"Burda adamı yola verirlər, problemi həll etmirlər..." - GİLEY
Tarix: 29-03-2024, 16:15 |
Çap et
"3 övladım var, ikisi məktəbli... biri isə 3 yaşında. Həyat yoldaşım isə 345 manat maaş alır, dolana bilmirik..." Dia-az.info bildiriir ki, bu barədə MR-dan edilən vətəndaş müraciətində bildirilir.
Narazı vətəndaş daha sonra əlavə edir:
"DSMF-yə müraciət etdim... Bu ilin yanvar ayınnda dedilər ki, bizim ailəyə ünvanlı sosial yardım düşür, amma 3 aydır bezmişəm... Hər dəfə də imtina cavabı verirlər... Daha bəsdirin... bezmişəm..."
Naxçıvan şəhər sakini öz gileyində onu da bildirir ki, mövcud problemlə əlaqədar Naxçıvan ali məcisinə də müraciət edib: "Burda da adamı yola verirlər, problemi həll etmirlər..."
QEYD: Mövcud problemlə bağlı əlaqədar qurumlar maraqlansa, şikayətçi barədə dolğun bilgilər verməyə hazırıq...