“Namiq Abbasovun vəfatı məni dərindən sarsıtdı” - Eldar Həsənov
Tarix: 29-03-2024, 17:42 |
Çap et
Hazırda həbsdə olan sabiq baş prokuror və keçmiş səfir Eldar Həsənov sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun vəfatı ilə bağlı başsağlığı verib.
Eldar Həsənovun Gununsesi.info-ya təqdim edilən başsağlığında yazılır:
28.03.2024 tarixində Namiq Abbasovun vəfat xəbərini almaq məni dərindən sarsıtdı. Dövlət Təhlükəsizliyi sistemində, müstəqil Azərbaycan Dövlətinin ən ağır günləri və illərində böyük xidmətləri olmuş dəyərli və ziyalı insan- Namiq müəllimin vəfatı münasibətilə ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm”.