Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır .....                     Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” .....                     Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? .....                     HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib .....                     Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir .....                     Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında .....                     Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? .....                     Paşinyanın Rusiya səfəri... .....                     Qərbin bəzi planları Rusiyada iflasa uğradı .....                     Elçinlə Aydan barışıb? .....                     "Yazılanların hamısı yalandır" .....                     ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." .....                     Azərbaycanda güclü zəlzələ ola bilər? .....                     Həqiqi sülh, yoxsa sülh illüziyası? .....                     “Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır .....                     “Qəçrəş” ASC səhmdarlarını .....                     "Parlamentdə ikinci partiya olmaq istəyirik" .....                     İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib .....                     Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... .....                     Rusiya DİN Zelenskini axtarışa verib .....                     Xankəndi Şəhər Prokurorluğu yaradılıb .....                     Sülh möhkəm olmalıdırsa... .....                     Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? .....                     "Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" .....                     BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR .....                     Tanışının qulağını dişlədi: Həbs olundu .....                     Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb .....                     "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" .....                     Xankəndiyə əhali niyə köçürülmür? .....                     "Dedi, keç dərsə, dəftərini aç... .....                     İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? .....                     "Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" .....                     Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ .....                     Hədəfdə Paşinyandır... .....                     Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... .....                     Paşinyanla bağlı qadağa: .....                     Umico-nun zərəri iki dəfə artdı .....                     Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... .....                     “Durum burda bunu sevim, orda onu… .....                     İcra başçıları arasında gizli rəqabət başladı .....                 

Konqresdən anti-Azərbaycan sənədi - ABŞ “öz ayağına güllə sıxacaqmı?”
Tarix: 24-04-2024, 12:04 | Çap et
Konqresdən anti-Azərbaycan sənədi
Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu barədə “Turan”ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum olub.

Bu qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan "40-dan çox Azərbaycan məmuruna - hərbçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var. (siyahı ilə bu lingdə tanış ola bilərsiz: https://www.musavat.com/news/sok-abs-dan-inanilmaz-general-mirzeyeve-ve-40-resmi-memurumuza-sanksiya-teklif-edilir_1063268.html). Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq. Qanun layihəsində həmçinin “erməni əsirlərin” hüquqlarının pozulduğu deyilir. Bu, “Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur”, - deyə sənəddə bildirilir.

ABŞ-ın son illər Cənubi Qafqazla bağlı siyasəti sülhə və praktiki əməkdaşlığa xidmət etmir. Maraqlıdır ki, ərazilərimizin işğal altında qaldığı 30 ildə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ işğala, etnik təmizləmələrə, milli-mədəni irsimizin məhv edilməsinə, sərvətlərimizin talanmasına göz yumub, Ermənistanı cəzalandırmadı. BMT-nin məşhur 4 qətnaməsinin icrası ilə bağlı Ermənistana nəinki təzyiq edildi, əksinə, Azərbaycana qarşı “907-ci düzəliş” qəbul olundu. ABŞ hər il humanitar yardım adı altında separatçılara milyonlarla dollar vəsait ayırır, bununla da separatçıları ayaqda saxlayırdı. Tez-tez Vaşinqtona dəvət edilən, yüksək tribunalarda çıxış imkanı yaradılan erməni separatçılarının liderləri bu gün Bakıda istintaq təcridxanalarında mühakimə olunur, hökmlərini gözləyir. Konqresdəki məlum dairələr “erməni əsirlər” dedikdə əlbəttə ki, separatçıları da bu sıraya daxil edirlər.

ABŞ-da Azərbaycanla - Şərqin ilk demokratik respublikası, regionun ən güclü ölkəsi ilə davamlı əməkdaşlıq ruhunu qoruyub, inkişaf etdirmək istəyən qüvvələr də çoxdur. Amma təəssüf ki, erməni lobbisinin ciddi təsiri altında olan ABŞ Konqresi anti-Azərbaycan qərarlarından əl çəkmir. Doğrudanmı, ABŞ-da hesab edirlər ki, “907-ci düzəliş”in müddətini uzatmaqla və digər addımlarla Azərbaycan dövlətinin siyasi iradəsini dəyişə biləcəklər? Amerikada bir gerçəyi hələ də anlamırlar ki, Azərbaycanla təzyiq dilində danışmağın heç bir mənası yoxdur.

İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, Dina ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının üzvüdür. 1950-ci ildə doğulub. Etnik baxımdan yunandır, ortodoks xristiandır. “Təbii ki, o, Türkiyə və Azərbaycanın qatı düşmənidir. Müvafiq olaraq Amerika Erməniləri Milli Komitəsinin ən sevimli siyasətçilərindən biridir. Demokratlar Partiyasının üzvüdür. Co Baydenin qondarma erməni soyqırımını rəsmən tanıması üçün böyük işlər görüb. 2020-ci il oktyabrın 1-də Titus dövlət katibi Mayk Pompeoya Azərbaycanın ermənilərin məskunlaşdığı "Dağlıq Qarabağ anklavı"na qarşı hücum əməliyyatlarını pisləyən məktub yazıb. O, Türkiyəni də Qarabağ münaqişəsində Azərbaycana dəstək verməkdə dəfələrlə ittiham edib. Belə bir adamın hazırladığı qanun layihəsindən Azərbaycana xeyir gələrmi? Gəlməz. Erməniyə dost olan, Türkiyə və Azərbaycana düşmən olan birisindən hansı axmaq xeyir gözləyir?", - deyə E.Həsənli sual edir.

Ekspert Nazim Cəfərsoyun bildirdiyinə görə, bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir: “Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik, general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bəllidir. Bir yandan Azərbaycanla əməkdaşlıq istəyib, digər tərəfdən ordumuzun xalq arasında ən çox sevilən generallarından birini "qara siyahı"ya almaq cəhdi nə deməkdir axı?! Qısaca, ABŞ Azərbaycan siyasətində “öz ayağına güllə” sıxmağa davam edir".

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Amerikadakı erməni diasporunun bu cəhdlərini çox görüb. Deputat vurğuladı ki, erməni diasporu yenə də növbəti təxribatçı oyunlar hazırlayır və Vaşinqton-Bakı münasibətlərini korlamağa çalışır. Onun sözlərinə görə, məqsəd münaqişənin həll edilməsinə əngəl olmaqdır, lakin Qarabağda konflikt çoxdan başa çatıb: “Xatırladıram ki, həmin siyahıya Müdafiə Nazirliyinin əməkdaşlarını da salıblar. Halbuki onlar Birləşmiş Ştatların sülhməramlılarının Əfqanıstandan çıxmasında kömək ediblər. Sadəcə, erməni diasporu və onlara bağlı konqresmenlərin növbəti təxribatıdır. Düşünmürəm ki, Konqresdə bu qanun layihəsi keçsin. Çünki birbaşa ABŞ əleyhinə olan addımdır”.

Professor Qabil Hüseynli də “Yeni Müsavat”a şərhində qanun layihəsinin qəbul olunacağına inanmadığını açıqladı. Onun sözlərinə görə, Konqresdə erməni lobbisinin əlinə baxanlar var və onlar Vaşinqtonun mövqeyini ifadə etmirlər: “Bugünlərdə ABŞ dövlət katibi Entoni Blinken Qazağın anklav olmayan 4 kəndinin qaytarılması barədə razılaşmanı alqışladı. Avropa İttifaqı da oxşar mövqe sərgilədi. Əgər Qərbin iki əsas mərkəzi Azərbaycanla Ermənistan arasında inkişaf edən bu prosesi dəstəkləyirsə, hansısa başıpozuq konqresmenin özündən təklif irəli sürməsi heç bir əhəmiyyət daşımır. Bu cür konqresmenlər qarşıdakı seçkidə erməni lobbisinin dəstəyini qazanmaq üçün yarınırlar. Siyahıda adıkeçən şəxslərə sanksiya tətbiq olunması o deməkdir ki, ABŞ Azərbaycana savaş elan edir. Yəni bizi işğalçıdan fərqləndirmir, əksinə, belə məlum olur ki, müharibə cinayətləri törədən tərəfə qahmar çıxır. Bu da gözlənilməz hal olardı. O baxımdan inanmıram ki, təklif gerçəkləşsin. İndiyə qədər əleyhimizə dəfələrlə qanun layihələri irəli sürülüb, heç biri reallaşmayıb. Ən əsası isə - bir daha qeyd edirəm - son anlaşmanı Blinken alqışlayıb, Amerika Konqresi əsla bu avantürist layihəyə qoşulmaz”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanda baş verənlər Qərbin hakimiyyət dəyişikliyinə çalışmasıdır - deputat
Bu gün, 00:05
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 00:02
Gürcüstanda Qərb-Rusiya savaşı: Kim qalib gələcək? - AKTUAL
Dünən, 11:05
HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Dünən, 10:53
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir - MƏQALƏ
Dünən, 10:35
Abdulbari Gozalın rəhbərlik etdiyi holdinq və Saleh Məmmədovun sədri olduğu qurum arasında məhkəmə çəkişməsi
Dünən, 10:22
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 09:37
Paşinyanın Rusiya səfəri... - NƏ GÖZLƏYƏK?
Dünən, 09:30
Qərbin bəzi planları Rusiyada iflasa uğradı - Alman nəşri
Dünən, 09:27
Elçinlə Aydan barışıb? - FOTO
Dünən, 09:23
"Yazılanların hamısı yalandır" - keçmiş nazir
Dünən, 09:21
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...
Dünən, 09:18
Azərbaycanda güclü zəlzələ ola bilər? - AKTUAL
Dünən, 09:15
Həqiqi sülh, yoxsa sülh illüziyası? - Bizim onsuz da başqa çıxış yolumuz yoxdur...
Dünən, 09:13
“Quba Məişət Xidməti” ASC-nin səhmdarları toplanır
Dünən, 00:05
“Qəçrəş” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 00:02
"Parlamentdə ikinci partiya olmaq istəyirik"
4-05-2024, 17:34
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - Akif
4-05-2024, 17:28
Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ...
4-05-2024, 16:48
Rusiya DİN Zelenskini axtarışa verib
4-05-2024, 16:29
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
4-05-2024, 14:15
Sülh möhkəm olmalıdırsa... ARAÇIYA NƏ HACƏT?
4-05-2024, 14:02
Anqlosakslar rus dilini Orta Asiyadan sıxışdırmağa başlayıblar? - NƏ BAŞ VERİR?
4-05-2024, 14:00
"Qeyri-əhali qrupu üçün istilik xidməti ilə bağlı qiymətlər dəyişəcək" - AÇIQLAMA
4-05-2024, 13:56
BU DEPUTATLAR MANDATLA VİDALAŞA BİLƏR - Yaxınlaşan seçkilərlə bağlı yeni iddialar
4-05-2024, 13:01
Tanışının qulağını dişlədi: Həbs olundu - TƏFƏRRÜAT
4-05-2024, 12:53
Abşeronda keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb - VİDEO
4-05-2024, 12:52
"Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" - "Yelo Bank"dan şikayət
4-05-2024, 12:44
Xankəndiyə əhali niyə köçürülmür? - Mühüm səbəb
4-05-2024, 12:31
"Dedi, keç dərsə, dəftərini aç... - bir sözlə, söhbəti beləcə yayındırdı"
4-05-2024, 12:28
İcra hakimiyyətlərinin ləğvi: Səlahiyyətlər kimə verilməlidir? - Ekspert danışır...
4-05-2024, 12:01
"Vəzifə, pul, məişət hərisliyi bu adamların axırına çıxacaq" - ÇAĞIRIŞ
4-05-2024, 12:00
Rusiya Ermənistandan qisas planını AKTİVLƏŞDİRDİ – “Gərginlik özünü bu sahələrdə göstərəcək”
4-05-2024, 11:57
Hədəfdə Paşinyandır... - Bakıdan ŞƏRH
4-05-2024, 11:54
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
4-05-2024, 11:48
Paşinyanla bağlı qadağa: - “Yaxınlaşmaq olmaz”
4-05-2024, 11:40
Umico-nun zərəri iki dəfə artdı - HESABAT
4-05-2024, 11:32
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
4-05-2024, 11:28
“Durum burda bunu sevim, orda onu… - Bunlar mənlik deyil”
4-05-2024, 11:18
İcra başçıları arasında gizli rəqabət başladı - Görün nəyin davasını edirlər...
4-05-2024, 11:15
Azərbaycanlılarla özbəklər arasında DAVA: - ölən və yaralananlar var
4-05-2024, 11:08
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
4-05-2024, 11:05
AMXM-da “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açıldı - FOTO
4-05-2024, 10:59
Müsavat partiyası qurultaya belə başladı - Tək namizədlə yeni başqan seçilir...
4-05-2024, 10:53
Rusiya ŞƏKƏR İXRACINI dayandırdı... - YENİ BÖHRAN ANONSU...
4-05-2024, 10:46
"Avropa başa düşür ki, Azərbaycan olmasaydı..." - deputat
4-05-2024, 10:43
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
4-05-2024, 10:42
“Ağdamın yeni vəziyyətini görmək istəyirəm” - Arif Babayev səhhətindən danışdı
4-05-2024, 10:39
Sensasion iddia: Bakı separatçıları necə ələ keçirib? – Üçünü bilyard oynayanda, Araiki isə...
4-05-2024, 10:30
Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat silahı tapılıb
4-05-2024, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru