Paşinyan "soyqırımı"ndan danışdı: - "Yalan vədlərin qurbanı olduq"
Tarix: 24-04-2024, 10:48 |
Çap et
Ermənistanın baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımı ilə bağlı xalqa müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, İrəvan rəhbəri Osmanlı İmperiyası zamanı,1915-ci ildə baş verən hadisələri geosiyasi intriqaların nəticəsi adlandırıb.
"Bu "irimiqyaslı" faciə Birinci Dünya Müharibəsi illərində baş verib və dövlətçiliyi olmayan və əslində bu ənənəni unutmuş erməni xalqı geosiyasi intriqaların, yalan vədlərin qurbanı olub”.
Paşinyanın sözlərinə görə, erməni xalqı artıq "itirilmiş vətənlərini" (Türkiyə ərazilərinə olan iddiaları nəzərdə tutur-red.) axtarmağa son qoymalıdır: “Çünki biz vəd edilən həmin süd və balın axdığı vətəni, torpağı tapdıq”.