Etibar Məmmədov da sədrliyə qayıdır? .....                     Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... .....                     "Gizli saxlamaq istəyirdim, amma kimsə bilib, mətbuata ötürüb" .....                     “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... .....                     Sübhi Kazımov işdən çıxarıldı .....                     "Bütün sosial şəbəkələrdə sizi biabır edəcəm..." .....                     Fransa bu ölkə ilə hərbi əməkdaşlığa niyə üstünlük verir? .....                     "İşləyən ermənilər belə yoxsulluq həddinin altındadır" .....                     Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır .....                     Xankəndidə silah-sursat aşkarlanıb .....                     `Kapitalbank` və ABB vətəndaşların əmanətini qoruya bilmir .....                     Azərbaycan Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini endirib .....                     “Kontakt Home” müştərisi ilə DAVAYA QALXDI... .....                     Prezident bir qrup rektoru təltif etdi .....                     Bu, yalnız işçiyə məxsus bir hüquqdur .....                     "Fransa gəlib bizi qorumayacaq, İran isə dostumuz olsa da, çox, zəifdir" .....                     Erməni jurnalist onlarla diplomsuz müəllim və məmur aşkarladı .....                     İndi də bu kəndimizə göz dikiblər .....                     Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı .....                     Nədimə Rəhimliyə “Araz Supermarket”də yeni vəzifə verildi .....                     “AS Group”un törəməsinin rəhbəri dəyişdirildi .....                     Nəqliyyat şirkəti səhmdarlarını .....                     “Birbank” çökdü, müştərilər ayağa qalxdı .....                     Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanıldı .....                     Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü.. .....                     "İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi" .....                     Azərbaycanda bu şirkətin səhmləri dövriyyədən çıxarılır .....                     Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir .....                     Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? .....                     Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir .....                     Cahangir Əsgərovun həbsə atdırdığı iş adamı Prezidentə MÜRACİƏT ETDİ .....                     ABŞ-nin hadisələrə olan reaksiyası doğru deyil .....                     Keçmiş işçisi "Finex Kredit" BOKT-ni məhkəməyə verdi .....                     Təhsil səviyyəsinin aşağı düşməsi "yüksək" balla ört-basdır etməyə çalışılır .....                     Birbaşa sülh danışıqları: “Bakı-İrəvan” formatı nə vəd edir? .....                     Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir .....                     “Rusiya ilə yaxınlaşma daha çox görüntüdür” .....                     "İstirahət edən işçini imtahana, üzgüçülüyə çağırırlar" .....                     Qarabağ Qazisi başçıdan giley edir .....                     AKİ “Nizami” kinoteatrı ilə “Azərbaycanfilm”i nəzarətinə götürmək istəyir .....                 

Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi - Sensasion hesabat
Tarix: 18-04-2024, 11:01 | Çap et
Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi
Bu gün Qərb dünyasının sahib olduğuna iddia etdiyi dəyər və prinsiplərdən fərqli olaraq, dünyanın müxtəlif nöqtələrində baş verən siyasi, ictimai hadisələrə sırf maraqlar və ikili standartlar çərçivəsindən yanaşması getdikcə açıq xarakter alır.

Uzun illər ərzində Cənubi Qafqaz regionunda da ölkələrə göstərilən qeyri-bərabər yanaşma artıq ayırıcı xətlərə çevrilmə riski daşımaqdadır. Lakin burada qeyd etmək istədiyimiz mövzu başqadır. Hazırda Qərb siyasətçiləri, o cümlədən, siyasi mərkəzləri pro-qərb siyasi kurs nümayiş etdirən ölkələrdə baş verən korrupsiya qalmaqallarına göz yumur və ya bu barədə danışmaqdan imtina edir.

Hazırda bu tip korrupsiya hallarının davamlı olaraq inkişaf etdiyi ölkələrdən biri də Ermənistan Respublikasıdır. Liberal dünyanın əsas “fact checking” habı olaraq qəbul edilən jurnalist araşdırmaları “demokratik” Ermənistanda hakim partiyanın maliyyə maxinasiyalarını üzə çıxarıb.

Qeyd edək ki, əldə edilən məlumatlar aprel ayında Brüsseldə Ermənistanın dayanıqlılığına dəstək məqsədilə keçirilməsi planlaşdırılan Aİ-ABŞ-Ermənistan Yüksək Səviyyəli Birgə Görüşündən əvvəl yayımlansa da, ortaya çıxarılan faktlara hər hansı reaksiya və ya etiraz müşahidə edilmir.

Son illərdə ənənəvi xarici siyasət və təhlükəsizlik arxitekturasında diversifikasiya etməyə cəhd göstərən Ermənistanın Avropa İttifaqı və ABŞ arasında siyasi, diplomatik, o cümlədən, təhlükəsizlik sahələrində əlaqələri getdikcə dərinləşməkdədir.

Məhz bu tendensiya Qərb dövlətlərinin Ermənistanın atdığı bəzi addımlarına göz yumması, bu barədə danışmaq istəməməsi ilə nəticələnməkdədir.

Cari ilin aprel ayının 5-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutan üçtərəfli görüşün mətbuata açıqlanan kommunike sənədində müzakirə edilən mövzularla bərabər, rəsmi İrəvanın korrupsiya sahəsində əldə etdiyi uğurlar sadalanır. Sitat:

“Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın 2018-ci ildən bəri demokratik və ədalətli islahatlar və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsaslı irəliləyişləri etiraf edir və Ermənistanın demokratiya və qanunun aliliyini daha da möhkəmləndirdiyinə görə ümumi dəyər və prinsiplərimizə uyğun olaraq onunla tərəfdaşlıq və dəstək verməyə davam etmək öhdəliyini ifadə edir”.

Adıçəkilən görüşdə tərəf olaraq iştirak edən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel isə çıxışı zamanı “Biz Ermənistanın demokratiya, korrupsiya ilə mübarizə və qanunun aliliyinin bərqərar olması istiqamətində səylərini alqışlayırıq” deyə bildirib.

Beləliklə, Ermənistanda aparılan qərbmeyilli xarici siyasət kursu yaşanan korrupsiya qalmaqallarının diqqətdən kənar qalmasına şərait yaradır. Lakin araşdırmalar nəticəsində ortaya çıxmış aşağıdakı qanunsuz fəaliyyətlər Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelin simasında digər yüksək rütbəli Brüssel məmurlarının sözlərinin yalan olduğunu təsdiqləyir.

Hakim “Mülki Müqavilə” partiyasının maliyyə maxinasiyası

Cari ilin mart ayında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project) və onun Ermənsitandakı yerli tərəfdaşı tərəfindən Ermənistanın hakim partiyasının əldə etdiyi ianələrin mənbəyi ilə bağlı araşdırma yayımlanıb.

Məlumat üçün bildirək ki, qlobalist, liberal dairələr tərəfindən maliyyələşən mərkəz hazırda dünyada beynəlxalq qeyri-hökumət təşkilatı statusunu daşıyır və bəzi ölkələrə qarşı siyasi təsir aləti olaraq “istifadə” edilir. Ermənistandakı “demokratik” rejimin yaradılmasından sonra ilk dəfədir ki, ölkədəki korrupsiya barəsində qlobal mediada məlumatlar paylaşılır.

Ermənistanın hakim Mülki Müqavilə partiyası 2022-ci ildə 170 milyon dram (təxminən 420 min ABŞ dolları) məbləğində ianə qəbul edib və bu rəqəm partiyanın analoji ildə büdcəsinin üçdə birindən çoxunu təşkil edib. Lakin rəsmi maliyyə hesabatının araşdırılması nəticəsində partiyanın maliyyələşməsi ilə bağlı ciddi suallar ortaya çıxıb.

Araşdırmaçı jurnalistlərin Mülki Müqavilə partiyası tərəfindən ianələr etdiyi rəsmən qeyd edilən şəxslərlə müzakirələri zamanı onların bir qisminin bu tip maliyyə əməliyyatlarından ya xəbərsiz olduqları ya da hadisəni xatırlamadıqları üzə çıxıb. Araşdırma çərçivəsində məlumatları dəqiqləşdirmək üçün əlaqə yaradılan 31 donorun yarısı bu tip ianə etmədiklərini bildirib.

Məsələn, açıqlanan siyahıda öz partiyasının donoru kimi adı keçən Ermənistanın Kotayk bölgəsinin Çarentsavan qəsəbə şurasının üzvü Lilit Haroyan jurnalistlərlə müzakirə zamanı, baş verənləri zarafat adlandıraraq, bu barədə ilk dəfədir ki, eşitdiyini bildirib. Lakin rəsmi sənəddə qeyd olunur ki, o, Ermənistanın hakim Mülki Müqaviləi partiyasının büdcəsinə bir milyon dram (təxminən 2 500 ABŞ dolları) maliyyə yardımı göstərib, halbuki o, həmin il gəlirinin olmadığını bəyan edib.

Jurnalistlərin əlaqə saxladığı digər nümayəndə, Mülki Müqavilə partiyasının açıqladığı maliyyə hesabatında 1,5 milyon dram (təxminən 3 700 ABŞ dolları) məbləğində ianə etdiyi göstərilən Vedi şəhər şurasının üzvü Serob Avetisyan isə məsələyə emosional reaksiya verərək, sualdan yayınmağa cəhd göstərib. Sitat: “Əgər siz həqiqətən də jurnalistsinizsə, mənim sizinlə danışmağa vaxım yoxdur” Daha sonra media nümayəndələri tərəfindən aparılan müzakirə zamanı Serob Avetisyan partiyaya ianə etmədiyini bildirib.

Bildirək ki, açıqlanan maliyyə hesabatında Mülki Müqavilə partiyası tərəfindən aparılmış şübhəli maliyyə əməliyyatları yalnız partiyanın bələdiyyə şuralarının üzvləri ilə yekunlaşmır. Məsələn, rəsmi sənədlərdə İrəvanın Avan rayon administrasiyasında sürücü olaraq çalışan Sisak Şahbazyan tərəfindən 2022-ci ilin avqustundan noyabrına kimi partiyaya ümumi həcmi 1,7 milyon dram (təminən 4 200 ABŞ dolları) məbləğində dörd köçürmə edilib. Cənab Şahbazyan jurnalistlərin suallarını cavablandırarkən pulun ona məxsus olmadığını və partiya üzvlərinin ondan bu məbləği köçürməsini istədiklərini bildirib. Sitat:

“Yaxın dostlar (pulları) verdilər, mən onları köçürdüm. Biz partiyaya ianə etdik ki, kirayə haqqını ödəsinlər."

Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi

Şübhəli maliyyə əməliyyatları Ermənistanın Taşir şəhər şurasının üzvü Meline Sukiasyanın da başına gəlib. Belə ki, maliyyə hesabatında xanım Sukiasyanın 2022-ci ilin oktyabr və noyabr aylarında 3 milyon dram (təxminən 7 500 ABŞ dolları) dəyərində iki ianə həyata keçirməsi qeyd edilir. O, məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Sitat:

“Belə pulum yoxdur, ianə edə bilməzdim. Mən artıq onlara (Mülki Müqavilə partiyasına) etibar etmirəm. Əgər belə sənədləriniz varsa mənə göndərin. Mən, adıma böhtan atılmasına icazə verməyəcəm”.

Ermənistan hökuməti son illərdə korrupsiyaya qarşı mübarizə çərçivəsində atdığı addımları ölkəni idarə etmiş keçmiş oliqarxik elitanın siyasi-ictimai vəziyyətə təsirlərinin qarşısını almaq məqsəd ilə etdiyini bildirir. “İslahatlar” çərçivəsində hüquqi şəxslərdən nəğd pul və köçürmələrin qadağan edilməsi, habelə fiziki şəxslərin maliyyə dəstəyinin məhdudlaşdırılmasından sonra hakim partiyanın şübhəli maliyyə əməliyyatları həyata keçirməsi fərqli mətləblərdən xəbər verir.

Məsələ ilə bağlı Transparency International Anti-Korrupsiya Mərkəzinin Ermənistandakı icraçı direktoru Sona Ayvazyan bildirir ki, “lazımi vəsaiti əldə etmək üçün siyasi partiyalar çox güman ki, qanundan yan keçmək və qeyri-qanuni sxemlərdən istifadə etmək yollarını axtarırlar”.

Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi

Ermənistanın hakim Mülki Müqavilə partiyasının maliyyələşməsində istifadə edilən qanunsuz üsullar və yuxarıda adları sadalanan sadə vətəndaşların bu tip çirkli siyasi oyunlarda istifadəsi davamlı xarakter alıb. Ermənistan hökuməti keçmiş avtoritar hökumətdən fərqli olaraq özünü demokrat, xalqın təyin etdiyi hakimiyyət olaraq adlandırsa da, korrupsiya əməllərinin sadəcə olaraq üslubu dəyişib, ancaq mahiyyət eynidir.

Helsinki Vətəndaş Assambleyası-Vanadzor qeyri-hökumət təşkilatının demokratiya üzrə koordinatoru Vardine Qriqoryan isə düşünür ki, ianələrin xarakteri partiyanın vəsaitlərinin mənbəyini gizlətmək cəhdindən xəbər verir. O hesab edir ki, pul “müxtəlif mənbələrdən nağd şəkildə alına, sonra isə öz namizədləri adından partiyaya ötürülə bilərdi”.

Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi

Sual olunur:

Nikol Paşinyanın rəhbəri olduğu hakim siyasi partiya hansı pullar hesabına ianə fəaliyyətini həyata keçirir?

Adları çəkilən sıravi partiya nümayəndələrinin adlarından istifadə edilərək, qanunsuz yollarla partiya büdcəsinə “idxal edilən” pulların mənbəyi haradır?

Ola bilərmi ki, uzun illər ərzində erməni xalqının boğazından kəsərək, sərvət toplayan keçmiş siyasi elitanın çirkli pulları məhz bu yolla “ağardılır”?

Həm də Paşinyan iqtidarının lehinə

İstənilən halda ortaya çıxarılan danılmaz faktlar “demokratik” Ermənistan hökumətinin korrupsiya ilə mübarizədə səsləndirdiyi bəyanatların əslində populizm olduğunu göstərir.

Qlobal donorlar hesabına yaradılan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project), habelə Transparency International və Helsinki Vətəndaş Assambleyası kimi qeyri-hökumət təşkilatlarının Ermənistandakı korrupsiya haqqında rəyləri isə Qərb bürokratları və siyasətçiləri tərəfindən qulaqardına vurulur.

İlk hissənin sonu.

Ardı var…Növbəti hissədə Ermənistan hakim partiyasının digər korrupsiya qalmaqalları və bu prosesdə iştirak edən bank haqda məlumatlar təqdim ediləcək.

TREND









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Etibar Məmmədov da sədrliyə qayıdır? - GƏLİŞMƏ
Bu gün, 11:10
Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ... - "Bu adam ən böyük sehrbazdır..."
Bu gün, 11:07
"Gizli saxlamaq istəyirdim, amma kimsə bilib, mətbuata ötürüb" - Əməkdar artist
Bu gün, 10:52
“Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sübhi Kazımov işdən çıxarıldı - ƏMR
Bu gün, 10:41
"Bütün sosial şəbəkələrdə sizi biabır edəcəm..." - ETİRAZ VAR...
Bu gün, 10:37
Fransa bu ölkə ilə hərbi əməkdaşlığa niyə üstünlük verir? - AKTUAL
Bu gün, 10:32
"İşləyən ermənilər belə yoxsulluq həddinin altındadır" - Paşinyan gileyləndi
Bu gün, 10:31
Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır - İran mediası
Bu gün, 10:29
Xankəndidə silah-sursat aşkarlanıb
Bu gün, 10:10
`Kapitalbank` və ABB vətəndaşların əmanətini qoruya bilmir - FAKT BUDUR!
Bu gün, 10:09
Azərbaycan Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini endirib - QƏRAR
Bu gün, 10:02
“Kontakt Home” müştərisi ilə DAVAYA QALXDI... - İş məhkəmədədir...
Bu gün, 10:01
Prezident bir qrup rektoru təltif etdi - FOTO
Bu gün, 09:51
Bu, yalnız işçiyə məxsus bir hüquqdur - Ekspert danışır...
Bu gün, 09:45
"Fransa gəlib bizi qorumayacaq, İran isə dostumuz olsa da, çox, zəifdir" - Davit Stepanyan
Bu gün, 09:42
Erməni jurnalist onlarla diplomsuz müəllim və məmur aşkarladı - KİV
Bu gün, 09:41
İndi də bu kəndimizə göz dikiblər – “Başları tamam xarab olub”
Bu gün, 09:39
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı - İDDİA
Bu gün, 09:38
Nədimə Rəhimliyə “Araz Supermarket”də yeni vəzifə verildi - FOTO
Bu gün, 09:36
“AS Group”un törəməsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 09:34
Nəqliyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:32
“Birbank” çökdü, müştərilər ayağa qalxdı - “Anamın əməliyyat pulunu ödəyə bilmədim”
Bu gün, 09:26
Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanıldı
Bu gün, 09:19
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü.. - VİDEO
Bu gün, 09:09
"İlham Əliyev ABŞ dövlət katibinə bütün gərəkən mesajları verdi" - Partiya sədri
Bu gün, 09:05
Azərbaycanda bu şirkətin səhmləri dövriyyədən çıxarılır
Bu gün, 08:54
Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT
Bu gün, 08:50
Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!
Bu gün, 08:47
Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze
Bu gün, 08:40
Cahangir Əsgərovun həbsə atdırdığı iş adamı Prezidentə MÜRACİƏT ETDİ - BUNA GÖRƏ...
Bu gün, 08:38
ABŞ-nin hadisələrə olan reaksiyası doğru deyil -ŞƏRH
Bu gün, 08:33
Keçmiş işçisi "Finex Kredit" BOKT-ni məhkəməyə verdi
Bu gün, 08:30
Təhsil səviyyəsinin aşağı düşməsi "yüksək" balla ört-basdır etməyə çalışılır - AKTUAL
Bu gün, 08:29
Birbaşa sülh danışıqları: “Bakı-İrəvan” formatı nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 08:28
Qərb siyasi etiket naminə "səmimiyyət" göstərir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:27
“Rusiya ilə yaxınlaşma daha çox görüntüdür” - GƏLİŞMƏ
Bu gün, 08:26
"İstirahət edən işçini imtahana, üzgüçülüyə çağırırlar" - NARAZILIQ VAR...
Bu gün, 08:21
Qarabağ Qazisi başçıdan giley edir - "Bizə bildirirlər ki..."
Bu gün, 08:15
AKİ “Nizami” kinoteatrı ilə “Azərbaycanfilm”i nəzarətinə götürmək istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır - Diqqət
Bu gün, 08:09
`Araz` market yenə də köhnə mal satır... - Diqqət, TƏHLÜKƏ!
Bu gün, 08:06
Avtoxuliqanlara qarşı cəzalar sərtləşdirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:52
“O sözü deyəndən 11 ay sonra onu göstərdiyi yerdə dəfn etdik...”
Bu gün, 06:47
Delimitasiya bəhanəsi: Paşinyanı devirmək istəyi və mümkün ssenari - NƏ BAŞ VERİR
Bu gün, 06:43
Bu gündən tibbi arayışlar elektron formada veriləcək - Diqqət!
Bu gün, 00:42
Nazir ölkəyə yeni baş notarius təyin etdi - ƏMR
Bu gün, 00:39
"Abşeron Şərab" ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:05
"Bakı Dəmir Beton-8" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:02
Nazirin açıqlamasına reaksiya: - “Hər 100 nəfərdən 10-u xəstədirsə...”
Dünən, 19:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru