"Tamamilə Rusiyaya yaraşan hadisədir" .....                     Paşinyan hakimiyyəti başa düşür ki... .....                     Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır .....                     “Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var” .....                     Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu .....                     "Molokan" bağının ətrafı niyə "HASARLANIB"? .....                     Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir .....                     Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir .....                     Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi... .....                     "Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir? .....                     Faiq Ağayev kimdir? .....                     Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı .....                     Mətanət İsgəndərliyə ağır itki .....                     Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR .....                     "Daha bir iclas da olmalıdır... .....                     Qusarda bələdiyyə sədri HƏBS OLUNDU .....                     Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? .....                     İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: .....                     Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olub .....                     Mədəniyyət Nazirliyində .....                     Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! .....                     Azərbaycan Məkrəzi Bankında yeni təyinat olub .....                     “Paşinyan noyabrda Bakıya gələcək, bunu özü də istəyir” .....                     "Auto Azərbaycan" şirkəti .....                     Polis polkovnikindən ŞOK İDDİA: .....                     Elektrik enerjisini xaricə 9,4 qəpiyə satırıq .....                     Ermənilər Azərbaycanla imzalanan protokolu ləğv etmək istəyir .....                     "Küçələrdə "vyetnamka" ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm..." .....                     Musa Süleymanov məhkəməyə niyə verilib? .....                     “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” .....                     “Vəzifəmdən öz arzumla ayrılmışam” .....                     Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: .....                     Yeni işçilərdən və bahalı alış-verişlərdən imtina .....                     Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? .....                     Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır .....                     Birlikdə yaşamaq "ənənəsi": Cinayyətlərin baş verməsi qaçınılmazdır .....                     Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... .....                     Sevgilisini öldürüb, basdıran tələbə... .....                     “Unicapital”ın biznesində 51 milyonluq daralma .....                     “Sənətdə qadağalar mənə görə deyil” .....                 

Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
Tarix: 29-04-2024, 14:29 | Çap et
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..."
Bakının Pirallahı rayonunda 1991-ci il təvəllüdlü Pənah qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Xatirəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 10 noyabr 2021-ci ildə baş verib.

Həmin gün saat 17 radələrində Pənahın əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Xatirə azyaşlı övladını götürmək məqsədilə anası və digər azyaşlı övladları ilə Gürgən qəsəbəsində fərdi yaşayış evinin qarşısına gəlib.

Pənah Xatirənin həmin ünvana gəlişindən istifadə edib, onu anası və övladlarının gözü qarşısında öldürmək qərarına gəlib. Mətbəxdən götürdüyü bıçağı şalvarının kəmərində gizlədib. Evin qarşısında gözləyən "Mercedes Benz"ə yaxınlaşaraq avtomobilin qapısını açıb və qadınla mübahisə edib.

O, Xatirənin saçlarından tutaraq avtomobildən düşürmək istəyib. Xatirənin anası Sevda araya girəndə əvvəl ona xəsarət yetirib, sonra isə Xatirəyə çoxsaylı bıçaq zərbələri vurub. Xatirə aldığı xəsarətlərdən vəfat edib.

“Məqsədim qorxutmaq idi”

İstintaq orqanı tərəfindən Pənahın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla törədilikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pənah elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə zamanı Xatirəni öldürmək niyyəti olmayıb, üzərində gəzdirdiyi bıçağı onu avtomobildən düşürtmək üçün qorxutmaq məqsədilə nümayiş etdirib:

“İlk bıçaq zərbəsini vurduqdan sonra Xatirə bıçağı əlimdən aldı. Onun özünə xəsarət yetirməməsi üçün bıçağın ağız tərəfindən tutdum. Hadisə uşaqlarının yanında baş versə də, onların fikri başqa yerdə olub.

Xatirəni qorxutmaq məqsədilə bıçaqla vurmuşam. Onu düzgün yola qaytarmaq, birlikdə yaşayaraq balalarımızı saxlamaq üçün qorxutmaq istəmişəm. Mən ilk dəfə Xatirəyə bıçaq zərbəsi vurduğumu dərk etməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Xatirə ilə dalaşarkən Sevda ona mane olduğundan və onları aralamaq istədiyindən onu şillə-təpiklə vurub: “Həyəcanlı və spirtli içkinin təsiri altında olduğumdan belə hərəkət etmişəm. Sevdaya bıçaqla xəsarət yetirməmişəm. O, ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb.

Xatirənin narkotikdən istifadə etməsini eşitsəm də, həmin maddəni haradan əldə etməsini bilməmişəm”.

