Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır .....                     Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” .....                     Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                 

Rusiya Prezidenti “çoxsaylı suallar və həssas məsələlər” deyəndə nələri nəzərdə tuturdu? - AKTUAL
Tarix: 24-04-2024, 11:07 | Çap et
Rusiya Prezidenti “çoxsaylı suallar və həssas məsələlər” deyəndə nələri nəzərdə tuturdu?
Rusiya dövlət başçısı Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə aprelin 22-də baş tutan görüşündə əsas müzakirə mövzularından biri regional təhlükəsizliklə bağlı olub.

“Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, - deyə Rusiya dövlət başçısı bildirib. Prezident İlham Əliyev də deyib ki, Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir: “Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”.

“Kommersant” nəşri iki prezidentin 2024-cü ildə yenidən dövlət başçısı seçildikdən sonra ilk üz-üzə təması olduğuna diqqət çəkib. Nəşr yazır ki, Rusiya və Azərbaycanda yeni siyasi mərhələ başlayandan sonra iki lider arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurətini Cənubi Qafqazda dəyişən vəziyyət diktə edir: “Bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenariləri ortaya qoyur”. “İki lider xarici təhlükəyə qarşı birgə cavab axtarır”, - deyə nəşr təhlilində yazır. Aydındır ki, hər iki dövlətin əsas narahatlığı regionda artan xarici təhlükələrdir.

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Putinlə görüşündə müzakirə edilən məsələlər dövlətlərarası münasibətlərin hər iki prezidentin siyasi iradəsinə uyğun inkişafını göstərdi: “Azərbaycanla Rusiyanın qarşılıqlı əlaqələri çoxşaxəlidir, eyni zamanda bu əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Siyasi münasibətlər sferasına isə xüsusilə regional təhlükəsizlik məsələləri aiddir. Uzun illər Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Buraya bir çox mühüm komponentlər daxildir. Əlaqələrimiz müstəqillik illərində daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr bilirsiniz ki, 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İlk vaxtlar əlaqələr arzuolunan və hər iki dövlətin maraqlarına heç də tam cavab verməyən səviyyədə olsa da Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya ilə Azərbaycan arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra Rusiya-Azərbaycan münasibətlərində dostluq-əməkdaşlıq əlaqələri daha da dərinləşmə xətti götürüb. Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır".

Deputat vurğuladı ki, Azərbaycan-Rusiya əlaqələrində regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Bu əlaqələr regionda sabitliyin təminatında, bölgəyə aid olmayan güclərin yersiz və təhlükə yarada bilən müdaxilələrinin qarşısının alınmasında bütün regionun marağı baxımdan da mühüm əhəmiyyət kəsb edir: “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Azərbaycan bu amili nəzərə alır. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Azərbaycan qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır. Bu istiqamətdə uğurlar mövcuddur. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan ”Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Əlaqələrimiz artıq həm də bu bəyannaməyə əsaslanaraq qurulur. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir".

Deputat Musa Qasımlı isə bildirdi ki, görüşün Rusiya və bir sıra ölkələr üçün böyük strateji əhəmiyyət daşıyan Baykal-Amur magistralının açılışının 50 illiyinə tən gəlməsi təsadüfi deyildi: “Hələ XX əsrin 20-ci illərinin sonlarından sovet dövləti BAM-ın tikintisinə nə qədər çalışmışdısa, hətta dustaqları bu işə cəlb etmişdisə, on minlərlə insan bu yolda həyatlarını itirmişdilərsə də nəticə hasil olmamışdı. Ümumittifaq işi adlandırılan bu iş yalnız Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi altında başa çatdırılmışdı.

İkincisi, ölkələrimiz arasında münasibətlərin maddi təməlləri olan ticarət-iqtisadi əməkdaşlıq artır. Məlum olduğu kimi, beynəlxalq münasibətlərdə bir çox dövlətlər sənədlər imzalaya, bəyanat verə bilərlər, amma münasibətlərin maddi təməlləri möhkəm deyilsə, onun baş verə biləcək böhranlı anlarda qırılma ehtimalı yüksəkdir. Üçüncüsü, regional təhlükəsizlik məsələləri Azərbaycan və Rusiya arasında münasibətlərdə xüsusi yer tutur. Xırdalığına getmədən deyək ki, artıq iki ölkə arasında münasibətlərin inkişafına mane olan və ya ola biləcək prinsipial amillər - vaxtilə işğalçıya yardım edilməsi, qoşunların ərazimizdə olması və s. aradan qaldırılıb. Cənab Prezidentimizin söylədiyi aşağıdakı fikirlər əməkdaşlığımızın səviyyəsini və Azərbaycanın region, dünya siyasətində rolunun artdığını göstərir: “Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”. Prezidentin bu fikirləri də təsdiq edir ki, Vladimir Putinlə görüşdə əsas müzakirə edilən məsələlərdən biri məhz regional təhlükəsizlik məsələsi olub.

Rusiya prezidenti də görüşün mediaya açıq olan hissəsində dedi ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Putin fikrinə davam edərək onu da söylədi ki, bir çox məsələlər var, onlar olduqca həssasdır. Rusiya lideri Azərbaycan Prezidenti ilə bu görüşdə həmin həssas məsələlərin də hər birinin müzakirə ediləcəyini öncədən bəyan etdi. Bununla bir daha dünya gördü ki, regionun təhlükəsizlik məsələləri, regionun taleyi ilə bağlı ən həssas məsələlər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edilir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır - deputat
Bu gün, 00:05
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 00:02
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Dünən, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Dünən, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Dünən, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Dünən, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Dünən, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Dünən, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Dünən, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Dünən, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Dünən, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Dünən, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Dünən, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Dünən, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
4-05-2024, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
4-05-2024, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
4-05-2024, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
4-05-2024, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
4-05-2024, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
4-05-2024, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
4-05-2024, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
4-05-2024, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
4-05-2024, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
4-05-2024, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
4-05-2024, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
4-05-2024, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
4-05-2024, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
4-05-2024, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
4-05-2024, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
4-05-2024, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
4-05-2024, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
4-05-2024, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
4-05-2024, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
4-05-2024, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
4-05-2024, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
4-05-2024, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
4-05-2024, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
4-05-2024, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
4-05-2024, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
4-05-2024, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
4-05-2024, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
4-05-2024, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
4-05-2024, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
4-05-2024, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
4-05-2024, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
4-05-2024, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
4-05-2024, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
4-05-2024, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru