Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. .....                     Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. .....                     Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI .....                     Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? .....                     "Tələbə Baş nazir də gördük..." .....                     "Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" .....                     Tanınmış hakimə ağır itki üz verib .....                     "Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." .....                     Xalq artistinin qızının firması məhkəməyə verildi .....                     Mənə intim təkliflər edib, əmr verirlər .....                     Ermənistanın gələcəyini Azərbaycan həll edəcək .....                     Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... .....                     Bakı və İrəvan Astanada nəyə razılaşacaq? .....                     “Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” .....                     Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı... .....                     Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb... .....                     Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır .....                     Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu .....                     Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb .....                     Vasif Talıbovun kadrlarına cinayət işi açılır .....                     Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb .....                     “Rasifoğlu” ASC səhmdarlarını .....                     “Azər-Avtonəqliyyat” ASC-də rəhbərlik dəyişəcək .....                     "Azərbaycanın sülhə çağırdığı Ermənistan... .....                     Bu il sülh müqaviləsi imzalana bilər? .....                     Sabirabad DOST Mərkəzinin binasının inşasına 9,6 milyon manat vəsait sərf olunacaq .....                     Fizioterapistlərin ilk konfransı keçirilib .....                     Paşinyanı Bakıya gətirən gəlişmə .....                     Yüksək bal müəmması: .....                     "Metroda da kitabı təbliğ etmək olar, taksidəki kimi..." .....                     “Aqrar Sığorta” özünə gələ bilmir .....                     "Şərur" MTK .....                     “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? .....                     Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: .....                     İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb .....                     Azərbaycan kəndinə təxribat üçün gəldi, .....                     Sosial şəbəkələrdə səs yazısı yayılan şəxs saxlanıldı .....                     "Bu hər bir azərbaycanlını qürurlandırırdı" .....                     "Hələ də ümid edirəm ki, pulumu qaytaracaq, polisə şikayət etsəm…" .....                     Bu tikinti materialları BAHALAŞACAQ .....                 

Bayram bitdi, şikayətlər yeni başlayır...
Tarix: 29-03-2024, 16:33 | Çap et
Bayram bitdi,
Novruz bayramı geridə qalıb. Artıq yazın gəlişi hiss olunur. Bir həftəyə qədər davam edən bayram tətili ovqatımızı xoş etsə də, büdcəmizə xeyli təsir edir. Bu da təbii ki, bayramdan sonra bazarda alıcılıq qabiliyyətini azaldır.

Adətən bayram ərəfələrində ərzaq məhsullarının qiymətlərində artım olur. Alıcılar qiymətdən, satıcılar isə alıcı azlığından şikayətlənirlər. Onlar məhsulun topdan əvvəlkindən daha baha aldıqlarını bildirirlər. Yaxud da bəzən məhsulların qıtlığını əsas gətirir və bunun qiymətə təsirini vurğulayırlar. Lakin iqtisadçılar bildirirlər ki, ölkədən ərzaq məhsullarının ixracı üçün müəyyən kvota qoyulur. Yəni qıtlıq söhbəti yoxdur, sadəcə işbazlar fürsətdən istifadə edərək bayramda qiymətləri süni şəkildə artırırlar.

Bayramdan sonra alış-verişdəki durumu öyrənmək üçün “Cebhe.info” şəhərin bir sıra ərazilərində- “28 May” və “20 Yanvar” metro stansiyaları yaxınlığında satıcılarla həmsöhbət olub.

“Küçədə əsl rəqabət mühiti yaratmışam”

Satıcı Əbdülqəni Vahabov bildirib ki, onun satdığı meyvələrin qiyməti iri ticarət mərkəzləri müqayisədə daha ucuzdur:

“Mən küçədə vitaminlərlə bol meyvələr satıram. Ucuz verdiyimdən dolayı alıcılarım sayı çox şükür, pis deyil. “Çeri” pomidorunun kilosunu 4 manata satıram. Əsl rəqabət mühiti yaratmışam. Düzdür, böyük marketlərlə rəqabət apara bilməsəm də, amma nəticədə hər şeyin qiymətini münasib edirəm”. O qeyd edib ki, bayramdan öncə və indi satdığı məhsulların qiyməti dəyişməyib: “Mən bəzi işbazlar kimi xalqıma zülm edə bilmərəm, az qazanaram, amma həmişə qazanaram.

Kişi kimi ticarətlə məşğul olaram. Süni şəkildə qiymətləri artıranlar mənfur düşmənlərdən heç də fərqlənmir”.

Başqa bir satıcı Məhhəməd Şənlikoğlu satdığı məhsulların qiymətləri haqqında məlumat verib:

“Mən kartofu 80 qəpiyə, pomidoru 3-4 manata satıram. Amma əziz atamın canına and olsun, gübrədən çox az istifadə edilib. Bayramda 5 manata satırdıq. Çünki məhsul çox az idi. Amma indi məcbur maya dəyərinə satmalı oluruq. Çox soyuq və qeyri- stabil hava şəraiti məhsuldarlığa çox ciddi təsir etmişdi”.

“Düşünməyin ki, bir piştaxtanı saxlamaq asandır”

Satıcı Leysan Zeynalov satdığı sitrus meyvələr haqqında məlumat verib:

“Naringinin kilosunu 1.50-2 manat arası təklif edirəm. Bəzən elə olur ki, 1.80- yə də verirəm. Portağalı 2 manata təklif edirəm. Banan 3 manat, çiyələk 5 manat, alma 1-2 manat arası dəyişir. Alıcılar özləri baxıb qiymət versinlər. Ehtiyacı olan nə qədər adam varsa, cüzi də olsa vermişəm, təbii ki, imkan daxilində”.

Həmsöhbətimiz hesab edir ki, bayramdan öncə də bazarda qiymət artımı olmayıb:

“Daxili bazarda artım varsa, çox cüzidir. Biz imkan daxilində hər kəsə bayram qabağı dəstək olmuşuq, olacağıq da.

Baxmayaraq ki, kifayət qədər çox xərclərimiz var. Düşünməyin ki, bir piştaxtanı saxlamaq asandır. Amma yenə də ehtiyacı olan hər kəs satdığım məhsuldan az da olsa götürə bilər”.

“Satıcı yoldaşımın hamilə olduğunu biləndən sona…”

Alıcı Rasim adlı şəxs səyyar ticarətçilərin satdığı məhsulların çox baha qiymətə təklif etdiklərini və fürsətbaz olduqları bildirib: “Mən nadir hallarda küçədən nə isə alıram. Birincisi, onlar məhsulları baha qiymətə satırlar. Marketlərdə endirim olur. Qanunsuz şəkildə səkiləri zəbt edib ticarətlə məşğul olurlar. İstədikləri qiymətə məhsul satırlar. Həyat yoldaşım hamilə idi, satıcı yoldaşımın hamilə olduğunu biləndən sonra satdığı meyvələri dəyərindən o qədər baha qiymətə təklif elədi ki, mən dəhşətə gəldim. Təsəvvür edin, şaftalını elə baha qiymətə mənə satdı ki, məcburiyyətdən almalı olsam da, amma bunlara qarşı antipatiyam yarandı. Yəni lori dildə desək zəhləm getməyə başladı”.

O, həmçinin bildirib ki, bir dəfə səyyar satıcılar qayınanasını aldadaraq daha çox pul alıblar:

“Bir dəfə qayınanam küçə satıcısından məhsul alanda pensiyasını yeni aldığını deyib və iri pulla ödəniş edib. Satıcı 27 manatlıq alış-verişə 100 manatdan 53 manat qalıq qaytarıb. Qayınanam mənə yox, o satıcıya inanmışdı. Evdə nəhayət, həyat yoldaşım güclə ona başa salmışdı ki, səni aldadıblar”.

“Sadəcə kənardan baxıram…”

Başqa bir alıcı Rəşad Şükürzadə hesab edir ki, bazarda qiymətlər “od tutub yanır”:

“Ölkəmizdə nədənsə qalxan qiymət düşmək istəmir. Bayramdan öncə qiymətlər ucuz yox, çox baha olur. Bayramdan sonra da dəyişən heç nə olmadı, qiymətlər yenə də “od tutub yanır”. Mən qapıçı işləyirəm, aldığım maaşla ancaq cüzi miqdarda nə isə ala bilərəm. Bu, külfətimə, ailəmə yetəcək qədər deyil. Sadəcə kənardan baxıram, ya da kimsə qonaq gələndə uşaqlarım sevinir, çünki meyvələrdən dadırlar”.

Ümid Ramazan bayramına qalıb…

Müşahidələrimiz göstərdi ki, hazırda armud 2, portağal 3, heyva 2, naringi 2, banan 3 manat, çiyələk 5 manata satılır. Bayramda çox tələbat olan çərəzlərin qiyməti nisbətən enib. Ləpə 12-16, qabıqlı qoz 4-6, fındıq 6-7, fındıq ləpəsi 14, badam ləpəsi 22, iydə 6, xurma 10-15, innab 8, qaysı 13 manatadır. Qarışıq meyvə qurusunun kilosu 10-22, tumsuz xurma 12-14, alma və armud qurusu 3-10 manatdır. Şabalıd istehsal yerindən asılı olaraq kilosu 8-14 manat, sarı kişmiş 6-20, alça qurusu 4-10, gavalı qurusu 3-15 manat aralığında satılır.

Ancaq bu məhsullara tələbat kəskin azalsa da, satıcılar qiyməti ucuzlaşdırmaq niyyətində deyillər.

Səbəbini isə bayramdan qabaq artan qiymətə aldıqları, ucuz satarlarsa, ziyana düşəcəkləri ilə izah edirlər. Satılmasa isə ziyanın daha böyük olacağının fərqindədirlər, ancaq nədənsə hələlik gözləyirlər. Bu dəfə ümidləri apreldə qeyd ediləcək Ramazan bayramına qalıb…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?.. - VİDEO
Bu gün, 09:25
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?.. - "Dialoq" nəşri
Bu gün, 09:24
Şəhərsalma və Arxitektura Komitəsində TENDER-MENDER OYUNLARI - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:22
Güney Qafqazdakı ən böyük gərginliyə Berlində NÖQTƏ QOYULA BİLƏRMİ? - ŞƏRH
Bu gün, 09:16
"Tələbə Baş nazir də gördük..." - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 09:13
"Avropa Parlamentinin mötəbər bir qurum kimi rolunu tamamilə heçə endirir" - deputat
Bu gün, 09:10
Tanınmış hakimə ağır itki üz verib
Bu gün, 09:09
"Belə şəffaf mühitdə işə qəbul olunan direktor artıq başa düşür ki..." - Ekspert danışır...
Bu gün, 09:05
Xalq artistinin qızının firması məhkəməyə verildi
Bu gün, 09:02
Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev
Bu gün, 08:59
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Paşinyanın sülh yolunda REVANŞİST ƏNGƏLİ... - KEÇƏ BİLƏCƏKMİ?
Bu gün, 08:56
Bakı və İrəvan Astanada nəyə razılaşacaq? - İNCƏLƏMƏ
Bu gün, 08:54
“Rusiya Cənubi Qafqazda davamlı sülh vəziyyətinin yaranmasının qarşısını almağa çalışır” - FAKT BUDUR!
Bu gün, 08:54
Sələmə pul götürdü... başına gəlməyən oyun qalmadı... - TƏFƏRRÜAT
Bu gün, 08:52
Nə qədər ki, regionda sabitlik tam bərpa olunmayıb... - AKTUAL
Bu gün, 08:51
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
Bu gün, 08:50
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
Bu gün, 08:48
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
Bu gün, 08:47
Vasif Talıbovun kadrlarına cinayət işi açılır - GƏLİŞMƏ
Bu gün, 08:42
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bu gün, 08:30
“Rasifoğlu” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:05
“Azər-Avtonəqliyyat” ASC-də rəhbərlik dəyişəcək - TOPLANTI
Bu gün, 00:02
"Azərbaycanın sülhə çağırdığı Ermənistan... asılı olduğu siyasi müttəfiqlərinin təsir dairəsindən çıxa bilmir"
Dünən, 19:02
Bu il sülh müqaviləsi imzalana bilər? - ŞƏRH
Dünən, 19:00
Sabirabad DOST Mərkəzinin binasının inşasına 9,6 milyon manat vəsait sərf olunacaq
Dünən, 18:56
Fizioterapistlərin ilk konfransı keçirilib - FOTO
Dünən, 18:12
Paşinyanı Bakıya gətirən gəlişmə - "Gələcəyinə heç bir şübhə yoxdur"
Dünən, 18:06
Yüksək bal müəmması: - Asan suallar, repetitor əməyi, yoxsa pandemiya?
Dünən, 18:05
"Metroda da kitabı təbliğ etmək olar, taksidəki kimi..." - Kəramət Böyükçöl
Dünən, 18:01
“Aqrar Sığorta” özünə gələ bilmir - 2,2 milyonluq AZALMA
Dünən, 18:00
"Şərur" MTK - MƏHKƏMƏYƏ VERİLİB
Dünən, 17:56
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
Dünən, 17:53
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: - 1 həmyerlimiz öldü
Dünən, 17:50
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
Dünən, 17:48
Azərbaycan kəndinə təxribat üçün gəldi, Paşinyan "əl-qolunu bağladı"
Dünən, 17:47
Sosial şəbəkələrdə səs yazısı yayılan şəxs saxlanıldı - Audio
Dünən, 17:45
"Bu hər bir azərbaycanlını qürurlandırırdı" - deputat
Dünən, 17:37
"Hələ də ümid edirəm ki, pulumu qaytaracaq, polisə şikayət etsəm…" - Yusif Mustafayev
Dünən, 17:31
Bu tikinti materialları BAHALAŞACAQ – MÜHÜM AÇIQLAMA
Dünən, 17:28
ABŞ Ukraynanı yeni yardım paketinə ümid etməməyə çağırıb
Dünən, 17:10
"Belə bir xəstəyə 3-cü qrup əlillik dərəcəsi verirlər..." - AXI NİYƏ?
Dünən, 17:07
Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin
Dünən, 17:01
Alen Simonyanın anti-Rusiya çıxışına Moskvadan cavab göndərilib - “Aysor”
Dünən, 17:00
" O mənə nəyi necə eləməyi öyrədib"
Dünən, 16:57
Naxçıvan Penitensiar Xidmətin həbsdəki rəisi istintaqa Seymur Talıbov haqda nə deyib? - TƏFƏRRÜAT
Dünən, 16:53
Azərbaycan vətəndaşları üçün yaxın və əlçatmaz turizm istiqaməti - Türkmənistana süni "əngəl" var...
Dünən, 16:51
Nazir həbs olunan müdirin yerinə onu təyin edib - ƏMR
Dünən, 16:50
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO
Dünən, 16:48
“İnstagram”da aşıqların TOP ONLUĞU - SİYAHI
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru