasını təmin edə bilərlər. Yasin Hüseynzadənin ölüm cəzasının icra ediləcəyini düşünmürəm. Xatırlatmaq yerinə düşər ki, hadisədən sonra Yasin Hüseynzadənin psixoloji vəziyyəti ilə əlaqədar ekspertiza təyin edildi, onu əlləri açıq formada dövlət kanallarının qarşısına çıxardılar. Bu, İranın Yasin Hüseynzadəyə olan münasibəti idi. Azərbaycan səfirliyinə terror hücumu Yasin Hüseynzadə səviyyəsində deyil, daha yüksək səviyyədə təşkil edilmişdi. Yayılan görüntülərdən aydın olmuşdu ki, İranın müvafiq hüquq-mühafizə orqanları və digərləri seyrçi mövqedə idilər. Terrorçunu zərərsizləşdirmək üçün heç bir cəhd göstərmədilər. Bu baxımdan hesab edirəm ki, Yasin Hüseynzadənin ölüm cəzasının icrası qeyri-mümkün görünür, amma yenə də bunu zaman göstərəcək”.

Xatırladaq ki, Yasin Hüseynzadə ilə mətbuatda bəzi məlumatlar yayılmışdı. O, İran vətəndaşıdır, meyvə-tərəvəz satışı ilə məşğul olub. İddiaya görə, Yasin Hüseynzadə “SEPAH”ın keçmiş zabiti olub. Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. Təbrizdə “SEPAH” qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb. 2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olan Yasin Hüseynzadənin Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə Bükan və Marağada baş verən antihökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar yayılmışdı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət fondunun 1,2 milyonluq tenderini bu şirkət - UDDU
Bu gün, 00:05
DİM hazır yemək xidməti aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 00:02
Ev bazarında çaşqınlıq yaranıb: - Avqust ayına qədər...
Dünən, 19:02
Bir çox şəxsə bəraət veriləcək -ŞAD XƏBƏR
Dünən, 19:00
Gəlinliklər də “cib yandırır”: - 5 min manata qədər...
Dünən, 18:56
Azərbaycanda üç lizinq şirkəti ləğv edildi - SİYAHI
Dünən, 18:51
Ermənistanı quberniyaya çevirmək cəhdləri edilir - Ovanisyan
Dünən, 18:12
Əməkdar artistə vəzifə verildi - FOTO
Dünən, 18:05
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen Avropa bankının pulunu mənimsəyib? - MƏHKƏMƏ
Dünən, 18:02
Səfərbərlik Xidmətinin baş zabiti məhkəmə qarşısında
Dünən, 17:59
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib - FOTO
Dünən, 17:56
BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? – “Oliqarx məmurlar bazarı inhisara alıblar və...”
Dünən, 17:48
Polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatı keçirilib - VİDEO
Dünən, 17:43
Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: - Bu binalarda jurnalistlərə mənzil verilə bilər
Dünən, 17:29
“Azercell”dən abunəçilərinə ŞOK ZƏRBƏ - BAHALAŞMA qərarı verildi...
Dünən, 17:25
"Kred Aqro" BOKTun mənfəəti - 3 DƏFƏDƏN ÇOX AZALIB
Dünən, 17:22
"Paşinyanda da COP 29-a qədər sülh müqaviləsinin bağlana biləcəyini bildirmişdi" - ŞƏRH
Dünən, 17:19
Köçəryan və Sarkisyan variantı Ermənistanda böyük fiaskoyla üzləşdi - ŞƏRH
Dünən, 17:10
Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi
Dünən, 17:08
Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar - VİDEO
Dünən, 17:07
İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB
Dünən, 17:01
Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib
Dünən, 16:58
Başçının növbəti səyyar-qəbul görüşü İsmayılbəyli kəndində keçirilib - FOTO
Dünən, 16:56
“İki dəfə deputat olmuşam, amma...” - Qulamhüseyn Əlibəyli
Dünən, 16:44
Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu - Ermənistan KİV
Dünən, 16:37
Putin Paşinyandan nəyin cavabını istəyir? - Moskvada çətin görüş
Dünən, 16:35
TƏBİB-də yeni təyinat - ƏMR
Dünən, 16:32
Dövlət qurumu Türk şirkətləri ilə 6,3 milyonluq müqavilələr - İMZALADI
Dünən, 16:28
Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR...
Dünən, 16:25
“Ləmanın üzr videosunu mənə göndərdilər” – Aygün Bəylərin bacısından tiktokerə SƏRT CAVAB
Dünən, 16:20
"Sədərək"in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin CƏZASI AZALDILDI
Dünən, 16:17
Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR
Dünən, 16:13
Müsavatdaxili mübarizənin yeni mərhələsi - Məclis sədri kim olacaq?
Dünən, 16:11
İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRH
Dünən, 16:08
“Araq mafiyası”: Ölümə aparan “ləzzət” - NƏ ETMƏLİ?
Dünən, 16:02
Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA
Dünən, 15:59
“Avroviziya-2024”də finala niyə KEÇMƏDİK? - Xalq artisti səbəbləri AÇIQLADI
Dünən, 15:57
Milli qəhrəmanlarımızın xatirələri yad edilib
Dünən, 15:56
Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş
Dünən, 15:55
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO
Dünən, 15:39
Arzulayardıq ki, qəzet alanların sayı artsın - Rəşad Məcid
Dünən, 15:36
Adı əfvə təqdim edilən tanınmışlar... - Açıqlama
Dünən, 15:27
Ağsuda virtual vəziyyət ALLAHA QALIB... - " Allah hamının köməyi olsun..."
Dünən, 15:23
Slovakiya Azərbaycanın strateji tərəfdaşı olmaq istəyir - İNCƏLƏMƏ
Dünən, 15:19
Təmsilçilərimiz niyə finala keçə bilmədi? - Həsənzadə və Sücəddinovun izahı
Dünən, 15:17
Rusiyadan Bayramov-Mirzoyan görüşünə REAKSİYA
Dünən, 15:11
“Kontakt Home”un bu filialı bağlandı
Dünən, 15:08
Kosmik Cihazqayırma Təcrübi Zavodu - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 15:07
“Sifətinə tüpürmək lazımdır, ən əxlaqsız, mənəviyyatsız adamdır” – Qalmaqal böyüyür
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru