Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib - KİV
Tarix: 29-04-2024, 08:53 |
Çap et
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış işləri aparılacağına dair yerli sakinlərə xəbərdarlıq edilib.
APA Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, partlayış 08:10-dan 08:40-dək olan vaxt aralığında baş verəcək.
Sakinlərdən panikaya düşməmək xahiş olunub.