“Dözə bilmədim, barışdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, anası və atası yaşlandıqları üçün 2015-ci ildə onların yaşadığı qəsəbəyə gəlib:

“Xalam qızı Ləmanın vasitəçiliyi ilə onunla bir sinifdə oxumuş və anamgillə qonşuluqda yaşayan Xatirə ilə tanış oldum. Altı ay onunla sevgili kimi danışdıq. Sonra Xatirəni öz razılığı ilə Qəbələ şəhərinə qaçırdım. 10 gün Qəbələdə yaşadıqdan sonra Pirallahı rayonuna qayıtdıq. Üç gün atamgilin evində qaldıqdan sonra Xatirənin anası tək olduğundan, ata-anamın və Xatirənin ailəsinin razılığı ilə onun anasının evində yaşamağa başladıq.

Xatirə ilə qeyri-rəsmi nikahdan 2016-cı ildə böyük qızım Samirə, 2018-ci ildə oğlum Nihad, 2018-ci ildə kiçik qızım Nərminə anadan oldular. 2020-ci ildən Xatirəgilə verilmiş məcburi köçkünlər üçün tikilmiş evlərdə yerləşən mənzildə yaşamağa başladıq. Sonradan Xatirənin soyuq münasibətinə görə atamgilin yanına qayıtdım. Bir müddət ayrı qalsaq da, uşaqlar olmadan dözə bilmədiyimə görə Xatirə ilə barışdım”.

“Anasıyla da mübahisəmiz oldu”

Pənah qeyd edib ki, həmin zaman kirayə ev tutub: “O dövrlərdə evdə çox problemlər yarandı. Xatirə işləmək istədiyini bildirdi. Mən bir-iki dəfə Xatirədə gizli telefon tutdum. Bu səbəbdən qısqandım, onu öldürəcəyimi bildirdim. Bunu Xatirənin anası Sevdaya da dedim. Bu sözləri əvvəlcə Xatirəni qorxutmaq məqsədilə desəm də, sonradan onun qorxmadığını, öz bildiklərini etdiyini gördüm.

2021-ci ilin sentyabrında Xatirəgilin evində onunla və anası Sevda ilə aramızda mübahisə oldu. Mübahisə zamanı həm Xatirəni, həm də Sevdanı vurdum. Bununla bağlı məhkəmə prosesləri keçirildi. Məhkəmədə mənim təşəbbüsümlə barışıq oldu”.

“Yalvardı ki, öldürmə məni”

Pənahın sözlərinə görə, Xatirənin ölümü ilə nəticələnmiş hadisədən təxminən 10 gün əvvəl onunla görüşmək üçün zəng edib və yalandan paltar almaq adı ilə onu “Xaşaxuna bağları” adlanan əraziyə çağırıb:

“Səhər saat 10 radələrində taksi ilə dediyim əraziyə getdim. Xatirəyə yalandan kimdənsə pul alacağımı bildirdim. Dedi ki, yaxşı, onda sən tək get. Mən isə bildirdim ki, bir yerdə gedək, səni də göstərim, deyim ki, ailəm xəstədi, həkimə aparacam, pul lazımdı. Razılaşdıqdan sonra Xatirəni insanlar olmayan bir küçəyə apardım. Qorxutmaq məqsədilə üzərimdə götürdüyüm mətbəx bıçağını çıxardım. Xatirəyə “səni öldürmək üçün bura gətirmişəm” deyə bildirdim. Həmin vaxt içkiliydim.

Xatirə cavab verdi ki, öldürmə məni, balalarım var, nə desən eləyirəm. Cavab verdim ki, bir şərtlə səni buraxaram, gedirik, uşaqları götürürük, ev tuturam, yığışıb bir yerdə qalırıq. Xatirə mənimlə razılaşdığından uşaqlarımın təhsil aldığı bağçaya gedərək onları oradan götürdüm, atamgilin evinə getdik.

Bir gecə orada qaldıqdan sonra Xatirə “gedim evimizə, paltarları götürüm” - deyə bildirdi. Onunla razılaşdım, birlikdə getdik. Binanın qabağına çatanda Xatirə “sən get, dənizə tələsirsən, mən axşam özüm qayıdacam” - deyə bildirdi.

Axşam işdən çıxıb evə qayıdanda Xatirənin evdə görmədim. Ona zəng etdim, anası Sevda cavab verdi və Xatirənin evə gəlməyinə icazə verməyəcəyini bildirdi”.

“Nömrəmi əngəllədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, yəni noyabrın 10-da səhər saatlarında Xatirəyə zəng edib: “Xatirə anasının şəhərə getdiyini bildirdi, gələndə danışmağı təklif etdi. Anasının bir saata qayıdacağını da dedi. Təxminən 3 saat sonra yenidən zəng vurdum. Zəngə Xatirənin anası Sevda cavab verdi. Danışıq zamanı telefondakı səsin yoldan deyil, evdən gəldiyini hiss etdim. Danışıq zamanı Xatirənin özünün harasa getdiyini, anasının getməsini isə bəhanə elədiyini düşündüm. Xatirə ümumilikdə mobil telefonunun olmadığını bildirsə də, ona inanmadım.

Saat 16 radələrində Xatirə “Whatsapp” mobil tətbiqi vasitəsilə mənə “zəng elə” - deyə yazdı. Dərhal zəng etdikdə “nə ağzıva gələni danışırsan?” - deyə cavab verdi. Ona yazdım ki, sənin planındı, sən evdə deyilsən, başqa yerdəsən.

Daha sonra Xatirə mənə zəng edərək “uşağı verməyəcəm sənə, uşağı götürən kimi, gedib şöbədə ərizə yazacam ki, sən biz tərəfdə fırlanmayasan” - deyə bildirdi. Sonra həm telefonda, həm də “whatsapp” mobil tətbiqində zəng edə bilməməyim üçün nömrəmi əngəllədi”.

“Ürəyindən vurdum”

Pənah qeyd edib ki, təxminən 15 dəqiqə keçmiş yaşadığı evin qapısının döyüldüyünü eşidib:

“Qapını açdıqda qayınanam Sevdanı gördüm. Mmənimlə birlikdə olan qızımı götürmək üçün gəldiyini bildirdi. Uşağın evdə olmadığını bildirsəm də, qızım evdən çölə çıxdı. Qayınanam uşağı çöldə gördüyünü bildirdi. Mən küçədə olan “Mercedes Benz” markalı “Dördgöz” kimi tanınan avtomobildə oğlumun da olduğunu gördüm. Qayınanamın həmin avtomobillə gəldiyini başa düşdüm. Sevdanın da həmin avtomobildə olduğunu fikirləşdim. Fikrimi dəyişdirib uşağı geyindirərək gətirəcəyimi bildirdim.

Daha sonra qızımın paltarlarını geyindirərək evdən çıxdım və maşına tərəf getdim. Maşının sağ qapısına yaxınlaşdım, arxa qapını açmaq istəyəndə qapının bağlı olduğunu, Xatirənin də orada oturduğunu gördüm. Uşağı yerə qoyub avtomobilin digər qapısının açdım. Uşaqların gözünün qabağından uzaqlaşdırmaq məqsədilə Xatirədən avtomobildən düşməyini istədim. Avtomobildən düşmək istəməyəndə saçından tutdum. Amma Sevda qolundan tutduğu üçün Xatirəni maşından çölə çıxara bilmədim.

Həmin vaxt evinin mətbəxindən götürərək üzərimdə gəzdirdiyim bıçağı çıxardım və qorxutmaq məqsədilə Xatirəyə tərəf atdım. Öncə ürək nahiyəsinə vurdum. VurandaXatirə bıçağı əlimdən aldı. Geri almaq məqsədilə bıçağın tiyəsindən tutdum. Bıçaq əlimi yüngülcə kəssə də, onu Xatirənin əlindən ala bildim.

İkinci dəfə bıçaqla Xatirəni yenidən vurdum. İlk dəfə ürəyinə vurdum.

Xatirəyə bıçaqla xəsarət yetirmişəm. Məqsədim onu uşaqlarımın gözləri qarşısında vurmaq olmayıb.

Daha sonra Xatirə avtomobildən düşərək qaçdı. 30 metr qaçdıqdan sonra ona çatdım. Ətrafa baxaraq uşaqların bizi görmədiyini müəyyən etdim. Xatirə mənə "eləmə, xahiş edirəm" - deyə yalvardı. Mən də Xatirəyə “yaxşı, uşaqlar burada qalır, anan gedir” deyə təklif etdim. O bu təkliflə razılaşmadı. Mən də onun boğazından daha bir bıçaq zərbəsi vurdum və kənara çəkildim.

Xatirə avtomobilə tərəf getdi. 5-6 addım getdikdən sonra Sevda gələrək onu götürdü və avtomobilə qoyaraq getdilər.

Mən evə getdim, paltarımı dəyişdim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığaraq hadisə barədə məlumat verdim”.

“Müxtəlif şəxslərlə münasibəti olub”

Qətlə yetirilən Xatirənin sevgilisi olduğu müəyyən edilib. Elvin adlı şəxsin ifadəsi alınıb. Həmin şəxs ifadəsində göstərib ki, Xatirəni Pirallahı rayon sakini kimi tanıyıb:

“Xatirə ilə Pirallahı rayonunda parkda gəzərkən tanış olmuşam. 2020-ci ilin yay aylarından sosial şəbəkələrdə yazışmağa başladıq. Bir müddət sevgili kimi danışdıq, münasibətlərimiz 3 ay davam etdi. 2020-ci ildə dostlarımla kafedə olarkən Xatirənin qəsəbədə yerləşən “Masallı” kafenin yanında tək gəzdiyini gördüm. Ona yaxınlaşaraq salam verdim.

Bu zaman bir nəfərin mənə arxadan yumruq atdığını hiss etdim. Geriyə çevrildikdə məni vuran şəxsin Pənah olduğunu gördüm. Pənah qaçmağa başladı. Onun dalınca qaçsam da, çata bilmədim.

Xatirə əvvəllər Pənahla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb. Sonradan ayrılıblar. Xatirənin Pirallahı rayonunda məndən başqa müxtəlif şəxslərlə də münasibəti olub”.

“Anasının da xəbəri olub”

Xatirənin Pənahla münasibətdə olduğu vaxt daha bir sevgilisinin olduğu aşkarlanıb. Sərxan adlı şəxs ifadəsində göstərib ki, Xatirəgilin yaşadıqları kompleksə köçdükdən sonra onu tanıyıb:

“Xatirəni 2019-cu ildən tanımışam. Əvvəlcə dost, sonra sevgili kimi danışmağa başlamışıq. Xatirənin ərindən boşandığını bilmişım. İki ildən çox sevgili kimi münasibət saxlamışıq. Bu barədə Xatirənin anası Sevdanın da məlumatlı olub. Bəzən Xatirəgilə getmişəm. Evdə Xatirənin otağına keçərək onunla söhbət etmişəm. Xatirənin uşaqları da evdə olub. Ona maddi yardım da göstərmişəm”.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan anası Sevda ifadəsinin əvvəlində Pənahla Xatirənin evliyindən, onların arasında olan mübahisədən, sonda isə baş verən qətl hadisəsindən danışıb.

Sevda daha sonra ifadəsində Pənahla qızının arasında mübahisələrin qısqanclıq zəminində yarandığını etiraf edib. O, ifadəsində qızının iki kişi ilə münasibətinin olduğunu söyləyib, amma onların sevgi münasibəti saxlamasını bilmədiyini deyib.

Bildirib ki, onlardan birini kombi ustası kimi tanıyıb: “Pənahla Xatirənin arasında əvvəllər qısqanclıq üstündə mübahisələr olub. Xatirə müasir fikirli olduğuna görə Pənah onu qısqanırdı. Elvin qızımın dostu idi. Bəzən yaşadığımız evə gəlirdi. Onların hansı məqsədlə danışdıqlarını bilməmişəm. Qızım Sərxan adlı şəxslə də dost kimi danışıb.

Qətl hadisəsi zamanı qızımın qan içində gördükdə onu avtomobilə otuzdurmuşam, xəstəxana istiqamətində getmişik. Yolda qızımın bədəninə baxaraq hansı nahiyəsinin xəsarət almasını dəqiqləşdirməyə çalışan zaman ani olaraq oturacağında qanlı bıçaq olduğunu görmüşəm. Həmin bıçağı daha sonra polislərə təhvil vermək məqsədilə özümdə saxlamışam.

Xatirənin mobil telefonu olmayıb. Qızımın narkotikdən istifadə edib-etməməsindən məlumatlı olmamışam. Pənah mənə bıçaqla bilərəkdən xəsarət yetirməyib. Həmin xəsarətləri onları aralayarkən almışam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Pənah 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Tamamilə Rusiyaya yaraşan hadisədir" - REAKSİYA
Bu gün, 17:46
Paşinyan hakimiyyəti başa düşür ki... - İNCƏLƏMƏ
Bu gün, 17:43
Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır - FAKT BUDUR!
Bu gün, 17:36
“Aİ-də Paşinyandan artıq ermənipərəst olan qüvvələr var” – Armen Aşotyan
Bu gün, 17:34
Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu DƏYİŞDİRİB
Bu gün, 17:29
"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI
Bu gün, 17:28
Xarkovdakı vəziyyətlə bağlı Kiyev Vaşinqtona təzyiq göstərir - GƏLİŞMƏ
Bu gün, 17:16
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir - İsrafil Kərimovun yazısı
Bu gün, 17:12
Sərhəddə ermənilərə "verilən" 25 hektar ərazi... - VİDEO
Bu gün, 17:02
"Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir? - NARAZILIQ VAR...
Bu gün, 16:59
Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti
Bu gün, 16:56
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 16:53
Mətanət İsgəndərliyə ağır itki
Bu gün, 16:45
Keçmiş deputatın şirkəti camaatla ÇƏKİŞİR - TƏFƏRRÜAT
Bu gün, 16:40
"Daha bir iclas da olmalıdır... - çox güman ki, mayın 22-də keçiriləcək"
Bu gün, 16:37
Qusarda bələdiyyə sədri HƏBS OLUNDU - ARAŞDIRMA DAVAM EDİR
Bu gün, 16:34
Niyə İran Fələstinə yox, Qəzzaya yardım edir? - Mübariz Əhmədoğlunun şərhi
Bu gün, 16:24
İrəvandan Kremlin təpkisinə səbəb olan qərar: - Dayandırıldı
Bu gün, 16:21
Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş olub
Bu gün, 16:19
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
Bu gün, 16:14
Bu binada kimsə oturub... yoxsa İÇİ BOŞDUR?!! - İcra başçısı NƏ ÜÇÜNDÜR Kİ?
Bu gün, 16:12
Azərbaycan Məkrəzi Bankında yeni təyinat olub - FOTO
Bu gün, 16:05
“Paşinyan noyabrda Bakıya gələcək, bunu özü də istəyir” – YAP-çı deputat TƏSDİQLƏDİ
Bu gün, 16:01
"Auto Azərbaycan" şirkəti – MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 15:59
Polis polkovnikindən ŞOK İDDİA: - “Ağ çiçəyim” qəsdən yandırılıb!
Bu gün, 15:58
Elektrik enerjisini xaricə 9,4 qəpiyə satırıq – Qiymət 2 dəfə aşağı düşüb
Bu gün, 15:53
Ermənilər Azərbaycanla imzalanan protokolu ləğv etmək istəyir - KİV
Bu gün, 15:51
"Küçələrdə "vyetnamka" ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm..."
Bu gün, 15:44
Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır
Bu gün, 15:36
“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ
Bu gün, 15:35
“Vəzifəmdən öz arzumla ayrılmışam” - Aynur Sabitova
Bu gün, 15:29
Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: - “Belə münasibət qəbuledilməzdir”
Bu gün, 15:28
Yeni işçilərdən və bahalı alış-verişlərdən imtina - Türkiyədə sərt qənaət elan edildi
Bu gün, 15:25
Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...
Bu gün, 15:22
Özəl xəstəxanalar üçün “qiyamət günü” yaxınlaşır - NƏ ETMƏLİ?
Bu gün, 15:15
Birlikdə yaşamaq "ənənəsi": Cinayyətlərin baş verməsi qaçınılmazdır -ŞƏRH
Bu gün, 15:12
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
Bu gün, 15:10
Sevgilisini öldürüb, basdıran tələbə... - VİDEO
Bu gün, 15:04
“Unicapital”ın biznesində 51 milyonluq daralma - Birjada ən böyük itki
Bu gün, 15:00
“Sənətdə qadağalar mənə görə deyil” - aktrsia Vəfa Zülfüqar
Bu gün, 14:57
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
Bu gün, 14:54
Fars-molla rejimi DÜZƏLƏN ZAD DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:51
Müstəmləkəçi Paris bir xalqı məhv etmək istəyir... - Bakı buna etiraz edir
Bu gün, 14:49
Aqil Abbas bu şərtlə namizəd olacaq - özü AÇIQLADI
Bu gün, 14:47
Ermənilərin hay-küyünü bir cümlə ilə kəsdi - Azərbaycanlıdan tutarlı cavab
Bu gün, 14:46
Kirayə qaldığı evləri sahiblərindən xəbərsiz satdı - 700 min qiyməti var
Bu gün, 14:44
Brüssel bununla gürcü müxalifətinə ayı xidməti göstərib - FAKT BUDUR!
Bu gün, 14:41
"Seçkiyə hazıram, deputat seçilmək şansım yüksəkdir" - Zəlimxan Məmmədli
Bu gün, 14:39
Soyqırımı törədən erməni general Qalstyana qoşuldu - "Novosti Armeniya"
Bu gün, 14:32
“PSG Kapital”ın daxili bazarda itkiləri 4 milyon manatı ötüb
Bu gün, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru