Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır .....                     Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” .....                     Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                 

Fransa səfiri qayıtmazsa... - Bakının “güzgü effektli” addımı
Tarix: 24-04-2024, 11:43 | Çap et
Fransa səfiri qayıtmazsa...
Fransa Azərbaycandakı səfiri Ann Buayon, məsləhətləşmələr üçün geri çağırması barədə təfərrüat açıqlamasa da, Parisin bu qərarının arxasında Azərbaycana qarşı qərəzli siyasi xəttin dayandığı şübhə doğurmur.

Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan bəri Fransa Azərbaycana qarşı siyasət yürüdür. Paris birtərəfli şəkildə Azərbaycanla münasibətləri pozmağa davam edəcəksə, onda Bakının da güzgü effektli qərarlar qəbul etmək zərurəti yaranacaq.

Diplomatik müstəvidə adekvat cavab tədbiri mümkündür ki, Bakının masası üzərindədir. Bu, Azərbaycanın Fransadakı səfirinin geri çağırılmasını əhatə edə biləcək qərar ola bilər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev rəsmi Parisin bu addımını yanlış sayır: “Bu addım heç şübhəsiz ki, Fransanın növbəti yanlışlarından biridir. Amma mövzu üzərində qaranlıq qalan bir məqam da var: Niyə məhz indi? Səbəb? Aydın məsələdir ki, xüsusən də Azərbaycanın müharibədəki qələbəsindən sonra Fransanın bizə münasibəti qeyri-adekvat olub, bu ölkə daim erməni əlinə oynayıb, ədalətsizliyin carçısına çevrilib. Amma səfir geri çağırmaq adi, sıradan bir icraat deyil. Bunun çox acı nəticələri ola bilər. Təbii ki, Fransa üçün. O anlamda ki, Makron bu gün hakimiyyət başındadır, yaxşı bəs sabah hakimiyyətdən gedəndən sonra necə olacaq? Və ya Fransa dövləti fikir dəyişəsi olsa, Azərbaycana yeni səfirini hansı üzlə göndərəcək? Nə deyib göndərəcək? Yəni bütün bunları oturub düşünmək, hesablamaq lazım idi. Görünən isə odur ki, Makron belə incəlikləri, nüansları öz nəzərindən ciddi şəkildə qaçırıb, mövzuya yalnız hiss kontekstindən yanaşıb və erməni bağlılığına, təəssübkeşliyinə necə aludə olubsa, dövlət maraqlarını tamamən yadından çıxarıb.

Ona görə də artıq Azərbaycan tərəfi hansı addımları atsa haqlı durumda olacaq. Çünki hər şeyi Fransa başlayıb, münasibətlərdəki böhranı onlar yaradıb, vəziyyəti bu hala Makronun yürütdüyü yanlış xarici siyasət və seçdiyi uğursuz strategiya gətirib".

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, bu addım Fransanın bundan sonra da ölkəmizə qarşı münasibətinin necə olacağının göstəricisidir: “Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr adı ilə geri çağırılmasının səbəbi Parisin Bakıya qarşı bundan sonra sərgiləyəcəyi münasibətlərin yeni konturlarını müəyyənləşdirməkdir. Çox güman ki, Ann Buayon Bakıya yeni “yol xəritəsi" ilə qayıdacaq. Şübhəsiz ki, Fransanın Azərbaycana qarşı son aylardakı münasibətinin arxasında erməni lobbisinin maraqları və maliyyəsi dayanır. Fikrimcə, Fransa Azərbaycana qarşı bundan sonra daha sərt addımlar atmağa çalışacaq. Çünki Makron hakimiyyətinin əsas maliyyə donoru məhz Marseldəki erməni lobbisidir. Prezident Makronun bütün seçki marafonunu erməni iş adamları maliyyələşdirib. Hazırkı prezident isə ermənilərə borcunu məhz Azərbaycana təzyiqlər vasitəsilə qaytarır. Üstəlik, Fransa Azərbaycanın Rusiya ilə yaxınlaşmasını istəmir. Rusiyaya qarşı Gürcüstan və Ermənistan üzərindən basqılar həyata keçirən Qərb bu dəfə regionda müstəqil siyasət yürüdən yeganə ölkəyə - Azərbaycana qarşı barmaq silkələməyə çalışır. Amma Azərbaycan Ermənistan və Gürcüstan deyil, bizim balanslı siyasi kursumuz var. Bizimlə bərabər tərəfli qaydada əməkdaşlıq etmək istəyənlərə qapımız açıqdır. Fransa yaxşı anlayır ki, Gürcüstan və Ermənistanda at oynatmaqla Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. Çünki regionun açar və kilid ölkəsi məhz Azərbaycandır. Bundan başqa, Fransa Böyük Britaniyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir ki, Bakı neftinə təkbaşına yön verə bilsin. Parisin uzun illərdir belə bir planı var. Fikrimcə, bunun əksi baş verə bilər və “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti dondurula bilər. Fransa Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə edir, tərəzinin eyni gözünə qoyur. Ona görə də Bakıya təzyiqləri artırmağa çalışırlar. Amma onların məkrli planları baş tutmayacaq".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə Azərbaycan tərəfin də analoji addım ata biləcəyini vurğuladı: “Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı qərəzli addımlar atdı və cavabını da aldı. Deyərdim ki, Azərbaycandan bu əks reaksiyanı gözləmirdi. Eyni zamanda Avropa dövlətlərinin onu burada müdafiə edəcəyini gözləyirdi, amma bu da olmadı. Özünü ermənipərəst, ermənilərə yaxın göstərmək istəyirdi. Bununla müəyyən dividentlər əldə etməyə çalışırdı. Niyyət isə aydın idi. Regiona girmək istəyirdi. Amma bu yanlış siyasət səbəbindən nəinki regiona girmək, region dövlətləri ilə münasibətlərini yaxşılaşdırmaq imkanlarını da itirdi. Azərbaycan Fransaya əks zərbələr vurdu. Ölkə daxilindəki Fransa liseyi bağlandı, Fransa şirkətlərinə müəyyən məhdudiyyətlər qoyuldu. Eyni zamanda Azərbaycan xaricdə Fransanın neomüstəmləkə siyasətinə qarşı konkret addımlar həyata keçirdi, konfranslar təşkil etdi. Müəyyən nəticələr də əldə olundu. Yeni Kaledoniyada proseslər başlayıb, Azərbaycanla əlaqələr saxlanılır. Digər yerlərdə də Fransaya qarşı hərəkatlar başlayır və Azərbaycana rəğbət göstərilir. Azərbaycan da bu hərəkatlara dəstək verir. Səfiri geri çağırmaqla növbəti yanlış addımlarını atdı. Ola bilər ki, müəyyən proseslər gedir və bununla müəyyən nəticələrə nail olmaq istəyir. Amma nəticə qazana bilmir. O, Azərbaycanı təcrid etmək istəyirdi, amma Azərbaycan onu təcrid etdi. Azərbaycanın bu gün Rusiya ilə normal münasibətləri var. Eyni zamanda Almaniya ilə yaxın münasibətlərə malikik. Bilirsiniz ki, yaxınlarda ölkə rəhbərinin Almaniyaya səfəri olacaq. Amerika ilə normal münasibətlərimiz var. Yəni regionda ölkəmizin mövqeyi qəbul olunur. Fransa tam şəkildə bu proseslərdən təcrid olunub. Azərbaycan daxilində Parisin bu siyasətinə qarşı ciddi etiraz var. Böyük ehtimalla Azərbaycan səfirini geri çağırmaq addımını atacaq. Fransa dayanmasa, həyata keçirdiyimiz addımlardan nəticə çıxarmasa, növbəti addım kimi səfirin geri çağırılması ola bilər. Azərbaycanın keçmiş xarici işlər nazirinin dediyi kimi, səfiri geri çağırmaq ola bilər, amma ciddi əsas gətirilməlidir. Nə üçün geri çağırdınız, nə üçün də indi Azərbaycana qaytarırsız? Baxın, bu suallara cavab verməli olacaqlar. O sualın qarşısında Makron bir daha özünü pis vəziyyətdə qoymuş olacaq. Azərbaycan yəqin ki, o istiqamətdə düşünür. Ola bilər ki, bu addımı atmasın. Atarsa da, bu öz effektini mütləq verəcək”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır - deputat
Bu gün, 00:05
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 00:02
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Dünən, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Dünən, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Dünən, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Dünən, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Dünən, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Dünən, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Dünən, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Dünən, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Dünən, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Dünən, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Dünən, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Dünən, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
4-05-2024, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
4-05-2024, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
4-05-2024, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
4-05-2024, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
4-05-2024, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
4-05-2024, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
4-05-2024, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
4-05-2024, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
4-05-2024, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
4-05-2024, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
4-05-2024, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
4-05-2024, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
4-05-2024, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
4-05-2024, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
4-05-2024, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
4-05-2024, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
4-05-2024, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
4-05-2024, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
4-05-2024, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
4-05-2024, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
4-05-2024, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
4-05-2024, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
4-05-2024, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
4-05-2024, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
4-05-2024, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
4-05-2024, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
4-05-2024, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
4-05-2024, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
4-05-2024, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
4-05-2024, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
4-05-2024, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
4-05-2024, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
4-05-2024, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
4-05-2024, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru