Cavidan Novruz “Komedixana”dan getdi .....                     "Torpağı alan oğlanlara indi torpağı pulla satırlar..." .....                     Ermənistanda delimitasiyaya qarşı olanlar İrəvan-Armavir yolunu bağlayıb .....                     Berlin Bakının dəyərini anladı. Bəs Brüssel? .....                     ““Yeni Ailə” MMC kupçamı və 9 aydır ki, kirayə pulumu vermir...” .....                     "İki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik" .....                     İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir .....                     Qaçaqmalçılıq çiçəklənəcək, ya siqaret bahalaşacaq? .....                     "Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı .....                     Avropada casuslar ovu davam edir .....                     Günün fotosu: .....                     1915-ci ildə ermənilərə deyil, türklərə qarşı soyqırımı törədildiyini sübut edən .....                     Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, .....                     Mərkəzi Bank “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi .....                     Bakıda bu evlər .....                     Ölümlə nəticələnən qəzaya düşən tanınmış teleaparıcı evə buraxılıb .....                     4 ildən sonra eyni ünvanda oxşar cinayət törətdi... .....                     Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? .....                     Rəsmi Tehran nazirini Bakıya göndərir .....                     AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... .....                     "Spark" şirkəti "Maqnat İnşaat" MMC-ni məhkəməyə verib .....                     “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib .....                     Azərbaycanın Fransadakı mərkəzi 1.3 milyon manata təmir ediləcək .....                     AKİA və "Qazax-Konserv" .....                     “Ermənistan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub” .....                     Şəkər xəstələrinin `Bermud` üçbucağı: `Pulsuz` dərman niyə `buxarlanıb`? .....                     "Kim getsin işləsin? Kim xəstə anaya baxsın?" .....                     Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslər kassasiya şikayəti verdi .....                     Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq .....                     ETSN-nin həbsdəki vəzifəli şəxsi azadlığın YOLLARINI ARAYIR .....                     "Arslan Hafriyyat İnşaat” MMC .....                     Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR .....                     Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər .....                     Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın .....                     Dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar .....                     Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı... .....                     İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında .....                     Bu Mədəniyyət evinin bərpasına başlanılır .....                     Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib .....                     Baboşun milyoner fanatının BAŞI CƏNCƏLDƏ .....                 

“Bu görüşün tarixi hadisəyə çevrilməsi... - Ermənistandan asılı olacaq”
Tarix: 30-03-2024, 10:59 | Çap et
“Bu görüşün tarixi hadisəyə çevrilməsi...
“Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərməsi üçün çox münasib məqamdır”. Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

“Atılacaq addımlar təkcə bağlı sərhədlərin açılmasından ibarət olmamalıdır. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xoş niyyəti olaraq Azərbaycanda olan əsirlərimiz Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər. Bu, həm də münasibətlərin normallaşması istiqamətində humanitar addımlardan biri sayılar”, - Köçəryan bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində Antalyadakı Diplomatik Forumda Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç erməni həmkarı Ruben Rubinyana bu dəfə İrəvanda görüşməyi təklif edib və az sonra bu haqda razılıq əldə olunub. Kılıç “bu səfər tarixi hadisəyə çevriləcək” deyib.

Belə bir görüş gerçəkdən tarixi ola bilərmi? Həm də o anlamda ki, münasibətlərin normallaşmasını sürətləndirmək üçün Ankaranın həmin görüşədək daha bir neçə diversantın azad olunmasını Bakıdan xahiş etməsi mümkünmü?

Yada salaq ki, indiyədək onların bir qismi Ermənistana verilib. Lakin Avropa Parlamentinin tələbi ilə yox, Bakının xoş niyyəti əsasında. Davamı mümkünmü?

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bu görüşün mümkün nəticələrinin Ermənistandan asılı olacağını qeyd etdi. Onun fikrincə, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla erməni həmkarı Ruben Rubinyan arasındakı görüş doğrudan da tarixi hadisəyə çevrilə bilər: “Ankara regionda əsas nizamlayıcı faktor olmaq şansını əldən buraxmaq istəmir. Ankara və Moskva arasındakı münasibətlər də buna imkan verir. Ola bilsin ki, Kılıçla Rubinyan arasındakı görüşdən sonra İrəvanla Bakı arasında imzalanacaq sülh sazişinin çərçivə sənədləri və ya yol xəritəsi ilə bağlı ilkin razılıq əldə olunsun. Cinayət törətmiş, suverenliyimizə təhdid yaratmış erməni əsirlərin indiki mərhələdə azad edilməsi isə inandırıcı görünmür. Ən azından, işğal altındakı kəndlərimiz Ermənistan ordusu tərəfindən boşaldılmalıdır. Bundan başqa, Türkiyə bir NATO ölkəsi olaraq bu danışıqlarda Qərbi təmsil edəcək. Əsas məqsəd Kremlin quyruğunu tapdamadan sülh prosesində irəliləyişlərə nail olmaqdır. Türkiyə və Ermənistan rəsmilərinin görüşündəki məsələlər çox güman ki, protokol xarakteri daşıyır və Bakı ilə öncədən razılaşdırılıb. İstənilən halda bu görüşün tarixi hadisəyə çevrilməsi Ermənistandan asılı olacaq. Üstəlik, 5 aprel görüşündən sonra İrəvanın hansı duruşu sərgiləyəcəyi bütün region ölkələri üçün maraqlıdır. İqtisadi dalana dirənən Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün tələsir. Çünki bunu ondan tələb edən Qərbdir. Qərbdə yaxşı anlayırlar ki, Ankara ilə münasibətləri normallaşdırmadan əbədi sülhə və tərəqqiyə nail olmaq mümkün deyil”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin bu mövzuda fikirləri bir qədər fərqlidir: “Bu görüş baş tutsa belə, düşünmürəm ki, tarixi olacaq, çünki görüşən tərəflərin siyasi statusları o deyil. Yəni xüsusi nümayəndələrin bir-biri ilə görüşü dövlət başçıları səviyyəsində deyil ki, onu bir tarixi görüş də adlandıraq. Lakin diplomatik münasibətləri olmayan Türkiyə və Ermənistanın hansısa səviyyədə yaxınlaşmasında bu cür görüşlər rol oynaya bilər. O ki qaldı diversantların azad edilməsi məsələsinə, Türkiyə bunu onsuz da Azərbaycanla razılaşdırılmış vəziyyətdə həll edir. Türkiyə tərəfi dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, Ermənistanla münasibətlərin yaxşılaşdırılması Azərbaycanla münasibətlərdən keçir. Bununla Ankara İrəvana mesaj verir ki, əgər mənimlə barışmaq istəyirsənsə, ilk öncə Bakı ilə barış. Bu yöndə Türkiyənin siyasəti dəyişilməz olaraq qalır. Ona görə mən sakitəm, çünki Türkiyə, ələlxüsus da Ərdoğan Türkiyəsi Azərbaycanın razılığı olmadan Ermənistan tərəfə heç yarımaddım da belə atmaz. 1990-lar artıq geridə qalıb, indi 2020-lərdir və Türkiyə də əvvəlkindən daha güclüdür, qərarlarını da müstəqil verir. Ən əsas da Azərbaycanın arxasında dağ kimi durur”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı isə indiki vaxtda Türkiyənin Ermənistanla əlaqələr qurmasını erkən sayır: “Türkiyənin prezidenti, hörmətli Ərdoğan açıq şəkildə mövqeyini ortaya qoyub ki, Azərbaycan Türkiyə üçün qırmızı xətdir, keçilməz xətdir. Bunu bütün Qərb, Fransa, Amerika və bütün erməniləri müdafiə edən qüvvələr bilir. Türkiyə məhz 32 ildir Azərbaycanın torpaqlarının işğalı səbəbi ilə Ermənistanla sərhədlərini bağlı saxlayır. Torpaqlarımız işğaldan azad olunandan sonra da Ərdoğan bəyan etdi ki, ermənilər xəstə təfəkkürlərindən və ərazi iddialarından imtina edəcəyi təqdirdə, normal münasibətlər, siyasi, iqtisadi, ticari əlaqələr qurula bilər. Sərhədlər açıla bilər. Bu gün Türkiyə öz ardıcıl mövqeyində qalmalıdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər heç bir əlaqə qurulmamalıdır. Bu, Azərbaycanın dövlət maraqlarıdır. Paşinyan hakimiyyəti bu haqda düşünməlidir. Yanlış davranışları ilə xüsusən Fransanın, Qərbin boş vədlərinə inanmamalıdırlar. Fikirləşməlidirlər ki, 30 il Rusiya pulsuz silahlandırdı, nəticədə nə baş verdi? 44 günlük müharibədə böyük itkilər verərək məğlub oldular. Revanşist düşüncələrdən əl çəkməlidirlər. Türkiyənin səmimi çağrışlarına qoşulub, Qafqazda sülhün təminatını əldə etməlidirlər. Bunun ən yaxşı yolu Türkiyənin vasitəçiliyindən istifadə etməkdir. Alternativ yol Ermənistanın böyük itkilərinə səbəb olacaq. Seçim özlərinindir”.

musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cavidan Novruz “Komedixana”dan getdi - AÇIQLAMA
Bu gün, 11:46
"Torpağı alan oğlanlara indi torpağı pulla satırlar..." - XTQ mənsubu olan Qazimiz GİLEY EDİR
Bu gün, 11:44
Ermənistanda delimitasiyaya qarşı olanlar İrəvan-Armavir yolunu bağlayıb - VİDEO
Bu gün, 11:22
Berlin Bakının dəyərini anladı. Bəs Brüssel? - İNCƏLƏMƏ
Bu gün, 11:20
““Yeni Ailə” MMC kupçamı və 9 aydır ki, kirayə pulumu vermir...” - "Küçələrdə qalmışam..."
Bu gün, 11:18
"İki ildir ki, öz torpaq sahəmizə girə bilmirdik" - NARAZILIQ VAR...
Bu gün, 11:13
İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - VİDEO
Bu gün, 11:04
Qaçaqmalçılıq çiçəklənəcək, ya siqaret bahalaşacaq? - Tütünə qoyulan yeni icazə sistemi
Bu gün, 11:02
"Leyla Medical Center"də aşkarlanan nöqsanlarla bağlı məhkəmə başladı - TƏFƏRRÜAT
Bu gün, 11:00
Avropada casuslar ovu davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
Günün fotosu: - Araz aşığından... Kür topuğundan...
Bu gün, 10:57
1915-ci ildə ermənilərə deyil, türklərə qarşı soyqırımı törədildiyini sübut edən xəritələr TAPILIB
Bu gün, 10:56
Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanılıb
Bu gün, 10:47
Mərkəzi Bank “ABB-İnvest İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələdi – MƏBLƏĞ
Bu gün, 10:46
Bakıda bu evlər BAHALAŞDI
Bu gün, 10:33
Ölümlə nəticələnən qəzaya düşən tanınmış teleaparıcı evə buraxılıb - FOTO
Bu gün, 10:32
4 ildən sonra eyni ünvanda oxşar cinayət törətdi... – Zaqataladakı hadisənin TƏFƏRRÜATI
Bu gün, 10:31
Şahin Mustafayev Qriqoryanla birlikdə o maşında olub? - Ermənilərdən ŞOK İDDİA
Bu gün, 10:27
Rəsmi Tehran nazirini Bakıya göndərir - İran mediası
Bu gün, 10:22
AQTA göz yumduqca... `AL` marketlərin də ayağı YER ALIR... - FAKT BUDUR!
Bu gün, 10:20
"Spark" şirkəti "Maqnat İnşaat" MMC-ni məhkəməyə verib
Bu gün, 10:09
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 10:08
Azərbaycanın Fransadakı mərkəzi 1.3 milyon manata təmir ediləcək - TENDER
Bu gün, 10:01
AKİA və "Qazax-Konserv" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 09:59
“Ermənistan pərdəarxası danışıqlarda Azərbaycana təslim olub” - “Qara pantera”
Bu gün, 09:54
Şəkər xəstələrinin `Bermud` üçbucağı: `Pulsuz` dərman niyə `buxarlanıb`? - həkim, aptek, yerli idarə...
Bu gün, 09:51
"Kim getsin işləsin? Kim xəstə anaya baxsın?"
Bu gün, 09:46
Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslər kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 09:41
Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq - Rəsmi AÇIQLAMA
Bu gün, 09:37
ETSN-nin həbsdəki vəzifəli şəxsi azadlığın YOLLARINI ARAYIR - İLGİNC İDDİALAR...
Bu gün, 09:33
"Arslan Hafriyyat İnşaat” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 09:24
Adını dəyişən şirkət qanunsuz əməllərindən YENƏ DƏ ƏL ÇƏKMİR - "Nə iş düzəldirlər, nə də ödənişi geri qaytarırlar"
Bu gün, 09:19
Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər - ABŞ institutu
Bu gün, 09:10
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın YENİ SAYI AÇIQLANDI
Bu gün, 09:03
Dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı... - VİDEO
Bu gün, 08:59
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - mayın 1-də...
Bu gün, 08:58
Bu Mədəniyyət evinin bərpasına başlanılır
Bu gün, 08:56
Azərbaycanla sərhəddə yaşayan erməni sakinlərə partlayışla bağlı xəbərdarlıq edilib - KİV
Bu gün, 08:53
Baboşun milyoner fanatının BAŞI CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Bu gün, 08:52
BOKT “Embafinans”a sədr təyin edilib - FOTO
Bu gün, 08:43
AMEA-nın tabeliyindəki qurum - LƏĞV OLUNUR
Bu gün, 08:40
Hikmət Mirzəyevin sanksiya siyahısına daxil edilməsi... - ETİRAZ
Bu gün, 08:36
"Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY
Bu gün, 08:33
Qaz İxrac idarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR...
Bu gün, 08:24
Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar
Bu gün, 08:10
Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya oyunlarına lisenziya qazandı - FOTO
Bu gün, 08:08
“Azəriqaz”da müdir kompüterlə oyun otnayır - BU NƏDİ BELƏ?!
Bu gün, 08:02
Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər... - ANCAQ...
Bu gün, 07:54
"Bu, onların bizə qarşı olan tarixi düşmənçiliklərinin növbəti sübutudur" - deputat
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru