İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir .....                     Qaçaqmalçılıq çiçəklənəcək, ya siqaret bahalaşacaq? .....                     "Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı .....                     Avropada casuslar ovu davam edir .....                     Günün fotosu: .....                     1915-ci ildə ermənilərə deyil, türklərə qarşı soyqırımı törədildiyini sübut edən .....                     Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, .....                     Mərkəzi Bank “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi .....                     Bakıda bu evlər .....                     Ölümlə nəticələnən qəzaya düşən tanınmış teleaparıcı evə buraxılıb .....                     4 ildən sonra eyni ünvanda oxşar cinayət törətdi... .....                     Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? .....                     Rəsmi Tehran nazirini Bakıya göndərir .....                     AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... .....                     "Spark" şirkəti "Maqnat İnşaat" MMC-ni məhkəməyə verib .....                     “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib .....                     Azərbaycanın Fransadakı mərkəzi 1.3 milyon manata təmir ediləcək .....                     AKİA və "Qazax-Konserv" .....                     “Ermənistan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub” .....                     Şəkər xəstələrinin `Bermud` üçbucağı: `Pulsuz` dərman niyə `buxarlanıb`? .....                     "Kim getsin işləsin? Kim xəstə anaya baxsın?" .....                     Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslər kassasiya şikayəti verdi .....                     Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq .....                     ETSN-nin həbsdəki vəzifəli şəxsi azadlığın YOLLARINI ARAYIR .....                     "Arslan Hafriyyat İnşaat” MMC .....                     Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR .....                     Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər .....                     Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın .....                     Dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar .....                     Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı... .....                     İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında .....                     Bu Mədəniyyət evinin bərpasına başlanılır .....                     Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib .....                     Baboşun milyoner fanatının BAŞI CƏNCƏLDƏ .....                     BOKT “Embafinans”a sədr təyin edilib .....                     AMEA-nın tabeliyindəki qurum .....                     Hikmət Mirzəyevin sanksiya siyahısına daxil edilməsi... .....                     "Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" .....                     Qaz İxrac idarəsində BÖYÜK YEYİNTİ .....                     Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar .....                 

Ermənilərə Brüssel tələsi: - Qərb yeni səhvə doğru gedir
Tarix: 29-03-2024, 11:45 | Çap et
Ermənilərə Brüssel tələsi:
Elçin Alıoğlu - Trend


Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını minimuma endirmək, Moskvanı bölgədəki rıçaqlarından məhrum etmək məqsədi güdən Qərb vasitə qismində Ermənistandan istifadə edir. Gürcüstan və Azərbaycanın kənarda tutulduğu yeni layihə bölgəmizdəki vəziyyəti sülhə və stabilliyə aparmaq əvəzinə, həddən artıq gərginləşdirə bilər.

Aprelin 5-i Cənubi Qafqazdakı geosiyasi proseslərin məcrasında yeni mərhələ olacaq. Məhz həmin gün Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistanın üçtərəfli görüşü keçiriləcək.

Görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ-ın dövlət katibi Entoni Blinken, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcəklər.

İlkin məlumatlara görə, Brüssel danışıqlarının nəticəsi olaraq imzalanacaq sənəddə Qərbin Ermənistana təhlükəsizlik təminatının verməsi nəzərdə tutacaq. Bu isə faktiki olaraq Ermənistanla hərbi-siyasi anlaşmanın imzalanması deməkdir.

Eyni zamanda, müzakirə ediləcək mövzular arasında Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdim olunması, Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsait ayrılması, Aİ ölkələrinin Ermənistana ikitərəfli hərbi-texniki yardımları ünvanlaması, Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsi üçün birgə hərbi təlimlər və treninqlər keçirilməsi, Ermənistanın təhlükəsizliyinin təminatı sahəsi islahatlara uğradılması, Ermənistanın sərhədləri üzərində nəzarəti gücləndirilməsi, Ermənistana Avropa Energetika Birliyinin üzvlüyü təklif edilməsi, Ermənistanın ərzaq təhlükəsizliyinin təminatının gücləndirilməsi, Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşması ilə bağlı danışıqlara başlanması, Ermənistanın Avrasiya İqtisadi Birliyini tərk etməsində ona yardımlar göstərilməsi, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) heyəti və imkanları artırılması, "yaşıl enerji" istehsalı və nəqli sahəsində Aİ ilə Ermənistan arasında əməkdaşlığa başlanması kimi məqamlar da var.

Brüssel görüşü spontan qərar əsasında baş tutmayacq: bu müzakirələrin aparılması hələ ötən ilin oktyabrında, İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü sammitində start götürmüşdü. Fransa prezidenti Emmanuel Makronun sevimli "siyasi oyuncağı" olan Avropa Siyasi Birliyinin məhz həmin sammitində Bakı ilə aparılan danışıqlar prosesi formatında Avropa İttifaqı ilə Ermənistan arasında "xüsusi, əlahiddə" münasibətlər formalaşmağa başladı.

Azərbaycan və Türkiyə prezidentlərinin qatılmadıqları həmin sammitdə Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel və Almaniyanın kansleri Olaf Şolts ölkəmizə qarşı yönəlmiş birgə bəyanat imzalamışdılar.

Sənəddə "qarabağlı ermənilər evlərinə qayıdışlarının və təhlükəsizliklərinin tam təminatı", habelə "Azərbaycanın həbs etdiyi bütün ermənilərin dərhal azad edilməsi" tələb olunurdu.

Yəni Azərbaycanın daxili işlərinə kobud müdaxiləyə cəhd edilmişdi.

Daha sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Görüşün nəticəsi olaraq imzalanmış sənəddə "Dağlıq Qarabağın erməni əhalisinə qarşı Azərbaycanın hərbi əməliyyatları qətiyyətlə pislənmiş", Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlığın yeni istiqamətləri, İrəvana yardımların çeşidi müəyyənləşdirilmişdi.

Məhz Qranada sammitində qərara alınmışdı ki, Ermənistana dəstək məqsədilə Aİ və ABŞ birgə görüş keçirsinlər.

Aprelin 5-də Brüsseldə keçiriləcək sammitin əsas hədəfi Azərbaycana təzyiqləri artırmaq yox, Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxışdırıb çıxarmaqdır. Eyni zamanda, Rusiyadan çəkinən, hətta qorxan Ermənistan rəhbərliyinə də hansısa mücərrəd "təhlükəsizlik təminatları"nın verilməsi, potensial satellit və marionet qismində Paşinyan administrasiyasına dəstəyin daha da gücləndirilməsi nəzərdə tutulub.

Çünki rəsmi İrəvan Rusiyanın tətbiq edə biləcəyi mümkün cəza tədbirlərindən çəkinərək Moskva ilə əlaqələri sürətlə minimallaşdırmaqdan, KTMT-dən və Avrasiya İqtisadi Birliyi sıralarını tərk etməkdən çəkinir.

Ermənistanın təşvişi anlaşılandır: Rusiyanın siyasətçiləri və hakimiyyət mənsubları indiyədək dəfələrlə bəyan ediblər ki, İrəvan aşkar Qərbyönümlü siyasi kursuna sadiq qalarsa, erməniləri "çox ağır nətğicələr, hətta dövlətçiliyin itirilməsi təhlükəsi gözləyir".

ABŞ və Avropa İttifaqı hazırda Paşinyan administrasiyasının Rusiyadan mümkün qədər uzaqlaşmağa yönəlmiş siyasətini tam dəstəklədiyini bəyan etsə də, konkret hansı "təhlükəsizlik təminatı"nı verə biləcəyini açıqlamır.

Vaşinqtonun və Brüsselin belə təminat vasitələri ilə imkanları yoxdur: olan yalnız Ermənistana birbaşa silah-sursat və hərbi texnikanın tədarükü variantıdır.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və ümumiyyətlə, regional sülhə Rusiyanın iştirakı olmadan nail olmağa çalışan Qərb Moskvanı nəinki Ermənistan, habelə Gürcüstan və Azərbaycan üçün etibarlı tərəfdaş və ya stabil müttəfiq hesab etmir.

Lakin Qərbin ermənistana siyasi və hərbi-texniki dəstəyi artıracağı təqdirdə Cənubi Qafqazda sülhün əldə edilməsi prosesi xeyli çətinləşəcək, hətta problematik olacaq.

Qərb həmişəki kimi, Cənubi Qafqazdakı çox sərt geosiyasi rəqabətlə bağlı reallıqları nəzərə almır.

Üstəlik, aprelmn 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş həmin reallıqlara yeni risklər əlavə edəcək.

Əgər Vaşinqtonla Brüssel - dedikləri kimi - Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında neytral və ədalətli vasitəçilik missiyasını yerinə yetirmək istəyirlərsə, rəsmi Bakıya təzyiq göstərməyə cəhd göstərərək Ermənistana hərbi-siyasi dəstək vermək planlarını reallaşdırmaq niyyətləri belə «vasitəçilik» məramlarına çox dərin şübhələr yaradır.

Üstəlik, başda Fransa olmaqla Qərbin Ermənistana ünvanladığı belə dəstək Cənubi Qafqazdakı ənənəvi və mövcud geosiyasi təsir imkanlarını qorumağa çalışacaq Rusiya ilə İranın həddən ziyadə sərt müqaviməti ilə üzləşəcək ki, sonucda bölgədə gərginlik ciddi şəkildə arta bilər.

Rusiya birmənalı olaraq Cənubi Qafqazı təsir dairəsi sayır və Qərbin b.lgədəki geosiyasi təsir imkanlarını minimuma endirmək istəyir. Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında sülhün AbŞ və Avropa İttifaqının versiyasında reallaşması Moskvanı təmin etməyəcək.

Təsadüfi deyil ki, rəsmi Moskva sürəkli olaraq “Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması yalnız Rusiyanın iştirakı ilə əldə edilmiş üçtərəfli bəyanat çərçivəsində mümkündür” deyir.

Qərb hesab edir ki, danışıqlardakı indiki zəif mövqelərini Ermənistana dəstəyi artırmaqla gücləndirə bilər. Halbuki belədə Ermənistan danışıqlardakı mövqeyində aqressiv ritorikanı artıraraq yeni bəhanələr, şərtlərlə çıxış edəcək. Digər tərəfdən, Qərbin İrəvana hərbi-siyasi dəstəyinin artırılması, erməni ordusunun sürətlə silahlandırılmasına yönəlmiş addımlar Ermənistandakı revanşist qüvvələri aktivləşdirərək onlarda Azərbaycana qarşı yeni hərbi əməliyyatın “uğurlu alınacağı” ilə bağlı illüziya yarada bilər.

Fransa ilə bağlı hər şey aydındır və Emmanuel Makronun Cənubi Qafqazda bağlı absurd xarici siyasətində, Ermənistana tam dəstək verilməsinə yönəlmiş strategiyasında dəyişikliklər gözləməyə dəyməz.

Lakin ABŞ və Avropa Birliyi anlamalıdır ki, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistana yeni vədlər, yeni dəstək verilərsə Cənubi Qafqazda sülhün bərqərar olması prosesi qeyri-müəyyən müddətədək təxirə düşəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - VİDEO
Bu gün, 11:04
Qaçaqmalçılıq çiçəklənəcək, ya siqaret bahalaşacaq? - Tütünə qoyulan yeni icazə sistemi
Bu gün, 11:02
"Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Avropada casuslar ovu davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
Günün fotosu: - Araz aşığından... Kür topuğundan...
Bu gün, 10:57
1915-ci ildə ermənilərə deyil, türklərə qarşı soyqırımı törədildiyini sübut edən xəritələr TAPILIB
Bu gün, 10:56
Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanılıb
Bu gün, 10:47
Mərkəzi Bank “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi – MƏBLƏĞ
Bu gün, 10:46
Bakıda bu evlər BAHALAŞDI
Bu gün, 10:33
Ölümlə nəticələnən qəzaya düşən tanınmış teleaparıcı evə buraxılıb - FOTO
Bu gün, 10:32
4 ildən sonra eyni ünvanda oxşar cinayət törətdi... – Zaqataladakı hadisənin TƏFƏRRÜATI
Bu gün, 10:31
Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? - Ermənilərdən ŞOK İDDİA
Bu gün, 10:27
Rəsmi Tehran nazirini Bakıya göndərir - İran mediası
Bu gün, 10:22
AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!
Bu gün, 10:20
"Spark" şirkəti "Maqnat İnşaat" MMC-ni məhkəməyə verib
Bu gün, 10:09
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 10:08
Azərbaycanın Fransadakı mərkəzi 1.3 milyon manata təmir ediləcək - TENDER
Bu gün, 10:01
AKİA və "Qazax-Konserv" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 09:59
“Ermənistan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub” - “Qara pantera”
Bu gün, 09:54
Şəkər xəstələrinin `Bermud` üçbucağı: `Pulsuz` dərman niyə `buxarlanıb`? - həkim, aptek, yerli idarə...
Bu gün, 09:51
"Kim getsin işləsin? Kim xəstə anaya baxsın?"
Bu gün, 09:46
Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslər kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 09:41
Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq - Rəsmi AÇIQLAMA
Bu gün, 09:37
ETSN-nin həbsdəki vəzifəli şəxsi azadlığın YOLLARINI ARAYIR - İLGİNC İDDİALAR...
Bu gün, 09:33
"Arslan Hafriyyat İnşaat” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 09:24
Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR - "Nə iş düzəldirlər, nə də ödənişi geri qaytarırlar"
Bu gün, 09:19
Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər - ABŞ institutu
Bu gün, 09:10
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın YENİ SAYI AÇIQLANDI
Bu gün, 09:03
Dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı... - VİDEO
Bu gün, 08:59
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - mayın 1-də...
Bu gün, 08:58
Bu Mədəniyyət evinin bərpasına başlanılır
Bu gün, 08:56
Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib - KİV
Bu gün, 08:53
Baboşun milyoner fanatının BAŞI CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Bu gün, 08:52
BOKT “Embafinans”a sədr təyin edilib - FOTO
Bu gün, 08:43
AMEA-nın tabeliyindəki qurum - LƏĞV OLUNUR
Bu gün, 08:40
Hikmət Mirzəyevin sanksiya siyahısına daxil edilməsi... - ETİRAZ
Bu gün, 08:36
"Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY
Bu gün, 08:33
Qaz İxrac idarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR...
Bu gün, 08:24
Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar
Bu gün, 08:10
Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya oyunlarına lisenziya qazandı - FOTO
Bu gün, 08:08
“Azəriqaz”da müdir kompüterlə oyun otnayır - BU NƏDİ BELƏ?!
Bu gün, 08:02
Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər... - ANCAQ...
Bu gün, 07:54
"Bu, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur" - deputat
Bu gün, 06:55
“Azərsun”un 3 il əvvəl ləğv olunduğunu açıqlayan zavodunun səhmdarları toplanır - SƏBƏB
Bu gün, 06:50
Azərbaycanda inşaat şirkəti - 25 MİN MANATA KİMİ CƏRİMƏLƏNƏ BİLƏR
Bu gün, 06:46
Orta məktəblərdə şahmat dərsi keçirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:10
“Bu, Bakı ilə Moskva arasında həll olunmuş məsələdir” - GƏLİŞMƏ
Bu gün, 00:05
Azərbaycandan birbaşa investisiyalar: Türkiyə liderliyini qoruyur - ARAŞDIRMA
Bu gün, 00:02
Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı - ŞƏRH
Dünən, 07:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru